[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini müxtəlif istiqamətlərdən atəşə tutub[b]
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 16-da saat 17.45-dən 18.05-dək və 20.10-dan 20.20-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonu Voskevan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli, Qazax rayonunun Quşçu Ayrım kəndləri ərazisində yerləşən mövqelərini, saat 21.30-dan 21.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.30-dan 22.45-dək və oktyabrın 17-də saat 03.30-dan 04.10-dək Tərtər rayonunun Çiləbürt və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dan 23.55-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
4610 sonuçtan 4.001 ile 4.010 arası

10-16-2008, 10:50 PM #4001Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
MSK səslərin hesablanması prosesini davam etdirir
[b]MSK səslərin hesablanması prosesini davam etdirir[b]
Bakı. Elnur Məmmədli-APA. Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı səslərin hesablanması prosesini davam etdirir.
APA-nın xəbərinə görə, saat 22.00-a olan məlumata görə, artıq ölkə üzrə yaradılmış 5359 məntəqənin 5348-dən daxil olan səslərin sayılması prosesi başa çatıb. Bu nəticəyə görə, seçicilərin 88,73 faizi İlham Əliyev, 2,86 faizi İqbal Ağazadə, 2,47 faizi Fazil Qəzənfəroğlu, 2,28 faizi Qüdrət Həsənquliyev, 2,23 faizi Qulamhüseyn Əlibəyli, 0,78 faizi Fuad Əliyev, 0,65 faizi isə Hafiz Hacıyevə səs verib.

10-17-2008, 10:20 AM #4002Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini müxtəlif istiqamətlərdən atəşə tutub

10-17-2008, 10:50 AM #4003Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Milli Məclisinin deputatının beyni iflic olub
[b]Azərbaycan Milli Məclisinin deputatının beyni iflic olub[b]
Bakı. Elbrus Seyfullayev - APA. Oktyabrın 15-də beyin insultu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Azərbaycan Milli Məclisinin deputatı Vidadi Məmmədov hələ də reanimasiyadadır. Bu barədə APA-ya Mərkəzi Neftçilər Xəstəxanasının Nevrologiya şöbəsinin müdiri Hikmət Qarayev bildirib. Onun sözlərinə görə, V. Məmmədovun beyninin sağ tərəfini iflic vurub, sol tərəfi isə işləmir. Həkim deputatın huşu özündə olsa da, onun vəziyyətinin ağır olduğunu bildirib. Həkim xəstənin bir həftə reanimasiya şöbəsində qalacağını deyib.

10-17-2008, 11:00 AM #4004Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Detroyt məktəblərindən birində atışma baş verib, ölən və yaralananlar var
[b]Detroyt məktəblərindən birində atışma baş verib, ölən və yaralananlar var[b]
Detroyt-APA. Birləşmiş Ştatların Detroyt şəhərində məktəblərin birində baş vermiş atışma nəticəsində bir məktəbli ölüb, üç məktəbli yaralanıb. APA-nın məlumatına görə, insidentin səbəbləri məlum deyil. Şahidlərin sözlərinə görə, atəş açan şəxs Henri Ford adına məktəbə avtomobildə gəlib. Qapını açan şəxs həyətdəki məktəblilərə atəş açdıqdan sonra aradan çıxıb. Detroyt polisi qatilin axtarışını davam etdirir.

10-17-2008, 11:20 AM #4005Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rəsul Quliyevin partiyası İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib
[b]Rəsul Quliyevin partiyası İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib[b]
Bakı. Elnur Məmmədli-APA. Açıq Cəmiyyət Partiyası (ACP) prezident seçkilərində qalib gəlməsi münasibəti ilə İlham Əliyevə təbrik məktubu göndərib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təbrik məktubunda hələ seçkilərdən əvvəl İlham Əliyevin prezident seçilməsinə heç bir şübhənin olmadığı bildirilir. Partiya rəhbərliyi yeni prezidentin demokratik əsaslarla seçildiyini bildirib, bu münasibətlə ona uğurlar arzulayıb.

10-17-2008, 11:40 AM #4006Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Dow Jones indeksi 4,7%, S&P 500 4,25%, Nasdaq isə 5,5% qalxıb
[b]Dow Jones indeksi 4,7%, S&P 500 4,25%, Nasdaq isə 5,5% qalxıb[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 16-da Amerika bazarlarında Dow Jones indeksi 4,68% - 8979,26 bəndədək, S&P 500 4,25% - 946,43 bəndədək, Nasdaq isə 5,49% - 1717,71 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 16-da indekslərin qalxması ticarət sessiyasının son iki saat ərzində neftin 14 aylıq minimuma enməsi fonunda kəskin artımı nəticəsində baş verib. Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 5,35% - 3861,39 bəndədək, Fransa CAC-40-ı 5,92% - 3181 bəndədək, Almaniya DAX-ı isə 4,91% - 4622,81 bəndədək enib. Kotirovkaların azalması ikinci gündür ki, hasilat şirkətlərinin səhmlərinin ucuzlaşması nəticəsində baş verib. Bunun da öz növbəsində əsas səbəbi dünyada neft və metallara olan tələbatın böhran nəticəsində azalması üzrə proqnozları və ABŞ-da sənaye istehsalının azalması olub. Belə ki, dünyanın iri mədənçıxarma şirkəti olan «Rio Tinto Group»un səhmləri 13%, «Vedanta Resources»in səhmləri 15% enib. Eyni zamanda, neft hasilatı sahəsinin şirkətlərinin səhmləri ucuzlaşıb. Belə ki, «Total»in səhmləri 9,2%, «Royal Dutch Shell»in səhmləri isə 7,2% enib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3481 dollar təşkil edib (+0,03%).

10-17-2008, 11:50 AM #4007Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Səxavət Məmmədovun 55 illiyinə həsr olunmuş tədbir keçiriləcək
[b]Səxavət Məmmədovun 55 illiyinə həsr olunmuş tədbir keçiriləcək[b]
Bakı. Laura Cəbrayıllı-APA. Noyabrın 3-də Azərbaycan Dövlət Filarmoniyasında mərhum xanəndə Səxavət Məmmədovun anadan olmasının 55 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə APA-ya Səxavət Məmmədov adına "Qarabağ" ansamblının bədii rəhbəri, əməkdar artist Fehruz Səxavət məlumat verib. "Azad bir quşdum" adlı xatirə tədbirində Səxavət Məmmədovun yaradıcılığından danışılacaq, repertuarından mahnılar ifa olunacaq. Tədbirin aparıcısı millət vəkili, professor Rafael Hüseynovdur. Tədbirdə həmçinin Kiyevdə yenicə işıq üzü görən "Səxavətli mahnı və təsniflər" (CD) adlı musiqi albomunun təqdimatı keçiriləcək. Lent yazıları Kiyevin "LE ARSO" Dizayn Mərkəzində bəstəkar Sergey Morozun rəhbərliyi ilə bərpa olunub. Diskin prodüseri Burzu Əliyev, redaktoru Qulu Ağsəsdir."Səxavətli mahnı və təsniflər" xanəndənin lent yazılarının bərpa edilərək işıq üzü görən 3-cü musiqi albomudur. Bundan əvvəl "Azad bir quşdum" və "Səxavətli muğamlar" (CD) adlı albomlar dinləyicilərə təqdim edilib. Xanəndənin yaradıcılığını əks etdirən "Səxavətli görüntülər" və "Səxavətli yazılar"ın da nəşri nəzərdə tutulur.

10-17-2008, 12:50 PM #4008Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gürcüstandan Azərbaycana "KamAZ"-la külli miqdarda silah-sursat keçirən üç nəfər həbs olunub
[b]Gürcüstandan Azərbaycana "KamAZ"-la külli miqdarda silah-sursat keçirən üç nəfər həbs olunub[b]
Gəncə. Nəzakət Məşədiəliqızı, Hafiz Heydərov-APA. Gürcüstandan külli miqdarda silah-sursatın qanunsuz yolla Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Gəncə şəhər Polis İdarəsinin (Pİ) rəisi Rasim Musayevin APA-ya verdiyi məlumata görə, faktla əlaqədar artıq üç nəfər saxlanılıb. Dövlət Yol Polisinin Bakı-Qazax yolunun 343-cü kilometrliyində yerləşən 723 saylı Zazalı stasionar postunun əməkdaşları Bakı istiqamətinə hərəkət edən, İntiqam Fərman oğlu Vəliyevin idarə etdiyi "KamAZ" markalı, 35 BE 715 dövlət nömrə nişanlı yük avtomaşınına baxış keçirən zaman "KamAZ"-ın saxlanc yerindən Rusiya, Türkiyə və ABŞ istehsalı olan 157 ədəd ov silahı, 26 qutu müxtəlif çaplı patron, 10 qutu piston və 3 qutu ov tüfənginin ehtiyat hissələri aşkar edilərək götürülüb. Araşdırmalar nəticəsində məlum olub ki, aşkarlanan silah-sursat Azərbaycana Gürcüstan vasitəsi ilə Türkiyədən gətirilib. Silahı Azərbaycana gətirən şəxslər gömrük əməkdaşlarını aldadaraq, maşının yük yerində avtomobil ehtiyat hissələrinin olduğunu bildirib, silahları qanunsuz olaraq ölkə ərazisinə keçirməyə müvəffəq olublar. Polis rəisinin bildirdiyinə görə, keçirilən əməliyyat tədbirləri nəticəsində silah-sursatı Azərbaycana gətirən 3 nəfər - Sumqayıt sakinləri Siyavuş Eyvazov, Qüdrət Cəfərov və Ağstafa rayon sakini İlham Quliyev saxlanılıblar. Onların barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun ehtiyat hissələrini, partlayıcı maddələri əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.Gəncə Şəhər Prokurorluğundan isə APA-ya bildirilib ki, "KamAZ"-ın yük yerində yuxarıda sadalananlardan əlavə 300 ədəd qandal da olub. Məlumatda o bildirilir ki, ilkin ehtimallara görə, silah-sursatlar Azərbaycan satış məqsədilə gətirilib. Gəncə şəhər Pİ-də başlanmış cinayət işi artıq Gəncə şəhər Prokurorluğuna verilib. Qeyd edək ki, Zazalı postunda "KamAZ" markalı avtomaşında silah-sursatın aşkarlanması barədə "Azadlıq" qəzeti bugünkü sayında məlumat yayıb.

10-17-2008, 01:00 PM #4009Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
«AzSığorta» şirkəti ötən ilə nisbətən daxilolmalarını 44% artırıb
[b]«AzSığorta» şirkəti ötən ilə nisbətən daxilolmalarını 44% artırıb[b]
Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «AzSığorta» şirkətinin 2008-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 7,261 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin ümumi nəticələri ilə müqayisədə 44,1% çoxdur. Şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlının «APA-ECONOMICS»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 5 dəfə artaraq 1,347 mln. manata çatıb.Şirkətin sığorta daxilolmalarında 2,590 mln. manat «Yüklərin sığortası», 2,357 mln. manat «Əmlakın yanğından və digər risklərdən sığortası», 1,017 mln. manat «Avtonəqliyyat vasitələrinin sığortası» və 0,649 mln. manat «Mülki hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası» növlərinin payına düşüb.Ödənişlərin strukturunda isə 624 min manat «Əmlakın yanğından və digər risklərdən sığortası», 469,160 min manat «Avtonəqliyyat vasitələrinin sığortası», 95,156 min manat «Mülki hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası» və 33,169 min manat isə «Tibbi sığorta» növləri üzrə ödənilib. Qeyd edək ki, şirkətin bu ilin ilk 9 ayında sığorta daxilolmalarının həcmi könüllü sığorta növləri üzrə 6,821 mln. manat, icbari sığorta növləri üzrə 0,440 mln. manat təşkil edib. Ödənişlərdə 1,288 mln. manat könüllü sığorta növlərinin, 0,059 mln. manat isə icbari sığorta növlərinin payına düşüb. Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Cari oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Şirkət 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Hazırda şirkətin respublika üzrə 7 filialı mövcuddur.

10-17-2008, 01:10 PM #4010Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Yeni Gəncə qəsəbə sakini yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb
[b]Yeni Gəncə qəsəbə sakini yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb[b]
Bakı-APA. Gəncə şəhərinin Nizami rayonunun Yeni Gəncə qəsəbə sakini Şahməmməd Məmmədov yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Faktla bağlı araşdırmalar aparılır.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri