[b]YAP-ın avqustda keçiriləcək qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüləcək[b]
Bakı. Ramil Məmmədli - APA. "Yeni Azərbaycan Partiyasının avqustda keçiriləcək IV qurultayının gündəliyindəki əsas məsələ partiya sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi olacaq".
[APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O bildirib ki, partiyanın rayon (şəhər) təşkilatlarında hesabat-seçki konfransları yekunlaşıb və qurultaya nümayəndələr seçilib. Ə. Əhmədov prezident İlham Əliyevin qurultayda çıxışı edərək YAP-ın seçki platformasını barədə fikirlərini açıqlayacağını da söyləyib.
Azərbaycan Xəbərləri
Printable View

07-21-2008, 04:51 PMAPAYAP-ın avqustda keçiriləcək qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüləcək

07-21-2008, 05:01 PMAPALos-Ancelesdəki Tolerantlıq Mərkəzinin rəhbəri Azərbaycana gəlir
[b]Los-Ancelesdəki Tolerantlıq Mərkəzinin rəhbəri Azərbaycana gəlir[b]
[Bakı. Elbrus Seyfullayev - APA. ABŞ-ın Los-Anceles şəhərindəki Tolerantlıq Mərkəzinin rəhbəri, ravvin Abraham Kuper Azərbaycana gəlir. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Sabah başlayacaq səfər zaman ravvin A. Kuper Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə və digər şəxslərlə görüşəcək. -
07-21-2008, 05:11 PMAPAVladimir Putin "Eurovision-2009" yarışmasının Moskvada keçirilməsinə dair sərəncam imzalayıb
[b]Vladimir Putin "Eurovision-2009" yarışmasının Moskvada keçirilməsinə dair sərəncam imzalayıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Rusiyanın baş naziri Vladimir Putin "Eurovision-2009" musiqi yarışmasının Moskvada keçirilməsinə dair qərar qəbul edib. APA-nın məlumatına görə, bu qərar Rusiya hökumətinin toplantısında qəbul olunub. Vladimir Putin qərarını Moskvadakı obyektlərin hazırlıq səviyyəsi, infrastrukturun inkişafı və müsabiqənin keçirilməsinə daha az xərc tələb olunması ilə əsaslandırıb. O, baş nazirin müavini Aleksandr Jukova "Eurovision-2009" yarışmasının keçirilməsinə dair hazırlıq planının hazırlanması tapşırığını verib. Qeyd edək ki, Belqradda keçirilən "Eurovision-2008" yarışmasında Rusiya təmsilçisi Dima Bilanın qalibiyyətindən sonra Moskva şəhəri növbəti yarışmaya ev sahibliyi etmək haqqı qazanıb. -
07-21-2008, 05:21 PMAPARaket hücumundan müdafiə sistemi ilə bağlı Polşa və ABŞ-ın mövqeləri yaxınlaşıb
[b]Raket hücumundan müdafiə sistemi ilə bağlı Polşa və ABŞ-ın mövqeləri yaxınlaşıb[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Polşa ərazisində raket hücumundan müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı Varşava və Vaşinqtonun mövqeləri yaxınlaşıb. APA-nın məlumatına görə, bu bəyanatla Polşanın xarici işlər naziri Radoslav Sikorski çıxış edib. ABŞ dövlət katibinin müavini Daniel Fridlə görüşdən sonra XİN başçısı bildirib ki, müzakirə olunan məsələ ilə bağlı iki ölkənin mövqeyi daha da yaxınlaşıb. Radoslav Sikorski Daniel Fridlə aparılan danışıqları iki dost ölkə arasından dialoq kimi səciyyələndirib. -
07-21-2008, 05:31 PMAPAMSK təmsilçisi Vyanada ATƏT-in seçkilərlə bağlı seminarında iştirak edir.
[b]MSK təmsilçisi Vyanada ATƏT-in seçkilərlə bağlı seminarında iştirak edir.[b]
[Bakı. Ramil Məmmədli - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) əməkdaşı Avstriyanın paytaxtı Vyanada ATƏT-in tədbirinə qatılıb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MSK Katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov Vyanada ATƏT tərəfindən seçkilərə həsr olunan iki günlük (21-22 iyul) seminarda iştirak edir. Seminarda ATƏT-ə üzv dövlətlərin müvafiq qurumlarının iştirakı ilə müşahidəçilik təcrübəsi müzakirə olunacaq. Habelə, seminarda seçkilərlə bağlı ATƏT öhdəliklərinin yerinə yetirilməsi, seçkiləri müşahidə və texniki yardım məsələləri də müzakirə predmeti olacaq. -
07-21-2008, 05:41 PMAPAƏli Orucov: "AMİP-in seçkilərdə namizədlə iştirak məsələsinə yaxın günlərdə aydınlıq gətiriləcək"
[b]Əli Orucov: "AMİP-in seçkilərdə namizədlə iştirak məsələsinə yaxın günlərdə aydınlıq gətiriləcək"[b]
[Bakı. Ramil Məmmədli-APA. "Seçkiləri boykot etməklə hər hansı bir nəticəyə nail olmaq olmaz". APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında AMİP-in mətbuat katibi Əli Orucov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda prezident seçkilərini boykot etmək gücündə olan siyasi qüvvə yoxdur: "Bu məsələdə siyasi qazancdan danışmaq düzgün deyil. Bütün partiyalar seçkidə iştirak etməlidirlər ki, ölkədə demokratiyaya təkan verə bilək. Sadəcə seçkiləri boykot etmək istəyənlər prosesdən kənarda qalacaqlar və passivləşəcəklər". Partiyanın seçkidə iştirakına da toxunan Ə. Orucov AMİP-in seçkiyə namizədlə qatılması ilə bağlı mövqeyinə yaxın günlərdə aydınlıq gətiriləcəyini açıqlayıb: "Bu məsələ ilə bağlı tələsməmək qərarına gəlmişik. Çünki Seçki Məcəlləsinin bu şəkildə qəbulu partiyada bir qədər tərəddüdlər yaradıb. Artıq müzakirələr başlayıb və proses bitəndən sonra qərar açıqlanacaq". -
07-21-2008, 05:51 PMAPALitvada "Kadrların idarəedilməsi" mövzusunda təlim kursu keçirilib
[b]Litvada "Kadrların idarəedilməsi" mövzusunda təlim kursu keçirilib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Respublikasının dövlət orqanlarının kadr qurumları rəhbərləri üçün "Kadrların idarəedilməsi" mövzusunda silsilə təlim kursları təşkil edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kurslar Vilnüsdə Litva İdarəçilik İnstitutu tərəfindən keçirilib. "İnsan resurslarının idarə edilməsinin əsasları", "İşçi heyətinin idarə edilməsi siyasəti", "İslahatlar dövründə təşkilatın inkişafı və işçi heyətinin işinin təşkili", "İdarəetmədə rəhbərin rolu", "İnsan resurslarının effektivliyinin artırılması", "İnformasiya texnologiyalarının istifadəsi ilə kadrların idarə edilməsində effektivliyin artırılması" mövzularını əhatə edən təlim kursunda Litva, Azərbaycan və Avropa İttifaqı ölkələrinin təcrübəsi barədə fikir mübadiləsi aparılıb. -
07-21-2008, 06:01 PMAPAMüsavat Divanının toplantısı keçirilib
[b]Müsavat Divanının toplantısı keçirilib[b]
[Bakı. Ramil Məmmədli-APA. Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda partiyadaxili və ictimai-siyasi mühitə dair məsələlər və seçkiqabağı vəziyyət müzakirə olunub. Seçkilərə hazırlıqla bağlı partiya strukturlarının məlumatı dinlənilib və bir sıra təlimatlar təsdiq olunub. -
07-21-2008, 06:11 PMAPAOmbudsman Qobustanda ictimai dinləmələr keçirib
[b]Ombudsman Qobustanda ictimai dinləmələr keçirib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Ombudsman Elmira Süleymanova insan hüquqlarının müdafiəsi ilə bağlı Milli Fəaliyyət Planının təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə Qobustan rayonunda ictimai dinləmələr keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ictimai dinləmələrdə rayonun icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli QHT və KİV-lərin, habelə icmaların nümayəndələri iştirak edib. E. Süleymanova prezident seçkilərinə geniş hazırlıq işi aparıldığını bildirib, vətəndaşların seçki hüququnun təmin olunması ilə əlaqədar müvafiq tövsiyələr verib. Müvəkkil iştirakçıların təkliflərinin səlahiyyətli orqanların diqqətinə çatdırılacağını və qaldırılmış məsələlərin həllində yardımçı olacağını bildirib. Ombudsman səfər çərçivəsində Qobustan rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına da baxış keçirib. Baxış zamanı hüquq pozuntuları aşkar edilməyib, saxlanılanlara qarşı kobud rəftarla bağlı hər hansı şikayət olmayıb. -
07-21-2008, 06:21 PMAPASerj Sarkisyan erməni və türk diplomatları arasındakı təmasları təsdiqləyib
[b]Serj Sarkisyan erməni və türk diplomatları arasındakı təmasları təsdiqləyib[b]
[İrəvan - APA. Ermənistan prezidenti Serj Sarkisyan erməni və türk diplomatları arasındakı təmaslarla bağlı xəbərləri təsdiqləyib. APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, S. Sarkisyan bu faktın qeyri-adi olmadığını, belə təmasların həmişə gerçəkləşdiyini deyib. S. Sarkisyan bildirib ki, Türkiyə prezidenti Abdulla Gül onun dəvətini qəbul edərək iki ölkə milli futbol komandalarının İrəvanda keçiriləcək qarşılaşmasını izləməyə gəlsə, bu, qarşılıqlı münasibətlərin qurulmasına stimul verəcək. Ermənistanda bəzi qüvvələrin A. Gülün səfərinə qarşı etiraz aksiyaları keçirə biləcəyinə dair söz-söhbətləri şərh edən S. Sarkisyan belə qüvvələrin hər iki ölkədə olduğunu söyləyib: "Bu, o demək deyil ki, biz mövcud problemlərin həlli üçün heç nə etməməliyik". Ermənistan prezidenti əmindir ki, münasibətlərin normallaşmasını istəyənlərin sayı bunun əleyhdarlarından çoxdur.