-
Re: Tarixdə bu gün
10 may. İlin sonuna 235 gün qalır.
1811. İngiltərədə kağız pullar dövriyyəyə buraxılıb
1871. Frankfurt sazişi ilə Almaniya və Fransa arasında müharibəyə son qoyulub
1876. Osmanlı dövlətində mətbuata senzura tətbiq edilib
1877. Rumıniya müstəqilliyini elan edib
1879. ADR-in ilk müdafiə naziri Xosrov bəy Sultanov anadan olub
1920. Azərbaycan İnqilab Komitəsi köhnə məktəblərin yeni sovet politexnik məktəbləri ilə əvəzlənməsi barədə dekret verib
1923. Heydər Əliyev anadan olub
1923. Qafqazda ilk aviaşirkət – “Zakavia SC” təsis edilib
1957. Aktrisa Həmidə Ömərova anadan olub
1973. Futbolçu Mahmud Qurbanov anadan olub
1993. Qırğızıstan milli valyutası – som dövriyyəyə buraxılıb
2001. Bakinternet dövlət şirkəti fəaliyyətə başlayıb
2003. Heydər Əliyev Rusiyanın ali mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif edilib
2009. Moskvada “Eurovision 2009” yarışmasının təntənəli açılış mərasimi keçirilib
-
Re: Tarixdə bu gün
11 may. İlin sonuna 234 gün qalır.
330. Konstantinopol (indiki İstanbul) Roma imperiyasının paytaxtı elan edilib
1712. Tula silah zavodunun təməli qoyulub
1860. Cüzeppe Haribaldinin min nəfərlik dəstəsi Sicilya adasına gəlib
1867. Lüksemburq müstəqilliyini elan edib
1904. İspan rəssam Salvador Dali anadan olub
1906. “Bakinski raboçi” qəzeti nəşrə başlayıb
1911. Nəriman Nərimanovun “Nadir şah” pyesi Naxçıvanda general Hüseyn xan Naxçıvanskinin evində tamaşaya qoyulub
1915. Heykəltəraş Fuad Əbdürrəhmanov anadan olub
1916. Malazgirddə (Türkiyə) ermənilər iki min nəfəri qətlə yetirib
1920. Qaryagin qəzasında (indiki Füzuli) inqilab komitəsi təşkil edilib
1920. Qızıl Qızıl ordu hissələri Zaqatalaya daxil olub
1929. Zaqafqaziya Sovetlərinin I qurultayı başa çatıb
1935. Rejissor Maqsud İbrahimbəyov anadan olub
1937. RSFSR-in Konstitusiyası qəbul edilib
1938. Atatürk bütün daşınmaz əmlakını dövlətə bağışlayıb
1939. Mancuriya ərazisində Xalxın Qol konflikti baş qaldırıb
1979. Memar Şəfiqə Zeynalova vəfat edib
2000. Hindistanın 1 milyardıncı vətəndaşı dünyaya gəlib
-
Re: Tarixdə bu gün
12 may. İlin sonuna 233 gün qalır.
1797. Napoleon ordusu Venesiyanı tutub
1830. Ekvador Respublikası elan edilib
1920. Azərbaycan İnqilab komitəsi xalq məhkəmələrinin təşkili haqqında dekret verib
1920. Azərbaycan Daxili işlər komissarlığı Azərbaycanda hər cür zümrə, təbəqə və vətəndaş rütbələrinin, mənsəblərin ləğvi haqqında dekret verib
1920. 11-ci qızıl ordu hissələri Şuşaya daxil olub
1935. Polyak hərbi və siyasi xadimi Jozef Pilsudski vəfat edib
1938. Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov anadan olub
1950. Tarzən Zamiq Əliyev anadan olub
1961. İngiltərədə seçki hüququ üçün yaş senzi 21-dən 19-a endirilib
1993. Ayaz Mütəllibovun tərəfdarları Ali Sovetin binasına soxularaq təcili iclas çağırılmasını tələb ediblər
1994. Milli qəhrəman Eldar Həsənov Horadiz uğrunda döyüşdə həlak olub
1995. Azərbaycan Respublikası Venesuela ilə diplomatik əlaqələr qurub
2005. Müğənni Sara Qədimova vəfat edib
2008. Çinin Sicuan əyalətində baş verən zəlzələdə rəsmi məlumata görə, 70 000 nəfər həlak olub, 400 000-dək insan xəsarət alıb...
-
Re: Tarixdə bu gün
13 may. İlin sonuna 232 gün qalır.
1501. Portuqaliya hökuməti Ameriqo Vespuççiyə yeni ərazilər tapmaq missiyasını həvalə edib
1647. Zəlzələ nəticəsində Santyaqo şəhəri yerlə yeksan olub
1895. Çili Futbol federasiyası təsis edilib
1895. Serb əsilli amerikan fizik Nikola Teslanın laboratoriyasında çıxan yanğın zamanı onun bütün patentləşdirilməyən ixtiralarını məhv olub. ABŞ məhkəməsi 1943-cü ildə radionun ixtirası hüququnun Teslaya aid olması barədə qərar çıxarıb
1895 “Naqan” sistemli tapança rus ordusunun arsenalına qəbul edilib
1917. Portuqaliyanın Fatimə qəsəbəsində Müqəddəs Məryəm 3 uşağın gözünə görünüb. Hadisənin arxasındakı sirr pərdəsi bu gün də tam çözülməyib
1920. Zaqafqaziya Kommunist təşkilatlarının 3-cü qurultayı başlayıb. Qurultay 15 mayda başa çatıb
1921. Keçmiş SSRİ-də istirahət evlərinin yaradılması barədə qərar verilib
1929. Şair tərcüməçi Hikmət Ziya anadan olub
1943. Yazıçı Elçin Əfəndiyev anadan olub
1950. İngiltərənin Silverstoun şəhərində ilk “Formula 1” yarışı keçirilib. Yarışın qalibi “Alfa Romeo” pilotu Cüzeppe Farina olub
1976. Pol Pot Kambocanın baş naziri seçilib
1981. Mehmet Əli Ağca Roma papası 2-ci İohan Pavelə uğursuz sui-qəsd edib
1982. Bəstəkar Qara Qarayev Moskvada vəfat edib
1986. Müğənni Aleksandr Rıbak anadan olub
1992. Ukrayna Ali Radası Krımın müstəqillik haqqında bəyannaməsini ləğv edib
1997. Türkiyə Daxili işlər nazirliyi mərhum jurnalist Uğur Mumçunun ailəsinə 9,5 milyard lirə (köhnə pulla) təzminat ödəyib
2005. Özbəkistan: Yüzlərlə insan terrorizmdə ittiham edilərək həbs olunanları azad etmək üçün Əndican həbsxanasına hücum edib. Qırmızı xaçın hesabatına görə iğtişaşlar zamanı minədək insan öldürülüb. Lakin hökumət mənbələri cəmi 187 nəfərin öldürüldüyünü etiraf edib. Tutulan şəxslərin “məhkəmə tamaşası”ndan sonra Avropa birliyi 2005-ci ildə Özbəkistana silah satışına qadağa qoyub
2009. Türkiyənin baş naziri Ərdoğan Azərbaycan parlamentində tarixi çıxış edib. O, Qarabağ məsələsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağını bəyan edib.
-
Re: Tarixdə bu gün
14 may. İlin sonuna 231 gün qalır.
1500. Braziliya Portuqaliyanın protektoratı altına keçib
1643. XIII Luinin vəfatından sonra 4 yaşlı oğlu XIV Lui Fransa taxt-tacına sahib olub
1796. Bioloq Edvard Cenner ilk dəfə 8 yaşlı bir oğlan uşağını çiçəyə qarşı peyvənd edib
1805. Qarabağ xanlığının Rusiyaya ilhaq edilməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb
1811. Paraqvay İspaniyadan ayrılaraq müstəqillik əldə edib
1869. Qazaxıstanda Aktyubinsk şəhərinin əsası qoyulub
1900. Parisdə II Yay Olimpiya Oyunlarının açılışı olub
1916. Akademik, 1959 – 1969-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov anadan olub
1922. Başqırdıstanın paytaxtı Sterlitamakdan Ufaya köçürülüb
1939. Peruda 5 yaşında olarkən uşaq dünyaya gətirən Lina Medina tibb tarixinə ən gənc ana olaraq düşüb
1941. Parisdə faşistlər 3600 yəhudini həbs edib
1948. İsrail dövləti öz müstəqilliyini elan edib
1955. Sovet İttifaqı da daxil olmaqla səkkiz sosialist ölkəsi Varşava müqaviləsini imzalayıb
1960. Parisdə “Böyük dördlük” - Böyük Britaniya, SSRİ, ABŞ və Fransa görüşə başlayıb
1985. Tarzən Bəhram Mansurov vəfat edib
1998. “Assoşieyted Press” agentliyi 150 illiyini qeyd edib
2002. Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım haqqında Müqavilə imzalanıb
-
Re: Tarixdə bu gün
14 may. İlin sonuna 231 gün qalır. off zaman cox cabuk gecıyorr :(
-
Re: Tarixdə bu gün
-
Re: Tarixdə bu gün
15 may. İlin sonuna 230 gün qalır.
756. Kordova əmirliyi yaradılıb
1610. XIII Lui Fransa kralı olub
1618. Alman astronomu İohan Kepler planetlərin hərəkət qanununu kəşf edib
1673. Bioloqlar Kornelius və Roza Barl qara zanbaq yetişdirdiklərinə görə mükafat alıblar
1718. Britaniyalı vəkil Ceyms Pükl (James Puckle) pulemyotu kəşf edib
1756. İngiltərə Fransaya müharibə elan edib, “Yeddiillik müharibə” başlayıb
1811. Paraqvay İspaniyadan ayrılaraq müstəqilliyini elan edib
1859. Fransız fiziki Pyer Küri anadan olub (vəfatı 1906)
1875. Kolumbiyada 45 saniyə davam edən zəlzələ 16 min insanın həyatına son qoyub
1891. Rus yazıçısı Mixail Bulqakov anadan olub (vəfatı 10 mart 1940)
1902. Portuqaliya müflis olduğunu elan edib
1905. ABŞ-ın Nevada ştatında Las-Veqas şəhərinin əsası qoyulub
1918. ABŞ-ın paytaxtı Vaşinqton ilə Filadelfiya və Nyu-Yorkun şəhərləri arasında ilk aviapoçt işləməyə başlayıb
1920. Şuşa inqilab komitəsi təşkil edilib
1920. Azərbaycan inqilab Komitəsi respublika ərazisindəki meşələrin, suların və yeraltı sərvətlərin milliləşdirilməsi haqqında dekret verib
1922. Bəstəkar Rauf Hacıyev anadan olub
1926. Son Osmanlı padşahı Vahideddin (VI Mehmet) Suriyada vəfat edib (doğum 1861)
1928. Walt Disneyin qəhrəmanı “Mikki-Maus” ilk dəfə “Plane Crazy” adlı cizgi filmi ilə ekranlara çıxıb
1929. ABŞ-da Kino Sənəti və Elmləri Akademiyası ilk mükafatlarını təqdim edib. ABŞ istehsalı olan səssiz film “Wings” ən yaxşı film mükafatını alıb. Bu mükafat 1931-ci ildən sonra “Oscar” adı ilə tanınıb
1930. Amerikalı Ellen Şörş ilk stüardessa qadın kimi tarixə düşüb
1935. Stalin tərəfindən 1931-ci ildə inşası başladılan və dünyanın ən böyük metrolarından biri olan Moskva metrosu istifadəyə verilib. Layihə Almaniyanın “Siemens” şirkəti ilə birgə reallaşdırılıb
1940. Amerikada ilk “McDonalds” açılıb
1942. “Boing 367-80” sərnişin təyyarəsinin ilk uçuşu keçirilib
1943. Rəssam Əzim Əzimzadə vəfat edib
1948. SSRİ İsrail dövlətini tanıdığını bildirib
1955. Vyanada Belveder sarayında Staatsvertraq müqaviləsi imzalanıb və bu müqaviləyə əsasən İkinci Dünya müharibəsində müttəfiq 4 ölkə müstəqil, suveren və demokratik olan Avstriyaya toxunmayacaqları barədə razılığa gəliblər
1957. Sovetlər Birliyi “Sputnik3” peykini fəzaya buraxıb
1960. Sovetlər Birliyi “Sputnik4 peykini fəzaya buraxıb
1972. 1945-ci ildən bəri ABŞ işğalı altında olan Okinava adası yenidən Yaponiyanın tabeliyinə keçib
1976. İran İraqla dostluq müqaviləsi imzalamaq üçün razılığa gəlib
1988. 8 ildən çox surən vuruşmalardan sonra Sovet Qızıl Ordusu Əfqanıstandan geri çəkilməyə başlayıb
1990. Van Qoqun “Həkim Qaşenin portreti” adlı tablosu o günə qədər heç bir rəsm üçün ödənilməyən qiymətə - 82,5 milyon dollara satılıb
1991. Edit Kresson Fransanın ilk qadın baş naziri olub
1992. AXC fəalları parlament binası və digər dövlət obyektlərinə hücum edib. Prezident Ayaz Mütəllibov gizlicə ölkəni tərk edib
2004. İstanbulda keçirilən 49-cu “Eurovision” Mahnı Müsabiqəsində Ruslana Ukraynaya ilk birincilik qazandırıb...
-
Re: Tarixdə bu gün
16 may İlin sonuna 229 gün qalır.
1703. Santk-Peterburq şəhərinin əsası qoyulub
1804. I Napoleon imperator elan edilib
1717. Volter adı ilə tanınan yazıçı Fransua Mari Arue din və krallığa qarşı əsərlər yazdığına görə Bastiliya həbsxanasına göndərilib
1849. Karl Marks Almaniyadan sürgün edilib
1916. Fransa və Böyük Britaniya arasında Yaxın Şərqdəki türk koloniyalarının bölüşdürülməsi haqqında gizli saziş imzalanıb
1920. Nəriman Nərimanov Moskvadan Bakıya gəlib və vağzalda təntənə ilə qarşılanıb
1920. Azərbaycan İnqilab Komitəsi fəhlə nəzarəti haqqında dekret verib
1929. Hollivudda Oskarların ilk mərasimi keçirilib
1940. Moskvada Azərbaycan ədəbiyyatı həftəsi başlayıb
1952. Birləşmiş Krallıqda qadınlara bərabər ödəniş qanuniləşib
1966. Çində Mədəni inqilab başlayıb
1969. Sovet planetlərarası kosmik aparatı “Venera-5” Venera səthinə uğurlu eniş edib
1974. İtalyan müğənnisi Laura Pausini anadan olub
1974. İosif Broz Tito Yuqoslaviya Sosialist Federativ Respublikasına yenidən və ömürlük olaraq prezident seçilib
1975. 36 yaşlı yapon Junko Tabei Everest zirvəsini fəth edən ilk qadın olub
1993. Süleyman Dəmirəl Türkiyə Respublikasının prezidenti seçilib
2000. Əhməd Necdət Sezər Türkiyə Respublikasının prezidenti seçilib
2000. ABŞ-da ilk dəfə olaraq alkoqolizmə qarşı yeni dərman sınaqdan keçirilib
2003. Mərakeşin paytaxtı Kasablankanın mərkəzində törədilən seriya partlayışlar nəticəsində 12-si kamikadze, 26-sı mərakeşli, 3-ü fransız, 3-ü ispan və 1-i italyan olmaqla 45 nəfər həlak olub və yüzlərlə adam yaralanıb
2007. Malta və Kipr 2008-ci il yanvarın birindən etibarən avrodan istifadə edilməsi barədə Avropa Birliyi Komissiyasından razılıq alıb
2007. Fransada prezidenti Nikola Sarkozinin andiçmə mərasimi keçirilib
2007. 63 ildən sonra ilk dəfə olaraq Estoniyanın Tallin şəhərində sinaqoq açılıb
2009. Şri-Lankada müharibə sona çatıb
2009. Almaniyada yaşayan azərbaycanlı Rüstəm İsmayıl Avropa İnsan haqları Məhkəməsinin qarşısında özünü yandırmağa cəhd edib. Məsələdən xəbər tutan fransız polisi hadisənin qarşısını alıb və İsmayıl xəstəxanaya yerləşdirilib...
-
Re: Tarixdə bu gün
17 may. İlin sonuna 228 gün qalır.
1497. Vasko da Qamma Hindistanın sahilinə çatıb
1590. Anna Datskaya Şotlandiya kraliçası olub
1604. Rusiya və Polşa arasında “Əbədi sülh” müqaviləsi bağlanıb
1642. Pol Şomedey dö Mezonöv (Paul Chomedey de Maisonneuve) Monreal şəhərinin (o zaman Vil-Mari (Ville-Marie)) əsasını qoyub
1727. Rus çariçası I Yekaterina vəfat edib (doğum 1684)
1727. I Pyotrun azyaşlı nəvəsi II Pyotr Rusiya taxt-tacına sahib olub
1756. Böyük Btitaniya rəsmi olaraq Fransaya müharibə elan edib
1787. Güclü külək nəticəsində Afrikadan Kubaya qul daşıyan ingilis gəmisinin çevrilməsi nəticəsində 300 nəfərə qədər adam həlak olub
1799. Akra əyalətini işğal etmək üçün etdiyi uğursuz cəhddən sonra Napoleon Fələstindən Misirə geri dönüb
1814. Norveçdə ilk konstitusiya qəbul olunub
1846. Adolf Saks saksafonu patentləşdirib
1848. Avstriya İmperatoru I Ferdinand inqilabda gizlənmək üçün Vyanadan İnsburqa qaçıb
1861. Dünyada ilk turizm bürosu olan Tomasa Kuka dünyada ilk turistik qrupu gəzintiyə - Londondan Parisə yola salıb
1870. Yazıçı Əbdürrəhim bəy Haqverdiyev anadan olub
1874. Norveç İsveçdən ayrılaraq öz müstəqilliyini elan edib
1877. Bostonda ofislərin birində dünyada ilk dəfə olaraq telefon paylayıcı qutusu quraşdırılıb
1886. Şotland futbol klubu “Motherwell Futbol Klubu”nun əsası qoyulub
1900. İmam Xomeyni anadan olub (v.e 4 iyun,1989)
1916. İngiltərədə ilk dəfə olaraq yay vaxtına keçilib
1918. Rusiyada vətəndaş müharibəsi başlayıb
1921. Azərbaycan İnqilab Komitəsi ərzaq inhisarının ləğvi haqqında dekret verib
1928. Niderlandın Amsterdam şəhərində IX Olimpiya Oyunlarına start verilib
1929. Kanadalı pilot K. Koldvel ilk dəfə paraşütdən xilasetmə işlərində istifadə edib
1929. ABŞ Konqresi Porto-Rikonun adını dəyişərək Puerto-Riko qoyub
1933. Almaniyada tətillər qadağan olunub
1934. Faşist Almaniyasında yəhudilər tibbi sığortadan məhrum olunub
1939. İsveç, Norveç və Finlandiya Almaniya ilə sülh müqaviləsi imzalamaq təklifini rədd edib, lakin Danimarka, Estoniya və Latviya bu təklifi qəbul edib
1940. II Dünya Müharibəsində Almaniya orduları Belçikanı işğal edərək Brüsselə daxil olub
1954. ABŞ-da qara dərili uşaqların ağ dərili uşaqlarla eyni məktəbə getmələrini qadağan edən qanun ləğv edilib
1959. Kubada torpaqların kəndlilərə paylanması elan edilib
1978. İsveçrə polisi 11 həftə əvvəl məzarından oğurlanmış Çarli Çaplinin meyitini Lozanda aşkar edib
1983. İsrail, Livan və ABŞ arasında 17 May Andlaşması imzalanıb
1990. Dünya Səhiyyə təşkilatı homoseksuallığı əqli xəstəliklər siyahısından çıxararaq bir əsrdən çox mövcud olan tibbi homofobiyaya son qoyub
1995. Jak Şirak Fransa Respublikasının prezidenti olub
2004. Massaçusets ştatında (ABŞ) eyni cinsli şəxslər arasında evlilik qanuniləşib
2006. İlk dəfə bu tarix İnformasiya Cəmiyyəti günü kimi qeyd olunub...
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.