Nəsib Nəsibli: «Deyəcəklər ki, "köprü" deməyin, körpü deyin, "topraq" deməyin torpaq deyin. Bu çox biyabırçı qərardır»
«Televiziya ekranlarından türk seriallarınının yığışdırılması haqqında verilən göstərişlər yanlış qərardır. Bu Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər». Bunu millət vəkili Nəsib Nəsibli ANS PRESS-ə verdiyi müsahibəsində bildirib. O qeyd edib ki, türk serialların tərcümə edilməsi haqqında verilən qərarlar əsassızdır. :«Mən başa düşə bilmirəm, türk dilindən türk dilinə tərcümə necə olur? Deyəcəklər ki, «köprü» deməyin, körpü deyin, «topraq» deməyin «torpaq» deyin. Bu çox biyabırçı qərardır. Hələ sovet dövründə Türkiyədən filmlər gətirilirdi və onlar tərcümə edilmədən efirə verilirdi. Tərcümə olunmasına etiraz edirdilər. İndi müstəqil Azərbaycanda bunu zorla tətbiq etmək istəyirlər. Hələ üstəlik də türk dilində verilişlərin əvəzinə rüs dilində serialların yayımlanması haqqında verilən tövsiyyələr biyabırçılıqdır. Görünür, hələ də bu insanlar Rusiyadan qopa bilmirlər. Müstəqil bir ölkədə yaşadıqlarını dərk edə bilmirlər», - deyə Nəsib Nəsibli bildirib.
Xatırladaq ki, «Yeni Müsavat» qəzeti Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev televiziya rəhbərləri ilə görüşünün olması barədə xəbər yayıb. Xəbərə əsasən, Ramiz Mehdiyev türk dilli serialların ekrandan yığışdırılmasını, müqabilində isə rus dilinə tərcümə edilmiş serialların nümayiş etdirilməsini tövsiyyə edib./ANS PRESS/
158 sonuçtan 111 ile 120 arası
-
01-12-2008, 08:42 AM #111Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
2008-ci ildən sığortalanmış əmanətlərin məbləğı artıb
2010-cu ildən isə bu məbləğ 8 min manata çatacaq
Əmanətlərin Sığortalanması Fondu 2008-ci il yanvar ayının 1-dən banklardakı əmanətləri 6 min manat ekvivalenti məbləğində sığortalayır. 2010-cu ildən isə bu məbləğ 8 min manata çatacaq. Bu barədə ANS PRESS-ə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
Xatırladaq ki, fond 2007-ci il avqustun 13-də fəaliyyətə başlayarkən bu məbləğ 4 min manat olub. Qeyd edək ki, əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqlarını yalnız banklar ödəyir.
Bu günə kimi 37 bank fonda üzv olub. Bu bankların fonda ödədiyi birdəfəlik üzvlük haqqı 10 min manatdır. /ANS PRESS/
-
01-12-2008, 08:43 AM #112Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
«Türk dilindən türk dilinə tərcümə necə olur?»
-
01-12-2008, 08:54 AM #113Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Tacikistan yığması yoldaşlıq görüşü keçirmək üçün yenidən AFFA-ya müraciət edib
Tacikistan Futbol Federasiyası yoldaşlıq görüşü keçirmək üçün yenidən AFFA-ya müraciət edib. Bu haqda “APA-SPORT” agentliyinə məlumat verən AFFA-nın baş katibi Elxan Məmmədovun sözlərinə görə, taciklər bu il yığmamızla mütləq qarşılaşmaq istəyirlər: “Bu gün Tacikistan Futbol Federasiyasının baş katibi mənə zəng vurmuşdu. O, milli komandamızla fevralın 6-na planlaşdırılan yoldaşlıq görüşünün texniki səbəblər üzündən baş tutmadığını bildirdi. Eyni zamanda tacik həmkarım Azərbaycan yığması ilə yoldaşlıq görüşünün Bakıda bu il mütləq təşkil olunmasının məqsədəuyğunluğunu söylədi”.
E.Məmmədov vurğulayıb ki, yığmamız FİFA tərəfindən beynəlxalq yoldaşlıq görüşləri üçün ayrılmış tarixdə - fevralın 6-da rəqibsiz qalmayacaq. Baş katib hazırda AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin rəqib axtardığını deyib: “Mən dəfələrlə bildirmişəm ki, milli komandamız beynəlxalq yoldaşlıq görüşlərinin hamısında iştirak edəcək. Mən baş katib təyin olunduqdan sonra yığmamız səfərdə Tacikistanla, Bakıda isə Gürcüstanla qarşılaşıb. Gələcəkdə də rəqibsiz qalmayacağıq”.
Qeyd edək ki, milli komandamız ötən il avqustun 22-də Düşənbədə Tacikistana 3:2 hesabı ilə qalib gəlib. Tacikistanlıların müraciətindən sonra cavab görüşünün bu il fevralın 6-da “Şəfa” stadionunda oynanılması nəzərdə tutulmuşdu. Lakin Tacikistan yığması müxtəlif səbəblər ucbatından Bakıya gəlməkdən imtina edib. /APA-Sport/
-
01-14-2008, 12:46 PM #114Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Futbol üzrə Türkiyə Superliqasında 18-ci tur başa çatıb
Çempionluğa iddialı Sivasspor bu tur Trabzonsporu qonaq edib
Futbol üzrə Türkiyə Superliqasında 18-ci tura yekun vurulub. Çempionluğa iddialı Sivasspor bu tur Trabzonsporu qonaq edib. Qarşılıqlı hücumlarla keçən ilk hissədə qapılara qol vurulmayıb. Fasilədən sonra hücumlarının kəsərini artıran Sivasspor 50-ci dəqiqədə hesabı açıb. Sivaslılar matçın 78-ci dəqiqəsində penaltıda vurulan daha bir qolla fərqləniblər. Matç elə Sivassporun 2-0 hesablı qələbəsi ilə başa çatıb. Sivasspor-Trabzonspor: 2-0 /ANS TV/
-
01-14-2008, 12:47 PM #115Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Ukrayna dairəsinin yanında sərnişin avtobusu aşıb
Bu saata olan məlumata görə, avtobusu qaldırmaq mümkün olmayıb
Ukranya dairəsinin yanında 62 saylı sərnişin avtobusu aşıb. Hadisə təxminən saat 10 radələrində baş verib. ANS PRESS-in hadisə yerində olan əməkdaşıının verdiyi məlumata görə, avtobusun aşmasına səbəb şaxtalı hava şəraiti nəticəsində yolların buz bağlaması olub. Hadisə nəticəsində xöşbəxtlikdən ölən olmasa da, yaralananlar olub. Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Hazırda hadisə yerində yol patrul xidmətinin əməkdaşları çalışırlar. Bu saata olan məlumata görə, avtobusu qaldırmaq mümkün olmayıb./ANS PRESS/
-
01-14-2008, 12:48 PM #116Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Britaniyada yaşayan azərbaycanlı xanımlar arasında gözəllik müsabiqəsi keçiriləcək
Müsabiqədə Britaniyada yaşayan 16 yaşdan 28 yaşa kimi bütün azərbaycanlı xanımlar iştirak edə bilərlər
Böyuk Britaniyada keçən il fəaliyyətə başlayan “Sara Xatun” qadın cəmiyyəti ilk layihəsini həyata keçirməyə başlayıb. Cəmiyyətin sədri Simuzər Baloğlanovanın ANS PRESS-ə verdiyi məlumata görə, "Sara Xatun" Britaniyada yaşayan və təhsil alan gənc azərbaycanlı xanımlar arasında milli gözəllik müsabiqəsi elan edib. Müsabiqədə Britaniyada yaşayan 16 yaşdan 28 yaşa kimi bütün azərbaycanlı xanımlar iştirak edə bilər. İlkin mərhələdə iştirak etmək istəyən xanımların ərizə formaları qəbul olunacaq. Daha sonra isə müsabiqədə iştirak etmək üçün ərizə ilə müraciət edən xanımlarla görüş keçiriləcək, onların müsabiqəyə hazırlığına start veriləcək. Qeyd edək ki, gözəllik müsabiqəsində iştirak edən xanımlar “Sara Xatun” qadın cəmiyyəti tərəfindən təmin ediləcək Azərbaycan milli geyimlərində səhnə nümayişini həyata keçirəcəklər. İlin azərbaycanlı gözəli isə münsiflər heyəti tərəfindən seçiləcək. “Britaniyanın Azərbaycanlı Gözəli” adını alacaq qalibi maraqlı sürprizlər də gözləyir. Müsabiqədə ilin gözəli ilə yanaşı, tamaşaçı rəğbəti qazanmış ən gözəl azərbaycanlı xanım nominasiyası da həyata keçiriləcək. Bu nominasiyanın qalibi isə müsabiqənin həyata keçirildiyi gün tamaşaçılar tərəfindən müəyyən ediləcək. Gözəllik müsabiqəsi 8 martda təşkil ediləcək. Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün ərizə qəbulu üçün son tarix fevralın 14-dür.
Azərbaycanlı Gənclər Klubunun təşəbbüsü ilə 2007-ci ilin yay aylarında fəaliyyətə başlayan “Sara Xatun” qadın cəmiyyətinin əsas məqsədi Britaniyada və Avropada yaşayan azərbaycanlı xanımları bir araya toplayaraq müxtəlif maraqlı layihələri həyata keçirmək, Azərbaycan qadınının tarixi nailiyyətlərini araşdırmaq və Avropada güclü Azərbaycan qadını şəbəkəsini qurmaqdır. /ANS PRESS/
-
01-14-2008, 12:49 PM #117Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
İpoteka kreditlərinin istifadəsi üçün səmərəli variantlar hazırlanır
Bu variantlarla bağlı təkliflər hazırlanaraq dövlət başıçısına təqdim olunacaq
Milli Bank 2008-ci ildə ipoteka üçün ayrılmış vəsaitlərin istifadəsi ilə bağlı variantlar hazırlayır. Bu barədə məlumatı Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov verib. Cənab Rüstəmovun sözlərinə görə, yaxın vaxtlarda səmərəli ipoteka modelləri ilə bağlı təkliflər hazırlanıb dövlət başçısına təqdim ediləcək. Onu da qeyd edək ki, ötən il ərzində Azərbaycanda 8 min ailəyə 260 milyon manat ipoteka krediti verilib. Bu il isə bu məqsədlə büdcədən 35 milyon manat vəsait ayrılıb. /ANS TV/
-
01-14-2008, 12:50 PM #118Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Türkiyədə dini idman klubu yaranır
Dindarlar ölkənin ən nüfuzlu idman komandalarından birini yaratdıqlarına əmindirlər
Türkiyəni dini işlər idarəsi «İmam-spor» idman klubu yaradır. Qurum inanır ki, yeni komanda yaxın vaxtlarda Türkiyənin ən nüfuzlularından biri olacaq. Dindarlar Türkiyədə böyük rəğbət qazanmış futbola yanaşı yüngül atletika, basketbol, voleybol, güləş, stolüstü tennis və atıcılıq idmanları ilə də məşğul olacaqlar. Klubların əsas şüarı müasir idman dünyagörüşü və mənəviyyətinin təbliği olacaq./ANSPRESS/
-
01-14-2008, 12:50 PM #119Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Çinə güclü qar yağıb
Güclü qar Jinqsu, Anhui, Hunan, Hubey kimi əhalinin sıx məskunlaşdığı əyalətlərdə həyatı iflic edib
ABŞ və Avropadan sonra Çinə də güclü qar yağıb. Həftənin əvvəlindən Çinin şərq və mərkəzi hissəsini cənginə alan güclü qar Jinqsu, Anhui, Hunan, Hubey kimi əhalinin sıx məskunlaşdığı əyalətlərdə həyatı iflic edib. Çinin dövlət televiziyasının yaydığı məlumata görə, hava limanlarında reyslər təxirə salınıb və minlərlə sərnişin hava limanlarında gecələməli olublar. Qar nəqliyyat sistemində də çətinliklər yaradıb. Yol-qəza hadisələrin sayı artıb./ANSPRESS/
-
01-14-2008, 12:51 PM #120Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Azadlıq prospektindən naməlum kişi meyiti tapılıb
Yaşayış yeri olmayan təxminən 55 yaşlı kişinin donvurmadan öldüyü güman edilir
Bakının Azadlıq prospektində 86 saylı binanın zirzəmisindən kişi meyiti tapılıb. Məlumatı ANSPERSS-ə Nəsimi rayon Polis İdarəsindən veriblər. Məlumata görə, ölənin şəxsiyyəti hələlik məlum deyil. Onun təxminən 55 yaşı olub və müəyyən yaşayış yeri olmayan şəxsdir. F
aktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır. İlkin ehtimallara görə, o, donvurmadan dünyasını dəyişib. /ANSPRESS/


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri