-
Re: Tarixdə bu gün
29 aprel. İlin sonuna 246 gün qalır.
1770. İngilis səyyah Ceyms Kuk ilk dəfə Avstraliyaya qədəm basıb
1854. Fransız astronom, filosof Anri Puankare anadan olub
1882. Dünyada ilk trolleybus xətti Berlində istifadəyə verilib
1884. Oksford universitetinə qadınların qəbul edilməsinə icazə verilib
1899. “Jamais Contente” adlı elektromobil ilk dəfə 100 km/saat limitini keçib
1901. Yapon imperatoru Hirohito anadan olub
1916. Bəstəkar Ədilə Hüseynzadə anadan olub
1919. Kinorejissor Əjdər İbrahimov anadan olub
1920. Nəriman Nərimanovun başçılığı ilə Azərbaycanda yeni hökumət qurulub
1943. Türk silahlı qüvvələri baş qərargah rəisi İlkər Başbuğ anadan olub
1945. Sovet tankları Berlinə girib
1982. Çində əhalinin sayının 1 milyardı keçməsi rəsmən açıqlanıb
1991. Banqladeşdə siklon 138 000 nəfərin həyatına son qoyub
1992. Azərbaycan Cənubi Afrika Respublikası ilə diplomatik əlaqələr qurub
1994. Azərbaycan Respublikasının prezidentinin fərmanı ilə Ramil Usubov daxili işlər naziri təyin edilib
2002. Avropa İnsan Haqları Məhkəməsi evtanaziyanın leqallaşdırılması təklifini rədd edib
2009. Azərbaycan istehsalı olan “İstiqlal” iriçaplı snayper tüfəngi Türkiyədə keçirilən beynəlxalq silah sərgisində nümayiş etdirilib
2009. Belçikaya səfəri çərçivəsində prezident İlham Əliyev NATO-nun baş katibi Yap de Hup Şefferlə görüşüb
-
Re: Tarixdə bu gün
30 aprel. İlin sonuna 245 gün qalır
1777. Alman fizik Karl Fridrix Qaus anadan olub
1789. ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun andiçmə mərasimi keçirilib
1897. İngilis fizik Jozef Tomson elektronu kəşf etdiyini açıqlayıb
1900. Havay adaları ABŞ-ın tərkibinə qatılıb
1934. Avstriyanın yeni Konstitusiyası qəbul edilib
1937. Bakıda Üzeyir Hacıbəyovun “Koroğlu” operasının premyerası keçirilib
1944. SSRi-də fəhlələr üçün məktəblər təsis edilməsi barədə qərar verilib
1945. Sovet ordusu Reyxstaq üzərinə əsas həmləyə başlayıb
1947. Tarzən Ramiz Quliyev anadan olub
1980. Terrorçular İranın Londondakı səfirliyində 26 nəfəri girov götürüb. Girovlar 6 gün sonra azad edilib
1993. BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı ilə bağlı 822 saylı qətnaməsini qəbul edib
1996. Azərbaycan Respublikası Andorra ilə diplomatik əlaqələr qurub
2009. Azərbaycan Dövlət Neft Akademiyasında kütləvi qətl. Terrorçu Fərda Qədirov 13 nəfəri öldürdükdən sonra ələ keçməmək üçün özünü vurub. Hadisədə çox sayda insan, o cümlədən əcnəbilər xəsarət alıb
-
Re: Tarixdə bu gün
4 may. İlin sonuna 241 gün qalır.
1807. Fransa ilə Qacarlar arasında “Finkenşteyn” sazişi imzalanıb. Bu sazişlə Fransa Rusiyaya qarşı Qacarlara kömək göstərməliydi. Ancaq Napoleon bunu etməyib
1814. Napoleonun Elba adasında sürgün həyatı başlayıb
1904. Panama kanalının yarımçıq qalan tikintisi yenidən başlanıb
1910. Kanadada hərbi dəniz donanması təşkil edilib
1920. 11-ci Qızıl Ordu hissələri Astaraya daxil olub
1922. II Ümumazərbaycan sovetlər qurultayında ərzaq vergisi haqqında dekret qəbul edilib
1928. Misir prezidenti Hüsnü Mübarək anadan olub
1960. SSRİ Nazirlər Soveti yeni pulların dövriyyəyə buraxılması barədə fərman verib. Yeni pullar (sovet rublu) 1 yanvar 1961-dən tədavülə buraxılıb
1966. İtaliyanın Torino şəhərində SSRi və İtaliya arasında avtomobil zavodu tikmək barədə saziş imzalanıb
1990. Latviya SSR Ali Soveti ölkənin SSRİ tərkibindən çıxması barədə qərar qəbul edib
1993. Qırğızıstanda konstitusiya qəbul edilib
1994. Avropa Parlamenti Finlandiya, Norveç və Avstriyanın 1 yanvar 1995-dən etibarən Avropa Birliyinə qəbul edilməsinə səs verib
1994. Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub
-
Re: Tarixdə bu gün
5 may. İlin sonuna 240 gün qalır.
1818. Alman filosof, iqtisadçı Karl Marks anadan olub
1821. Fransız imperator Napoleon Bonapart vəfat edib
1892. Şair Əhməd Cavad (Axundzadə Cavad Məhəmmədəli oğlu) anadan olub
1920. Lenin müstəqil Azərbaycan Sovet Respublikasının təşkili münasibətilə RSFSR Xalq Komissarları Soveti adından Azərbaycan Sovet hökumətinə təbrik teleqramı göndərib
1920. Azərbaycan İnqilab Komitəsi xanların, bəylərin, mülkədarların, həmçinin monastır kilsə və məscidlərin torpaqlarının, vəqf yerlərinin müsadirə edilib kəndlilərə paylanması haqqında dekret verib
1920. Azərbaycan Kommunist Partiyası Bakı təşkilatının Birinci ümumbakı leqal konfransı başlayıb
1924. AKP-nin 6 qurultayı başlayıb
1955. Almaniya Federativ Respublikası NATO-ya daxil olub
1963. ABŞ-da ilk dəfə qara ciyər implantasiyası həyata keçirilib
1990. Misirşünaslar və İT mütəxəssisləri birgə səyi nəticəsində heroqlifləri yazmağa imkan verən kompüter proqramı hazırlanıb
2000. Əhməd Necdət Sezər Türkiyənin 10-cu prezidenti seçilib. O, vəzifəsinin icrasına 16 mayda başlayıb
2002. Jak Şirak Fransa prezidenti seçilib
-
Re: Tarixdə bu gün
Hər gün yazardin Tarixdə bu günü yazda qara Heriflərlə ki Fənər hələdə kubok üzü görmür demişdim axi əlimə düşmə.Bu günü çoxdan gözləyirdim
-
Re: Tarixdə bu gün
6 may. İlin sonuna 249 gün qalır.
1758. Fransa inqilabının ideoloqlarından olan Maksimilian Robespyer anadan olub
1833. ABŞ-da sənaye üsulu ilə metal kotan istehsalına başlanıb
1840. İngiltərədə ilk poçt markası satışa çıxarılıb
1859. Alman alim Aleksandr fon Humboldt anadan olub
1889. Parisdə beynəlxalq sərgi ilə yanaşı Eyfel qülləsi açılıb
1919. Bakı Fəhlə Konfransı ümumi tətil təşkil edib
1920. Azərbaycan Kommunist partiyası birinci ümumbakı leqal konfransı başa çatıb
1921. I Ümumazərbaycan Sovetlər qurultayı başa çatıb
1945. SSRİ Xalq Komissarları Soveti Mingəçevir SES-in tikintisinin bərpa olunması haqqında qərar verib
1970. SSRİ və Çexoslovakiya arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb
1992. Krımın konstitusiyası qəbul edilib
1994. La-Manş boğazındakı sualtı tunel istifadəyə verilib
2007. Nikola Sarkozi Fransada prezident seçkilərinin 2-ci turunda qalib gəlib
2009. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi Hillari Klintonla görüşüb.
-
Re: Tarixdə bu gün
-
Re: Tarixdə bu gün
7 may. İlin sonuna 238 gün qalır
1610. Qaliley Yupiterin 3 peykini aşkar edib
1785. Fransız Jan Blanşar və ingilis Con Cefri ilk dəfə hava şarında La Manş boğazını keçib
1832. Yunanıstan müstəqilliyini elan edib
1840. Rus bəstəkar Pyotr Çaykovski anadan olub
1915. Alman sualtı qayığı İngiltərəyə məxsus “Luzitaniya” gəmisini batırıb. Təqribən 1200 nəfərin ölümünə səbəb olan bu hadisə həm də ciddi diplomatik böhrana yol açıb
1920. Azərbaycan İnqilab komitəsi Azərbaycan SSR-in Qızıl Ordu və Qızıl Donanmasının təşkili haqqında dekret verib
1926. Rəssam Cəbrayıl Əzimov anadan olub
1992. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq, əməkdaşlıq, mehriban qonşuluq barədə saziş imzalanıb
1995. Azərbaycan və Gürcüstan arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizədə əməkdaşlıq haqqında Saziş imzalanıb
1996. Qahirədə Azərbaycanla Misir arasında təhlükəsizlik və əməkdaşlığa dair saziş imzalanıb
2000. Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib
2003. 100 ildə bir təkrarlanan nadir astroloji hadisə baş verib: Merkuri Yerlə Günəşin arasından keçib
2008. Rusiyanın hazırkı prezidenti Medvedevin andiçmə mərasimi keçirilib
-
Re: Tarixdə bu gün
8 may. İlin sonuna 273 gün qalır.
1713. Rusiyanın paytaxtı Moskvadan Peterburqa köçürülüb
1794. Korrupsiyada ittiham edilən fransız kimyaçı Antuan Lavuazye qilyotində edam edilib
1828. “Qırmızı Xaç”ın təsisçisi isveçrəli Anri Jan Dünan anadan olub
1884. ABŞ-ın 33-cü prezidenti Harri Trumen anadan olub
1912. Tanınmış ədəbiyyatçı Mirzə Abdulla Məhəmmədzadə (Abdulla Sur) Tiflisdə vəfat edib
1917. Moskvada Ümumrusiya müsəlmanlarının I qurultayı başa çatıb
1945. Berlində Almaniyanın qeyd-şərtsiz təslim olması barədə akt imzalanıb. Aktı SSRİ tərəfdən marşal Jukov, Almaniya tərəfdən marşal Tedder imzalayıb
1960. SSRİ və Kuba arasında diplomatik əlaqələr qurulub
1961. Beynəlxalq amnistiya Təşkilatı (Amnesty International) qurulub
1983. Lənkəran şəhərində general Həzi Aslanovun heykəli ucaldılıb
1984. SSRİ Los-Ancelesdə keçiriləcək Olimpiya oyunlarında iştirakdan imtina edib
1992. Azərbaycan Respublikası İsveç və İtaliya ilə diplomatik əlaqələr qurub
1992. Ermənilər Şuşa şəhərini işğal edib
1994. Ermənistan – Azərbaycan cəbhəsində əməliyyatın dayandırılması haqqında Bişkek protokolu imzalanıb...
-
Re: Tarixdə bu gün
9 may. İlin sonuna 236 gün qalır.
1805. Alman şair Fridrix Şiller vəfat edib
1913. “Fantomas” filmi ekrana çıxıb
1922. Dövlət dram teatrında Cəfər Cabbarlının “Almaz” pyesinin ilk tamaşası keçirilib
1924. Azərbaycan Kommunist partiyasının VI qurultayı başa çatıb
1930. Futbolçu, SSRİ-nin əməkdar idman ustası Ələkbər Məmmədov anadan olub
1936. Mussolini Efiopiyanın İtaliyaya birləşdirildiyini açıqlayıb
1944. Sevastopol azad edilib
1945. Sovet bayrağı Reyxstaq üzərinə sancılıb
1950. İqtisadçı Robert Şuman Vahid Avropa ideyasını irəli sürüb. Bu tarix hər il “Avropa günü” kimi qeyd edilir.
1955. AFR NATO-ya qəbul edilib
1960. ABŞ-da kontraseptiv vasitələrin satışına icazə verilib
1967. ABŞ ordusunda xidmətdən imtina edən Məhəmməd Əlinin dünya çempionu titulu əlindən alınıb
1974. Sevastopolda 77-ci milli Azərbaycan diviziyasının şərəfinə abidə qoyulub
2004. Qroznıda terror aktı nəticəsində çeçen prezidenti Əhməd Kadırov vəfat edib
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.