8 marta kim ne isteyir desin indiden
193 sonuçtan 41 ile 50 arası
-
03-02-2010, 03:46 PM #41Member
- Üyelik tarihi
- Feb 2010
- Mesajlar
- 85
Re: Tarixdə bu gün
KINQ KONQ FILMININ PREMYERASI OLUNAN GUNDU.
2 MART GUNU YENI
-
03-02-2010, 04:02 PM #42
Re: Tarixdə bu gün
[
-
03-04-2010, 08:41 PM #43
Re: Tarixdə bu gün
4 mart. İlin sonuna 302 gün qalır
1193. Misir hökmdarı Səlahəddin Əyyubi vəfat edib
1493. Xristofor Kolumb Amerika qitəsinə çatıb
1678. İtalyan bəstəkar Antonio Vivaldi anadan olub
1832. Fransız şərqşünas Fransua Şampalyon vəfat edib. O, Misirdə tapılan “Rozetta daşı”nı oxuması ilə məşhurlaşıb
1852. Rus yazıçı Qoqol vəfat edib
1857. İngiltərə Əfqanıstanın müstəqilliyini tanıyıb
1861. Avraam Linkoln ABŞ-ın 16-cı prezidenti seçilib
1877. Amerikan Emil Berliner mikrofonu kəşf edib
1919. Moskvada III İnternasional (Komintern) təsis edilib
1980. Robert Muqabe Zimbabvenin baş naziri seçilib
1991. Tehranla Bakı arasında birbaşa telefon xətti açılıb
2008. Erməni silahlı qüvvələri Tərtər istiqamətində atəşkəsi davamlı surətdə pozub. “Tərtər hərbi təxribatı” adlanan bu hadisədə erməni ordusu böyük itki verdikdən sonra cəbhənin bu istiqamətində bir müddət sabitlik müşahidə olunub
2008. Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin sədri seçilib.
Günün aforizmi
“İlan ulduz görməsə ölməz”.
Azərbaycan atalar sözü[
-
03-04-2010, 09:04 PM #44
Re: Tarixdə bu gün
bilmirdim yaxsi oldu coox sag ol

-
03-05-2010, 11:07 PM #45
Re: Tarixdə bu gün
5 mart. İlin sonuna 301 gün qalır.
1705. Birinci Pyotr əsgər toplamaq haqqında fərman verib. Bu qərarla Rusiyada nizami ordunun əsası qoyulub
1868. İngiltərədə stepler patentləşdirilib
1871. Alman filosof və inqilabçı Roza Lüksemburq anadan olub
1928. Azərbaycan mərkəzi Kolxoz idarəsi (Azkolxozsentr) təşkil edilib
1940. Sovet mühəndisi Pavel Suxoyun rəhbərliyi ilə aviokonstruktor bürosu (SU) təşkil edilib
1946. İngiltərənin baş naziri Uinston Çörçil ilk dəfə SSRİ ilə əlaqədar olaraq “dəmir pərdə” ifadəsini işlədib
1953. Sovet lideri İosif Stalin vəfat edib
1966. Rus şair Anna Ahmatova vəfat edib
1970. “Nüvə silahını yaymamaq haqqında saziş” qüvvəyə minib
1970. Rəssam Reyhan Topçubaşova vəfat edib
1991. İraq hökuməti Körfəz müharibəsində əsir düşənləri sərbəsti buraxıb
1992. Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası işə başlayıb. “Demblok”un 26 deputatı prezident Ayaz Mütəllibovun istefasını tələb edib. Binanın qarşısında isə 2 gün əvvəl başlayan izdihamlı mitinq davam edib
1998. Tofiq Zülfüqarov Azərbaycan Respublikası xarici işlər naziri təyin edilib
1999. Azərbaycanla ABŞ arasında Diplomatik və Konsulluq Əmlaklarına dair İkitərəfli saziş imzalanıb
[
-
03-06-2010, 11:18 AM #46
Re: Tarixdə bu gün
6 mart. İlin sonuna 300 gün qalır.
1475. İtalyan rəssam Mikelancelo anadan olub
1868. Dmitri Mendeleyev “Dövri sistem”in ilk variantını Rus Kimya Cəmiyyətinə təqdim edib
1899. Alman kimyaçı Feliks Hofman aspirini patentləşdirib
1900. Alman mühəndis, benzin mühərrikin müəllifi Qotlieb Daymler vəfat edib
1902. “Real” Madrid futbol klubu təşkil edilib
1924. İsmət İnönü Türkiyədə ikinci hökuməti qurub
1937. İlk qadın kosmonavt Valentina Tereşkova anadan olub
1953. Stalinin vəfatından sonra SSRİ-yə rəhbərlik Georgi Malenkova həvalə edilib
1955. ADR-in qurucusu Məmməd Əmin Rəsulzadə Ankarada vəfat edib
1957. Qana Respublikası müstəqilliyini elan edib
1960. İsveçrədə qadınlar bələdiyyə seçkilərində iştirak hüququ əldə edib
1964. Boks üzrə dünya çempionu Kassius Kley özünə Məhəmməd Əli adını qəbul edib
1967. Stalinin qızı Svetlana Aliluyeva ABŞ-ın Hindistandakı səfirliyindən sığınacaq istəyib
1992. Ali Sovetin sessiyasında prezident Ayaz Mütəllibov istefa verib. Ölkəyə rəhbərlik Ali Sovetin bir gün əvvəl seçilmiş sədri Yaqub Məmmədova həvalə edilib
2000. Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında fərman imzalayıb
2003. Bakıda QDİƏT (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı) regionunda yük daşımalarının asanlaşdırılması haqqında Anlaşma Memorandumu imzalanıb
2008. Rusiya xarici işlər Nazirliyi Abxaziya ilə ticarətə dair qadağanı ləğv edib.
Günün aforizmi
“Doğruluq hər yerdə, xüsusən tərbiyədə başlıca şərtdir”
Tolstoy
[
-
03-07-2010, 11:13 AM #47
Re: Tarixdə bu gün
7 mart. İlin sonuna 299 gün qalır
321. Roma imperatoru Konstantinin əmri ilə həftənin bazar günü istirahət günü kimi elan edilib
1792. Fransız həkim Antuan Lui yeni edam maşını (qilyotin) barədə Senatda məlumat verib
1876. Aleksandr Bell telefona patent alıb
1906. 24 yaşdan yuxarı bütün Finlandiya vətəndaşları səsvermə hüququ əldə edib
1920. Suriya Milli Konqresi ölkənin müstəqilliyini elan edib
1920. Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinin 20 fevral tarixli notasına cavab verib
1926. Aşıq Ələsgər Göycə mahalının Ağkilsə kəndində vəfat edib. Aşığın məzarı 20-ci əsrin sonlarında erməni vandalizminin hədəfinə çevrilib
1957. Amerika senatı “Eyzenhauer doktrinası”nı qəbul edib. Bu konsepsiya Yaxın Şərq ölkələrinin müstəqilliyinin müdafiəsini nəzərdə tuturdu
1966. Fransa prezidenti Şarl de Qoll ölkəsinin NATO-dan çıxdığını açıqlayıb
1974. Federativ və Demokratik Almaniya arasında diplomatik nümayəndəliklərin açılması haqqında razılıq əldə edilib
1989. İran İngiltərə ilə diplomatik əlaqələri kəsib
1994. Azərbaycanla Çin arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb
2003. ABŞ, Britaniya və İspaniya Səddam Hüseynə ultimatum göndərib
Günün aforizmi
“Ov keçdi bərədən ata bilməzsən,
Uçdu getdi əldən, tuta bilməzsən,
Yerisən yüyürsən çata bilməzsən,
Görürsən ki baxtın yatdı, sən də yat”
Aşıq Ələsgər.
[
-
03-08-2010, 09:55 AM #48
Re: Tarixdə bu gün
8 mart. İlin sonuna 298 gün qalır.
1618. Alman astronom İohan Kepler planetlərin hərəkətinin üçüncü qanununu kəşf edib
1910. 8 mart tarixi beynəlxalq qadınlar günü elan edilib. Keçmiş SSRİ-də bu tarix 1966-cı ildən etibarən qeyri iş günü sayılıb
1910. İspan kralı qadınlara təhsil hüququ verib
1911. ABŞ polisi ilk dəfə cinayətdə təqsirli bilinənlərin müəyyən edilməsində barmaq izlərindən istifadə edib
1917. Nyu-York qadınları kişilərlə bərabər hüquq əldə etmək üçün nümayiş keçirib
1920. Faysal Suriyanın kralı olub
1921. Rusiya Kommunist partiyasının X qurultayı başlayıb. Qurultayda Yeni İqtisadi Siyasətə (YES) keçid haqqında qərar qəbul edilib
1921. Sovet lideri Lenin 8 martı qadınlar günü elan edib
1930. Hindistanda Mahatma Qandinin başçılığı ilə vətəndaş itaətsizliyi kampaniyası başlayıb
1944. Stalin balkarların köçürülməsi barədə göstəriş verib
1950. Sovet İttifaqı atom silahına malik olduğunu rəsmən elan edib
1957. ABŞ-da 8 mart qadınlar günü elan edilib
1957. Süveyş kanalı Misirin sərəncamına keçib
1963. Çin Rus imperiyası ilə 1858-də bağlanmış Ayqun müqaviləsini birtərəfli qaydada ləğv edərək, torpaqlarını geri tələb edir
1972. Fransada hamiləliyin qarşısını alan vasitələr qanuniləşdirilib
1974. Parisdə Şarl de Qoll aeroportu açılıb
1994. Azərbaycanla Çin arasında “Investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş” imzalanıb
1996. Azərbaycanla Gürcüstan arasında “Karbohidrogenlərin Gürcüstanı ərazisindən kənara nəql olunması haqqında Saziş” imzalanıb
1977. BMT 8 mart Beynəlxalq qadınlar gününü rəsmiləşdirib
2005. İçkeriya-Çeçen respublikasının prezidenti Aslan Masxadov Rusiya xüsusi xidmət orqanları tərəfindən öldürülüb
2009. Azərbaycan prezidenti İlham Əliyev İrana səfər edib, Azərbaycan və İran arasında 7 müqavilə imzalanıb
[
-
03-08-2010, 10:04 AM #49Junior Member
- Üyelik tarihi
- Mar 2010
- Mesajlar
- 17
Re: Tarixdə bu gün
salam
-
03-08-2010, 10:07 AM #50
Re: Tarixdə bu gün
a.salam
pervane2 Nickli Üyeden Alıntı
[


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla


Yer imleri