TwK :alqis:
Printable View
TwK :alqis:
8 iyul. İlin sonuna 176 gün qalır.
1497. Vasko da Qama Hindistana dəniz yolunu tapmaq üçün səfərə çıxıb
1621. Fransız təmsilçi Jan de la Fonten anadan olub. Onun yaradıcılığına azərbaycanlı ədiblər də müraciət edib
1709. İsveç və rus ordusu arasında Poltava döyüşü sonuncunun qələbəsi ilə başa çatıb
1838. Dirijablın ixtiraçısı Ferdinand fon Zeplən anadan olub
1889. “The Wall Street Journal”ın ilk sayı işıq üzü görüb
1920. Azərbaycan İnqilab Komitəsi incəsənət abidələrinin siyahıya alınması və mühafizəsi barədə dekret verib
1921. ADR hökumətin ikinci kabinəsində daxili işlər naziri olmuş Behbud xan Cavanşir “Daşnaksütyun” partiyasının üzvü Misak Terlakyan tərəfindən qətlə yetirib
1948. Qadınların ABŞ HHQ-nə qəbul edilməsinə rəsmi razılıq verilib
1996. Azərbaycan Respublikası Boliviya ilə diplomatik əlaqələr qurub
2003. Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında hava əlaqəsinin yaradılması haqqında Saziş imzalanıb
2004. Azərbaycan və Pakistan arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
9 iyul. İlin sonuna 175 gün qalır.
1762. II Yekatrina Rusiya taxtına sahib olub
1894. Sovet fiziki Pyotr Kapitsa anadan olub
1816. Argentina müstəqillik əldə edib
1919. Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimat qəbul edib. İlham Əliyevin 24 avqust 2007-ci il tarixli fərmanına əsasən hər il 9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir
1919. Almaniya Versal sülhünü ratifikasiya edib
1926. Yazıçı Nəcəf bəy Vəzirov vəfat edib
1928. Stalin “sinfi düşmənlərlə mübarizəni sürətləndirmək barədə” qərar verib
1941. Sovet bioloqu Nikolay Vavilov İngiltərəyə casusluqda ittiham edilərək barəsində ölüm hökmü çıxarılıb
1956. Misir Asuan bəndinin tikintisini maliyyələşdirmək üçün SSRİ-yə müraciət edib
1991. CAR-ın Beynəlxalq Olimpiya Komitəsinə üzvlüyü bərpa edilib
1997. Ukrayna NATO ilə əməkdaşlıq sazişi imzalayıb
1998. İstanbulda ticarət mərkəzində baş verən partlayışda 7 nəfər həlak olub 120 nəfər yaralanıb
2006. İrkutsk hava limanına enən “Airbus”un yerə çırpılması nəticəsində 122 nəfər həlak olub...