[b]Azərbaycanlı tələbələr mübadilə proqramı çərçivəsində Cənubi Koreyaya yollanıblar[b]
Bakı. Viktoriya Dementyeva - APA. Bu il 13 azərbaycanlı tələbə mübadilə proqramı çərçivəsində Cənubi Koreyaya yollanıb. Bu barədə APA-ya Koreya Respublikasının Azərbaycandakı səfiri Yu Kvanq Ço məlumat verib. O bildirib ki, proqram çərçivəsində azərbaycanlı tələbələr Koreya universitetləri və kolleclərində təhsil almaq imkanı qazanacaqlar. Qeyd edək ki, daha 30 azərbaycanlı tələbə Koreya mədəniyyəti ilə tanışlıq məqsədilə bu ölkəyə səfər edib.
4610 sonuçtan 3.631 ile 3.640 arası

10-08-2008, 12:10 PM #3631Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda Azərbaycan-Finlandiya biznes-forumu keçirilir
[b]Bakıda Azərbaycan-Finlandiya biznes-forumu keçirilir[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Finlandiyanın «Finpro» şirkətinin təşkilatçılığı ilə Azərbaycan-Finlandiya biznes-forumu keçirilir.
«APA-ECONOMICS»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev qonaqlara ölkənin iqtisadi inkişafı, aparılan islahatlar, «bir pəncərə» sisteminin tətbiqi, Azərbaycanın Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı «Doing Business-2009» hesabatında tutduğu mövqeyindən məlumat verib. Nazir qeyd edib ki, aparılan islahatlar davam etdiriləcək, qanunvericilik bazası və rəqabətə davamlılıq prinsipləri gücləndiriləcək. H.Babayev həmçinin bildirib ki, 2009-cu ildə yeni xarici şirkətlərin Azərbaycana sərmayə yatırması gözlənilir. «Forum çərçivəsində gələcəkdə Azərbaycanın Finlandiyaya investisiya qoyuluşu məsələləri də müzakirə olunacaq», - deyə H.Babayev qeyd edib.Tədbirdə çıxış edən Finlandiyanın xarici ticarət və inkişaf naziri Paavo Vayuryunen bildirib ki, Azərbaycanla Finlandiya arasında iş əlaqələrinin yaradılması üçün böyük potensial mövcuddur: «Ümid edirəm ki, Azərbaycan qısa bir müddət ərzində Ümumdünya Ticarət Təşkilatına üzv olacaq və bu, iki ölkə arasında daha sıx əməkdaşlığı təmin edəcək».Nazir həmçinin qeyd edib ki, Azərbaycanda daxili tələbat getdikcə artır və Finlandiya Azərbaycanda tərəfdaşlar taparaq burada öz biznes imkanlarından istifadə etmək niyyətindədir. Finlandiya hökuməti tərəfindən aparılan islahatlardan danışan P.Vayuryunen qeyd edib ki, Finlandiyada ümumi daxili məhsulun artım tempi 3,5% təşkil edir.«Finlandiya idxal olunan enerjidən asılıdır və biz məhz bu məhsulların alınmasında maraqlıyıq. Ümid edirəm ki, bu forum uğurlu olacaq və iki ölkənin şirkətləri arasında bir sıra müqavilə imzalanacaq», - deyə P.Vayuryunen bildirib.Bundan başqa, tədbirdə Azpromo-nun prezidenti Emil Məcidov «Azərbaycanda sərmayə imkanları və biznes mühiti» təqdimatı ilə çıxış edib. Qeyd edək ki, biznes-forumda tikinti, bank, İT, meşə təsərrüfatı, təhsil və digər sahələrdə fəaliyyət göstərən 20 Finlandiya və 60 Azərbaycan şirkətinin nümayəndələri iştirak edir. Forum çərçivəsində şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcək.

10-08-2008, 12:20 PM #3632Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanlı tələbələr mübadilə proqramı çərçivəsində Cənubi Koreyaya yollanıblar

10-08-2008, 12:30 PM #3633Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Finlandiya Azərbaycanın enerji və İKT sektoruna maraq göstərir
[b]Finlandiya Azərbaycanın enerji və İKT sektoruna maraq göstərir[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Finlandiya Azərbaycanın enerji sektoruna maraq göstərir. «APA-ECONOMICS»in məlumatına görə, bunu Bakıda səfərdə olan Finlandiyanın xarici ticarət və inkişaf naziri Paavo Vayuryunen bildirib.Nazirin sözlərinə görə, Finlandiyanın enerji sahəsində nou-haunun tətbiqinə geniş yer verir və mövcud təcrübəsinin Azərbaycanda da təbiq etmək niyyətindədir: «Biz həmçinin Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları və digər sahələrinə də maraq göstəririk».İki ölkə arasında ticarət dövriyyəsinə gəldikdə isə P.Vayuryunen qeyd edib ki, hazırda Azərbaycanla Finlandiya arasında ticarət dövriyyəsi arzu olunan səviyyədə deyil və hər iki ölkənin məqsədi ticarət dövriyyəsinin artırılması üçün zəruri addımlar atmaqdır.«Biz Finlandiya şirkətlərinin Azərbaycan bazarına çıxarmaq və Azərbaycan şirkətlərini Finlandiya bazarında cəlb etmək niyyətindəyik», - deyə P.Vayuryunen qeyd edib.

10-08-2008, 12:40 PM #3634Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın ən iri bankı korporativ müştəriləri üçün depozit dərəcələrini artırır
[b]Azərbaycanın ən iri bankı korporativ müştəriləri üçün depozit dərəcələrini artırır[b]
Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycan Beynəlxalq Bankı (ABB) korporativ müştərilər üçün depozitlər üzrə faiz dərəcələrini artırır. ABB-nin Bakıdakı baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, faiz dərəcələrinin artırılması manat və xarici valyutada (dollar, avro) yerləşdirilən depozitləri əhatə edir. Yeni faiz dərəcələri depozitin valyutasının növündən, müddətindən və məbləğindən asılı olaraq dəyişir. Bank tərəfindən, həmçinin bonus sistemi tətbiq olunur ki, bu da depozitin məbləğindən asılıdır.Yeni faiz dərəcələri hüquqi şəxslər tərəfindən dollar və manatla yerləşdirilən depozitlər üzrə illik 6%-dən, avro üzrə yerləşdirilən əmanətlər üzrə isə ilik 4,8%-dən başlayaraq hesablanır. Ən yüksək dividentlər iki illik depozitlər üzrə hesablanacaq ki, burada manat və dollar üzrə illik 10%-dən, avro üzrə isə illik 8%-dən başlayaraq gəlirlik ödənilir. Ən aşağı faiz dərəcəsi (illik 1%-dən başlayaraq) isə tələb olunanadək depozitlər üzrə ödəniləcək. Qeyd edək ki, faiz dərəcələrinin artırılması bankın daxili bazarda korporativ müştərilərin vəsaitlərinin cəlb edilməsinə yönəldilən siyasəti çərçivəsində həyata keçirilir.Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 3 635,842 mln. manat, kredit portfeli 2 602,101 mln. manat, depozit portfeli 1 949,376 mln. manat, məcmu kapitalı 270,645 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib.

10-08-2008, 12:50 PM #3635Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Millət vəkilləri prezident seçkiləri ilə bağlı İstanbulda Azərbaycan diasporunun üzvləri ilə görüşüblər
[b]Millət vəkilləri prezident seçkiləri ilə bağlı İstanbulda Azərbaycan diasporunun üzvləri ilə görüşüblər[b]
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın İstanbuldakı baş konsulluğu 15 oktyabr prezident seçkiləri günü səs vermək üçün 600-ə yaxın bildiriş göndərib. Baş konsul Səyyad Aranın APA-ya verdiyi məlumata görə, diplomatik nümayəndəlikdə 600-ə yaxın Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Bununla belə, diplomat seçkilər günü daha artıq insanın səs verməyə gələcəyinin gözlənildiyini deyib: "Çünki qeydiyyatda olmayan, amma burada çalışan insanlar, turist kimi Türkiyəyə gələn Azərbaycan vətəndaşları da az deyil. Seçki günü şəhərin müxtəlif yerlərindən seçicilər avtobuslarla seçki məntəqəsinin fəaliyyət göstərdiyi baş konsulluğa gətiriləcək və səsvermədən sonra geri qaytarılacaqlar".Bundan əlavə, Bursadan səs vermək üçün 50 nəfərin İstanbula gələcəyi gözlənilir, İzmirdə yaşayan vətəndaşlarımız da bu seçki məntəqəsində səs verəcəklər. Səyyad Aran bildirib ki, baş konsulluq seçki materialları ilə tam təmin olunub, Azərbaycan vətəndaşlarının sıx yaşadıqları və tez-tez toplaşdıqları yerlərə seçki plakatları vurulub. Baş konsulun sözlərinə görə, seçkilərlə bağlı dünən İstanbul Texniki Universitetinin konfrans zalında Azərbaycanın millət vəkilləri Nizami Cəfərov və Musa Quliyevin iştirakı görüş də keçirilib. 2 saat davam edən görüşdə İstanbulda çalışan azərbaycanlı müəllimlər, musiqiçilər, rəssamlar və digər şəxslər iştirak ediblər. Baş konsul və millət vəkilləri Azərbaycanda prezident seçkiləri ilə bağlı gedən proseslər haqqında məlumat verib, diaspor üzvlərinin suallarını cavablandırıblar.Qeyd edək ki, oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycanın Ankaradakı səfirliyində də seçki məntəqəsi yaradılacaq.

10-08-2008, 01:00 PM #3636Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Maradonanın məşqçisi Azərbaycana gəlir
[b]Maradonanın məşqçisi Azərbaycana gəlir[b]
Ottavio Byanki Bakıda futbolçu seçəcək
Bakı. Mehman Süleymanov - APA-SPORT. Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın məşqçisi Ottavio Byanki Azərbaycana gələcək. "APA-SPORT"un məlumatına görə, 65 yaşlı italyan mütəxəssis Bakının "İnter" klubunun "Milan"la birgə həyata keçirdiyi "Milan Junior Camp" müştərək layihədə iştirak etmək üçün Bakıya təşrif buyuracaq. İtalyan mütəxəssislər oktyabrın 27-dən 31-dək "Şəfa" stadionunda 7-14 yaşlı futbolçulara arasında seçim edəcək. Seçiləcək 4 futbolçu "Minal"ın düşərgəsinə yollanaraq məşhur "San-Siro"da məşq keçmək imkanı qazanacaq. Byanki 1985-1989-ci illərdə Maradona, braziliyalı Kareka kimi məşhur futbolçuların çıxış etdiyi İtaliyanın "Napoli" klubunun baş məşqçisi olub. O, "Napoli"yə İtaliya çempionluğu, bundan iki il sonra UEFA kubokunu qazandırıb. Byanki vətənində məşqçilik karyerası dövründə "İnter", "Roma", "Fiorentina" kimi klubları da çalışdırıb.

10-08-2008, 01:20 PM #3637Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti Lənkəran Hava Limanının açılışında iştirak edib
[b]Azərbaycan prezidenti Lənkəran Hava Limanının açılışında iştirak edib[b]
Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycan prezidenti İlham Əliyevin cənub bölgəsinə dünəndən başlayan səfəri davam edir.
APA-nın cənub bürosunun xəbərinə görə, dövlət başçısı bu gün Lənkəran rayonunda olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rayonun Səpnəkəran kəndində Heydər Əliyev Fondunun xətti ilə inşa edilmiş 320 şagird yerlik orta məktəbin açılışında iştirak edib. Daha sonra Lənkəran Hava Limanının açılışına qatılan dövlət başçısı burada rayon ictimaiyyəti qarşısında çıxış edib. Bunun ardınca prezident və xanımı Lənkəranın mərkəzindəki Heydər Əliyev Parkında Heydər Əliyevin abidəsini ziyarət edib. Parkda yerləşən Heydər Əliyev Muzeyinin də açılışı olub. Dövlət başçısı Lənkəran şəhərində Uşaq Sağlamlıq Mərkəzinin, "Cənub" TV-nin binasının, "Qafqaz" Turist İstirahət Mərkəzinin açılışlarına da qatılıb. Prezident İ. Əliyev bu ilin fevralında fəaliyyətə başlayan, "Palmali" Şirkətlər Qrupu tərəfindən inşa edilmiş Süd Zavodunda istehsal prosesi ilə də tanış olub.

10-08-2008, 01:30 PM #3638Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Los-Anceles Tolerantlıq Mərkəzində ABŞ və Azərbaycan tələbələrinin video-konfransı keçirilib
[b]Los-Anceles Tolerantlıq Mərkəzində ABŞ və Azərbaycan tələbələrinin video-konfransı keçirilib[b]
Los-Anceles. Hüsniyyə Həsənova-APA. Los-Anceles Tolerantlıq Mərkəzində ABŞ və Azərbaycan tələbələrinin video konfransı keçirilib. APA-nın ABŞ bürosunun məlumatına əsasən, hər iki tərəfdən 100-ə yaxın tələbənin qatıldığı video-konfrans iki ölkə tələbələrinin narahat edən mövzulara həsr olunub. Azərbaycanın Los-Anceles şəhərindəki konsulluğunun vitse-konsulu Elman Abdullayevin APA-ya verdiyi məlumata görə yəhudi, katolik, protestant və müsəlman dinini təmsil edən Amerikalı tələbələr Azərbaycanda hökm sürən dini tolerantlıq, insan haqlarının təmin edilməsi və aparılan iqtisadı islahatlarla bağlı suallar veriblər. Azərbaycanlı tələbələr isə daha çox ABŞ-da keçiriləcək prezident seçkiləri, ölkədəki iqtisadi böhranla maraqlanıblar. Qeyd edək ki, Bakı ilə Los-Anceles arasında video-konfrans Los-Anceles şəhərinin Məktəb Müəllimləri Birliyi, Tolerantlıq Mərkəzi, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycanın Los-Ancelesdəki konsulluğu tərəfindən təşkil olunub.

10-08-2008, 01:40 PM #3639Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Den Blessinqton: "Bizi seçkilərdə hansı namizədin qalib gəlməsindən çox bu prosesin qanuni əsaslarda keçməsi maraqlandırır"
[b]Den Blessinqton: "Bizi seçkilərdə hansı namizədin qalib gəlməsindən çox bu prosesin qanuni əsaslarda keçməsi maraqlandırır"[b]
Bakı. Viktoriya Dementyeva-APA. "Bizi Azərbaycanda keçirilən prezident seçkilərində hansı namizədin qalib gəlməsindən çox seçkilərdə qanuni əsaslarda keçirilməsi maraqlandırır". APA-nın məlumatına görə, bu fikirləri Beynəlxalq Seçki Sistemləri Fondunun (İFES) Azərbaycan üzrə direktoru Den Blessinqton söyləyib. O, 2005-ci illə müqayisədə ölkənin seçki qanunvericiliyinin daha da təkmilləşdiyini bildirib: "Hətta ABŞ-da belə Seçki Məcəlləsi ilə bağlı problemlər yaranır. İdeal seçki sistemi mövcud deyil, lakin biz bu sahədə tərəqqiyə nail olmaq, ideala yaxın variant tapmağa çalışırıq". Den Blessinqton hazırda Seçki Məcəlləsinə yeni dəyişikliklər üzərində çalışdıqlarını bildirib: "Bu dəyişikliklər əsasən şikayət və apellyasiyaların verilməsi ilə bağlıdır. Biz mövbəti seçkilərdə Məcəlləyə bu dəyişikliklərin edilməsi üçün MSK ilə əməkdaşlıq edirik. Ümidvaram ki, Seçki Məcəlləsinə bu dəyişikliklərin edilməsi sayəsində bu sahədə vəziyyət daha da yaxşılaşacaq". İFEs təmsilçisi əlavə edib ki, təmsil etdiyi qurum seçki komissiyalarının üzvləri üçün treninqlərin keçirilməsində MSK-ya kömək edir. Den Blessinqton bildirib ki, İFES-in beş təmsilçisi oktyabrın 15-də seçkilərin gedişini qeyri-rəsmi şəkildə müşahidə edəcək.

10-08-2008, 01:50 PM #3640Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azpromo xaricdə daha üç nümayəndəlik açacaq
[b]Azpromo xaricdə daha üç nümayəndəlik açacaq[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) Türkmənistan hökuməti ilə Fondun bu ölkədə nümayəndəliyinin açılması məsələsini müzakirə edib. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azpromo-nun prezidenti Emil Məcidov bildirib. E.Məcidovun sözlərinə görə, bu ilin sonunadək Azpromo heç bir ölkədə rəsmi nümayəndəlik açmayacaq: «Lakin biz Türkmənistan tərəfi ilə bu məsələni müzakirə etdik və hazırda onların cavabını gözləyirik. Bundan başqa, Fond tərəfindən Gürcüstanda da nümayəndəliyin açılması məsələsinə baxılır». Qeyd edək ki, Azpromo həmçinin Rusiyada nümayəndəlik açmağı planlaşdırır. Artıq ilk nümayəndəlik Qazaxıstanda açılıb.Xatırladaq ki, Azpromo 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Hazırda Fondun Himayəçilər Şurasına müxtəlif nazirlik və idarələr, beynəlxalq təşkilatlar, eləcə də özəl şirkətlərin nümayəndələrindən ibarət 92 nəfər daxildir.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri