[b]Xələf Xələfov Moskvada Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb[b]
Moskva. Laçın Sultanova-APA. Moskvada işgüzar səfərdə olan xarici işlər nazirinin müavini Xələf Xələfov rusiyalı həmkarı Qriqori Karasinlə görüşüb.
[APA-nın məlumatına görə, görüşdə Rusiya prezidenti Dmitri Medvedevin iyulun 3-4-də Bakıya planlaşdırılan rəsmi səfəri çərçivəsində Azərbaycan-Rusiya münasibətlərinin aktual məsələləri müzakirə olunub.
Azərbaycan Xəbərləri
Printable View

06-24-2008, 10:41 AMAPAXələf Xələfov Moskvada Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb

06-24-2008, 11:01 AMAPAİyulun 11-də Bakıda "Absurdistan" filminin premyerası keçiriləcək
[b]İyulun 11-də Bakıda "Absurdistan" filminin premyerası keçiriləcək[b]
[Bakı. Laçın Sultanova - APA. İyulun 11-də Bakıda Azərbaycan və Almaniyanın birgə istehsalı olan "Absurdistan" filminin premyerası keçiriləcək. APA-nın məlumatına görə, filmin təqdimatında iştirak etmək üçün alman rejissor Feyt Helmer Bakıya gələcək. Bir gün sonra isə film lentə alındığı Lahıcda nümayiş olunacaq. "Absurdistan" filminin Şəki, Mingəçevir, Gəncə və Lənkəranda da nümayişi nəzərdə tutulur. Qeyd edək ki, Moskvada keçirilmiş beynəlxalq kinofestivalda iştirak etmiş "Absurdistan" filmi lirik komediya janrında çəkilib və Asiya ilə Avropa arasında yerləşən bir məkanda baş verən romantik hadisələrdən bəhs edir. Rejissor F. Holmer 28 ölkədə kastinq keçirəndən sonra Lahıc kəndinə üstünlük verib. Filmdə Nurəddin Quliyev, Firəngiz Babayeva, Mətanət Atakişiyeva, Maks Mauf, Kristina Malerova, Nino Çxeidze və başqaları rol alıblar. -
06-24-2008, 11:41 AMAPACon Makkeynin baş müşavirinin sözləri respublikaçıları pis vəziyyətdə qoyub
[b]Con Makkeynin baş müşavirinin sözləri respublikaçıları pis vəziyyətdə qoyub[b]
[Vaşinqton - APA. ABŞ prezidentliyinə namizəd, demokrat Barak Obamanın seçki qərargahı prezidentliyə digər namizəd, respublikaçı Con Makkeynin baş siyasi müşaviri Çarlz Blekin açıqlamalarına kəskin etirazını bildirib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Ç. Blek "Forçun" jurnalına müsahibəsində deyib ki, ABŞ ərazisində yeni terror aksiyası baş verərsə, C. Makkeynin seçkidə qələbə şansı artar. B. Obamanın seçki qərargahının mətbuat katibi Bill Berton bunu "böyük ayıb" adlandırıb. Onun fikrincə, Ç. Blekin sözləri bir daha mövcud siyasətin dəyişməsinin zəruriliyini göstərir. C. Makkeyn özü də müşavirinin bəyanatından narazılığını gizlətməyib: "Mən təsəvvür edə bilmirəm, niyə o belə deyib. Bu, doğru deyil. Mən 2001-ci ilin 11 sentyabrından sonra yeni terror aktlarının qarşısını almaq üçün yorulmadan çalışmışam". Ç. Blek özü də söylədiklərindən peşman olduğunu deyib. -
06-24-2008, 11:51 AMAPAAqil Xəlilin Sergey Strekalinin məhkəməsində iştirak etməsi barədə qərar qəbul olunub
[b]Aqil Xəlilin Sergey Strekalinin məhkəməsində iştirak etməsi barədə qərar qəbul olunub[b]
Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
[APA-nın məlumatına görə, A. Xəlil prosesə qatılmayıb. Dövlət ittihamçısı Eldar Həmzəyev A. Xəlilin ibtidai istintaqa ziddiyyətli ifadələr verdiyini bildirib, məhkəmənin obyektiv qərar çıxarması üçün onun prosesdə iştirakını vacib sayıb. S. Strekalin və onun vəkili Arif Məlikov da A. Xəlilin məhkəmədə iştirakının təmin edilməsini istəyiblər. A. Xəlilin vəkili Elçin Sadıqov isə müdafiə etdiyi şəxsi S. Strekalininin bıçaqlamadığını əsas gətirərək onun prosesdə iştirak etməyəcəyini bildirib. Məhkəmə heyəti yerində müşavirə edərək A. Xəlilin məhkəmədə iştirakına qərar verib. Onun prosesdə iştirakının təmin olunması üçün proses iyulun 1-dək təxirə salınıb. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur. -
06-24-2008, 12:01 PMAPAMəşhur opera müğənnisi Dimetra Mustafaoğlu Bakıda konsert verəcək
[b]Məşhur opera müğənnisi Dimetra Mustafaoğlu Bakıda konsert verəcək[b]
[Los-Anceles. Hüsniyyə Həsənova-APA. Amerikanın tanımmış opera müğənnisi Dimetra Mustafaoğlu iyunun 27-də Bakıda konsert verəcək. Bu barədə APA-nın ABŞ bürosuna açıqlama verən xanım Mustafaoğlu deyib ki, Filarmoniyada baş tutacaq çıxışı iki hissədən ibarət olacaq. Birinci hissədə o Puççini, Cuzeppe Verdi və Franz Leharın opera və operettalarından parçalar oxuyacaq. Tamaşanın ikinci hissəsində isə opera müğənnisinin ifasında "Argentina mənim üçün ağlama" ("Evita"), "Mən səninlə bütün gecə rəqs etməyə hazıram" ("Mənim səmimi xanımım"), "Gecənin Musiqisi" ("Operanın Ruhu") məşhur əsərlər ifa olunacaq. Qeyd edək ki, Dimetra Mustafaoğlu hər il Azərbaycanın Los-Angeles şəhərindəki baş konsulluğu tərəfindən təşkil olunan Respublika Günü tədbirlərində Azərbaycan himnini canlı olaraq ifa edir. -
06-24-2008, 12:21 PMAPAAramsız yağışlar Daşkəsən rayonunun infrastrukturuna ziddi ziyan vurub
[b]Aramsız yağışlar Daşkəsən rayonunun infrastrukturuna ziddi ziyan vurub[b]
[Daşkəsən. Nəzakət Məşədiəliqızı-APA. Bir neçə gündür Daşkəsən rayonuna yağan aramsız yağışlar nəqliyyatın hərəkətinə ciddi problem yaradıb. Dünən bölgəyə yağan leysan yağışı Xoşbulaq yaşayış məntəqəsində 10 elektrik dirəyini və yüksək gərginlik xətlərini sıradan çıxarıb. 22 saylı yol istismar idarəsinin rəisi Nəriman Süleymanovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, güclü leysan Gəncə-Daşkəsən-Xoşbulaq yolunun 22-24 kilometrliyində Bayan kəndi ərazisində yolu tamamilə sıradan çıxarıb. Magistral yol 30 dəqiqədən artıq bağlı qalıb. Sel suları rayonun Dəstəfur və Çıraqlı kəndlərinin də nəqliyyat xətlərinə ciddi ziyan vurub. -
06-24-2008, 12:31 PMAPABakıda "Azərbaycanın Avro-atlantik məkana inteqrasiyası və demokratik seçkilər" mövzusunda beynəlxalq konfrans keçirilir
[b]Bakıda "Azərbaycanın Avro-atlantik məkana inteqrasiyası və demokratik seçkilər" mövzusunda beynəlxalq konfrans keçirilir[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Bakıda "Azərbaycanın Avro-atlantik məkana inteqrasiyası və demokratik seçkilər" mövzusunda iki günlük beynəlxalq konfrans başlayıb.
[APA-nın məlumatına görə, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc Azərbaycan və NATO münasibətlərinin inkişaf etdiyini bildirib. Azərbaycanın 1994-cü ildən böyük enerji siyasətinə başladığını deyən səfir NATO ilə əməkdaşlığın Azərbaycanın Avro-atlantik məkana inteqrasiya baxımından vacib olduğunu qeyd edib. H. Kılıc bildirib ki, Türkiyə Azərbaycanın Avro-atlantik məkana inteqrasiyasını dəstəkləyir: "Biz inanırıq ki, qarşıdan gələn prezident seçkisi demokratik standartlara cavab verəcək. Bu seçki Cənubi Qafqazda demokratiyanın inkişafına və beynəlxalq ictimaiyyətin Azərbaycana inamının artmasına kömək edəcək". Səfir Dağlıq Qarabağ probleminin indiyədək həll olunmamasına da toxunub: "Dünya ictimaiyyəti bu məsələyə diqqət yetirməli və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləməlidir". Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyev Azərbaycan və NATO münasibətlərinin tarixindən danışıb. O, hazırda Azərbaycanın NATO-nun 50-dən artıq layihəsini həyata keçirdiyini söyləyib: "Azərbaycan və NATO arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi dialoq da aparılır". NATO-nun baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Jan Fransua Buro NATO ilə əməkdaşlığın Azərbaycanın Avro-atlantik məkana və buradakı qurumlara inteqrasiyasının bir hissəsi olduğunu söyləyib: "Biz bu əməkdaşlıqdan çox razıyıq. IPAP-ın I mərhələsi artıq başa çatıb və Azərbaycanın bu mərhələdə uğurlar əldə edib. Planın II mərhələsi həyata keçiriləcək. Ümidvarıq ki, Azərbaycan NATO-nun ən uğurlu tərəfdaşlarından biri olacaq. Biz NATO olaraq Azərbaycanla əməkdaşlığın davamını dəstəkləyirik". Jan Fransua Buro qarşıdan gələn prezident seçkisinin Azərbaycan üçün çox vacib olduğunu vurğulayıb. -
06-24-2008, 12:41 PMAPASon 20 ildə televizor qarşısında matç izləyən 40 min futbol azarkeşi infarktdan dünyasını dəyişib
[b]Son 20 ildə televizor qarşısında matç izləyən 40 min futbol azarkeşi infarktdan dünyasını dəyişib[b]
Bern. Vyana-APA. Milli komandaların müxtəlif çempionatlarda çıxışı ilə həmin ölkədə miokard infarktından ölmə faktları arasında birbaşa əlaqə mövcuddur.
[APA-nın Rusiya KİV-ə istinadən yaydığı məlumatına görə, son iyirmi ilə ərzində müxtəlif yarışların canlı yayımı zamanı 40 min nəfər ekran qarşısında miokard infarktından dünyasını dəyişib. Maraqlıdır ki, milli komandanın qalib gəlməsi və məğlub olması insanların ürək-damar sisteminə eyni dərəcədə təsir edir. Ekran qarşısında vəfat edən azarkeşlərin tam yarısının ürəyi milli komandalarının qələbə çalmasından doğan sevinci hissinə tab gətirməyib. Qeyd edək ki, kardiologiyada "futbol infarktı" adlanan termin mövcuddur. Son 20 il ərzində stadionlarda infarktdan 230 azarkeş dünyasını dəyişib. Son iki belə hal EURO-2008-də qeydə alınıb. Avstriya-Almaniya matçından sonra 20 yaşlı avstriyalı qadın azarkeş stadionda dünyasını dəyişib, Türkiyə millisinin İsveçrə üzərində qələbəsindən sonra isə türk azarkeşin sevincdən ürəyi dayanıb. Həkimlərin hesablamalarına görə, milli komandanın matçı olan gün azarkeşlərin infarkt keçirməsi ehtimalı 3 dəfə artır. Oyunun izləyən zaman bəzi azarkeşlərin ürəyi dəqiqədə 160 dəfə döyünür ki, bu da sahədə olan oyunçuların ürək döyüntülərinin sayına bərabərdir. Lakin futbolçunun ürək döyüntüləri sürətlə nəfəs alıb-vermə, yəni mütəmadi oksigen qəbulu ilə müşayiət olunursa, azarkeşdə bu proses baş vermədiyindən onun infarkt vurma təhlükəsi artır. APA-nın "Tvoy den" qəzetinə istinadən yaydığı məlumata görə, Rusiya millisi Hollandiya yığmasını məğlub etdikdən sonra Moskvada müxtəlif xəstəxanaların kardiologiya bölmələrinə ürək-damar sisteminin xəstəlikləri diaqnozu ilə təqribən 200 azarkeş gətirilib. Həkimlərin sözlərinə görə, matçdan sonra infarkt diaqnozu ilə xəstəxanalara gətirilən şəxslərin hamısı yaşı 35-ə qədər olan azarkeşlərdir. Həkimlər Avropa çempionatının oyunlarını televiziya qarşısında izləyən azarkeşlərə infarkt təhlükəsini azaltmaq üçün siqaret çəkməməyi, spirtli içki qəbul etməməyi, oyun bitdikdən sonra təmiz havada gəzməyi məsləhət görürlər. -
06-24-2008, 12:51 PMAPAİyulda Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin 3-cü müşavirəsi keçiriləcək
[b]İyulda Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin 3-cü müşavirəsi keçiriləcək[b]
Bakı. Laçın Sultanova - APA. İyul ayının əvvəlində Xarici İşlər Nazirliyində Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin 3-cü müşavirəsi keçiriləcək.
[XİN-in mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, müşavirə iyulun 9-da qeyd olunan Azərbaycan Diplomatiya Günü ərəfəsində keçiriləcək. Qeyd edək ki, bu tipli müşavirələr iki ildən bir keçirilir. İlk müşavirə 2004-cü ildə, sonuncusu isə 2006-cı ildə olub. Hazırda Azərbaycanın xaricdə 55 diplomatik nümayəndəliyi var. -
06-24-2008, 01:01 PMAPABakıda "Yaradıcı qadınlar: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib
[b]Bakıda "Yaradıcı qadınlar: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə "Yaradıcı qadınlar: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbir Azərbaycan Qadınlarının III qurultayına hazırlıq çərçivəsində təşkil olunub. Tədbirdə giriş sözü ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınların yaradıcılıq təşkilatlarında təmsilçiliyini göstərən mövcud statistikanı açıqlayıb: "Azərbaycan Yazıçılar Birliyinin 1270 üzvündən 170 nəfəri, Azərbaycan Jurnalistlər İttifaqının 3200 üzvündən 700 nəfəri, Azərbaycan Bəstəkarlar İttifaqının 178 üzvündən 95 nəfəri, Azərbaycan Teatr Xadimləri İttifaqının 684 üzvünün 213 nəfəri, Azərbaycan Rəssamlar İttifaqının 1200 üzvündən 293 nəfəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının 263 üzvündən 50 nəfəri, Azərbaycan Memarlar İttifaqının 416 üzvündən 149 nəfəri qadındır". Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov, Bülbül adına Musiqi Məktəbinin direktoru Nigar Cərullazadə və digərlərinin çıxışlarında qadınların yaradıcılıq potensialının stimullaşdırılması üçün müxtəlif təkliflər irəli sürülüb.