4 iyun. İlin sonuna 210 gün qalır.
1800. Vaşinqtonda Ağ Evin tikintisi başa çatıb. Prezident Con Adams ailəsi ilə birgə ora köçüb
1878. Osmanlı imperiyası Kiprin idarəçiliyini ingilislərə verib
1916. Birinci dünya müharibəsi. General Brusilovun komandanlıq etdiyi rus ordusu əks həmləyə keçib. Bu hadisəyə “Brusilov hücumu” adı verilib
1918. Batumda Azərbaycan Demokratik Respublikası ilə Osmanlı İmperiyası arasında dostluq haqqında müqavilə imzalanıb. Bu ADR-in xarici dövlətlə bağladığı ilk müqavilə idi
1926. Müğənni Fatma Mehrəliyeva anadan olub
1929. Kamança ustası Elman Bədəlov anadan olub
1930. AKP-nin X qurultayı başa çatıb
1944. İkinci dünya müharibəsi: Müttəfiq qoşunları Romaya daxil olub
1959. Kuba ABŞ-a məxsus şəkər fabrikləri və plantasiyalarını milliləşdirib
1982. İsrail qoşunu Livana soxulub
1989. Ufa yaxınlığında keçmiş SSRİ tarixində ən ağır dəmir yol qəzası baş verib. Dəmir yol xətti yaxınlığından keçən neft kəmərinin partlaması nəticəsində 575 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
1993. Gəncədə Surət Hüseynovun rəhbərliyi ilə hərbi qiyam baş verib
2009. “Barmek”in keçmiş rəhbəri Hüseyn Arabul Azərbaycandan Gürcüstana qaçmaq istəyərkən yaxalanıb
193 sonuçtan 151 ile 160 arası
-
06-02-2010, 11:46 PM #151
Re: Tarixdə bu gün
3 iyun. İlin sonuna 211 gün qalır.
829. Həşdadsər dağında ərəb qoşunu ilə xürrəmilər arasında döyüş baş verib. Xürrəmilər ərəblər üzərində parlaq qələbə çalıb
1843. Rus bioloq Timiryazev anadan olub
1883. Görkəmli yazıçı, filosof Frans Kafka anadan olub
1917. Petroqradda (indiki Sankt-Peterburq) I Sovetlər qurultayı başlayıb
1920. Azərbaycan İnqilab Komitəsi neft sənayesinin texniki qüvvələrinin siyahıya alınması və səfərbər edilməsi barədə dekret verib
1920. Azərbaycan İnqilab Komitəsi respublikada sərbəst ticarət barədə dekret verib
1957. Yazıçı, əməkdar incəsənət xadimi Afaq Məsud anadan olub
1959. Sinqapur muxtariyyət əldə edib
1961. Vyanadan Xruşşov və Kennedi arasında 2 günlük görüşlər başlayıb
1963. Türk şair Nazim Hikmət Moskvada vəfat edib
1973. Səsdən sürətli “TU-144” mülki təyyarəsi sərgi zamanı Paris səmasında qəzaya uğrayıb. Tarixə səsdən sürətli mülki təyyarənin ilk qəzası kimi düşən bu hadisə barədə müəmmalar hələ də qalmaqdadır. Qəzada 14 nəfər həlak olub
1979. Meksika körfəzində neft yanğını. Fontan verən mədənin alışması nəticəsində təqribən 1,5 milyon ton neft yanıb. Yanğını təqribən 300 gün sonra söndürmək mümkün olub
1989. İslam inqilabının rəhbəri Ruhulla Musəvi Xomeyni (İmam Xomeyni) vəfat edib.
1992. Siyasi partiyalar haqqında qanun qəbul edilib
1996. Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya dövlət başçılarının Kislovodsk şəhərində “Qafqazda millətlərarası barışıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda” bəyənnamə qəbul edib
2006. Çernoqoriya respublikası müstəqilliyini elan edib
2006. İraqda 5 rus diplomat oğurlanaraq qətlə yetirilib...[
-
06-04-2010, 08:09 PM #152
Re: Tarixdə bu gün
[
-
06-05-2010, 01:23 AM #153
Re: Tarixdə bu gün
5 iyun. İlin sonuna 209 gün qalır.
1723. Şotland iqtisadçısı və filosofu, klassik iqtisadi məktəbin banisi Adam Smit anadan olub
1783. Monqolfye qardaşları kütlənin gözü qarşısında ilk dəfə hava şarında səmaya qalaraq, 2 km məsafə qət ediblər.
1918. Türk ordusu Gəncəyə daxil olub
1920. Polkovnik Zeynalov və Nuru paşanın başçılığı ilə Şuşada sovet hakimiyyəti əleyhinə üsyan başlayıb
1930. Zaqafqaziya kommunist təşkilatlarının VI qurultayı başlayıb
1941. Aktyor Hamlet Xanızadə anadan olub
1958. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev anadan olub
1967. İsrail və qonşu ərəb dövlətləri arasında “6 günlük müharibə” başlayıb
1992. Azərbaycan Respublikası Bolqarıstan və Norveç ilə diplomatik əlaqələr qurub
1996. “Müəllif hüquqları və qarışıq hüquqlar haqqında” qanun qəbul edilib
1999. Astanada Azərbaycan və Belarus Daxili İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş imzalanıb
2002. “Mozilla” veb səyyahının ilk rəsmi versiyası fəaliyyətə başlayıb
2004. ABŞ-ın 40-cı prezidenti Ronald Reqan vəfat edib
2006. Referendum yolu ilə Serbiya və Çernoqoriya 2 müstəqil dövlətə bölünüb
2009. ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersinin diplomatik missiyası başa çatıb, o Litvaya səfir təyin edilib[
-
06-06-2010, 12:57 AM #154
Re: Tarixdə bu gün
6 iyun. İlin sonuna 208 gün qalır
68. Roma imperatoru Neron öldürülüb
1606. Fransız dramaturq Pyer Korney anadan olub
1799. Rus şairi Aleksandr Puşkin anadan olub (yeni təqvimlə)
1901. İndoneziyanın keçmiş prezidenti Sukarno anadan olub
1919. ADR-in əkinçilik nazirliyinin nəzdində aqrar islahatlar şöbəsi təsis edilib
1920. Azərbaycan İnqilab Komitəsi Xəzər ticarət donanmasını milliləşdirmək haqqında dekret verib
1922. Keçmiş SSRİ-də ədəbiyyat və nəşriyyat işləri üzrə baş idarə (QLAVLİT) təsis edilib. Təşkilat yenidənqurma zamanı ləğv edilib
19229. Əməkdar rəssam Münəvvər Rzayeva anadan olub
1930. ABŞ-da dondurulmuş qida məhsulları satışa çıxarılıb
1932. Hərbi xunta Çilidə respublika elan edib
1944. Müttəfiq qoşunları Normandiyaya desant çıxarıb. Bu hadisə İkinci cəbhənin açılması kimi xarakterizə olunur
1951. Müğənni Xuraman Qasımova anadan olub
1953. Millət vəkili Asim Mollazadə anadan olub
1956. Keçmiş SSRİ-də ödənişli təhsilin bütün növləri ləğv edilib
1972. Bakıda N.Nərimanovun heykəli açılıb
1983. BMT-nin göstərişi ilə keçmiş qırmızı kmerlərin işini araşdıran məhkəmə fəaliyyətə başlayıb
2001. Yaltada GÜÖAM təşkilatına üzv olan başçılarının zirvə görüşü keçirilib[
-
06-06-2010, 11:28 PM #155
Re: Tarixdə bu gün
7 iyun. İlin sonuna 207 gün qalır
1099. Birinci Səlib yürüşü başlayıb
1498. Xristovor Kolumb üçüncü dəfə dünya səyahətinə çıxıb
1856. Dolmabağça sarayı istifadəyə verilib
1896. Macar siyasi xadimi İmre Nad anadan olub
1905. Norveç müstəqilliyini elan edib
1929. Vatikan müstəqil dövlətə çevrilib
1952. Türk yazıçısı, Nobel mükafatı laureatı Orxan Pamuk anadan olub
1960. Səudiyyə Ərəbistanında qadınlar təhsil hüququ əldə edib
1967. İsrail Şərqi Qüdsü işğal edib
1968. Xarici qanunvericilik barədə məlumatlandırma haqqında Avropa Konvensiyası qəbul edilib
1981. İsrail hərbi hava qüvvələri İraqın nüvə reaktorlarını darmadağın edib
1992. Əbülfəz Elçibəy Azərbaycan prezidenti seçilib
2002. Cenevrədə Azərbaycanın ÜTT-yə Üzv Olması üzrə İşçi Qrupunun Birinci İclası keçirilib[
-
06-08-2010, 12:39 AM #156
Re: Tarixdə bu gün
8 iyun. İlin sonuna 206 gün qalır.
632. Əbubəkr xəlifə seçilib
1604. Səfəvi hökmdarı I Şah Abbas İrəvan qalasını tutub
1815. Polşa Rus imperiyasına birləşdirilib
1958. SSRİ yığması ilk dəfə futbol üzrə dünya çempionatında çıxış edib. İngiltərə ilə oyun 2:2 hesabı ilə bitib
1960. Lev Trotskinin qatili Ramon Merkader Moskvaya dəvət edilərək Sovet İttifaqı qəhrəmanı adı verilib.
1975. Kipr Türk Respublikasının konstitusiyası qəbul edilib
1981. Müğənni Şövkət Məmmədova vəfat edib
1988. SSRİ-də “Kooperativlər haqqında qanun” qəbul edilib. Bununla da fərdi sahibkarlıq qanuniləşdirilib
2001. Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu Qəbul edilib
2006. Bakıda Azərbaycan Respublikası Prezidenti və Litva Respublikası Prezidentinin Birgə Bəyannaməsi qəbul edilib
2009. Fransız deputat Fransua Roşöbluanın Dağlıq Qarabağa səfəri rəsmi Bakının ciddi narahatçılığına səbəb olub, ertəsi gün Fransaya etiraz notası verilib
2009. Nazirlər Kabineti əmək miqrantları üçün kvota müəyyən edib.[
-
06-08-2010, 04:34 PM #157Senior Member
- Üyelik tarihi
- Oct 2007
- Yer
- üsküdar-istanbul
- Mesajlar
- 103
Re: Tarixdə bu gün
Verdiğin bilgiler için teşekkürler POWER_RANGERS...
-
06-08-2010, 04:52 PM #158
Re: Tarixdə bu gün
martino Nickli Üyeden Alıntı
[
-
06-08-2010, 05:04 PM #159Senior Member
- Üyelik tarihi
- Oct 2007
- Yer
- üsküdar-istanbul
- Mesajlar
- 103
Re: Tarixdə bu gün
-
06-08-2010, 11:24 PM #160
Re: Tarixdə bu gün
9 iyun. İlin sonuna 205 gün qalır.
1488. Şahdağın ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə qızılbaşlar arasında döyüş baş verib
1617. İstanbulda Sultan Əhməd məscidi ibadətə açılıb
1719. I Pyotrun sərəncamı ilə Rusiya quberniyaları əyalət və qəzalara bölünüb
1815. Vyana konfransı başa çatıb
1870. İngilis yazıçı Çarlz Dikkens vəfat edib
1920. Azərbaycan İnqilab Komitəsi Fəhlə-Kəndli müfəttişliyinin təşkili haqqında dekret verib
1920. Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan başlayıb
1920. Azərbaycan İnqilab Komitəsi Bankların milliləşdirilməsi haqda dekret verib
1928. SSRİ-də “Pionerlər haqqında qanun” qəbul edilib
1984. Naxçıvanda Hüseyn Cavidin ev-muzeyi açılıb
1989. Müğənni Rəşid Behbudov Moskvada vəfat edib
1992. Azərbaycan Respublikası Türkmənistan və Pakistanla diplomatik əlaqələr qurub
1993. Heydər Əliyevin Naxçıvandan Bakıya gəlib
1995. Rusiya prezidenti Yeltsin və Ukrayna prezidenti Kuçma Soçidə Qara dəniz donanmasının bölüşdürülməsinə dair saziş imzalayıb...[


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri