Yarışda fərqlənmiş atletlər beynəlxalq İran turnirində Azərbaycanı təmsil edəcəklər
Milli Aviasiya Akademiyasının idman zalında ağır atletika üzrə ölkə çempionatına start verilib. Yarışda fərqlənmiş atletlər beynəlxalq İran turnirində Azərbaycanı təmsil edəcəklər. Söhbət ilin təqvim planına əsasən fevral ayının ilk yarısı Tehranda keçirləcək A kateqoriyalı beynəlxalq turnirdən gedir. Ölkə çempionatında əli gətirmiş ağır atletlərin bir çoxu ilk olaraq məhz Namcunun xatirə turnirində bacarığlarını nümayiş etdirəcəklər. Seçimə gəlincə, məşqçilər bu dəfəki ölkə çempionatında Bakı atletləri ilə yanaşı, Sumqayıt, Gəncə, Qax, İsmayıllı, Lənkəran, Cəlilabad, Qazax, Yevlax və Goranboy ağırlıqqaldıranlarına da nəzər yetirə biləcəklər. 4 gün ərzində körpücük üzərinə ağır və superağır çəkili atletlər çıxacaq. Pekin olimpiadasına 5 lisenziya qazanmış yığmamızın ilk məsul yarışı isə aprel ayı İtaliyada keçiriləcək Avropa çempionatı olacaq. Çində yükün altına girəcək yığmanın tam heyəti isə mayda keçiriləcək federasiya kubokundan sonra bilinəcək. /ANS TV/
158 sonuçtan 91 ile 100 arası
-
01-11-2008, 12:53 PM #91Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Erməni əsirliyində 783 azərbaycanlı var
İtkin düşmüş və girov götürülmüş 4354 nəfərin 841-i mülki şəxslərdir
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 231 nəfərin (sağ - 79 nəfər, həlak olmuş - 75 nəfər, siyahıda təkrar keçdiyi aşkarlanmış - 77 nəfər) taleyinə aydınlıq gətirilib və onların adları itkinlərin siyahısından çıxarılmışdır. Beləliklə, bu günə olan məlumatlara görə, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub.
Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. /ANSPRESS/
-
01-11-2008, 12:54 PM #92Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Ağır atletika üzrə ölkə çempionatı milli aviasiya akademiyasının idman zalında başlayıb
-
01-11-2008, 12:55 PM #93Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Qusarda mərmi tapılıb
Mərmi Daxili İşlər Nazirliyinin «N» saylı hərbi hissəsinin mühəndis texniki heyyəti tərəfindən zərərsizləşdirilib
Qusar rayonunda mərmi tapılıb. Bu barədə məlumatı ANS PRESS-in bölgə müxbirinə Qusar rayon polis şöbəsindən verilib. Məlumata görə, mərmi yanvarın 9-da saat 14:30-da idmançılar və turistlər üçün nəzərdə tutulan yeni inşa edilən kotejlərdən birinin bünövrəsi qazılarkən tapılıb və inşaatçılar dərhal bu barədə polisə məlumat veriblər. Qusar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi Arzu Suleymanovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, mərmi Daxili İşlər Nazirliyinin «N» saylı hərbi hissəsinin mühəndis texniki heyyəti tərəfindən zərərsizləşdirilib. Bölmə rəisi bildirib ki, 122 mm-lik mərmi 1978-ci ildə istehsal edilib və o «Qorbitsa» topuna məxsusdur.
Hazırda faktla bağlı araşdırmalar davam edir./ANS PRESS/
-
01-11-2008, 12:56 PM #94Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Hidrometeoroloqlar növbəti xəbərdarlıqla çıxış edib
Yaxın 3 gün ərzində anomal şaxtaların olacağı barədə xəbərdarlıq dövlət strukturlarına göndərilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya departamenti ölkədə anomal şaxtaların olacağı barədə növbəti xəbərdarlıqla çıxış edib. Ölkədə şaxtalı və qeyri-sabit hava şəraiti yanvarın 14-nə kimi davam edəcək. Bu barədə Milli Hidrometeorologiya departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib. O deyib ki, həftənin sonuna qədər anomal şaxtaların olacağı barədə dövlət strukturlarına xəbərdarlıq göndərilib. Umayra Tağıyevanın sözlərinə görə, yaxın 3 gün ərzində fasilələrlə qar yağacaq, güclü şimal-qərb küləyi müşahidə olunacaq. Bakı və abşeron yarımadasında gecə saatlarında 6-7 dərəcə şaxta müşahidə olunacaq. Gələn həftənin əvvəllindən hava şəraiti nisbətən mülayimləşəcək, temperatur müsbət 5-6 dərəcəyə qədər artacaq.
Qeyd edək ki, son günlər ərzində Bakı və Abşeron yarımadasında düşən qar aylıq normadan 100 faizdən çox olub./ANSPRESS/
-
01-11-2008, 12:57 PM #95Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Sərxoş sərnişin təyyarəni qaçırmaq istəyib
Kaliniqrad-Moskva reysi ilə uçan təyyarənin sərnişinləri onu asanlıqla zərərsizləşdirə bilib
Sərxoş sərnişin yanvarın 9-u axşam Kalininqrad-Moskva reysini həyata keçirən təyyarəni qaçırmaq istəyib. «Aeroflot» şirkətinə məxsus təyyarənin qaçırıldığını bildirən sərxoş, digər sərnişinlərlə dalaşmağa başlayıb. Sərnişinlərdən biri isə onun qollarını bağlaya bilib.
Sərnişinlərdən birinin «İnterfaks» agentliyinə verdiyi məlumata görə, sərxoş sərnişin özünü hələ qeydiyyat zamanı şübhəliapırırmış. Lakin hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları onu sakitləşdirdikdən sonra təyyarəyə minməsinə icazə verib.
Təyyarə yerə endikdən sonra sərxoş sərnişinin aqibəti barədə heç bir məlumat yoxdur.
-
01-11-2008, 12:59 PM #96Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Dəmir yolunda hərəkət edən qatarların sayı artırılıb
Qərar qarlı hava şəraitinin avtomobil nəqliyyatının işini çətinləşdirdiyi üçün bu qərarı verib
Azərbaycan dövlət dəmir yolu ölkə daxilində bütün marşrutlar üzrə hərəkət edən qatarlarda vaqonların sayını artırıb. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, qarlı hava şəraiti avtomobil nəqliyyatının işini çətinləşdirdiyindən dəmir yolu sərnişinlərinin sayı artıb. Buna görə də vaqonların artırılmasına qərar verilib. Bununla yanaşı, idarə Bakıətrafı elektrik qatarlarının sayını azaldıb. Cənab Əzməmmədovun sözlərinə görə, buna səbəb dəmir yolunun marşrutu üzərində yeni körpünün tikilməsidir. Tikinti işləri ilə əlaqədar elektrik qatarlarının şəhər ətrafina gediş-gəlişi əvvəllər olduğu kimi dəmir yolu vağzalından deyil, Məşədi Əzizbəyov metrosu yanından həyata keçirilir. Qatarların sayı isə, 18-dən 12-yə endirilib. Körpü tikilib başa çatdıqdan sonra elektrik qatarlarının sayı yenidən artırılacaq. /ANS TV/
-
01-11-2008, 01:00 PM #97Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Qış tətilinin müddəti növbəti dəfə uzadılmayacaq
Təhsil naziri Misr Mərdanov bildirib ki, tətilin bir daha uzadılmasına ehtiyac yoxdur
«Əlverişsiz hava şəraiti ilə bağlı orta məktəblərdə qış tətilinin müddəti növbəti dəfə uzadılmayacaq». Bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib. Nazir bildirib ki, bu gün məktəblilərin qış tətili başa çatıb və respublikanın bütün orta məktəblərində dərs başlayıb: «Havalar gələn həftədən düzələcək. Buna görə qış tətilinin müddətinin yenidən uzadılmasına ehtiyac yoxdur».
Misir Mərdanov qeyd edib ki, orta məktəblərdə tədrisin dayandırılması havaların soyuması ilə əlaqədar təhsil ocaqlarının istilik təchizatında yox, nəqliyyatda problemin yaranması ilə bağlı olub.
Qeyd edək ki, Misir Mərdanov hava şəraitinin kəskin dəyişməsi ilə bağlı orta məktəblərdə tədrisin yanvarın 10-dək dayandırılması barədə əmr vermişdi./ANS TV/
-
01-11-2008, 01:01 PM #98Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Bakını zibil basıb
Buzlaşma və güclü şaxta ilə əlaqədar zibil maşınları işləmir, küçələr boyunca və həyətlərdə zibil qalaqları yığılıb
Qar yağması ilə paytaxtın məruz qaldığı problemlər arasında daha bir məsələ- zibil problemi meydana çıxıb. Buzlaşma və güclü şaxta ilə əlaqədar zibil maşınları işləmir, küçələr boyunca və həyətlərdə zibil qalaqları yığılıb. Bəzi yerlərdə sakinlər zibil yığınlarını yandırırlar, lakin bu vəziyyəti daha da pisləşdirir.
Güclü şaxta zibil yığınlarını bərkidib və hətta zibil yığan maşın gəlsə də, onları qazımaq çox çətindir.
«Turan» agentliyinin meriyadan paytaxtı zibil basması ilə əlaqədar şərh alması mümkün olmayıb. Meriyanın kommunal idarəsinin telefonları cavab vermir. Hava proqnozuna görə, şaxta və qarın davam edəcəyini nəzərə alaraq, təxmin etmək olar ki, küçələrdə zibil daha da çoxalacaq. /ANSPRESS/
-
01-11-2008, 01:13 PM #99Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Zibillikdə körpə meyiti tapılıb
Sellofan torbanın içindəki meyit Səbail rayonunda aşkarlanıb
Dünən Səbail rayonu, 20-ci yaşayış sahəsi, Y.Mürsəlov küçəsi, döngə-9 ünvanının yaxınlığındakı zibilxanada sellofan torbanın içində körpə meyiti tapılıb. İlkin müayinə zamanı körpənin 2-3 gün əvvəl doğulmuş olduğu müəyyən olunub. Faktla bağlı araşdırma aparılır. /Yeni Müsavat/
-
01-11-2008, 01:15 PM #100Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- baki
- Mesajlar
- 255
Paytaxtda donvurmadan ölənlərin sayı 7-yə çatıb
Daxili İşlər Nazirliyinin sözçüsü donvurmadan ölənlərin olduğunu təkzib edib
Yanvarın 6-dan ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi təkcə yollarda deyil, insanların həyatında da faciəli izlər buraxır. Bir necə gün əvvəl Bakıda donvurmadan 5 nəfərin dünyasını dəyişməsi barədə məlumat verilmişdi. Dünən isə daha iki nəfər donvurmadan ölüb.
Nizami rayonu, Qara Qarayev prospektində 23 saylı binanın qarşısında naməlum kişi meyiti tapılıb. Mərhumun bədəni üzərində baxış keçirən Nizami Rayon Polis İdarəsinin əməkdaşları hər hansı zorakılıq əlamətlərinə rast gəlməyib. Rayonun məhkəmə-tibb ekspertizasına aparılaraq müayinə olunan mərhumun donvurmadan dünyasını dəyişdiyi müəyyən olunub. Onun adını dəqiqləşdirmək mümkün olmasa da, mənbənin sözlərinə görə, donvurmadan ölən adamın 30-35 yaşlarında olduğu bildirilir.
Yasamalda da donvurmuş meyit aşkarlanıb. Məlumata görə, Mətbuat prospekti, 36 ünvanında yerləşən köşkdə məskunlaşan Ağdam qaçqını Adil İsgəndər oğlu İsmayılov da donvurmadan ölüb. Tibbi ekspertizanın rəyi də A.İsmayılovun donvurmadan öldüyünü təsdiqləyib.
Beləliklə, havaların soyuduğu dörd gündə paytaxtda donvurmadan ölənlərin sayı 7 nəfərə çatıb. DİN-in sözçüsü bir neçə gün əvvəl donvurmadan ölənlərin olduğunu təkzib edib. O, bildirib ki, əslində həmin şəxslər donvurmadan yox, ürək çatışmazlığından və ya digər xəstəliklərdən ölüblər. Maraqlıdır ki, digər rəsmi qurumlar da paytaxtda donvurmadan ölənlərin olduğunu ya təkzib edir, ya da susmağa üstünlük verir. Səbəb isə aydındır: soyuq hava şəraiti təkcə hökumət qurumlarının fərsizliyini deyil, ümumilikdə dövlətin vətəndaşına olan buz münasibətini ortaya qoydu. Axı necə ola bilər ki, zəngin enerji ehtiyatları olan bir ölkənin vətəndaşları XXI əsrdə küçədə soyuqdan donub ölsünlər?!/Yeni Müsavat/


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri