[b]«Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində tədbirlər keçiriləcək[b]
[Bakı-APA. NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində 17-19 sentyabr tarixlərində Belçikanın Brüssel şəhərində Azərbaycanın FTƏP üzrə qiymətləndirilməsinin 26+1 formatında yekun iclası keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, NATO Yanacaq Komitəsinin işçi görüşü 17-19 sentyabrda baş tutacaq. Proqram çərçivəsində Macarıstanın Budapeşt şəhərində Qərargah zabitləri üçün keçiriləcək hərbi terminologiya kursu sentyabrın 22-dən oktyabrın 3-dək davam edəcək. Latviyanın Yurmala şəhərində isə NATO Müdafiə Siyasəti və Strategiyası üzrə SNT konfransı 22-23 sentyabrda baş tutacaq. İtaliyanın Neapol şəhərində Jooperative Mako 2009 və Jooperative Marlin 2009 təlimlərinin ilkin planlaşdırma konfransı 22-24 sentyabrda keçiriləcək. «Quru Qoşunları üzrə Kommunikasiya və İnformasiya Sistemləri» mövzusunda işçi görüşü İspaniyanın Madrid şəhərində 22-25 sentyabrda baş tutacaq.
Azərbaycan Xəbərləri
Printable View

09-16-2008, 10:30 AMAPA«Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində tədbirlər keçiriləcək

09-16-2008, 10:40 AMAPAABŞ səfiri Ann Dersi: "Qafqaz regionundakı münaqişələri tezliklə həll etmək çox vacibdir"
[b]ABŞ səfiri Ann Dersi: "Qafqaz regionundakı münaqişələri tezliklə həll etmək çox vacibdir"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması inkişaf edən ideyadır. Biz bu prosesi diqqətlə izləyirik." APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi verib.
[Səfir bildirib ki, ABŞ Qafqaz və Xəzər dənizi regionunda yerləşən ölkələri inkişaf edən, demokratik və stabil görmək istəyir: "Gürcüstanda bu yaxınlarda baş verən hadisələr onu sübut etdi ki, regionda mövcud olan münaqişələri tezliklə həll etmək çox vacibdir. ABŞ-ın vitse-prezidenti Riçard Çeyni Azərbaycanda səfərdə olarkən qeyd etdi ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, danışıqlar yolu ilə və Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll olunmasını istəyir. ABŞ bu sahədə həmişə aktivlik göstərib və bu belə də davam edəcək". Səfir qeyd edib ki, ABŞ dövlət katibinin müavinini köməkçisi Metyu Brayza hazırda regiondadır və o, tezliklə Bakıya səfər edəcək: "Səfər zamanı elə həmin məsələlər üzrə danışıqlar aparacaq. ABŞ dövlətinin mövqeyi ondan ibarətdir ki, Qafqazın suveren və müstəqil dövlətləri öz yollarını özləri seçməlidir və özləri də seçirlər". -
09-16-2008, 10:50 AMAPANATO-Gürcüstan Komissiyasının yaradılması barədə saziş imzalanıb
[b]NATO-Gürcüstan Komissiyasının yaradılması barədə saziş imzalanıb[b]
[Tiflis - APA. Tiflisdə NATO-Gürcüstan Komissiyasının yaradılması barədə çərçivə sazişi imzalanıb. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, Şimali Atlantika Şurasının bütün üzv ölkələrin səfirlərinin iştirakı ilə Gürcüstan paytaxtında keçirilən yığıncağında sazişin imzalanma mərasimi keçirilib. Alyansın baş katibi Yaap de Hoop Sxeffer bildirib ki, komissiyanın yaradılması NATO ilə Gürcüstan arasındakı münasibətlərin dərinləşdirilməsi üçün yeni imkanlar açır: "Biz fərdi tərəfdaşlıq və intensiv dialoq planlarının həyata keçirilməsindəki uğurları nəzərə alaraq münasibətlərin yeni formatına keçməliyik. Dekabrda keçiriləcək sammitdə xarici işlər nazirləri tərəfindən qiymətləndirmə aparılacaq və Gürcüstana üzvlük üçün Fəaliyyət Planı təqdim edilməsi barədə qərar qəbul olunacaq". Gürcüstan prezidenti Mixail Saakaşvili isə bəyan edib ki, NATO Şurasının Tiflisdə iclas keçirməsi Gürcüstanın tək olmadığına dair bütün dünyaya verilən siqnaldır. O, NATO-Gürcüstan Komissiyasının yaradılmasını alqışlayıb: "Gürcüstanla NATO arasında münasibətlər daha da güclənməlidir. NATO-ya inteqrasiya bizim yolumuzdur və biz konkret istiqamət üzrə hərəkət edirik". -
09-16-2008, 11:10 AMAPAƏsgər Ələkbərov: "Azərbaycanda cinayətlərin üstünün açılma səviyyəsi 90 faizə çatıb"
[b]Əsgər Ələkbərov: "Azərbaycanda cinayətlərin üstünün açılma səviyyəsi 90 faizə çatıb"[b]
[Bakı. Viktoriya Dementyeva-APA. "Polisin fəaliyyətinin zəiflədiyini deməzdim. Əksinə polis orqanları əvvəlkindən də yaxşı fəaliyyət göstərir. Hazırda cinayətlərin üstünün açılma səviyyəsi 90 faizə çatıb". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə daxili işlər nazirinin müavini Əsgər Ələkbərov verib. O ötən həftə Səbayel rayonu ərazisində 150 nəfər Hindistan və Pakistan vətəndaşının saxlanması barədə məlumatları da təkzib edib: "Ola bilər ki, bu miqrasiya məsələləri ilə bağlı problemdir, amma saxlananların sayı şişirdilib. Həmin şəxslərin ölkə ərazisində qalması üçün qanunla müəyyən edilmiş müddət başa çatıb və buna görə də vizaların müddətini uzatmalıdırlar. Əlbəttə ki, xarici vətəndaş ölkə ərazisində qeyri-qanuni qalırsa, o saxlanaraq Dövlət Miqrasiya Xidmətinə gətirilir. Həmin şəxs hətta ölkədən deportasiya da oluna bilər". -
09-16-2008, 11:20 AMAPATəbriz Universitetinin idman elmləri fakültəsinin nümayəndə heyəti Bakıya gələcək
[b]Təbriz Universitetinin idman elmləri fakültəsinin nümayəndə heyəti Bakıya gələcək[b]
[Bakı-APA. İran İslam Respublikası Təbriz Universitetinin İdman və Bədən Tərbiyəsi Assosiasiyasının İdman elmləri fakültəsinin 4 nəfərdən ibarət nümayəndə heyəti 17-20 sentyabr tarixlərində Bakıda səfərdə olacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi Azərbaycanla idman və idman təhsili sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələri qurmaq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəaliyyəti ilə tanış olmaqdır. Qonaqlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor, müəllim heyəti ilə fikir mübadiləsi aparacaq, nəzəri və praktik dərslərdə iştirak edəcəklər. Bundan başqa, nümayəndə heyətinin Gənclər və İdman Nazirliyində, Milli Olimpiya Komitəsində görüşləri nəzərdə tutulub. -
09-16-2008, 11:30 AMAPAPolşa prezidenti Azərbaycana gələcək
[b]Polşa prezidenti Azərbaycana gələcək[b]
Bakı. Viktoriya Dementyeva - APA. Noyabrın 13-də Polşa prezidenti Lex Kaçinski Bakıda keçiriləcək IV Enerji sammitində iştirak etmək üçün Azərbaycana gələcək.
[Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfiri Kşiştov Krayevski məlumat verib. O, səfərin Azərbaycan prezidentinin dəvəti əsasında reallaşacağını bildirib. Qeyd edək ki, enerji ehtiyatlarının nəqlinin müxtəlifləşdirilməsinin müzakirə ediləcəyi sammitdə Litva və Estoniya prezidentləri də iştirak edəcək. -
09-16-2008, 11:40 AMAPAAMB-nin rəsmi valyuta məzənnələri
[b]AMB-nin rəsmi valyuta məzənnələri[b]
[1 USD -
09-16-2008, 11:50 AMAPAPrezidentliyə namizədlərin seçicilərlə görüşlər keçirməsi üçün Azərbaycan paytaxtında 5 zal ayrılıb - TAM SİYAHI
[b]Prezidentliyə namizədlərin seçicilərlə görüşlər keçirməsi üçün Azərbaycan paytaxtında 5 zal ayrılıb - TAM SİYAHI[b]
Bakı. Elnur Məmmədli - APA. Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası zamanı namizədlərin seçicilərlə görüşlər keçirməsi üçün Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda 5 zal ayırıb.
[Bu barədə APA-ya BŞİH-nin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. Onun sözlərinə görə, qapalı zallarda keçiriləcək görüşlər üçün Bakı və Məmmədyarov kinoteatrlarının zalları, İsgəndərov, Tağıyev və Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayları ayrılıb. Qeyd edək ki, BŞİH mitinqlər üçün də paytaxtda 11 yer ayırıb. -
09-16-2008, 12:00 PMAPADow Jones indeksi 4,42%, Nasdaq 3,6%, S&P 500 isə 4,71% enib
[b]Dow Jones indeksi 4,42%, Nasdaq 3,6%, S&P 500 isə 4,71% enib[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Sentyabrın 15-də Amerika bazarlarında Dow Jones indeksi 4,42% - 10917,51 bəndədək, Nasdaq 3,6% - 2179,91 bəndədək, S&P 500 isə 4,71% - 1192,7 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, «Lehman Brothers»in səhmləri 94%, AIG sığorta şirkətinin səhmləri 61%, «JPMorgan Chase» və «Citigroup»un müvafiq olaraq 10,1% və 15,1%, «Washington Mutual» bankının 26,7%, «American Express»in 9%, «Bank of America»nın 21,3%, «General Electric»in 8% ucuzlaşıb. Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 3,92% - 5204,2 bəndədək, Almaniya DAX-ı 2,74% - 6064,16 bəndədək, Fransa CAC-40-ı isə 3,78% - 4168,97 bəndədək düşüb. «Royal Bank of Scotland»ın qiymətli kağızları 13%, «Barclays»ın 13%, «BNP Paribas»ın 7,2%, «Deutsche Bank»ın 7,3%, «Total» neft şirkətinin 5% ucuzlaşıb. Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4192 dollar təşkil edib. -
09-16-2008, 12:30 PMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış