-
Re: Tarixdə bu gün
22 aprel. İlin sonuna 253 gün qalır.
1370. Fransada istibdad simvolu olan Bastilya qalasının tikilişinə başlanıb
1724. Alman filosof Emmanuel Kant anadan olub
1832. Rusiya Xarici İşlər Nazirliyi təsis edilib
1870. Sovet lideri V.İ.Lenin anadan olub
1894. Aktyor Ağahüseyn Cavadov anadan olub
1904. Amerikan atom silahının “atası”, 20-ci əsrin böyük fiziklərindən olan Robert Oppenheymer anadan olub
1915. Birinci Dünya müharibəsi: Alman qoşunu ilk dəfə İpr şəhəri (Belçika) yaxınlığındakı döyüşdə silah olaraq xlor qazından istifadə edərək taktiki üstünlük qazanıb. Ertəsi gün isə fransızlar bu silahdan qorunmağın “təbii üsulunu” tapıblar (sidikdə isladılmış dəsmal).
1918. Cənubi Qafqaz Demokratik Federativ Respublikası elan edilib
1920. Bakıda XI Qızıl Ordu nümayəndələrinin iştirakı ilə RKP Qafqaz ölkə komitəsinin Bakı bürosunun müşavirəsində qərara alınıb: “Aprelin 27-də gündüz saat 12.00-da Müsavat hökumətinə ultimatum verilsin və dərhal silahlı üsyana başlansın”
1920. Məhəmmədhəsən Hacınski yeni hökumət təşkil etməkdən imtina edib
1942. Görkəmli aktyor Həsən Əbluc Təbrizdə anadan olub
1946. Milli qəhrəman Allahverdi Bağırov anadan olub
1947. Türkiyədə xarici sərmayəyə icazə verilib
1983. Məşhur kimyaçı akademik İzzət Orucova vəfat edib
1994. Azərbaycan Respublikası Əlcəzair ilə diplomatik əlaqələr qurub
1996. Lüksemburqda Azərbaycan Respublikası ilə Avropa birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb
1997. Avropa Şurası Parlament Asambleyası “Zaqafqaziyada münaqişələrə dair” 1119 saylı qətnamə qəbul edib
1997. Azərbaycan Respublikası “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” (1974), “Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya” (1972) və “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya”ya (1972) qoşulub
2009. İKT daxili işlər nazirlərinin Bakı toplantısında yekun bəyannamə qəbul edilib
-
Re: Tarixdə bu gün
23 aprel. İlin sonuna 252 gün qalır.
1564. İngilis dramaturq Vilyam Şekspir anadan olub. O, 1616-cı ildə eyni gündə vəfat edib, Şekspirin əsərləri Azərbaycan dilinə də tərcümə edilərək səhnələşdirilib
1616. İspan yazıcı Miqel Servantes anadan olub
1858. Alman fizik Maks Plank anadan olub
1920. Qafqaz cəbhəsi Komandanlığının 490 saylı direktivinə əlavə olaraq AR bütün ərazisini ələ keçirmək 11-ci Qızıl Orduya son vəzifə kimi tapşırılıb
1920. Türkiyə Böyük Millət Məclisinin ilk iclası keçirilib. Bu tarix Türkiyədə “Milli hegemonluq və uşaq Bayramı” kimi qeyd edilir
1929. Ümumittifaq Kommunist partiyasının 16-cı konfransı keçirilib. İlk beşillik plan qəbul edilib
1933. Herman Hörinqin rəhbərliyi ilə Almaniyada gizli polis (Gestapo) təşkil edilib
1935. Polşada yeni Konstitusiya qəbul edilib
1944. Mehdi Hüseynzadənin Triyest şəhərində restoranı partlatması nəticəsində 150 alman zabiti ölüb
1947. Bəstəkar Faiq Sücətdinov anadan olub
1977. Akademik Mirəli Qaşqay vəfat edib
1979. Xanəndə Fərqanə Qasımova anadan olub
1990. “Hubble” teleskopu orbitə çıxarılıb
1994. Moldovanın tərkibində Qaqauz Muxtar Respublikası təsis edilib
1997. Azərbaycan və Qırğızıstan arasında 10 saziş, o cümlədən “Dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb
2003. Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında memorandum imzalanıb
2007. Rusiyanın ilk prezidenti Boris Yeltsin vəfat edib
2009. Türkiyə və Ermənistan arasındakı “yol xəritəsi” təsdiqlənib
-
Re: Tarixdə bu gün
-
Re: Tarixdə bu gün
4 aprel. İlin sonuna 251 gün qalır
702. İmam Cəfər əl-Sadiq anadan olub
1512. Osmanlı hökmdarı Sultan Səlim taxta çıxıb
1833. ABŞ-da qazlı su patentləşdirilib
1884. Namibiya Almaniyanın koloniyası elan edilib
1898. ABŞ İspaniyaya qarşı müharibə elan edib
1911. Geoloq alim, akademik Ələşrəf Əlizadə anadan olub
1918. Hərb tarixində ilk dəfə tanklardan istifadə edilib (ingilis Mark IV və alman A7V)
1920. Cənubi Qafqazda müttəfiq qoşunlarının komandanı general Tomsonu general Şatervot əvəz edib
1920. Rusiya Kommunist Partiyası Qafqaz Ölkə Komitəsi və Azərbaycan Kommunist Partiyası hərbi vəziyyətdə işləməyə başlayıb
1926. SSRİ və Almaniya arasında dostluq sazişi imzalanıb
1938. Aktyor Həsənağa Turabov anadan olub
1963. Konsul əlaqələri haqqında Vyana Konvensiyası qəbul edilib
1983. Güləşçi Xetaq Qazyumov anadan olub
2007. Rəcəb Tayyip Ərdoğan Abdulla Gülün prezident seçkilərinə namizədliyini təklif edib
2009. Qeyrət Partiyasının sədri Əşrəf Mehdiyev vəfat edib
2009. “General Motors” şirkəti rəsmən “Pontiac” avtomobillərinin istehsalının dayandırıldığını, firmanın isə 2010-cu ilədək ləğv ediləcəyini açıqlayıb
-
Re: Tarixdə bu gün
25 aprel. İlin sonuna 250 gün qalır
1599. İngilis siyasi və hərbi xadimi Oliver Kromvel anadan olub
1607. Holland donanması Cəbəllüttariq boğazında ispan donanmasını məğlub edib
1744. İsveçli fizik Anders Selsi anadan olub. Temperatur vahidi onun şərəfinə adlandırılıb
1792. Parisdə ilk dəf qilyotinlə kütlə qarşısında edam həyata keçirilib
1911. Bakıda Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasının ilk tamaşası keçirilib
1918. Bakı Soveti xalq komissarları şurası təsis edilib
1926. Rza xan Pəhləvi özünü şah elan edib
1946. Rus siyasətçi, LDPR-in sədri vladimir Jirinovski anadan olub
1962. Türkiyədə Konstitusiya məhkəməsi qurulub
1969. Milli qəhrəman Albert Araqunov anadan olub
1974. Portuqaliyada qərənfil inqilabı qələbə çalıb
1981. “Formula 1” pilotu Felipe Massa anadan olub
1989. Aysel Teymurzadə anadan olub
2000. Zakir Qaralov Azərbaycan Respublikasının baş prokuroru təyin edilib
2005. Bolqarıstan və Rumıniya Avropa Birliyinə daxil olmaq üçün müzakirələrə başlayıb
2009. Ermənilər Obamanı seçkiöncəsi vədini yerinə yetirməməkdə (uydurma “soyqırımı” tanımamaqda) günahlandırıb.
-
Re: Tarixdə bu gün
-
Re: Tarixdə bu gün
-
Re: Tarixdə bu gün
26 aprel. İlin sonuna 249 gün qalır
1792. “Marselyoza” bəstələnib. Sonradan bu mahnı Fransanın dövlət himninə çevrilib
1813. Rus sərkərdəsi Kutuzov vəfat edib
1856. Amerikalı siyasəti, diplomat Henri Morqentau anadan olub
1918. Zaqafqaziya Seymi tərəfindən Çxenkelinin başçılığı ilə yeni Zaqafqaziya hökuməti təsis edilib
1920. Rusiya Kommunist partiyası Bakı bürosu və Azərbaycan Kommunist partiyasının birgə iclasında Müsavat hökumətini yıxmaq planı müzakirə edilib
1944. Maldarlığın inkişafına görə Azərbaycan SSR, SSRİ Dövlət Müdafiə Komitəsinin keçici bayrağı ilə təltif edilib
1966. Daşkənddə baş verən zəlzələ nəticəsində şəhər tamamilə dağılıb
1986. Çernobıl AES-də qəza baş verib. Hadisə zamanı 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst qalıb. AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanmaya məruz qalıblar
1991. Rusiya Federasiyası Ali Soveti “Repressiya olunmuş xalqların reabilitasiyası haqqında” qərar verib
2004. Çinə məxsus təyyarənin Yaponiyada qəzaya uğraması nəticəsində 200-dən çox insan həlak olub
-
Re: Tarixdə bu gün
27 aprel. İlin sonuna 248 gün qalır.
1494. Sultan Süleyman Qanuni anadan olub
1521. Portuqal səyyah Fernand Magellan qəbilələrarası davada öldürülüb
1848. Fransada quldarlıq ləğv edilib
1906. Rusiyada Birinci Dövlət Duması fəaliyyətə başlayıb
1918. Saat 12.05. Azərbaycan parlamentinə ultimatum verilməzdən 11 saat əvvəl A.Mikoyan, Q.Cəbiyev və Q.Musabəyovu gətirən III Beynəlmiləl zirehli qatarı Samur körpüsündən keçərək Bakıya doğru irəliləməyə başlayıb. Sərhəddə atışma zamanı 6 rus əsgəri öldürülüb.
11.00. Həmid Sultanovun başçılıq etdiyi Azərbaycan kommunistləri Müsavat parlamentinə hakimiyyəti təhvil vermək barədə ultimatum təqdim edib.
20.45. Azərbaycan parlamentinin təcili iclası açılıb. Gündəlikdə bir məsələ – İnqilab komitəsinin ultimatumu vardı. Saat 21.00. radələrində Parlament ultimatumu qəbul edib.
21.00. Sovet zirehli qatarları Biləcəri stansiyasını tutub
1952. Milli qəhrəman Mikayıl Cəbrayılov anadan olub. Onun atası Əhmədiyyə İkinci Dünya Müharibəsində Fransanın Milli qəhrəmanı adına layiq görülüb
1960. Toqo Respublikası müstəqillik əldə edib
1978. Əfqanıstanda dövlət çevrilişi baş verib, prezident Məhəmməd Davud xan qətlə yetirilib
1992. Azərbaycan Respublikası Macarıstanla diplomatik əlaqələr qurub
2001. İstanbulda türkdilli ölkə başçılarının VII zirvə görüşü başa çatıb
2007. Bakılı violonçel ustası Mstislav Rostropoviç vəfat edib
-
Re: Tarixdə bu gün
28 aprel. İlin sonuna 247 gün qalır.
1879. Bolqarıstanda Konstitusiya qəbul edilib
1908. Beynəlxalq Esperanto Assosiasiyası (UEA) təsis edilib
1916. Bəstəkar Ədilə Hüseynzadə anadan olub
1920. Qızıl Ordu Azərbaycanın əksər ərazisini işğal edib
1923. Oftalmoloq alim Zərifə Əliyeva anadan olub
1924. Fransız həkim Qaston Ramon difteriya əleyhinə vaksin hazırlayıb
1937. İraqın keçmiş prezidenti Səddam Hüseyn anadan olub
1945. İtalyan diktator Benito Mussolini sevgilisi ilə birgə edam edilib
1969. Fransa prezidenti Şarl de Qoll istefa verib
1977. Patent proseduru məqsədləri üçün mikroorqanizmlərin depozitləşdirilməsinin beynəlxalq tanınması haqqında Budapeşt Müqaviləsi imzalanıb
1986. Görkəmli jurnalist Nəcəf Nəcəfov “Molodyoj Azerbaydjana” qəzetinin baş redaktoru təyin edilib
1998. Naxçıvan MR-nın Konstitusiyası qəbul edilib
2003. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında əvəzsiz yardım (qrant) haqqında Memorandum imzalanıb
2007. Bəstəkar Mstislav Rostropoviç Moskvada dəfn edilib
2009. Millət vəkili Rafael Allahverdiyev Ermənistandakı siyasi məhbuslara dair hesabatını AŞPA-nın sessiyasında təqdim edib
2009. Ermənistan və Türkiyə arasında “Yol xəritəsi”nin elan olunmasının ardından CHP lideri Dəniz Baykal Azərbaycan xalqından üzr istəyib.
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.