17 aprel. İlin sonuna 258 gün qalır.
1453. Fatih Sultan Mehmet İstanbul yaxınlığındakı adaları fəth edib
1722. I Pyotrun fərmanı ilə Rusiyada “saqqal vergisi” tətbiq edilib
1824. Rusiya və ABŞ arasında Rusiyanın Şimali Amerikadakı sərhədlərini müəyyən edən konvensiya imzalanıb
1839. Qvatemala Respublikası elan edilib
1862. Rus siyasi xadimi Pyotr Stolıpin anadan olub
1894. Sovet lideri Nikita Xruşov anadan olub
1923. Rusiya Kommunist partiyasının 12-ci qurultayı işə başlayıb
1924. Benito Musolininin faşist partiyası İtaliyada parlament seçkilərini qazanıb
1938. SSRİ Ali Soveti rəyasət heyətinin qərarı ilə Üzeyir Hacıbəyov, Şövkət Məmmədova və Bülbülə SSRİ Xalq artisti fəxri adı verilib
1956. Kommunist İnternasionalı buraxılıb
1980. Cənubi Rodeziyanın adı dəyişdirilərək Zimbabve adlandırılıb
1993. Türkiyənin 8-ci prezidenti Turqut Özal vəfat edib
1998. Azərbaycanda “Qrantlar haqqında” qanun qəbul edilib
1999. Bakı-Supsa neft kəməri və Supsa neft terminalı işə düşüb
2007. Rabatda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Mərakeş Krallığının Kənd Təsərrüfatı, Kəndin İnkişafı və Dəniz Balıqçılığı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş imzalanıb
2009. Xəzərdə Azərbaycan bayrağı altında üzən 2 gəmi Qazaxıstan sularında saxlanılıb