Bakı 2016-cı il olimpiya oyunlarının keçiriləcəyi namizəd-şəhərlərdən biri seçilib
2009-cu il oktyabrın 2-də isə Kopenhagendə olimpiya oyunlarının keçiriləcəyi şəhərin adı açıqlanacaq
Beynəlxalq Olimpiya Komitəsi 2016-cı ildə olimpiya oyunlarının keçirilməsinə namizəd olan şəhərlərin adlarını açıqlayıb. Bakı (Azərbaycan), Dakka (Qətər), Madrid (İspaniya), Praqa (Çexiya), Rio-do-Janeyro (Brazilya), Çikaqo (Amerika), və Tokio (Yaponiya) 7 namizəd şəhərlər sırasına daxil edilib.
Bundan sonrakı mərhələdə isə Beynəlxalq Olimpiya Komitəsi bu şəhərlərdə olimpiya oyunlarının keçirlməsi ilə bağlı imkanları araşdıracaq. Apraşdırmaların yekunu olaraq bu ilin iyununda beş finalist şəhər təsdiqlənəcək. 2009-cu il oktyabrın 2-də isə Kopenhagendə 2016-cı il qış olimpiya oyunlarının keçiriləcəyi şəhərin adı açıqlanacaq.
Xatırladaq ki, Moskva istisna olunmaqla (1980-ci il) hələlik keçmiş sovetlərin, o cümlədən Şərqi Avropa, Yaxın Şərq və Cənubi Amerikanın heç bir şəhərində olimpiya oyunları keçirilməyib./ANS PRESS/
158 sonuçtan 131 ile 140 arası
-
01-14-2008, 01:01 PM #131Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
İradə İbrahimova ATV-nin "qara" siyahısına düşüb
Buna səbəb, müğənninin çəkiliş üstündə müəllimi Əmrahla mübahisə etməsi və oranı tərk etməsi olub
İradə İbrahimovanın müəllimi Teymur Əmrahla sözləri çəp gəlib. Hazırda müğənnilər arasında soyuq müharibə gedir. Hadisə ATV kanalında yayımlanan "106 Hause" verilişinin çəkilişlərində baş verib. "İstiot"-un xəbərinə görə, çəkilişə vaxtında gələn İradə üç saatdan artıq növbəsini gözləməli olub. Onun yerinə Teymur Əmrah çıxış etmək istəyəndə müğənnilər arasında fikir ayrılığı yaranıb. İradə tələsdiyindən, çıxış etmədən çəkiliş meydanını tərk edib. Bu addımıyla Teymur Əmrahla münasibətlərini pozmaqla yanaşı, İradə ATV-nin qara siyahısına düşüb. Müğənninin mahnılarının 106 FM və 106.3 radiostansiyalarında yayımı dayandırılıb. Klipləri efirə verilməyən İradə ATV-nin proqramlarına da dəvət olunmur./ANS PRESS/
-
01-17-2008, 12:49 AM #132Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- BAKI / AZERBAYCAN
- Mesajlar
- 129
Bakı 2016-cı il olimpiya oyunlarının keçiriləcəyi namizəd-şəhərlərdən biri seçilib
-
01-17-2008, 01:21 AM #133Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- BAKI / AZERBAYCAN
- Mesajlar
- 129
Google insanların beyin fəaliyyətini zəiflədir
Google insanların beyin fəaliyyətini zəiflədir
Yeni gələn nəslin nümayəndələri bir məlumatı öyrənmək üçün heç bir araşdırma aparmır, hər şeyi quqldan öyrənirlər”
İngiltərənin “Brighton” universitetinin akademiki Tara Brabazon, quql (Google) axtarış sisteminin insan beyninə mənfi təsir göstərdiyini iddia edib. Brabazonun apardığı araşdırmalar nəticəsində məlum olub ki, yeni gələn nəslin nümayəndələri bir məlumatı öyrənmək üçün heç bir araşdırma aparmır, hər şeyi quqldan öyrənirlər.
Bu zaman onlar məlumatın hardan gəldiyinji bilmədən və üzərində düşünmədən istifadə edirlər. Bu isə öz növbəsində onların beyin fəaliyyətlərinin və düşüncə qabiliyyətlərinin zəifləməsi ilə nəticələnir. Mətbuat mütəxəssisi olan Brabazon bu sahədə apardığı araşdırmaların nəticələri ilə bütün tələbələri, müəllimləri, akademikləri tanış edəcəyini və onlara quqldan istifadə etməmək üçün xəbərdarlıq edəcəyini bildirib.
Qeyd edək ki, Brabzon hələ bir neçə il bundan əvvəl öz tələbələrinə quql və vikipediyadan istifadə etməyi qadağan edib. /ANS PRESS/
-
01-17-2008, 01:26 AM #134Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- BAKI / AZERBAYCAN
- Mesajlar
- 129
Britni Spirs müsəlman olmağa qərar verib
Britni Spirs müsəlman olmağa qərar verib
Müğənninin ərəb əsilli paparatsi sevgilisinin istəyi ilə dinini dəyişəcəyi bildirilir
Amerikalı Pop müğənni Britni Spirs müsəlman olmağa qərar verib. Müğənninin yarıçılpaq şəkillərini çəkmək üçün çalışan ərəb əsilli paparatsi Adnan onu müsəlman etməyə çalışır.
İki uşağını görmə haqqını pis vərdişləri üzündən itirən və hazırda uşaqları keçmiş əri ilə qalan Britninin Adnan Galib Bragged ile evlənəcəyi və Adnanın istəyi ilə müsəlman olacağı iddia edilir. 26 yaşlı Britni dostlarına 35 yaşlı Adnanı çox sevdiyini və onun üçün dinini dəyişəcəyini söyləyib. Müğənni ilə il yarım birlikdə olan Adnanın isə sadəcə pula görə onunla yaşadığı söylənilir. Adnan iki il əvvəl yaxın çevrəsinə bir Hollivud ulduzunun qəlbini çalmağı planlaşdırdığını və gələcəyini quracağını söylədiyi deyilir. /ANS PRESS/
-
01-17-2008, 01:33 AM #135Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- BAKI / AZERBAYCAN
- Mesajlar
- 129
Aşura ilə əlaqədar Göy Məsciddə toplantı keçirilib
Aşura ilə əlaqədar Göy Məsciddə toplantı keçirilib
Hacı Allahşükür Paşazadənin sözlərinə görə, bir çox məscidlərdə qanvermə aksiyası keçiriləcək
Aşura Məhərrəm ayının 10-cu günü İmam Hüseynin qətlə yetirildiyi tarixin qeyd olunması ilə əlaqədar bu gün Göy Məsciddə toplantı keçirilib. Məscidlərin axundlarının toplaşdığı mərasimdə Kərbəla faciəsinin təşkili ilə bağlı tapşırıq və tövsiyyələr verilib. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının bununla əlaqədar hazırladığı fitva çatdırılıb. Bu il Aşuranın yanvarın 19-a, 1990-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin anıldığı günlərə təsadüf etdiyindən, bu günlərdə Kərbəla şəhidləri ilə yanaşı, 20 yanvar faciəsi və Qarabağ uğrunda döyüşlərdə şəhid olanlar da yad ediləcək. Fitvada bu günlərdə ehtiyacı olanlara qan verilməsinin ən münasib təziyədarlıq olduğu qeyd edilir.
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin sözlərinə görə, Təzə Pir, Göy Məscid, Bibiheybət də daxil olmaqla, bir çox məscidlərdə qan vermə aksiyası keçiriləcək. Şeyx bu kampaniyanın bütün rayonlarda yerli icra strukturları ilə birgə təşkil olunmasını tövsiyyə edib. Qazilər Şurasının fitvasında təziyyə günləri dindarlara Aşura mərasimlərinin yalnız məscidlərdə, ibadət ocaqlarında keçirilməsi, matəmin mahiyyətini dərk etməyən azyaşlıların burada iştirakının məqbul sayılmadığı, qan çıxarmaqla özlərinə xəsarət yetirməmək tövsiyyə olunur. /ANS TV/
-
01-21-2008, 11:49 AM #136Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
FHN əhaliyə xəbərdarlıq edib
Nazirlik vətəndaşlara standartlara uyğun olmayan qazla işləyən qızdırıcı cihazlardan istifadə etməməyi tövsiyə edir
Fövqəladə Hallar Nazirliyi dəm qazından zəhərlənmə hallarının son vaxtlar artması ilə əlaqədar xəbərdarlıq yayıb. Xəbərdarlıqda bildirilir ki, son vaxtlar respublika əhalisi arasında dəm qazından zəhərlənmə və ölüm halları çoxalıb. Araşdırmalar göstərir ki, dəm qazından zəhərlənmələrə qazla işləyən standartlara uyğun olmayan qızdırıcı cihazlardan istifadə olunması, bəzən isə vətəndaşların belə hallara laqeyd yanaşması, texniki qaydalara əməl etməməsi səbəb olur. Bütün bunları nəzərə alaraq, nazirlik vətəndaşlara tövsiyə edir ki, standartlara uyğun olmayan qazla işləyən qızdırıcı cihazlardan istifadə etməsinlər. /ANS TV/
-
01-21-2008, 11:50 AM #137Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Aygün Kazımova doğum gününü telekanalların birində canlı yayımda keçirəcək
Müğənninin ad günü iki saatdan artıq davam edəcək və marafon şəklində olacaq
Aygün Kazımova yanvarın 26-da 37 yaşını qeyd edəcək. Bu dəfə müğənni doğum gününü fərqli tərzdə - yerli telekanalların birində canlı yayımda keçirəcək. Bu barədə «İstiot»a eksklüziv məlumat daxil olub. Məlumatda bildirilir ki, ad günü iki saatdan artıq davam edəcək və marafon şəklində olacaq. Tədbirdə uşaq və qocalar evi üçün vəsait toplanacaq. Tədbir boyu hesab nömrəsi efirdə nümayiş olunacaq. Proqramda xüsusi süjetlər də efirə gedəcək.
Aygünü həmin gün sənət dostları darıxmağa qoymayacaq. Proqramda Faiq Ağayev, Xumar Qədimova, Namiq Qaraçuxurlu və digərləri çıxış edəcək. Aygünə ən böyük hədiyyəni qızı İlqarə hazırlayır. Həmin gün məxsusi olaraq anası üçün mahnı ifa edəcək İlqarə konsert proqramını açacaq. Hazırda imici üzərində ciddi işlər görən Aygün saç düzümündə dəyişikliklər edəcək. Belə ki, yaxın günlərdə Bakıya xaricdən saç ustaları gələcək. Onlar ən yeni üsulla müğənninin görkəmində fərqli dəyişikliklər edəcəklər. Aygünün ad günündə geyinəcəyi paltarı da hazırlanmaqdadır. Qısa paltar şəhərimizin ən bahalı atelyelərindən birində tikilir. Çox güman ki, Aygün Kazımovanın ad günündə onun yaxın dostu, Rusiyada yaşayan həmyerlimiz modelyer Aslan da iştirak edəcək. /ANS PRESS/
-
01-21-2008, 11:51 AM #138Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Bu gün paytaxtın bəzi məscidlərində qanvermə aksiyası keçirilib
Şeyxülislam Hacı Allahşükür Paşazadə də bu gün qanvermə aksiyasında iştirak edib
Bu gün Aşura günüdür. Bu gün Kərbəla şəhidləri ilə yanaşı və 20 Yanvar və Qarabağ şəhidləri də yad edilir. Hazırda "Təzəpir", "Göy məscid", "Bibiheybət" də daxil olmaqla bir çox məscidlərdə talasemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının bununla əlaqədar verdiyi fitvada deyilir ki, bu günlərdə ehtiyacı olanlara qan verilməsi ən münasib təziyədarlıqdır.
Şeyxülislam Hacı Allahşükür Paşazadə və QİM-in nümayəndələri də bu gün qanvermə aksiyasında iştirak ediblər. Şeyxülislam jurnalistlərə açıqlamasında bildirib ki, bu gün qan verən müsəlman hər hansı bir insanı xilas etməklə Allah qarşısında savab qazanır və axirətini təmin edir. O, bütün vətəndaşları qanvermə aksiyasına qoşulmağa çağırıb.
“İstərdim ki, həm 20 Yanvarda, həm də Qarabağda şəhid olanlara Allah rəhmət eləsin. Allah "Quran"da da, hədislərdə də buyurub ki, bir insana həyat vermək cənnəti qazanmaq kimidir. İmam Hüseyn (ə) nə üçün şəhid oldu? Onun şəhadətində bir həyat vardı. Deyirdi ki, mənim şəhadətimdə həyat var. Əgər biz də bu addımı atarsaq, bir ananın gözyaşı silinərsə, bununla onun ehtiyacı ödənilərsə, ələbəttə ki, İmam Hüseyn də bundan razı olar”, – deyə bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bildirib. /ANS TV/
-
01-21-2008, 11:52 AM #139Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Dəvəçidəki 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompleksin təməlqoyma mərasimi olub
8 metr hündürlüyündə olacaq abidə od və göyərçin rəmzlərini əks etdirəcək və 1 il müddətində tikilib istifadəyə veriləcək
20 Yanvar faciəsinin 18-ci ildönümü ərəfəsində Dəvəçidəki Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompleksin təməlqoyma mərasimi olub. Xatirə kompleksinin memarı Nizaməddin Rüstəmov bildirib ki, 8 metr hündürlüyündə olacaq abidə od və göyərçin rəmzlərini əks etdirəcək və 1 il müddətində tikilib istifadəyə veriləcək. /ANS TV/
-
01-21-2008, 11:53 AM #140Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Kişi şahmatçılar arasında ölkə çempionatının startı verilib
Ölkə çempionatının mükafat fondu 13.000 manatdır
Respublika Şahmat-Dama Mərkəzində kişi şahmatçılar arasında ölkə çempionatının startı verilib. Budəfəki ölkə çempionatında 10 şahmatçı yarışacaq. Mütəxəssislərin fikrincə, qələbəyə əsas namizəd Rauf Məmmədovdur. Nicat Məmmədovun da ən azı ilk üçlükdə qərarlaşacağı proqnozlaşdırılır. Çempionatın iştirakçıları sırasında hazırda Fransada yaşayan Namiq Quliyev də var. Ümumilikdə ölkə çempionatında iştirak edən 10 şahmatçıdan 6-ı qrossmeysterdir.
Ölkə çempionatının mükafat fondu 13.000 manatdır. Birinci yerin sahibi bu fondun böyük hissəsini, yəni 5000 manatını qazanacaq. Şahmat üzrə ölkə çempionatı dairəvi sistemlə keçiriləcək və 9 turdan ibarət olacaq. 2-ci turun görüşləri bazar ertəsi baş tutacaq. /ANS TV/


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri