11 iyun. İlin sonuna 203 gün qalır.
1770. Səyyah Ceyms Kuk Avstraliya ətrafında Böyük Sədd rifini aşkar edib
1910. Məşhur okeanoloq Jak İv Kusto anadan olub
1919. ADR hökuməti dövlət müdafiə komitəsinin təşkili haqqında qərar qəbul edib
1919. Cənubi Qafqaz respublikaları ilə Könüllü ordu arasında Demarkasiya xətti müəyyən edilib
1919. Dövlət Müdafiə Komitəsi Azərbaycan Cümhuriyyəti ərazisində fövqəladə vəziyyət elan edib
1920. Azərbaycan İnqilab Komitəsi bankların milliləşdirilməsi haqqında dekret verib
1930. Zaqafqaziya Kommunist təşkilatlarının VI qurultayı başa çatıb
1955. Fransada “24 Heures du Mans” rallisində avtomobillərin yoldan çıxması 80 tamaşaçının həyatına son qoyub
1973. Liviya ABŞ-a məxsus neft şirkətlərini milliləşdirib
1975. Şimal dənizində neft hasilatı başlayıb
1980 Özbəkistanda Azərbaycan SSR ədəbiyyat və incəsənət günləri başa çatıb
1990. Azərbaycan SSR Ali Soveti Ermənistanla sərhəd boyu ərazidə (975 km) fövqəladə vəziyyət elan edib
1992. Rusiyada çek vasitəsilə özəlləşdirmə başlayıb
1993. Azərbaycan Respublikası Belarus ilə diplomatik əlaqələr qurub
2002. Azərbaycan prezidentinin fərdi təqaüdləri təsis edilib
2004. "Karvan" İdman Klubu təsis edilib.
193 sonuçtan 161 ile 170 arası
-
06-10-2010, 12:55 AM #161
Re: Tarixdə bu gün
10 iyun. İlin sonuna 204 gün qalır.
E.ə. 323. Böyük fateh Makedoniyalı İsgəndər vəfat edib
1783. ABŞ-ın paytaxtı Filadelfiyadan Vaşinqtona köçürülüb
1907. Pekin Paris avtomobil rallisi start götürüb
1909. İlk dəfə SOS siqnalı istifadə edilib
1916. Osmanlı idarəçiliyindəki Məkkə şəhəri ərəblərin nəzarətinə keçib
1918. Bakı Sovetinin qoşunlarının Gəncə üzərinə hücuma keçib
1930. Türkiyə ilə Yunanıstan arasında, Əhali Mübadiləsi Razılaşması imzalanıb
1940. İtaliya İngiltərə və Fransaya qarşı müharibə elan edib
1947. “Saab” ilk avtomobili istehsal edib
1967. Yaxın Şərqdə “6 günlük müharibə” başa çatıb
1987. Türkiyədə “F 16” təyyarələri üçün mühərrik istehsal edən zavod açılıb
1989. Şair Süleyman Rüstəm vəfat edib
2000. Suriya prezidenti Hafız Əsəd vəfat edib. Bir həftə sonra Hakimiyyətdə onu oğlu Bəşər Əsəd əvəzləyib
2008. Qırğız yazıçı Çingiz Aytmatov vəfat edib...[
-
06-11-2010, 09:17 AM #162
Re: Tarixdə bu gün
[
-
06-12-2010, 12:50 AM #163
Re: Tarixdə bu gün
12 iyun. İlin sonuna 202 gün qalır.
1665. Yeni Amsterdam şəhəri Nyu-York adlandırılıb
1830. Fransa Əlcəzairə 37 000 nəfərlik qoşun yeridib. Bu tarix ölkənin işğalının başlanğıcı hesab olunur
1867. Avstriya-Macarıstan imperiyası elan edilib
1920. Panama kanalının rəsmi açılışı olub. Gəmilərin hərəkəti isə Faktiki olaraq 1914 də başlayıb
1955. Yakutiyada ilk dəfə iri almaz yataqları aşkar edilib
1959. İmam Mustafayev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi sədrliyindən azad edilib
1964. Nelson Mandelaya ömürlük həbs cəzası verilib. O, həbsxananı 1990-cı ildə tərk edib
1987. Afrikalı diktator Jan Bedel Bokassa barədə ölüm hökmü çıxarılıb
1990. Rusiya müstəqilliyini elan edib. Boris Yeltsin prezident seçilib
1992. Azərbaycan ordusu Ağdərə istiqamətində irimiqyaslı hücum əməliyyatlarına başlayıb
2000. Əhməd Qədirov Çeçenistan Respublikasının rəhbəri təyin edilib
2007. Psixiatr Ağabəy Sultanov vəfat edib
2009. İranda prezident seçkiləri keçirilib
2009. Azərbaycan müdafiə naziri NATO-nun Polşadakı tədbirində erməni həmkarı Seyran Ohanyanla görüşüb
2009. Türkiyə səfirliklərinin “Azərbaycan səfirlikləri olmayan ölkələrdə Azərbaycan vətəndaşlarına konsulluq xidməti göstərməsi barədə” razılıq əldə edilib.[
-
06-12-2010, 02:03 AM #164Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: Tarixdə bu gün
sag ol xeberci
HaKKım heLaL,Sewqim haRam oLsun
-
06-13-2010, 01:08 AM #165
Re: Tarixdə bu gün
13 iyun. İlin sonuna 201 gün qalır.
1773. İngilis astronom Tomas Yunq vəfat edib
1891. İstanbul Arxeologiya Muzeyi açılıb
1909. Duma “Finlandiyanın ruslaşdırılmasını sürətləndirmək barədə” qərar verib
1934. Hitler və Mussolini Venesiyada görüşüb
1962. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov anadan olub
1966. Vatikan 1557-ci ildən qüvvədə olan qadağan olunmuş ədəbiyyat siyahısını ləğv edib
1982. Fəhd bin Əbdül Əziz Səudiyyə kralı elan edilib
1985. Cənubi Afrika Respublikasında qara və ağ dərili əhali arasında nikaha görə cinayət məsuliyyəti ləğv edilib
1991. Türkiyə və Kipr arasında pasport rejimi ləğv edilib
1995. Beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikası Qanunu qəbul edilib
1997. Bakı Şəhər İcra Hakimiyyəti və Moskva Hökuməti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb
1999. Azərbaycan Asiya İnkişaf Bankına (AİB) üzv olub
2000. Papaya sui-qəsddə təqsirli bilinən Mehmet Ali Ağca Türkiyəyə ekstradisiya edilib
2002. Həmid Karzai Əfqanıstan prezidenti seçilib
2009. İranda prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb. Bundan sonra İranda siyasi təlatümlər başlayıb[
-
06-14-2010, 01:32 AM #166
Re: Tarixdə bu gün
14 iyun. İlin sonuna 200 gün qalır.
1736. Fransız fizik Şarl Kulon anadan olub
1807. Napoleon rus ordusu üzərində qələbə çalıb
1888. Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci, 4-cü və 5-ci hökumətlərində nazir olan Camo bəy Hacinski dünyaya gəlib
1900. Amerika Birləşmiş Ştatları Havay adalarını öz ərazisinə birləşdirib
1905. Rus donanmasına məxsus “Knyaz Potyomkin” zirehli gəmisində üsyan başlayıb
1926. Tarzən Həbib Bayramov anadan olub
1928. Argentinalı inqilabçı Ernesto Çe Qevara anadan olub
1939. Sovet hökuməti genetika elminin marksizmə zidd olması qənaətinə gəlib
1941. Sovet hökuməti Baltikyanı ərazidən insanları kütləvi surətdə deportasiya etməyə başlayıb
1949. Vyetnam dövləti təşkil edilib
1951. ABŞ-da ilk kompüter “UNIVAC 1” satışa çıxarılıb
1985. Şengen sazişi imzalanıb
2000. Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurası və Rusiya Federasiyası Təhlükəsizlik Şurası arasında əməkdaşlıq haqqında Protokol imzalanıb
2004. Azərbaycan və Litva Müdafiə Nazirlikləri arasında Litva hərbi məktəbində təhsilə dair Saziş imzalanıb
2004. “Qara polkovnik” ləqəbli Fətulla Hüseynov qətlə yetirilib[
-
06-15-2010, 01:24 AM #167
Re: Tarixdə bu gün
15 iyun. İlin sonuna 199 gün qalır
1389. Kosovoda döyüşdə Osmanlı sultanı I Murad öldürülüb
1502. Xristofor Kolumb Martinik adalarını kəşf edib
1844. “Goodyear” şirkəti kauçukun vulkanlaşdırılması texnologiyasını hazırlayıb
1715. I Pyotr Azərbaycan dilində “Bəyannamə” nəşr etdirərək Azərbaycan vilayətlərinə göndərib
1752. Benjamin Franklin ildırımın elektrik xassəli olduğuna kəşf edib
1904. “Bayer” futbol klubu təşkil edilib
1904. Nyu Yorkda “General Slocum” gəmisində yanğın 1000 nəfərin həyatına son qoyub
1920. Azərbaycan İnqilab Komitəsi balıq sənayesinin milliləşdirilməsi haqqında dekret verib
1920. Qarabağda Sovet işğal rejiminə qarşı Azərbaycan Milli Ordusunun hissələri üsyan edib
1922. Haaqa konfransı başlayıb
1922. “Bakinski Raboçiy” qəzetində Nərimanovun “Bir-neçə yoldaşa cavab” adlı məqaləsi dərc edilib
1923. Azərbaycan SSR-in Torpaq məcəlləsi qəbul edilib
1954. UEFA təsis edilib
1975. Bakı-Xankəndi-İrəvan təyyarə reysləri açılıb
1993. Əlikram Hümbətov ordunun köməyi ilə cənub bölgəsində hakimiyyəti devirərək həmin əraziyə faktiki rəhbərliyi ələ alıb
1993. Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilib. Bu tarix indi “Qurtuluş günü” kimi qeyd olunur
1994. İsrail və Vatikan arasında diplomatik münasibətlər qurulub
2001. Şanxay Əməkdaşlıq Təşkilatı qurulub.[
-
06-16-2010, 01:18 AM #168
Re: Tarixdə bu gün
16 iyun. İlin sonuna 198 gün qalır
1865. Rus qoşunu Daşkəndi işğal edib
1903. Detroytda “Ford Motor Company” təşkil edilib
1903. ABŞ-da “Pepsi-Cola” ticarət markası qeydə alınıb
1918. Sovet Rusiyasında ölüm hökmü tətbiq edilib
1918. Göyçayın Qaraməryəm kəndində Azərbaycan-Türkiyə qoşunları ilə Bakı XKS qoşunları arasında döyüş başlayıb
1918. Milli Şura və ADR hökuməti Tiflisdən Gəncəyə köçüb
1918. Azərbaycan və Gürcüstan hökumətləri arasında hərbi müdafiə paktı imzalanıb. Denikinlə separat danışığa girən Ermənistan bu pakta qoşulmayıb
1919. Azərbaycan hökuməti Tehranda Azərbaycan diplomatik nümayəndəliyinin təşkili haqqında qərar verib
1919. Slovakiya Sovet Respublikası elan edilib
1921. Acarıstan MSSR təşkil edilib
1925. Krımda “Artek” pioner düşərgəsi açılıb
1930. Keçmiş SSRİ-də qurşaq (dekret) saatı qəbul edilib
1963. İlk qadın kosmonavt Valentina Tereşkova “Vostok 6” gəmisinin göyərtəsində kosmik fəzaya qalxıb
1989. Bakıda yarımgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransının keçirilib. Əbülfəz Əliyev (Elçibəy) AXC sədri seçilib.[
-
06-17-2010, 01:18 AM #169
Re: Tarixdə bu gün
17 iyun. İlin sonuna 197 gün qalır.
1876. Rusiya Daxili İşlər Nazirliyi Ukrayna dilində kitab nəşrini qadağan edib
1797. Ağa Məhəmməd şah Qacar Şuşada öldürülüb
1837. İspaniyada növbəti konstitusiya qəbul edilib
1918. Türk ordusunun təzyiqi ilə Azərbaycan Milli Şurası buraxılıb və yeni hökumət təşkil edilib
1918. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyi yaradılıb
1918. Milli Şura müəssislər məclisinin çağırılması haqda qərar qəbul edib
1925. Cenevrədə “hərbi əməliyyatlar zamanı zəhərli, boğucu və digər qazların tətbiqini qadağan edən Konvensiya” imzalanıb
1934. Azərbaycan sovet yazıçılarının I qurultayı başa çatıb
1935. ABŞ-ın “Paramount Pictures” kino şirkəti təsis edilib
1940. Şarl de Qol Londondan “BBC” radiosu vasitəsilə xalqı Müqavimət hərəkatına çağırıb
1942. AEBA-nın keçmiş rəhbəri, misirli Məhəmməd Əl Baradei anadan olub
1947. Müğənni Fidan Qasımova anadan olub
1967. Çin ilk nüvə sınağını həyata keçirib
1992. Azərbaycan Respublikası Belçika ilə diplomatik əlaqələr qurub.[
-
06-18-2010, 04:34 PM #170
Re: Tarixdə bu gün
18 iyun. İlin sonuna 196 gün qalır.
1815. Napoleon Vaterloo döyüşündə məğlub olub
1918. ADR hökuməti Ermənistana nota verərək onun daxili işlərinə qarışmamağı tələb edib
1920. Zaqatalada Sovet rejiminin özbaşınalığına qarşı Əhmədiyevin və Molla Nafiz Əfəndinin başçılıq etdiyi xalq üsyanı yatırılıb
1928. Amerikalı Amelia İrart Atlantik okeanı keçən ilk qadın təyyarəçi kimi tarixə düşüb
1953. Misirdə 74 illik İngiltərə müstəmləkəçiliyi sona çatıb və respublika elan edilib
1979. Vyanada SSRİ və ABŞ arasında strateji silahların azaldılmasına dair saziş (SALT 2) imzalanıb
1982. BMT-də çıxışı zamanı Ronald Reyqan SSRİ-ni “Şər imperiyası” adlandırıb
1993. Prezident Əbülfəz Elçibəy Bakını tərk edərək Kələki kəndinə gedib
1998. İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramı qəbul edilib
1998. Konstitusiya məhkəməsi fəaliyyətə başlayıb
2001. Prezident Heydər Əliyev dövlət dilinin tətbiqini təkmilləşdirmək haqqında dekret verib
2009. ABŞ Konqresinin alt komitəsi Qarabağa 10 milyon dollar yardım etməyə qərar verib
2009. Hacı Allahşükür Paşazadə MDB müsəlmanları Ali Şurasının rəhbəri seçilib.[


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri