Əsas məzmuna keç
Sayfa 13/16 İlkİlk ... 31112131415 ... SonSon
158 sonuçtan 121 ile 130 arası

Son xeberler

  1. #121
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Bu gün Azərbaycanın xalq artisti Mirzə Babayevin vəfatından 5 il keçir

    Üç gün xəstəxanada yatan sənətkar yanvarın 13-də, ömrünun 90-cı ilində dünyasını dəyisib

    Bu gün Azərbaycanın xalq artisti Mirzə Babayevin vəfatından 5 il keçir. Üç gün xəstəxanada yatan görkəmli sənətkar yanvarın 13-də, ömrünun 90-cı ilində dünyasını dəyisib.

    M.Babayev 1913-cü il iyulun 16-da Bakıda doğulub. Azərbaycan Neft-Kimya İnstitutunun memarlıq fakultəsini, sonra isə Musiqi Akademiyasını bitirib. Uzun illər memar işləyən dahi sənətkar Tofiq Quliyev, Rauf Hacıyev, Emin Sabitoğlu və başqa bəstəkarlarla yaradıcılıq əməkdaşlığı edib. M.Babayev heyranlarının xatirində bir çox filmlərdə epizodik rolların, gözəl mahnıların məşhur ifaçısı, Azərbaycan estradasının əsasını qoyanlardan biri kimi qalıb. 20-dən artıq filmdə obraz yaradıb. "Dərviş Parisi partladır", "26-lar", 'Sevil', 'Yenilməz batalyon ' və onlarla digər filmlərdə aktyor yadda qalan, gozəl obrazlara ekran həyatı verib./ANSPRESS/

  2. #122
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    «KAMAZ» satış üçün nəzərdə tutulmuş 6 maşını əzib

    Əzilmiş maşınların sahiblərinə təxminən 100 000 manat ziyan dəyib
    Binəqədi rayonu ərazisində «KAMAZ» markalı yük maşını Ziya Bünyadov küçəsi 1A saylı binanın qarşısında satış üçün nəzərdə tutulmuş 6 avtomaşını əzib. Məlumatı ANSPRESS-ə hadisə yerində avtomobil satışı ilə məşğul olan Cavid Əhədov verib. Onun sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Satıcılar işə gələndə maşınların artıq əzildiyinin şahidi olub. Cavid Əhədov bildirib ki, əzilən maşınlardan 5-i Avropa istehsalıdır və təzədir. Digər maşın isə işlənmiş VAZ-2108-dir. Bundan başqa, qəza törədən «KAMAZ» avtomobil satışı və təmiri ilə məşğul olan «Böyük həyat» şirkətinin binasına da ziyan vurub. Şirkət rəhbərliyinin hesablamalarına görə, əzilmiş maşınların dəyəri 100 000 manata yaxındır. Binaya isə təxminən 30 min manat ziyan dəyib.

    Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin növbətçi hissəsindən ANSPRESS-ə bildiriblər ki, onlarda hələlik bu barədə məlumat yoxdur. /ANSPRESS/

  3. #123
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Azərreyl voleybol klubu beynəlxalq turnirin qalibi olub

    Bakılılar bu titulu Qubada qazanıblar

    Qadınlardan ibarət Azərreyl voleybol klubu Qış-2008 beynəlxalq turnirin qalibi olub. Yarışların startı Bakıda verilsə də, sonradan təşkilatçılar turniri Qubada davam etdirmək qərarına gəliblər. Yarışların finalında Azərbaycanın Azərreyl klubu dünyanın ən səviyyəli klublarından biri Uraloçka ilə qarşılaşıb. Rəqibini 3 torda məğlub etmiş Azərreyl Qış-2008 turnirinin qalibi adını qazanıb. Fəxri kürsünün 3-cü pilləsini isə Rabitəçi klubu qalxıb. /ANS TV/

  4. #124
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    18 yaşlı gənc özünü asıb

    Cəlilabad rayonunun Sabirabad kəndində intihar edən Asif Mətləb oğlu Əliyevin ruhi xəstə olduğu bildirilir

    Cəlilabad rayonunun Sabirabad kəndində intihar hadisəsi baş verib. 18 yaşlı kənd sakini Əliyev Asif Mətləb oğlu özünü həyətlərindəki mal tövləsində kəndirlə asıb. Kənd sakinlərinin sözlərinə görə, Asif Əliyev ruhi xəstədir və onun xəstəliyini vaxtilə tibbi komissiya da təsdiqləyib. Onun hansı səbəbdən intihar etdiyi bəlli deyil. Hadisə ilə əlaqədar Cəlilabad rayon prokurorluğunun əməkdaşları Sabirabad kəndində olublar və mərhumun cəsədi məhkəmə-tibb ekspretizasından keçirilməsi üçün rayon mərkəzinə aparılıb. Mərkəzdən ANSPRESS-in bölgə müxbirinə verilən məlumata görə, xəstənin daxili və xarici müayinəsindən sonra intiharın səbəbləri daha dəqiq müəyyənləşdiriləcək. Faktla bağlı rayon prokurorluğundə cinayət işi açılıb, istintaq aparılır.

    Qeyd edək ki, Asif Əliyev anası, iki qardaşı və bir bacısı ilə eyni evdə yaşayırmış. O, özünü gecədən assa da, ailə üzvləri bu barədə yalnız səhər tezdən xəbər tutublar. /ANSPRESS/

  5. #125
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Qarlı və şaxtalı hava şərati sabahdan etibarən nisbətən mülayimləşəcək

    Paytaxtda hava yağmursuz zəif buludlu olacaq, temperatur 2-5 dərəcəyə qədər yüksələcək

    Qarlı və şaxtalı hava şərati sabahdan etibarən nisbətən mülayimləşəcək. Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Umayra Tağıyevanın ANS-ə verdiyi məlumata görə, sabahdan paytaxtda hava yağmursuz, zəif buludlu olacaq. Temperatur 2-5 dərəcəyə qədər yüksələcək. Bu gün isə paytaxtda temperatur 0 -2 dərəcə arasında dəyişəcək.

    Bu gecə isə paytaxtda 3-4 dərəcə şaxta gözlənilir. Cənub rayonlarında isə zəif qar müşahidə ediləcək, temperatur -3 -7 dərəcə olacaq. Dağlıq rayonlarda isə 14 -17 dərəcə şaxta olacaq. /ANSPRESS/



    © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS

  6. #126
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Teymur Rəcəbov dünya şöhrətli Vişvanatan Anandı məğlub edib

    Dünya çempionu ağ fiqurlarla oynamış qrossmeysterimizə 22-ci gedişdə təslim olub

    Şahmatçımız Teymur Rəcəbov Hollandiyada təşkil olunmuş Korus superturnirinin ilk turunda hindistanlı, dünya şöhrətli Vişvanatan Anandı məğlub edib. Hazırkı dünya çempionu ağ fiqurlarla oynamış qrossmeysterimizə 22-ci gedişdə təslim olub. Təəssüf ki, turnirdə ölkəmizi təmsil edən digər şahmatçı Şəhriyar Məmmədyarov yarışa məğlubiyyətlə başlayıb. O, norveçli Maqnus Karlsenə uduzub.

    Qeyd edək ki, bu gün Teymur Rəcəbov Vladimir Kramniklə, Səhriyar Məmmədyarov isə Vişvanatan Anandla qarşılaşacaq./ANS TV/

  7. #127
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Güləşçimizin bürünc medalı gümüşlə əvəzlənib

    Səbəb Qara Dəniz Oyunlarının qızıl medalını qazanmış rusiyalı güləşçinin qanında dopinq tapılmasıdır
    Birinci Qara Dəniz Oyunlarının bürünc mükafatını qazanmış güləşçimiz Orxan Paşayevin medalı gümüşlə əvəzlənib. Buna səbəb Rusiya güləşçisinin qanında dopinq tapılmasıdır. Belə ki, dopinq test 54 kq çəki dərəcəsində oyunların qızıl medalını qazanmış rusiyalı Yunan-roma güləşçisi Alan Zakayevin qanında qəbulu qadağan olunmuş preparat tapıb. Nəticədə Zakayev 2 il müddətinə yarışlardan kənarlaşdırılıb, qızıl medalı isə əlindən alınaraq ikinci olmuş güləşçiyə verilib. /ANS TV/

  8. #128
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Həftə ərzində İran istehsalı olan qaz sobalarından 50 insan zəhərlənib

    Havaların soyuq keçməsi dəm qazından zəhərlənənlərin sayını artırıb
    Bir həftə ərzində İran istehsalı olan qaz sobalarından 50-yə yaxın insan zəhərlənib. Xətai rayon 2 saylı Əfəndiyev adına xəstəxananın toksikologiya söbəsinin mudiri Azər Maqsudovun sözlərinə gorə, hazırda xəstəxanaya təkcə Bakı şəhər sakinləri deyil, regionlardan gələn xəstələr də muraciət ediblər: «Havaların soyuq keçməsi dəm qazından zəhərlənənlərin sayını artırıb. Gündəlik 5-10 nəfər müraciət edir. Demək olar ki, müraciət edənlərin yarısı orta ve ağır vəziyyətdədir».

    Faktla əlaqədar İqtisadi İnkisaf Nazirliyi yanında istehlak bazarına nəzarət üzrə dövlət xidmətinin rəisi Xaliq Məmmədov rəsmi olaraq bildirib ki, artıq bir necə gündür ki, İran istehsalı olan qaz sobalarinin keyfiyyəti ilə bağli hüquq-mühafizə orqanlarından müraciətlər daxil olub. Onların keyfiyyətini yoxlamaq məqsədi ilə monitorinqlər aparılır. Xidmət rəisi kecirilən monitorinqlərin nəticəsində həmin sobaların texniki keyfiyyətində problem aşkarlandığını da bildirib: «Paytaxda apardığımız müşahidələr nəticəsində isə aydın olub ki, artıq bir necə gündür mağazalarda bu cür sobaların satışı dayandırılıb».

    Qeyd edək ki, bu gün səhər saatlarında Xətai rayon General Şıxlinski küçəsi 44 saylı binanın qarşısında yearləşən kafedə də iki nəfər şəxsin dəm qazından zəhərləndiyi qeydə alınıb, 1 nəfər ölüb, digəri isə şok vəziyyətində 2 saylı Əfəndiyev adına xəstəxanaya çatdırılıb. /ANS TV/

  9. #129
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Azərbaycanlı əmanətçilər bu il də sovet banklarında qalan pullarını ala bilməyəcəklər

    Samir Şərifov: "Büdcənin müzakirələri zamanı əmanətlərin qaytarılması nəzərdə tutulmayıb"
    Azərbaycanlı əmanətçilər bu il də sovet banklarında qalan pullarını ala bilməyəcəklər. 2008-ci ilin dövlət büdcəsində bununla bağlı vəsait nəzərdə tutulmayıb.

    Maliyyə naziri Samir Şərifov büdcənin müzakirələri zamanı əmanətlərin qaytarılması yollarının hələ də hökumətdə araşdırıldığını deyib: «Hələ bununla bağlı müzakirələr aparılr».

    Ekspert Vahid Əhmədov isə bu qənaətdədir ki, əmanətləri qaytarmaq üçün Azərbaycanın imkanı artıq əmanətləri qaytarmağa başlayan Ukraynadan qat-qat çoxdur: «Sadəcə hökumət inflyasiya riskindən çəkindiyndən ildən-ilə bu məsələni təxirə salınır. Bunu qiymətli kağızlar şəklində verə bilərik və ya insanların bu vəsait hesabına kommunal borcları da ödənilə bilər».

    Artıq Milli Məclisin spikeri Oqtay Əsədovun təklifi ilə məsələ ilə bağlı xüsusi işçi qrup yaradılıb. Vahid Əhəmədov yaxın günlərdə işçi qrpun üzvlərinin hökumət nümayəndələri ilə danışıqlara başlayacağını və əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsinin hazırlanacağını bildirib. Onun sözlərinə görə, qanun layihəsi 2008-ci ilin sonuna qədər Milli Məclisdə qəbul olunacaq.

    Xatırladaq ki, sovet banklarında pulları qalan azərbaycanlı əmanətçilərin sayı 1 milyon 986 min 104 nəfərdir. Sovet banklarında qalan azərbaycanlılara məxsus əmanətlərin həcmi isə 48 milyard rubldur. /ANS TV/

  10. #130
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Ötən il xaricdən Azərbaycana işləməyə gələnlərin sayı 35 faiz artıb

    Füzuli Ələkbərov: "Elə etmək lazımdır ki, sahibkarlar xaricilərə yox, yerli işçilərə maraq göstərsinlər"
    Ötən il xaricdən Azərbaycana işləməyə gələnlərin sayı 35 faiz artıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib.

    O deyib ki, 2008-ci ildə xarici miqrantların sayı 1800 nəfər olub. Onun sözlərinə görə, indiyədək xariciləri işə götürmək üçün razılığa görə sahibkarlar 44 manat ödəyirdilər. Bu isə sahibkarlara imkan verirdi ki, xaricdən ucuz işçi qüvvəsi cəlb etsinlər. İndi icazənin qiymətinin artırılması barədə təkliflər hazırlanır. Nazirlikdə deyirlər ki, bu, o qədər yüksək olmalıdır ki, sahibkarlar xaricilərə deyil, yerli işçilərə maraq göstərsinlər. /ANS TV/

Sayfa 13/16 İlkİlk ... 31112131415 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.