10 mart. İlin sonuna 296 gün qalır.
1735. Səfəvilərlə Rusiya arasında Gəncə müqaviləsi imzalanıb. Rus qoşunu Azərbaycana məxsus olan bütün Xəzəryanı əraziləri tərk edib
1880. Rus fizik Stoletov fotoeffekt hadisəsini izah edib
1906. Fransa tarixində ən böyük mədən faciəsi baş verib. Daş kömür şaxtasının partlaması 1200 insanın həyatına son qoyub
1910. Çində köləlik ləğv edilib
1912. Üzeyir Hacıbəyovun "Şah Abbas və Xurşid Banu" operasının ilk tamaşası keçirilib
1935. Faşist Almaniyasının hərbi hava qüvvələri – Luftwaffe təsis edilib
1937. Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul edilib
1940. Amerikalı aktyor Çak Norris anadan olub
1943. Keçmiş SSRİ-də nüvə tədqiqatlarına start verilib
1945. ABŞ-ın yapon şəhərlərini bombalaması nəticəsində 100 000-dən çox insan həlak olub
1945. Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayev anadan olub
1947. SSRİ Nazirlər Soveti “Ermənistan SSRİ-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Mil-Muğan zonasına köçürülməsi Haqqında” qərar verib. Oxşar qərar 2-ci dəfə 1948-ci ildə də verilib
1957. Üsamə bin Laden anadan olub
1959. Antarktidada SSRİ-yə məxsus “Lazarev” elmi stansiyası fəaliyyətə başlayıb
1965. Yazıçı Mehdi Hüseyn vəfat edib
1977. ABŞ və CAR astronomları Uranın halqalarını aşkar edib
2004. Səudiyyə Ərəbistanı fotokameralı mobil telefon satışını qadağan edib. Qadağa bu gün də qüvvədədir
2004. Aktrisa Nəsibə Zeynalova vəfat edib.
193 sonuçtan 51 ile 60 arası
-
03-09-2010, 11:22 AM #51
Re: Tarixdə bu gün
9 mart. İlin sonuna 297 gün qalır.
1459. İtalyan səyyah Vespuççi Ameriqo anadan olub
1814. Ukrayna şairi Taras Şevçenko anadan olub. 30 iyun 2008-ci ildə şairin Bakıdakı heykəli Azərbaycan və Ukrayna prezidentlərinin iştirakı ilə açılıb
1858. ABŞ-da poçt qutuları patentləşdirilib
1890. Sovet siyasi xadimi Vyaçeslav Molotov anadan olub
1918. Rusiyanın paytaxtı Petroqraddan Moskvaya köçürülüb
1929. Diktor, Azərbaycan xalq artisti Gültəkin Cabbarlı anadan olub
1934. Sovet kosmonavtı Yuri Qaqarin anadan olub
1947. Kamançaçı Şəfiqə Eyvazova anadan olub
1953. 5 martda vəfat edən sovet lideri Stalin dəfn edilib. Dəfn mərasimində basabas nəticəsində, “Böyük rəhbər”lə vidalaşmağa gələn yüzlərlə sovet vətəndaşı həlak olub
1956. Sovet ordusu Tiflisdə dinc nümayişçilərə atəş açıb
1959. Nyu-Yorkda “Barbi” adlı yeni kukla təqdim edilib
1990. Berlində hər iki Almaniyanın birləşməsinə dair danışıqlar başlayıb
1995. İsrail və Azərbaycan arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb
2006. Azərbaycanla Almaniya arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş imzalanıb
2007. Uydurma “erməni soyqırımı” haqqında qanuna qarşı çıxan Türk İşçi Partiyasının rəhbəri Doğu Perincək haqqında İsveçrənin Lozan şəhər məhkəməsi həbs qərarı verib. Sonradan bu qərar cərimə ilə əvəzlənib.
[
-
03-10-2010, 10:59 AM #52
Re: Tarixdə bu gün
[
-
03-10-2010, 12:27 PM #53Senior Member
- Üyelik tarihi
- Mar 2010
- Mesajlar
- 1.376
Re: Tarixdə bu gün
Nesibe xanima Allah qeni qeni rehmet elesin.Demek olub heeee
aaaa hec xeberim olmayib ki....

Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır
-
03-11-2010, 12:05 PM #54
Re: Tarixdə bu gün
11 mart. İlin sonuna 295 gün qalır.
1812. İngiltərənin Nottingem əyalətində ludçular – texniki vasitələrin əleyhdarları üsyan qaldırıb
1905. Parisdə metro açılıb
1917. İngilis qoşunu Bağdadı tutub
1925. Görkəmli aktyor Bəşir Səfəroğlu anadan olub
1931. Keçmiş SSRİ ərazisinə “Bibliya” gətirilməsi və satılması qadağan edilib
1941. ABŞ prezidenti Ruzvelt müttəfiqlərə hərbi yardımı nəzərdə tutan “Lendliz” qanununu imzalayıb
1970. Səddam Hüseyn və Mustafa Bərzani arasında dialoqdan sonra “İraq Kürdüstanı Muxtar Bölgəsi” təsis edilib
1985. Mixail Qorbaçov Sov. İKP MK-nın baş katibi seçilib
1987. Helmut Kol yenidən Almaniyanın federal kansleri seçilib
1990. Litva parlamenti ölkənin müstəqilliyini elan edib
1990. Avqusto Pionoçet rejimi devrilib, Çiliyə mülki prezident seçilib
1992. Azərbaycan Respublikası Böyük Britaniya və Qvineya ilə diplomatik əlaqələr qurub
1992. Avropa Şurası Nazirlər Komitəsi Dağlıq Qarabağa dair bəyannamə qəbul edib
1993. Gürcüstan parlamenti dövlət dilini bilməsindən asılı olmadan ölkədəki bütün xalqlara vətəndaşlıq hüququ verib
2004. Madriddə qatarda törədilən seriya terror aktları 200-dək insanın həyatına son qoyub, 1800-dən çox insan yaralanıb
2006. Serb lider Slobodan Miloşeviç vəfat edib
2006. Qobustan Dövlət Bədii-Tarixi Qoruğunun YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı Tədbirlər Planını hazırlanıb. Planı Heydər Əliyev Fondunun dəstəyi ilə norveçli ekspertlər hazırlayıb
2009. Dağıstan prezidentinin sabiq müşaviri, Dağıstanda Azərbaycan diasporunun görkəmli nümayəndəsi Səid Qurbanov Bakıdakı xəstəxanalardan birində vəfat edib
2009. Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfərə gəlib.
.
[
-
03-11-2010, 12:20 PM #55Senior Member
- Üyelik tarihi
- Mar 2010
- Mesajlar
- 1.376
Re: Tarixdə bu gün
eladi

Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır
-
03-12-2010, 12:47 PM #56
Re: Tarixdə bu gün
12 mart. İlin sonuna 294 gün qalır.
1229. Səlibçilər Qüdsü ələ keçirib
1881. Fransa Tunisi işğal edib
1906. Şair Süleyman Rüstəm anadan olub
1921. Türkiyənin dövlət himni (İstiqlal marşı) qəbul edilib
1922. Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət olan ZSFSR təşkil edilib
1930. Mahatma Qandi “Duz yürüşü”nə başlayıb
1938. Alman qoşunu Avstriyanı tutub
1940. Sovet-Fin müharibəsi başa çatıb
1946. Aktyor Məzahir Cəlilov anadan olub
1985. Türkiyənin Kanadadakı səfirliyinə hücum edən erməni terrorçular mühafizəçini öldürüb, 4 əməkdaşı girov götürüb. Girovlar bir-neçə saat sonra azad edilib
1986. İspanlar referendumda ölkənin NATO-da qalmasına səs verib
1992. Azərbaycan Respublikası İranla diplomatik əlaqələr qurub
1993. Bombeydə ardıcıl olaraq baş verən terror aktları 300 insanın həyatına son qoyub
1999. Çexiya, Polşa və Macarıstan NATO-ya daxil olub
2000. Roma papası II İohan Pavel kilsənin qadınlara, müxalifətə və yəhudilərə qarşı günahlarına görə üzr istəyib.
[
-
03-14-2010, 01:19 PM #57
Re: Tarixdə bu gün
14 mart. İlin sonuna 292 gün qalır.
1742. Ağaməhəmməd şah Qacar anadan olub
1879. Görkəmli fizik Albert Eynşteyn anadan olub
1883. Alman filosof Karl Marks vəfat edib
1905. “Çelsi” futbol klubunun əsası qoyulub
1917. Rusiyada müvəqqəti hökumət qurulub
1924. Azərbaycan SSR Xalq Maarif Komissarlığı “Qədim abidələrin qeydə alınması və onların mühafizəsi” haqqında qərar qəbul edib
1924. Azərbaycan Kommunist (bolşevik) partiyasının IX qurultayı başa çatıb
1937. Azərbaycan IX Fövqəladə sovetlər qurultayında Azərbaycan SSR-in yeni konstitusiyası qəbul edilib
1938. Azərbaycan aşıqlarının II qurultayı başa çatıb
1974. İlk azərbaycanlı inşaat dəstələri Baykal-Amur magistralının (BAM) tikintisinə yola salınıb
1984. Ərəb Liqası İranın İraq şəhərlərinə hücumunu pisləyib
1993. Andorranın ilk konstitusiyası qəbul edilib
1996. Azərbaycan Respublikası Seneqal ilə diplomatik əlaqələr qurub
2004. Vladimir Putin ikinci dəfə Rusiyanın prezidenti seçilib
2006. Azərbaycan Respublikası və Rumıniya arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb
2008. Rövnəq Abdullayev AFFA-nın prezidenti seçilib
[
-
03-16-2010, 10:59 AM #58
Re: Tarixdə bu gün
16 mart. İlin sonuna 290 gün qalır.
1787. Alman fizik Georq Om anadan olub. Elektrik müqaviməti vahidi onun şərəfinə “om” adlanır
1921. RSFSR və Türkiyə arasında “Dostluq və əməkdaşlıq haqqında saziş” imzalanıb. Tarixçilər bu hadisəni Moskva müqaviləsi adlandırır
1927. Sovet kosmonavtı Vladimir Komarov anadan olub
1935. Adolf Hitler, Versal konqresinin qərarlarını tanımadığını bildirir və Almaniyada icbari hərbi xidməti bərpa edir
1936. İlk sovet minik avtomobili “QAZ M1” konveyerdən çıxıb
1940. Caz ustası Vaqif Mustafazadə anadan olub
1945. Sovet ordusu İkinci Dünya Müharibəsinin əsas döyüşlərindən olan “Vena əməliyyatı”na başlayıb
1960. Aktrisa Sənubər İskəndərova anadan olub
1981. Azərbaycan SSR Ali Soveti “Azərbaycan SSR-in Dövlət gerbi haqqında Əsasnaməni təsdiq” edib
1991. ABŞ-ın “Newsweek” jurnalı Xocalı soyqırımı haqqında geniş yazı verib. Məqalədə belə bir cümlə də yer alırdı: “Bir çox insan qaçmağa çalışarkən öldürülmüş, bəzilərinin üzləri tanınmaz hala salınmış, digərlərinin isə başlarının dərisi soyulmuşdur”
1992. Azərbaycan Respublikası Liviya ilə diplomatik əlaqələr qurub
1995. Rusiya və Ermənistan arasında “Rus qoşunlarının ölkədə saxlanmasına dair Saziş” imzalanıb
[
-
03-17-2010, 12:50 PM #59
Re: Tarixdə bu gün
17 mart. İlin sonuna 289 gün qalır.
763. Abbasi xəlifəsi Harun ər Rəşid anadan olub
1406. Görkəmli islam alimi İbn Xaldun vəfat edib
1521. Fernand Magellan Filippin adalarını kəşf edib
1778. Fransa ABŞ-ın müstəqilliyini tanıyıb
1834. Alman avtomobil konstruktoru Qotlieb Daymler anadan olub
1853. Avstriyalı fizik Kristian Dopler vəfat edib
1861. İtaliya krallığı təşkil edilib
1881. Aktyor Hüseyn Xələfov (Ərəblinski) anadan olub
1883. Karl Marks Londonda dəfn edilib
1917. Rusiya Müvəqqəti hökuməti Bakıda yerli hakimiyyət orqanı olan “İctimai Təşkilatların İcraiyyə Komitəsi”ni təsis edib
1920. ADR-in xarici işlər naziri Fətəli xan Xoyski Çiçerinə növbəti dəfə nota göndərib. Rusiya tərəfi notaya cavab verməyib
1920. V.İ.Lenin Qafqaz Cəhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərib
1922. Dövlət Dram Teatrında Nəcəf bəy Vəzirovun “Keçmişdə qaçaqlar” faciəsinin ilk tamaşası olub
1937. SSRİ-də kəndlilərin yaşadıqları ərazini tərk etməsini məhdudlaşdıran qanun qəbul edilib
1950. ABŞ-da 98-ci kimyəvi element – kalifornium sintez edilib
1991. “SSRİ-nin saxlanmasına dair” referendum keçirilib. Referendumda Azərbaycan (SSR) əhalisinin 75.1%-i iştirak edib. İştirak edənlərin 93.3%-i Sovet İttifaqının saxlanmasına “tərəfdar” olub. Bütün SSRİ üzrə isə əhalinin 76,43%-i SSRİ-nin qalmasına səs verib.
1992. Hizbullahın Buenos-Ayresdəki İsrail səfirliyinə bombalı hücumu nəticəsində 28 nəfər ölüb, 240 nəfər yaralanıb
1992. Azərbaycan Respublikası Almaniya ilə diplomatik əlaqələr qurub
1995. Prezident fərmanı ilə ləğv edilən Xüsusi Təyinatlı Milis Dəstəsinin (OMON) dövlət çevrilişi cəhdi iflasa uğrayıb
1997. Qafqaz İslam Universiteti Bakı İslam Universitetinə çevrilib
2004. Keçmiş baş nazir surət Hüseynov amnistiyaya düşərək həbsdən azad edilib...
[
-
03-18-2010, 01:20 AM #60
Re: Tarixdə bu gün
18 mart. İlin sonuna 288 gün qalır.
1584. Rus çarı İvan Qroznı vəfat edib
1776. Corc Vaşinqtonun ordusu Bostonu tutub
1858. Alman mühəndis Rudolf Dizel anadan olub
1869. İngilis siyasi xadimi Nevil Çemberlen anadan olub
1871. Paris Kommunası bərqərar olub
1891. Paris və London arasında telefon əlaqəsi qurulub
1901. Rus İmperiyasının Nazirlər Komitəsi Rusiyadan Mil və Muğan düzlərinə 40 min nəfər kəndli köçürmək haqqında qərar verib
1915. Çanaqqala savaşında ağır itki verən müttəfiq qoşunları geri çəkilməyə başlayıb
1921. SSRİ və Polşa arasında Riqa sülhü bağlanıb
1923. Azərbaycan XKS və MİK “Azərbaycan SSR əhalisi arasında savadsızlığın ləğvi haqqında” qərar verib
1931. SSRİ XKS “SSRİ-nin neft rayonlarının elektrik enerjisi ilə təchiz edilməsi haqqında” qərar verib
1931. “Schick” firması elektrik üzqırxanı satışa çıxarıb
1940. Mussolini və Hitler arasında görüş keçirilib
1946. SSRI-də 1946-50-ci illəri əhatə edən beşillik plan qəbul edilib
1965. Filippinin paytaxtı Manilada diskotekada yanğın nəticəsində 150 yeniyetmə həlak olub
1980. ABŞ SSRİ-yə müasir texnoloji vasitələr satmağı qadağan edib
1989. Gürcü-abxaz münaqişəsi başlayıb
1994. Ermənilər Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarəni vurub, 34 diplomat və ailə üzvləri həlak olub.
[


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri