[b]Nizami və Qaradağ rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Dünən saat 17.30 radələrində Nizami rayonundakı Şərifli küçəsində, Bakı şəhər sakini Ceyhun Qurbanovun idarə etdiyi "VAZ-2107" markalı və Fikrət Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə F. Əliyevin həyat yoldaşı Nazilə Əliyeva ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırmalar aparılır. Dünən saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində, qəsəbə sakini Yalçın Xəlilov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Qaradağ rayon Polis İdarəsi tərəfindən faktla bağlı araşdırmalar aparılır.
Azərbaycan Xəbərləri
Printable View

07-08-2008, 01:11 PMAPANizami və Qaradağ rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

07-08-2008, 01:21 PMAPAİyunun 10-da Əfqanıstana 22 Azərbaycan sülhməramlısı yola salınacaq
[b]İyunun 10-da Əfqanıstana 22 Azərbaycan sülhməramlısı yola salınacaq[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. İyulun 10-da Azərbaycanın 22 sülhməramlı hərbçisi İSAF tərkibində hərbi xidmət keçmək üçün Əfqanıstana yola salınacaq. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sülhməramlılarımız Əfqanıstanda hərbi xidmət keçən əsgərlərimizi rotasiya qaydasında əvəzləyəcəklər. Hərbi xidməti başa vurmuş sülhməramlılarımızın isə Kabildən Bakıya yaxın günlərdə dönəcəyi gözlənilir. -
07-08-2008, 01:31 PMAPASəfər Əbiyev Türkiyə Müdafiə Nazirliyinin müdafiə sənayesi müşavirini qəbul edib
[b]Səfər Əbiyev Türkiyə Müdafiə Nazirliyinin müdafiə sənayesi müşavirini qəbul edib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyə Müdafiə Nazirliyinin müdafiə sənayesi müşaviri Murad Bayarı qəbul edib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazir Səfər Əbiyev Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə ilə iqtisadi-siyasi və hərbi əməkdaşlıq sahəsində əldə edilən böyük nəticələrdən söhbət açıb. Görüş zamanı hərbi sənaye sahəsində mövcud əlaqələrin dərinləşdirilməsi ətrafında da geniş fikir mübadiləsi aparılıb. -
07-08-2008, 01:41 PMAPAQadınları cinsi istismar məqsədilə Türkiyəyə aparan şəxs həbs olunub
[b]Qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparan şəxs həbs olunub[b]
[Bakı-APA. İnsan alveri ilə məşğul olmaqda təqsirləndirilən daha bir şəxs saxlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ülviyyə Xudiyeva adlı şəxs gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub. -
07-08-2008, 01:51 PMAPAOrdu generalları Şənər Əruyğur və Xurşid Tolon Vəli Kiçiyin saxlanıldığı həbsxanaya göndəriliblər
[b]Ordu generalları Şənər Əruyğur və Xurşid Tolon Vəli Kiçiyin saxlanıldığı həbsxanaya göndəriliblər[b]
Ankara - APA. Terror təşkilatı qurmaqda ittiham olunaraq barələrində həbs-qətimkan tədbiri seçilən ordu generalları Şənər Əruyğur və Xurşid Tolon, həmçinin Ankara Ticarət Palatasının sədri Sinan Aygün Kocaeli bölgəsinin Kandıra qəsəbəsində yerləşən 1 saylı "F" tipli həbsxanaya göndəriliblər.
[APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hər üç şəxs iyulun 8-nə keçən gecə İstanbuldakı Metris istintaq təcridxanasından Kocaelinə aparılıblar. Eyni cinayət işi üzrə ittiham olunan general Vəli Kiçik də Kandıra "F" tipli cəzaçəkmə müəssisəsində saxlanılır. Qeyd edək ki, Türkiyədə "F" tipli həbsxanalar yeni yaradılıb və çox ciddi mühafizə sistemi, sərt intizam qaydaları ilə fərqlənir. Təkadamlıq və 3 nəfərlik kameralardan ibarət olan bu cür həbsxanalarda əsasən terrorçular və digər ağır cinayət törədən şəxslər saxlanılır. -
07-08-2008, 02:01 PMAPAAzərbaycanla Rusiya arasında enerji əməkdaşlığına dair danışıqlar yaxın günlərdə başlayacaq
[b]Azərbaycanla Rusiya arasında enerji əməkdaşlığına dair danışıqlar yaxın günlərdə başlayacaq[b]
Bakı. Tamara Qriqoryeva-APA. Yaxın günlərdə Azərbaycan və Rusiya enerji sahəsində əməkdaşlığın şərtlərini müəyyənləşdirmək məqsədilə danışıqlara başlayacaqlar. APA-nın məlumatına görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov söyləyib.
[Səfir qeyd edib ki, Rusiya prezidenti Dmitri Medvedevin Bakıda müzakirə etdiyi əsas mövzulardan biri bu məsələ ətrafında olub. Prezidentin səfərini şərh edən İstratov tərəflərin bu günə kimi həllini tapmayan məsələlər ətrafında müzakirələr apardığını qeyd edib. Bu səfərlə ölkələr arasında yeni konstruktiv dialoqun əsasının qoyulduğunu bildirən səfir Azərbaycanla Rusiya arasında qarşılıqlı münasibətlərdə yeni səhifənin açıldığını bildirib. O, iki ölkənin sərhədlərinin delimitasiya məsələsinə də toxunub: "Bu həlli tezliklə başa çatacaq məsələlərdən biridir. Sərhədlərin delimitasiyasına dair razılaşdırılmamış bir-iki məqam qalıb. Problemin həll etmək istəyi hər iki tərəfdə var, amma bəzi məsələlərlə bağlı mövqelər üst-üstə düşmür". Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə toxunan səfir qeyd edib ki, Rusiya bu prosesə maksimum dərəcədə töhfəsini vermək istəyir: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına maksimum dərəcədə yardım göstərməyə hazırdır və danışıqlar prosesində irəliləyişləri alqışlayır. Biz əldə olunan razılaşmaların həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik". -
07-08-2008, 02:11 PMAPAMətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası iyulun 11-də keçiriləcək
[b]Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası iyulun 11-də keçiriləcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk toplantısı iyulun 11-də keçiriləcək. Bu barədə APA-ya Mətbuat Şurasının katibi Rəhim Hüseynzadə bildirib. Toplantıda təşkilati məsələlərə baxılacaq. Qeyd edək ki, ilk iclasda şura sədrinin müavinlərinin, qurumun komissiya sədrlərinin müəyyənləşəcəyi gözlənilir. -
07-08-2008, 02:21 PMAPATeymur Əmrahın Mehriban İsayevanı dişləməsi ekspertiza nəticəsində təsdiqlənib
[b]Teymur Əmrahın Mehriban İsayevanı dişləməsi ekspertiza nəticəsində təsdiqlənib[b]
[Bakı. Ülkər Qasımova - APA. "Teymur Əmrah məni döydüyünə, dişlədiyinə və təhqir etdiyinə görə ondan şikayət etmişəm. Hazırda Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsində təhqiqat aparılır. Ekspertiza nəticəsində Teymur Əmrahın məni dişləməsi təsdiqlənib". APA-nın məlumatına görə, bu sözləri müğənni Mehriban İsayeva bu gün keçirdiyi mətbuat konfransında deyib. O, 1 il müddətində T. Əmrahın təhqirlərinə dözdüyünü bildirib: "Çörəkpulu üçün işləməyə məcburam. Bu səbəbdən onun təhqirlərini birtəhər yola verirdim. Amma səbir kasam dolduğu üçün hüquq-mühafizə orqanlarına müraciət etdim. Bunu öyrəndikdə mənə zənglər etdirdi ki, qayıt işinə, nə lazımdırsa edəcəyəm. İndi də bu hərəkəti etdiyini boynuna almır. Bu məsələ elə-belə qalmayacaq və Teymu Əmrah cəzasını çəkəcək. Mən onu heç zaman bağışlamayacağam". M. İsayeva üç ildir "Canaqqala" restoranında çalışdığını, rəhbərlikdən zərrə qədər incimədiyini, sadəcə, Teymur Əmrahın söyüşlərindən bezdiyini söyləyib: "Hazırda işsizəm. Mədəniyyət və İncəsənət Universitetinin dördüncü kurs tələbəsiyəm və Mələkxanım Əyyubovadan dərs alıram. Tanınmasam da, öz işimin dərin bilicisiyəm". M. İsayeva yalnız haqqını tələb etdiyini və ədalətin yerini tapacağına inandığını vurğulayıb: "Bu hadisəni restoranda çoxları görüb. Sadəcə, heç kim işini itirmək istəmədiyindən danışmaq istəmir. İnanın ki, mən çox pis haldaydım. Özümü itirmişdim, nə edəcəyimi bilmirdim. Mənim 11 yaşında oğlum var. Bu hadisə ona da psixi cəhətdən pis təsir edib. Ancaq keçmiş həyat yoldaşım bu hadisə ilə heç maraqlanmadı". Tədbirdə iştirak edən "Təmiz Dünya" İctimai Birliyinin vəkili Ruslan Vəliyev bildirib ki, Teymur Əmraha qarşı Cinayət Məcəlləsinin 127, 132, 146 və 147-ci maddələri ilə cinayət işi qaldırıla bilər: "Əminik ki, məhkəmə ədalətli qərar verəcək və haqq öz yerini tapacaq. Qərar bizi qane etməsə, o zaman yuxarı instansiyalara müraciət edəcəyik". Qeyd edək ki, M. İsayeva iyunun 29-da "Çanaqqala" restoranında T. Əmrahla mübahisə edib. M. İsayeva T. Əmrahın onun saçını yolduğunu və əlini dişlədiyini deyib. -
07-08-2008, 02:31 PMAPAAlmaniyada pivənin qiyməti bahalaşır
[b]Almaniyada pivənin qiyməti bahalaşır[b]
[Berlin-APA. 2008-ci ilin payızından etibarən Almaniyada pivənin qiyməti bahalaşacaq. APA-nın məlumatına görə, bu ölkədə onlarla pivə markasının, o cümlədən Becks, Diebels, Hasseroder markalarının sahib olan Belçikanın "İnBev" firması payızda məhsullarının qiymətini 10 faiz qaldırmaq fikrindədir. Qiymət artımından sonra Almaniyada bir yeşik pivənin topdansatış qiyməti təqribən 1 avro bahalaşacaq. Almaniya Pivə İstehsalçıları Birliyi qiymət artımını dəstəkləyib və bunu pivə istehsalında istifadə olunan xammalın bahalaşması ilə əsaslandırıb. Qeyd edək ki, Almaniyanın digər pivə istehsalçıları artıq qiymətləri qaldırıblar. -
07-08-2008, 02:41 PMAPARövşən Novruzoğlu bu həftə cəzaçəkmə müəssisəsinə köçürüləcək
[b]Rövşən Novruzoğlu bu həftə cəzaçəkmə müəssisəsinə köçürüləcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Bayıldakı 1 saylı İstintaq Təcridxanasında olub. Komitə sədri APA-ya bildirib ki, orada saxlanılan Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin direktoru Rövşən Novruzoğlu ilə görüşüb. Onun sözlərinə görə, R. Novruzoğlu özünü təqsirkar saymadığını bildirib. E. Behbudov məhbusun iyulun 10-da cəzaçəkmə müəssisəsinə köçürüləcəyini deyib. Komitə sədri onu da qeyd edib ki, təcridxanada saxlanılan "GEN" MMC tikinti şirkətinin prezidenti Elbrus Əliyevlə görüşmək istəsə də, ona bildiriblər ki, təqsirləndirilən şəxs prokurorluğun göstərişi ilə yenidən Xətai rayon Polis İdarəsinə aparılıb.