Əsas məzmuna keç
Sayfa 9/16 İlkİlk ... 7891011 ... SonSon
158 sonuçtan 81 ile 90 arası

Son xeberler

  1. #81
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    Neftin bahalaşması Azərbaycana sərf edir

    Neftin bahalaşması Azərbaycana sərf edir

    Neftin qiyməti qalxdıqca, büdcədə dəyişiklər olacaq
    "Neftin bahalaşması Azərbaycana sərf edir". Bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, neft bundan sonra da bahalaşsa, Azərbaycanın gəlirləri daha da artacaq. Bu zaman büdcəyə də dəyişikliklər oluna bilər: «Neftin qiyməti qalxdıqca, büdcədə dəyişiklər olacaq. Bizim və Dövlət Neft Fondunun büdcəyə ödədiyi ayırmalara yenidən baxılacaq». /ANS TV/

  2. #82
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    Türk dövlətlərinin ortaq telekanalı fəaliyyətə başlayır

    “Türk dövlətlərinin ərazisində yayımlanacaq və mədəniyyəti təbliğ edəcək ortaq telekanalın fəaliyyətə başlaması ilə bağlı artıq müəyyən müzakirələr aparılıb.


    Prinsip etibarilə belə bir ideyanın artıq real olduğunu deyə bilərik. Uzun müzakirələrdən sonra bu telekanalın iş imkanları, əsas mövzuları, dili ilə bağlı məsələlər artıq müəyyənləşib. Praktik olaraq belə bir kanalın açılmasına heç kim etiraz etmir. Kanalın maliyyə məsələsini türk dövlətlərindən biri və ya hansısa beynəlxalq şirkət öz üzərinə götürəndən sonra bu məsələ tam konkretləşəcək”. Bu eksklüziv açıqlamanı APA-ya millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov verib. O bildirib ki, türk xalqlarının inteqrasiyası son vaxtlar daha da sürətlənib: “Ən asan yaxınlaşma yolu mədəniyyət vasitəsilə baş tutur. Bu, elə bir sahədir ki, burda diplomatik problemlər ortaya çıxmır. Məncə, bu kanalın fəaliyyətə başlaması məsələsi bu il reallaşacaq”. Yeni kanalda türk dünyasının mədəniyyətinə və tarixinə xüsusi yer ayıracağını, ortaq mədəniyyət texnologiyalarının təqdim olunacağını və müasir mədəniyyətin təbliğ ediləcəyini deyən N. Cəfərov kanalın Türkiyə türkcəsinə yaxın olan ortaq türkcədə efirə çıxacağını da bildirib: “Bu kanalı iki formada maliyyələşdirmək olar. Kanal üçün hər bir türk dövlətinin büdcəsindən müəyyən miqdarda maliyyə ayrıla bilər və ya türk dünyasının gələcəyini düşünən bir beynəlxalq şirkət bu vəsaiti ödəyə bilər”. Millət vəkili telekanalın əsas ofisinin Türkiyənin İstanbul şəhərində yerləşməsinin daha məqsədəuyğun olduğunu düşündüklərini də söyləyib. Amma televiziyanın bütün türk dövlətlərində ofislərinin olması da planlaşdırılıb.
    Kanalın baş direktoru olacağı söylənilən telejurnalist Mehriban Ələkbərzadə isə artıq kadrlar cəlb edilməsi ilə bağlı xəbəri təsdiqləməyib: “Mən Azərbaycanda televiziya fəaliyyətimə nöqtə qoymuşam. Əgər bu sözümü geri götürüb telejurnalist kimi fəaliyyətə başlasam, bu barədə birinci özüm xəbər verəcəyəm. RTR-in tezliyinin “Mədəniyyət” telekanalına verilməsi və mənim bu kanala rəhbərlik etməyimlə bağlı məsələdən də xəbərim yoxdur”. Lakin M. Ələkbərzadə xüsusi vurğulayıb ki, o, yalnız Azərbaycan televiziyalarında çalışmamaqla bağlı qərar verib. Bu “veto”nun başqa ölkədə açılacaq televiziya kanalına dəxli yoxdur.
    Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə RTR-in tezliyinin başqa bir telekanala verilməsi ilə bağlı informasiyaların əsası olmadığını deyib. Onun sözlərinə görə, belə bir müzakirə aparılmır və yaxın vaxtlarda belə müzakirə də nəzərdə tutulmayıb. Əgər Rusiya tərəfi Azərbaycan kanalının Rusiya ərazisində, Moskva və Moskva ətrafında yayımına icazə verərsə, onda biz də Rusiya kanalının Azərbaycanda yayımı məsələsinə yenidən baxa bilərik”. N. Məhərrəmli ortaq mədəniyyət televiziyası ilə bağlı hər hansı müraciətin və müzakirənin aparılmadığını da vurğulayıb./APA/

  3. #83
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    Milli Teleradio Şurası Azərbaycan telekanallarında türk dilində filmlərin nümayişi ilə bağlı məsələyə bu ilin martında baxacaq

    Milli Teleradio Şurası Azərbaycan telekanallarında türk dilində filmlərin nümayişi ilə bağlı məsələyə bu ilin martında baxacaq
    Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya bildirib ki, toplantıda Şuranın Azərbaycanın televiziya kanallarında xarici dillərdə filmlərin və verilişlərin yayımına yanvarın 1-dən qadağa qoyulması ilə bağlı qəbul etdiyi qərarın icrası vəziyyəti müzakirə olunub.


    N. Məhərrəmlinin sözlərinə görə, ölkədə fəaliyyət göstərən bütün telekanalların rəhbərlərinin qatıldığı iclasda kanalları narahat edən məsələlər, filmlərin dublyajı, intellektual oyunlar, xəbərlər proqramlarının Azərbaycan dilində yayımlanması ilə bağlı geniş fikir mübadiləsi aparılıb: “Hələ ki biz kanallarda mövcud durumu öyrəndik. Eyni zamanda mövcud problemlərin həlli üçün hansı işlərin görülməsi barədə müzakirələr apardıq. Yəqin ki, Şura bununla bağlı ya yanvarın 11-də, ya da 12-də qərar verəcək”.
    Toplantıda həmçinin kanallarda türk dilində filmlərin nümayişi ilə də bağlı fikir mübadiləsi aparılıb. N. Məhərrəmli deyib ki, bu yöndə müzakirələrin mart ayında açılması məqsədəuyğun sayılıb: “Bu müzakirələr türk dilində olan filmlərin həddən artıq nümayiş olunmaması ilə bağlı olacaq. Kanallar filmlərin sayını azaldacaqları barədə öhdəlik götürürlər”. /APA/

  4. #84
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    YAPONİYA ZOOPARKININ İŞÇİLƏRİ HEYVANLARI SOYUQDAN QORUMAĞIN YOLUNU TAPIB

    YAPONİYA ZOOPARKININ İŞÇİLƏRİ HEYVANLARI SOYUQDAN QORUMAĞIN YOLUNU TAPIB
    Yaponiya zooparkının işçiləri heyvanları soyuqdan qorumağın yolunu tapıb. İstisevən limurlar ararsında günəşin daha çox şüalandığı məkan üzərində mübarizə zoopark əməkdaşlarını onların qəfəslərində istilik sistemi quraşdırmağa vadar edib. Bundan məmnun olduqları müşahidə edilən limurlar indi şam yeməyindən sonra hər axşam isidicinin qarşısında kimin dayanmağa daha çox hüququ olduğunu müəyyənləşdirir. Zoopark əməkdaşları isə onlar arasındakı mübarizənin limur kollektivinin dostluğuna təsir etməyəcəyi və bununla da zooparka ziyan vurmayacağına ümid edir.

  5. #85
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Azərbaycan futbol yığmasının dünya çempionatında keçirəcəyi oyunların təqvimi müəyyənləşib

    Millilərimiz seçmə oyunlarda ilk qarşılaşmanı Uelslə səfər matçında edəcək
    Futbol üzrə Azərbaycan yığma komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində keçiriləcək oyunlarının təqvimi müəyyənləşib. Millimiz seçmə oyunlarda siftəni Uelslə səfər matçında edəcək. Kardifdəki görüş bu il sentyabr ayının 6-da təşkil olunacaq. Bu oyundan 4 gün sonra yığma komandamız doğma azarkeşlər önündə Lixtenşteyn millisini qəbul edəcək.

    Futbolçularımız 2008-ci ildə son oyunlarını səfərdə Finlandiyaya qarşı keçirəcəklər. Azarkeşlərimizin səbirsizliklə gözlədiyi Rusiya - Azərbaycan matçı isə 2009-cu il martın 28-də keçiriləcək. İyun ayında Uelsi qəbul etdikdən sonra seçməmiz avqusta qədər istirahət edəcək. Avqustun 19-da isə Bakıda qrupun favoriti Almaniyanı qəbul edəcəyik.

    2009-cu ilin sentyabr ayında da komandamız 2 matç keçirəcək. Sentyabrın 5-də doğma azarkeşlər önündə finlərlə matçdan 4 gün sonra, futbolçularımızı Almaniyaya çətin səfər gözləyir. Seçmə mərhələdə sonuncu səfərimiz isə 2009-cu il oktyabrın 10-da Lixtenşteynə olacaq. Ən nəhayət qrupun son görüşündə millimiz rusları qəbul edəcək. /ANS TV/

  6. #86
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Göyümüzdə özgə planetdən gəlmələrin sonu

    İndi bütün kanalların efiri yalnız Azərbaycan dillidir

    Yəqin bilirəm ki, bu şərhimə görə psevdobeynəlmillətçilər məni əməlli-başlı qınayacaqlar. Ona görə ki, Rusiya kanallarının Azərbaycan ərazisində sərbəst yayımda olan sonuncusunun bağlanmasını təqdir edən istənilən mənim kimisinin mövqeyi ruspərvərlərin baxışları ilə üst-üstə düşmür. Mən Milli Teleradio Şurasının qərarı ilə «RTR-Planeta»-nın Azərbaycanda sərbəst yayımının dayandırılmasından danışıram. Bir də xatırladıram ki, söhbət bu kanalın ancaq və ancaq sərbəst yayımının qarşısının alınmasından gedir. Yəni peyk antennası və ya kanalın tamaşaçılarının dililə desək, tarelkası olan hər bir tamaşaçı yenə öz sevimli RTR-Planetasının başına dolana bilər. Amma məsələ heç də bunda deyil. İlişmək istəyən həmişə nəsə tapır və yəqin mənim də ayağıma kimsə ilişməyə çalışacaq.
    Mən niyə bu mövzuda danışıram. Doğrudanmı yalnız ona görə yox ki, hadisə ilin əslində ən birinci mühüm olayıdır. Yox təbii ki, baxmayaraq ki, bu səbəbin elə özü də az deyil. Hətta onu da dəqiq bilirəm ki, kimlərinsə yadına Milli Teleradio Şurasının ötən il ANS-i qapaması da düşəcək və qapanıb açılmış bir kanalın əməkdaşı kimi ANS-i bağlayan quruma hirsimin belə tez soyumasının səbəblərini, «RTR-Planeta»nın dili ilə desək «ponyatka»mı öz bildiyi kimi yozacaq da. Olsun. Azərbaycan efirinin ərazi bütövlüyünün bərpa olunması kimi bir vətəndaş olaraq qarşımıza qoyduğumuz ən ali məqsədlərdən birinin yanında köhnə palan içi açıb-tökmək yeri deyil. Müstəqil Azərbaycanın, efir istiqlaliyyəti uğrunda mübarizəni əslində ANS başlamışdı. Çətin və demək olar ki, müttəfiqsiz apardığımız mübarizədə çox qınaqlarla, məzəmmətlərlə, təzyiqlərlə üzləşdik. Adlarını çəkmək belə istəmədiyim qurum və şəxslərdən ünvanımıza daha nələr eşitmədik. Rusiya kanallarının Azərbaycanda yürütdüyü efir siyasətinin təbii ki, həmin dövlətin maraqlarına uyğun olacağını, bizim bundan heç nə udmadığımızı, milli-mənəvi dəyərlərimizin risk altına düşdüyünü, bu faktorun ölkənin reklam bazarında yaratdığı qeyri-normal vəziyyəti, bir sözlə hər şeyi, hər şeyi demişdik. Və Milli Teleradio Şurası da sübut etdi ki, onun «RTR-Planeta»nın bağlanacağı barədə il boyu etdiyi xəbərdarlıqlar blef deyilmiş. Yanvarın birindən başlayaraq ölkənin tele-radio efirində Azərbaycan dilinin tam və qəti qələbəsi istiqamətində atılan addımlar və vəziyyətə olduqca intizamlı şəkildə nəzarət də ondan xəbər verir ki, məsələ heç də bir «RTR-Planeta»nın başına bağlı deyil. İndi bütün kanalların efiri yalnız Azərbaycan dillidir. Hə, bəzi çətinliklər var, məsələn, gərək indi demək olar ki, bütün dadı-tamı rus dilində çəkilmiş «Yaramaz» kimi filmləri dublyaj edək. Və ya «Brilliantovaya ruka», «İroniya sudbı ili s lyeqkim parom!» kimi rus dili şedevrləri tərcümə edək. Çətin olacaq. Amma mümkündür. Başlıcası Azərbaycan dövləti öz efir ərazisində Azərbaycan bayrağını qaldıra bildi. Mənə isə bu işdə az-çox rolu olmuş ANS-çilərdən biri kimi sadəcə rahat olmaq qalır. Başını qaldırıb təmiz efir göyünə baxıb burada yad planetdən gəlmələri görməməkdən yaxşı nə ola bilər ki?!

    Mir Şahin

  7. #87
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Aşura günündə talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçiriləcək

    Bu il aksiya yanvarın 19-na təsadüf edir

    Bu gün Hicri təqvimlə Məhərrəmlik ayının 2-ci günüdür. Müsəlman aləmində bu ay ağır aylardan sayılır və 40 gün ərzində şadlıq mərasimləri keçirilmir, müxtəlif xeyriyyə aksiyaları təşkil olunur.
    Hər il olduğu kimi bu ildə Aşura günündə talassemiyalı şəxslər üçün qanvermə aksiyası keçiriləcək. Bu il aksiya yanvarın 19-na təsadüf edir. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə hər il İmam Hüseyn şəninə qana ehtiyacı olanlara qan verilir. Dindarlar zəncir vurmağı, baş yarmağı şəriətə zidd hal kimi qiymətləndirir. Bunun əvəzində isə Aşura günü Azərbaycan dindarları bu xeyirxah aksiyaya qoşulmağa çağırırlar.

    Bu barədə məlumatı İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay verib. Onun sözlərinə görə, Kərbəla hadisəsi fəlsəfi bir anlamdı. «Biz gənclərə aşılamalıyıq ki, İmam Hüseynin Kərbalada vətən naminə insanların azadlığı və hürr olması naminə vuruşub. Müasir alimlər İmam Hüseynin Kərbala hadisəsini yaxşı mənada azadlıq rəmzi kimi qəbul edirlər».
    Hacı bildirib ki, Aşura günlərində özlərinə əzab verməsi yəni baş yarma, sinə döymə, zəncir vurma ilə qan çıxrmaqdansa donor olmaq daha müstəhəb əməl kimi bəyənilir.

    Xatırladaq ki, İraqın Kərbala düzündə 71 müsəlmanın qətlə yetirilməsindən 1366 il keçir. 1366 il əvvəl İmam Əlinin oğlu İmam Hüseyn və onun 72 tərəfdarı Kərbala düzündə Yezid İbn Müaviənin ordusu ilə döyüşə çıxıb. Nəticədə İmam Hüseyn və tərəfdarları şəhid olub. O vaxtdan həmin gün, Məhərrəm ayının 10-u, yəni yanvar ayının 19-u Aşura mərasimi qeyd olunur. Məhərrəm ayı 40 gün davam edir. İmam Hüseynin 40 mərasimi fevral ayının 27-ə, Səfər ayının əvvəli isə martın 8-ə təsadüf edir. /ANS TV/

  8. #88
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Elektrik enerjisində yaranmış fasilələr xətlərin həddindən artıq yüklənməsiylə bağlıdır

    Bu barədə “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətinin mətbuat xidmətindən bildirilib
    Bakıda şaxtalı havaların hökm sürdüyü son günlərdə paytaxtın ayrı-ayrı rayonlarında, eləcə də bəzi kəndlərində elektrik enerjisində yaranmış fasilələr xətlərin həddindən artıq yüklənməsiylə bağlıdır. “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, bu günlərdə əhali mənzillərini isitmək üçün əsasən elektrik qızdırıcılarından istifadə edir, bu isə son nəticədə xətlərin həddindən artıq yüklənməsinə və qəzaların baş verməsinə gətirib çıxarır. Məhz bu səbəbdən bu gecə Bakının Nərimanov, Binəqədi, Nəsimi rayonlarında işığın verilməsində fasilələr yaranıb. Gücləndirilmiş rejimdə işləyən Bakılelektrikşəbəkə isə operativ şəkildə yaranmış qəzaların qarşısını alır və əhalinin elektrik enerjisiylə təminatını bərpa edir. /ANS TV/

  9. #89
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Gecə Bakıda 5-8 dərəcə şaxta olub

    Gün ərzində havanın hərarəti -2 dərəcə olacaq
    Bu gecə Bakıda 5-8 dərəcə şaxta qeydə alınıb. Yanvarın 11-də gün ərzində havanın temperaturu mənfi iki dərəcə olacaq. Həftənin sonuna qədər isə paytaxtda fasilələrlə qar yağacağı gözlənilir.
    Qeyd edək ki, sinoptiklər yanvarın 13-dən başlayaraq havaların yağmursuz keçəcəyini, gündüz saatlarında temperaturun tədricən müsbət 5 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırır./ANS PRESS/

  10. #90
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Qar Binə ticarət mərkəzinin işini iflic vəziyyətinə salıb

    Ticarət mərkəzinin 13 ticarət sırasından 11-nin dam örtüyü uçub
    Bakıya bir neçə gündür ki, yağan qar Binə ticarət mərkəzinin işini iflic vəziyyətinə salıb. Belə ki, Binə ticarət mərkəzinin 13 ticarət sırasından 11-nin dam örtüyü uçub tökülüb.

    Elə dükanlar da var ki, dam örtüyü bütünlüklə çöküb. Ticarət mərkzində qarın təmizlənməsi üçün qreyderdən istifadə olunur. Ticarətçilər özləri də qarın təmizlənməsində iştirak edirlər. /ANS TV/

Sayfa 9/16 İlkİlk ... 7891011 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.