Əsas məzmuna keç
Sayfa 11/16 İlkİlk ... 910111213 ... SonSon
158 sonuçtan 101 ile 110 arası

Son xeberler

  1. #101
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Ağır atletika üzrə ölkə çempionatına yekun vurulub

    Yarışda fərqlənmiş atletlər fevralda «A» kateqoriyalı Tehran turnirində ölkəmizin idman şərəfini qoruyacaqlar

    Milli Aviasiya Akademiyasının idman zalında bu gün ağır atletika üzrə ölkə çempionatına yekun vurulub. Son yarış günü 5 çəki dərəcəsində qaliblər məlum olub. 77 kq çəki dərəcəsində Gəncə atleti Namiq Cəmilov ümumilikdə 321 kq-lıq ağırlığı ram edib. Çəkisi 85 kq-dək olan atletlərin yarışında paytaxt təmsilçisi İntiqam Zairov 340 kq-lıq ağırlığı başı üzərinə qaldırararağ ölkə çempionu titulunu qazanıb. Təcrübəli Əlibəy Səmədov da qələbəni bayram edib. O, birdən qaldırmada 160, təkanla isə 180 kq-lıq ağırlığın öhdəsindən gəlib.

    Lənkəranlı Rövşən Fətullayevin isə 105 kq-da əli gətirib. İki hərəkətin cəmində 351 kq-lıq ağırlığı başı üzərinə qaldıran Rövşən şəxsi rekordunu 20 kq təzəliyib.

    Daha bir cənub təmsilçisinin isə superağır çəkidə bəxti gətirib. Ümumi hesabda 360 kq çəkini başı üzərinə qaldırmış Aydın Məmmədov qələbə sevincini yaşayıb. Komanda hesabında isə «Neftçi» cəmiyyətinin ağırlıqqaldıranları birinci olub. Qeyd edək ki, ölkə çempionatının qalibləri gələn ay İranda keçiriləcək Namcunun «A» kateqoriyalı xatirə turnirində bacarıqlarını nümayiş etdirəcəklər. /ANS TV/

  2. #102
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    İrandan Naxçıvana verilən qazın həcmi artıb

    Naxçıvanın rayonlarından ikisi bu gün mavi yanacaqla nisbətən təmin edilib
    İrandan Naxçıvana verilən qazın həcmi bu gün artıb. Muxtar respublikanın «Qaz» Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Səxavət Abbasovun sözlərinə görə, artıq bir neçə gündür qazı kəsilən Naxçıvanın rayonlarından 2-si bu gün mavi yanacaqla nisbətən təmin edilib. İrandan Naxçıvana qazın həcminin azaldılması ilə əlaqədar artıq «Azəriqaz» Qaparlı Səhimdar Cəmiyyətinin nümayəndələri qonşu ölkəyə gediblər: «İrandan bizə bir saatda daxil olan qazın həcmi 26 min kub metrdir daxil olmuş qazın həcmi, amma 36 min kub metr tələb olunur». /ANS TV/

  3. #103
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    «Gəncə» avtomobil zavodu bu il 600-dən çox traktor yığmağı planlaşdırır

    Zavodu yeni texnikaların istehsalına başlayıb
    «Gəncə» avtomobil zavodu yeni texnikaların istehsalına başlayıb. Müəssisədə Belarusun «Dorelektromaş» müəssisəsi ilə bağlanan müqavilə əsasında kənd təsərrüfatı və kommunal sahələrində çalışa bilən texnika üçün 15 növ asma avadanlıqlar istehsalına edilir. Bu avadanlıqlar müəssisədə istehsal olunan «Belarus 82.1» model traktorların bazasında quraşdırılır.

    «Gəncə» avtomobil zavodunun direktoru Xanlar Fətiyevin sözlərinə görə, bu il təxminən 350-400 avadanlıq satılması planlaşdırılır: «Ən əsası odur ki, biz bu avadanlıqların 80 faizini zavodumuzda istehsal edə biləcəyik».

    Hazırda zavodda «Belarus mup 351» modeldə dörd ədəd yükləyici maşın eksperimental yığımından keçir. Bu maşınlar yolların qardan və digər tullantılardan təmizlənməsi, yükləyici-daşıyıcı işlər, eyni zamanda digər müxtəlif kommunal tədbirlərin həyata keçirilməsi üçün də istifadə oluna bilir. Bu cür asma avadanlıqlar quraşdırılan traktorların qiyməti isə 32-35 min manat arasında olacaq ki, bu da Belarusdan 30-40 faiz ucuzdur.

    Ötən il zavoda 426 ədəd 6 modeldə «Belarus» traktoru yığılıb. Bunlardan 377-si sifarişçi «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə verilib. Qalanları isə fərdi alıcılara satılıb. 74 ədəd 6 modeldə «Uaz» markalı avtomobil, 9 ədəd 3 modeldə «Maz» markalı ağırtonnajlı avtomobil yığılıb. Bu il «Aqrolizinq» ASC ilə bağlanan müqaviləyə əsasən, daha 148 «Belarus» traktoru istehsal ediləcək. Ümumilikdə isə zavod 600-dən çox traktor yığmağı planlaşdırır. /ANS TV/

  4. #104
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Qırmızı Xaç Komitəsinin nümayəndələri əsir əsgərimiz Samir Məmmədovla görüşüblər

    O, yenə də ailəsi ilə məktublaşmaqdan, telefonla danışmaqdan imtina edib.Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülən əsgəri Samir Məmmədovla görüşüblər.

    Bu barədə əsirin atası Nazim Məmmədov bildirib. Onun sözlərinə görə, BQXK-dən əsirin ailəsinə görüşün bu gün olduğu bildirilib: «Bizə dedilər ki, Samirin səhhəti normaldır. Onun yenə də bizimlə məktublaşmaqdan, telefonla danışmaqdan imtina etdiyini də bildirdilər. Deyilənə görə, Samir fotosunun çəkilməsinə də imkan verməyib». /ANS TV/

  5. #105
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Bu gün İraqın paytaxtı Bağdada gözlənilmədən qar yağıb

    Hətta ən yaşlı sakinlər belə Bağdada sonuncu dəfə nə vaxt qar yağdığını xatırlamırlar
    Bu gün İraqın paytaxtı Bağdada gözlənilmədən qar yağıb. Havanın temperaturu isə 0 dərəcəyə düşüb. Buna baxmayaraq, qar yerə düşməmiş əriyir. Bağdad sakinləri qarın yağmasını sevinclə qarşılayaraq bunun sülh-əminamanlıq əlaməti olduğunu deyirlər. Hətta ən yaşlı sakinlər belə Bağdada sonuncu dəfə nə vaxt qar yağdığını xatırlamırlar. Bəziləri həyatlarında dolu yağdığını gördüklərini desələr də, lakin indiyə kimi qar yağmasını müşahidə etmədiklərini bildiriblər. /ANS TV/

  6. #106
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Travmatologiya və Ortopediya İnstitutu gücləndirilmiş iş rejminə keçib

    Yanvarın 6-dan bu günə kimi Bakı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına 105 çağırış olub

    Yolların buz bağlaması yüzlərlə adamın travma alaraq xəstəxanalara müraciət etməsi ilə nəticələnib. Rəsmi statistikaya görə, təkcə yanvarın 6-dan bu günə kimi Bakı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına 105 çağırış olub. Bu barədə təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkiminin müavini Rauf Nağıyev məlumat verib.
    Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyevin verdiyi məlumata görə isə, instituta travmalarla bağlı 120 nəfər daxil olub. Onlardan 11 nəfərinin vəziyyəti pis olub ki, onlar da əməliyyat olunublar. Hazırda xəstəxana gücləndirilmiş iş rejminə keçib. Qeyd edək ki, xəsarət alanların çoxu yaşlılardır. /ANS TV/

  7. #107
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    2008-ci ildə əmək haqqı və pensiyalar yenə də qaldırılmalıdır (YENİLƏNİB)

    Prezident İlham Əliyev Nazirlər Kabinetində bu gün keçirilən müşavirədə çıxış edib

    Prezident İlham Əliyev Nazirlər Kabinetində bu gün keçirilən müşavirədə çıxış edib. O bildirib ki, 2007-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Ötən il ölkədə iqtisadi sahədə bütün müsbət meyllər daha da inkişaf edib və beləliklə Azərbaycan öz iqtisadi potensilanı əhəmiyyətli dərəcədə artırıb. Prezidentin sözlərinə görə, son dörd il ərzində ölkədə ararılmış əsaslı iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının həcmi 96 % , təxminən iki dəfə artıb və bu, dünyada analoqu olmayan göstəricidir: «Müsbət hal ondan ibarətdir ki, sənaye istehsalı da eyni sürətlə artır. Bu il sənaye istehsalının artımı 24% olub. Azərbaycanda sənaye potensialının möhkəmlənməsi sahəsində böyük işlər görülür, tədbirlər həyata keçirilir və biz növbəti illərdə də bu sahəyə böyük diqqət göstərməliyik. İnvestisiyaların həcmi yenə də çox yüksək səviyyədədir. Azərbaycanda enerji layihələrinin böyük əksəriyyəti başa çatdırılıb. Neft-qaz yataqlarına böyük sərmayə qoyuluşu artıq demək olar ki, başa çatıb və azalmağa başlayıb. Buna baxmayaraq, 2007-ci ildə investisiyaların həcmi 6 milyard dollardan çox olub və sevindirici haldır ki, bunların böyük əksəriyyəti daxili investisiyalardır». Dövlət başçısı bəyan edib ki, Azərbaycanın iqtisadi potensialına xarici və daxili investorlar tərəfindən böyük inam var və investisiyalar üçün cəlbedici ölkə kimi Azərbaycan öz mövqelərini saxlaya bilir.

    İlham Əliyev büdcə xərclərinin əhəmiyyətli dərəcədə artdığını da xüsusi vurğulayıb. Onun sözlərinə görə, büdcə xərclərinin artım dinamikasına görə də Azərbaycan dünyada birinci ölkələr arasındadır. Son 4 ildə büdcə xərcləri on dəfə artıb və 2008-ci ilin icmal büdcəsi 12 milyard dollara bərabərdir. Bu, Azərbaycana qarşısında duran əsas vəzifələri həll etmək şəraiti yaradır: «İmkan yaranır ki, infrastuktur məsələlərini, sosial məsələləri həll edək, böyük iqtisad, nəqliyyat, enerji layihələrini öz gücümüz hesabına həyata keçirək. Bu, ölkəyə iqtisadi müstəqillik verir və Azərbaycan bölgədə öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirir».

    İlham Əliyev bildirib ki, 2007-ci ildə sosial məsələlərin həllinə böyük diqqət göstərilib, maaşlar və pensiyalar artıb. Onun sözlərinə görə, bu meyl indi də davam edir: «Bildiyiniz kimi 2008-ci il yanvarın 1-dən minimum əmək haqqı və minimum pensiya 20 % artırılıb və 60 manata çatdırılıb. Nəzərə alsaq ki, bir neçə il əvvəl bu rəqəm haradasa 9 manat səviyyəsində idi, bu, böyük irəliləyişdir. Hazırda 60 manatdır və şübhə yoxdur ki, 2008-ci ildə minimum əmək haqqı və minimum pensiyanın həcmi yenə artırılmalıdır». Prezident deyib ki, ünvanlı sosial yardım proramı da uğurla həyata keçirilir və 78 min ailə bu proqramla əhatə olunur, orta hesabla hər bir ailəyə verilən yardım təxminən 100 dollar səviyyəsindədir.
    Dövlət başçısı İoham Əliyev, yoxsulluğa qarşı mübarizədə böyük uğurların olduğunu da qeyd edib. Onun sözlərinə görə, 2003-cü ildə Azərbaycanda yoxsulluq şəraitində yayanlar 49% olubsa, 2008-ci il yanvarın 1-nə bu göstərici 16 faizə düşüb. /ANSPRESS/

  8. #108
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    MTRŞ rusdilli intellektual verilişlərin yayımına icazə verib

    Teleradio yayımçıları ilin sonunadək intellektual verilişlərin Azərbaycan dilində yayımını təmin etməlidir

    Milli Teleradio Şurasının bu günkü iclasında televiziya və radio kanallarında yayımlanan verilişlərin dili ilə bağlı növbəti qərar qəbul olunub. Qərara görə, «Televiziya və radio yayımı haqqında» Qanunun 32.0.6 maddəsi və «Azərbaycan Respublikası dövlət dili haqqında» Qanunun 6-cı maddəsinə uyğun olaraq, Azərbaycan ərazisində təsis edilən və fəaliyyət göstərən teleradio yayımçılarının proqramları Azərbaycan dilində yayımlanmalıdır.

    Lakin Şura bəzi istisnalar da edib. Bu istisnalara intellektual verilişlər, əcnəbi dillərin öyrənilməsinə xidmət edən tədris proqramları (30 dəqiqədən artıq olmamaqla), xəbərlər buraxılışları (subtitrlə Azərbaycan dilində tərcüməsinin verilməsi şərtilə) daxildir. MTRŞ teleradio yayımçılarına tövsiyyə edib ki, 2008-ci ilin sonunadək xüsusi intellektual proqramların tədricən Azərbaycan dilində yayımlanmasını təmin edən tədbirlər görsünlər. /ANS PRESS/

  9. #109
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    "Biz böyük millətik"

    Türkiyədə bir qrup tələbə barmaqlarından axıtdıqları qanla bayraq hazırlayaraq Yaşar Büyükanıta göndəriblər

    Türkiyədə “Anadolu müəllimlər litseyi”nin şagirdləri ölkədə baş verən terror hadisələrinə reaksiyalarını bildirmək üçün barmaqlarından axıtdıqları qanla bayraq hazırlayıblar. Şagirdlər hazırladıqları bayrağı çərçivəyə salaraq Türkiyənin baş qərargah rəisi ordu generalı Yaşar Büyükanıta göndəriblər.

    Bayrağı jurnalistlərə nümayiş etdirən general “Bayraqları bayraq edən üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa vətəndir” deyib. Gözləri yaşaran general “Baxın, bu Türkiyənin bayrağıdır. Biz böyük millətik. Həqiqətən şəhidlərimiz müqəddəs bir məqsəd uğrunda canlarını fəda ediblər, yaşadığımız ölkənin birliyini və bütövlüyünü qorumaq üçün... Onların ailələri bizə əmanətdir. Onlara gözümüz kimi baxmalıyıq” – deyə Yaşar Büyükanıt çıxışında bildirib. /ANS PRESS/

  10. #110
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    1 unsiya qızılın qiyməti 900 dollara yaxınlaşıb
    Dünya bazarlarında qızılın qiyməti nəzarətdən çıxıb və fantastik həddə çatıb. İndi birjalarda 1 unsiya, yəni 31 qram qızılın qiyməti 900 dollara yaxınlaşıb - 897 dollar. Qızılla yanaşı, birjalarda gümüş də bahalaşaraq, son 29 ildə ən yüksək qiymətə satılıb - bir unsiyası 16 dollar 27 sent./ANS TV/

Sayfa 11/16 İlkİlk ... 910111213 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.