Əsas məzmuna keç
Sayfa 8/16 İlkİlk ... 678910 ... SonSon
158 sonuçtan 71 ile 80 arası

Son xeberler

  1. #71
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    2008-ci il dekabr ayında neftin bir bareli 200 dollar olacaq

    Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, bu il neftdən sutkalıq istifadə 87,8 mln barelə qədər artacaq
    Nyu-York birjasında son bir neçə sutka ərzində neftin 2008-ci il dekabr ayında bareli 200 dollardan təchizatı barədə çoxsaylı opsiya müqavilələri imzalanıb. Bloomberg agentliyinin məlumatına görə, belə iri müqavilələr Fars körfəzi ölkələrində və Meksika körfəzində neft yataqlarının tükənməsi ilə bağlı yayılan informasiya ilə əlaqədar olaraq nəhəng peşəkar treyderlər tərəfindən bağlanıb.
    Ölçüsünə neft sahəsində üçüncü olan Meksika sahilindəki Kantareldə son zamanlar neft hasilatında 40 % səviyyəsində eniş qeydə alınıb.
    Bununla yanaşı, Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, bu il neftdən sutkalıq istifadə 87,8 mln barelə qədər artacaq. Bu isə 2007-ci ilə nisbətən 2,1 mln barel çoxdur.
    Bu məlumatlar isə bir sıra neft treyder şirkətlərinə bu ilin dekabr ayında neftin bir barelinin qiymətinin 200 dollar olacağı barədə deməyə əsas verib.
    Qeyd edək ki, 2008-ci ilin ilk günləri Nyu-Yorkda neftin bir barelinin qiyməti rekord 100,09 dollar olub. /ANS PRESS/

  2. #72
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Azərbaycanda satılan kompüterlərin 63 faizi ölkədə istehsal olunur

    Əhali arasında kompüterdən istifadə isə sürətlə çoxalır
    Azərbaycanda satılan kompüterlərin təxminən 63 faizi yerli istehsalçıların payına düşür. Bu barədə məlumatı, informasiya və kommunikasiya texnologiyaları üzrə informasiya mərkəzi verib. Qurum paytaxtda və regionlarda fərdi kompüter istehsalçılarının sayının artdığını da bildirir. Mərkəzin araşdırmalarına əsasən, 2007-ci ildə ölkənin kompüter bazarında bir sıra müsbət dəyişikliklər baş verib. Məsələn, milli kompüter brendi bir qədər də möhkəmlənib. Belə ki, son illər ərzində yerli istehsalçıları göstərdiyi zəmanət xidmətləri nəticəsində istehlakçıların Azərbaycan istehsalı olan mallara marağı artıb.

    Bundan başqa, ötən il Bakıda fərdi-kompüterlərin sayı daha sürətlə artıb. İnternet infrastrukturunun genişlənməsi regionlarda da fərdi kompüterlərə tələbatı artırıb. İnformasiya və kommunikasiya texnologiyaları üzrə informasiya mərkəzində hesab edirlər ki, yaxın vaxtlarda hökümət tərəfindən həyata keçiriləcək xalq kompüteri layihəsi vətəndaşlara güzəştli şərtlərlə kompüter almağa imkan verəcək və yerli kompüterlərin sayını bir qədər də artıracaq. /ANS TV/

  3. #73
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Qarlı və şaxtalı hava şəraiti davam edəcək

    Sabah gecə 4-6 dərəcə şaxta olacaq
    Sabah Bakıda və Abşeron yarımadasında hava buludlu olsa da, yağmur gözlənilmir. Məlumatı ANSPRESS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeroloji proqnozlar bürosunun direktoru İmran Məmmədov verib. Onun sözlərinə görə, yanvarın 9-u axşam saatlarından başlayaraq, az qar yağacaq, 4-6 dərəcə şaxta olacaq. Yanvarın 10-u,11-i 12-dən başlyayaraq isə yenidən qar yağacağı gözlənilir. /ANSPRESS/

  4. #74
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Bu gün yenə qar yağacaq

    Bakıda əsən şimal-qərb küləyi soyuq effektini daha da artıracaq, yollar buz bağlayacaq
    Paytaxt Bakıda sərt şaxtalı hava şəraiti bu gün də davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeroloji proqnozlar bürosunun məlumatına görə, yanvarın 10-da Bakıda qar yağacaq, axşam saatlarında şaxta olacaq. Bu gün həmçinin şimal-qərb küləyi əsəcək. Bu isə soyuq effektinin bir qədər güclənməsinə gətirib çıxaracaq. Yolların buz bağlayacağı və nəqliyyatın hərəkətinin yenidən çətinləşəcəyi gözlənilir. Hidrometereoloqların proqnozlarına görə yalnız gələn həftədən başlayaraq hava şəraiti mülayimləşəcək və temperatur yüksələrək iqlim normasına yaxınlaşacaq. /ANSPRESS/

  5. #75
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    Futbol üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilir

    İlk qarşılaşmada Azərbaycan millisi Belçikanın yığmasına məğlub olub
    Futbol üzrə Azərbaycan 17 yaşlı yığma komandası Belçika millisinə 0-1 hesabı ilə məğlub olub. Azərbaycanın yeniyetmələrdən ibarət yığması Belorusun paytaxtı Minskdə təşkil olunmuş 4-cü beynəlxalq turnirdə iştirak edir. 17 yaşlılardan ibarət yığmamız Belçika millisinə 0-1 hesabı ilə məğlub olub.5 gün davam edəcək yarışmanın bu günkü oyun günündə Yaşar Vahabzadənin yetirmələri Litvalı həmyaşıdlıları ilə qarşılaşacaqlar. Millimiz qrup mərhələsinin son matçını isə sabah meydan sahiblərinə qarşı keçirəcək. Onu da qeyd edək ki, digər qrupda Belorus yığmasının 2-ci kollektivi ilə yanaşı, Rusiya, İtaliya və Moldova milliləri da yer alıb. Turnirin sonuncu günü, yəni yanvarın 13-də isə yarışın qalib və mükafatçılarını müəyyən edən oyunlar keçiriləcək. /ANS TV/

  6. #76
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    Rusiya hökuməti siqaret reklamına qadağanı dəstəklətib

    Rusiya hökuməti siqaret reklamına qadağanı dəstəklətib
    Tütünə qarşı mübarizə ilə bağlı çərçivə Konvensiyasına qoşulmaq istəyən Rusiyada hər il yüz minlərlə adam siqaret çəkməklə bağlı xəstəliklərdən ölür
    Rusiya hökuməti tütün və tütün məmulatlarının reklamını tam qadağan edən qanun layihəsinə razılıq verib. Bu qərar, Rusiyanın Ümumdünya Səhiyyə Təhkilatının tütünə qarşı mübarizə ilə bağlı çərçivə Konvensiyasına qoşulmasına imkan verəcək.

    Konvensiya 2003-cü ilin mayında qəbul olunub və onu Avropa Birliyi ölkələri də daxil olmaqla 172 dövlət dəstəkləyib. Hər il dünyada siqaret çəkməklə əlaqəli xəstəliklərdən təxminən 5 milyon adam ölür. Rusiyada 2006-cı ildə bu səbəbdən 400 min nəfər dünyasını dəyişib. Tütün məmulatlarının vurduğu ziyan istehlakçı tələbatını azaltmır. Əgər 1995-ci ildə Rusiyada 200 milyard siqaret istehsal olunmuşdusa, 2006-cı ildə bu rəqəm 413 milyarda qədər artıb. Rusiyada tütünə qarşı milli strategiya layihəsinin hazırlanacağı və milli əlaqələndirmə nın orqanının yaradılacağı da gözlənilir./ANSPRESS/

  7. #77
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    Bu il ali məktəblərə qəbul imtahanlarına dəyişiklik edilib

    Bu il ali məktəblərə qəbul imtahanlarına dəyişiklik edilib
    TQDK sədri Məleykə Abbaszadənin sözlərinə görə, dörd qrupun hamısında hər fənn üzrə 25 sual olacaq
    Tələbə Qəbulu üzrə Dövlət Komisiyası 2007-2008-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə dair zona müşaviri keçirib. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, 2007-ci ildə ali məktəbləri bitirən şagirdlərin 89 faizi ali məktəblərə sənəd verir ki, bunların da yalnız 38 faizi təlbə adını qazınıb. TQDK sədri onu da bildirib ki, bu il mart-aprel ayında keçiriləcək sınaq imtanlarınin nəticələrin uyğun olarq qəbul ali məktəblərə qəbul üçün keçid bal müəyyənləşəcək. M.Abaszadə bu il ali məktəblərinə qəbul imtahanlarına dəyişiklik edildiyini də deyib. «Dörd qrupun hamısında hər fənn üzrə 25 sual olacaq. Ötən il isə bu rəqəm 22 idi. Psixologiya ixtisası üçüncü qrupdan dördüncü qrupa keçirilib. Birinci qrupda isə fizika və riyaziyyat fənləri üzrə qiymətlər dəyişdiriləcək. Bütün bu dəyişikliklər isə abutiriyent jurnalının 1-ci nömrəsində nəşr ediləcək»./ANS TV/

  8. #78
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    Futbol üzrə millimiz seçmə oyunlara «Uels» səfərindən başlayacaq

    Futbol üzrə millimiz seçmə oyunlara «Uels» səfərindən başlayacaq
    Yığma komandamızın dünya çempionatının seçmə mərhələsində keçiriləcək oyunlarının təqvimi müəyyənləşib
    Futbol üzrə Azərbaycan yığma komandasının dünya çempionatının seçmə mərhələsində keçiriləcək oyunlarının təqvimi müəyyənləşib. Millimiz seçmə oyunlara «Uels» səfərindən başlayacaq.

    «Uels»lə görüş bu ilin sentyabr ayında təşkil olunacaq. Sentyabrın 6-da Kardiff səfərindən dönəcək millimiz 4 gün sonra «Lixtenşteyn»i qəbul edəcək. Futbolçularımız 2008-ci ildə son oyunlarını səfərdə Finlandiyaya qarşı keçirəcəklər. Azarkeşlərimizin səbrsizliklə gözlədiyi Rusiya - Azərbaycan matçı isə 2009-cu il martın 28-də baş tutacaq. /ANS TV/

  9. #79
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    «20 yanvar faciəsinin on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı» təsdiqlənib

    «20 yanvar faciəsinin on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı» təsdiqlənib
    Tədbirlər planına əsasən, 20 yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar da ediləcək
    Azərbaycan prezidentinin icra aparatının rəhbəri Ramiz Mehdiyev «20 yanvar faciəsinin on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı»nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

    Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin - konfrans, yığıncaq və mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-lərində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 yanvar faciəsi barədə materiallar verilməsi nəzərdə tutulur.

    Tədbirlər planına əsasən, 20 yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar ediləcək, Şəhidlər Xiyabanı ərazisində təmizlik-abadlıq işləri görüləcək. Dünya ictimaiyyətinin diqqətini yenidən qanlı yanvar faciəsinə yönəltmək məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diplomatik nümayəndəlikləri, həmçinin Azərbaycan icmaları müvafiq tədbirlər həyata keçirəcək. Respublikanın şəhər və rayonlarında da müvafiq tədbirlər planı qəbul olunub və icrasına başlanıb. /ANS TV/

  10. #80
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    «Azərbaycanda telekommunikasiya sahəsində böyük nailiyyətlər var»

    «Azərbaycanda telekommunikasiya sahəsində böyük nailiyyətlər var»

    Prezident İlham Əliyev TeliaSonera» şirkətinin prezidenti Lars Niberqi qəbul edib
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «TeliaSonera» şirkətinin prezidenti Lars Niberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
    Dövlət başçısı «TeliaSonera» şirkəti ilə ölkəmizin müvafiq strukturları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanda telekommunikasiya sahəsində qazanılan uğurları ölkənin iqtisadi inkişafının yaxşı göstəricilərindən biri kimi dəyərləndirib.
    Lars Niberq Azərbaycanda fəaliyyət göstərdikləri 10 ildən artıq müddətdə qarşılıqlı əməkdaşlıq nəticəsində rabitə və telekommunikasiya sahəsində ölkəmizdə müasir infrastrukturun yaradılması baxımından böyük nailiyyətlərin olduğunu bildirdi. /ANSPRESS/

Sayfa 8/16 İlkİlk ... 678910 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.