Onları bu zülmkar plana, şeytani fikrə əməl etməyə vadar edən Yusifin həmin zamanda görüb atası üçün danışdığı yuxu idi. Yəqub o yuxudan başa düşdü ki, Allah taala Yusifin məqamını ucaldıb və onu ülvi bir məqama çatdıracaq və əgər bu yuxu qardaşlarının qulağına çatsa onun yozmasından xəbərdar olub Yusifin üstün olmasından narahat olacaqlarını və bu onları Yusifə qarşı əvvəlki həsədlərini daha da artıracağını, onu həlak etmək, əzab-əziyyət vermək üçün qəti qərara gələcəklərini hiss etdi. Odur ki, onu yuxunu onlara danışmaqdan çəkindirib qadağan etdi. Amma Yusifin qardaşlarının ona əzab-əziyyət vermələri, ata məhəbbətindən uzaqlaşması və bütün o bəlalara düçar olması kimi taleyi var idi. Odur ki, yuxudan xəbərdar oldular və Yəqubun yuxudan başa düşdüyünü onlar da başa düşdülər. Bununla da Yusifi Yəqubdan ayırmaq fikrinə düşdülər.
Əlbətdə bu yuxu Yəqubun oğlanlarının qulağına necə çatması barədə kitablarda ixtilaf vardır. Səduqun və Əyyaşini İmam Səccaddan (ələyhis-salam) nəql etdikləri rəvayətə əsasən Yusif onu gizlədə bilmədi, gec-tez onu qardaşlarına dedi.
İbni Əsirin “Kamilut-təvarix” kitabına əsasən yuxunu danışarkən Yəqubun zövcəsi orada idi. Buna baxmayaraq ki, Yəqub onu öz oğlanlarına nəql etməkdən çəkindirmişdi, amma o, yuxunu öz övladlarına danışdı. Amma Yusifin özü yuxunu danışmasına qəbul etmək istəməyənlər, elə bil, Yusifin kiçik və uşaq olmasını nəzərdən qaçırıblar. O yaşda - bəzilərin dediyinə əsasən yeddi yaşında - Yusifdən bu iş heç də uzaq deyildi. Bəzi tarixçilər, təfsirçilər yuxarıda nəql etdiyimiz rəvayət kimi, yuxunun aşkara çıxmasını Yusifin özünə nisbət verirlər.
Tövratda nəql olub ki, Yusif iki dəfə yuxu görüb, birinci dəfə yuxusunu ancaq qardaşlarına danışıb, ikinci dəfə başqa yuxu görüb - bu yuxu Qur`ani-Kərimdə nəql olub - və bunu atasına və qardaşlarına danışıb. Atası bu yuxunu eşitdikdə ona acıqlanıb dedi: -“Bu nə yuxudur ki, görmüsən? Mən, anan və qardaşların sənə səcdə etməyə sənin yanına gələcəyikmi?”
Tövratda nəql olan bu hadisə həqiqətdən uzaq və Qur`ani-Kərimin ayələri ilə də müvafiq deyil.
Hər halda Yusif bu yuxunu Yəquba nəql etdikdə Yəqub yuxudan onun parlaq gələcəyini başa düşüb, icmalən onun yozumundan onu agah edərək gələcəkdə Allah taalanın ona olan mərhəməti və inayətini ona çatdırdı. Yuxunu yozmazdan əvvəl ona xəbərdarlıq verib dedi:
“Əziz oğlum, öz yuxunu qardaşlarına demə ki, sənin üçün hiylə edib tələ qurarlar. Həqiqətən şeytan insanın açıq-aydın düşmənidir.”
48 sonuçtan 1 ile 10 arası
-
07-15-2009, 11:13 AM #1Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Yusif Peyğəmbər
YUSİF PEYĞƏMBƏR
Yəqub peyğəmbər on iki oğlu arasında Yusiflə qardaşı Benyamini hamıdan çox istəyirdi. Xüsusi ilə də Yusifə qarşı olan məhəbbəti daha çox idi. İndi bu məhəbbətin səbəbi nə idi? Qur`ani-Kərimdə bu barədə bir şey deyilməmişdir. Rəvayətlərdə də bir şey gözə dəyməyib, amma təfsirçilər bəzi səbəblər qeyd ediblər:
- Səbəbi onun kiçik olması idi. Adətən belədir ki, hər kimin bir neçə övladı olsa onların ən kiçiyini başqalarına nisbət daha çox istəyir və daha artıq ona məhəbbət bəsləyir. Çünki uşağın kiçik yaşlarında ata-ana məhəbbətinə daha çox ehtiyacı vardır. Yəqub (ələyhis-salam) öz məhəbbətini iki kiçik övladından əsirgəmirdi. Xüsusilə anaları - Rahilə - onlar kiçik yaşlarda olarkən dünyasını dəyişmişdi. Bu da onlara məhəbbət bəsləmənin başqa bir səbəbi idi. Bəlkədə o, bu yolla onların qəribçiliyi və anasızlıq hissini azaldırdı.
Bəziləri deyir:
Yəqubun Yusifi və onun qardaşını çox istəməsinin səbəbi onlarda müşahidə etdiyi istedad, təkamül və ilahi təqvaları idi. Xüsusilə də Yusifin simasında onun zahiri və mənəvi kamalını, parlaq gələcəyini duyurdu və özündən sonra nübuvvət, ismət məqamını ona verilməsini bilirdi. Yusifin gördüyü yuxu və onu atası üçün danışması bu hissi daha da gücləndirir. Odur ki, atası onu daha çox istəyirdi və ona daha çox məhəbbət bəsləyirdi.
Hər halda Yəqubun (ələyhis-salam) onlara qarşı məhəbbəti, onlara verdiyi üstünlük və bu iki qardaşı xüsusilə də Yusifi digər qardaşlarından çox istəməsinin səbəbini onun nəfsani istəyi deyil, bəlkə onların imanı və ilahi təqvası idi. Bir sözlə onları Allaha görə və Allah yolunda sevirdi.
Amma Yusifin qardaşları bu üstün tutmanın əsas səbəbini tapmaq və atalarının əməlini doğru yerə yozmaq əvəzinə, öz şeytani və xoş fikirlərinə əsaslanaraq atanın bu işini səhv, azğınlıq adlandırıb onu övladlar arasında ədalətsizliyə ittiham etdilər. İş, o yerə gəlib çıxdı ki, açıq-aşkar dedilər: -“Yusif və qardaşı atanın yanında bizdən daha sevimlidir. Bununla belə ki, biz güclü bir dəstəyik (və daha yaxşı atamıza kömək edə bilərik), həqiqətən də atamız açıq-aydın azğınlıqdadır.”
Qısaca demək istəyirdilər: -“Atamız Yusifə eşq-məhəbbətdə ifrata uğrayıb və ədalət həddindən çıxıb, artıq onda nə bir öyüd-nəsihət təsir edir və nə də bir məlamətin faydası var, çarəsiz gərək bu məsələni həll etmək üçün başqa bir yol tapaq. Yusifi ondan uzaqlaşdırmaqla onda ədaləti yenidən bərpa etmək olar. Çünki yaxşı deyiblər: -“Gözdən gedən ürəkdən gedər”.Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-15-2009, 11:14 AM #2Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
YUSİF PEYĞƏMBƏRİN YUXUSU
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-15-2009, 11:15 AM #3Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
YUXU NƏ İDİ ??
Qur`ani-Kərim Yusifin yuxusunu və ardınca Yəqubun ona verdiyi göstərişi və yuxunun yozmasını belə nəql edir: “Yusif atasına: “Mən yuxuda on bir ulduzu, günəşi və ayı gördüm ki, mənə səcdə edirdilər.” -deyən zaman...”. Bu yuxunu bəyan etdikdən sonra Yəqub yuxarıda deyilən göstərişi ona verdi, sonra Yusifin barəsində yuxudan başa düşdüyünü ona izah edib dedi: -“Belə Rəbbin səni seçəcək, yuxu yozmanı sənə öyrədəcək, öz nemətini sənə və Yəqubun ailəsinə kamil şəkildə verəcək, necə ki, bundan əvvəl ataların İbrahim və İshaqa kamil etmişdir. Şübhəsiz ki, Rəbbin bilik və hikmət sahibidir”. İbni Abbas ayənin təfsirində demişdir: -“Yusif Qədr gecəsinə təsadüf etmiş cümə axşamı yuxuda on bir ulduzun, həmçinin günəşlə ayın göydən yerə enib ona səcdə etməsini gördü. Günəşlə ay ata-anası, ulduzlar isə qardaşları idi.” Südəy deyir: -Günəş atası ay isə xalası idi, çünki o zaman anası dünyasını dəyişmişdi.”
Bəzi təfsirlərdə, peyğəmbərdən (s) olan rəvayətlərdə ulduzların adı da nəql olunmuşdur. İxtilaflı olduğundan və onların adlarını çəkməyə bir ehtiyac duyulmadığından onları nəql etməkdən yan keçirik.
Səduq “İləluş-şəraye”də və Əyyaşi öz təfsirində bu barədə İmam Səccaddan (ələyhis-salam) rəvayət nəql edir. Məzmunu belədir ki, həzrət buyurur: -“Yəqub öz adəti üzrə hər gün bir qoyun kəsərdi və bir miqdarını sədəqə verərdi, qalanını isə öz ailəsinə sərf edərdi. Bir gün cümə axşamı bir imanlı və oruc tutmuş yolçu onların evinə gəlib onlardan yemək istədi. Yəqubun ailəsi onun səsini eşitsələr də onun sözünə inanmadılar, ona bir şey vermədilər. Bu şəxs onlardan məyus olub gecənin qaranlığı onu bürüdükdə öz aclığından Allaha şikayət edib gecəni ac yatdı, səhəri gün yenidən oruc tutdu. Amma o gecə Yəqubun ailəsi qarınları tox yatdılar, üstəlik gecədən bir miqdar yeməkləri də əlavə qaldı. Bu hadisə səbəb oldu ki, Allah taala Yəqubu Yusifdən ayırsın. Yəquba vəhy etdi ki, özünü mənim bəlama hazırla və mənim qəza və qədərimə razı ol. Səni və sənin övladlarını bəlaya, müsibətə düçar edəcəyəm… Bu əhvalatın ardınca imam buyurur: -”O gecə Yusif o yuxunu gördü”. Bu hədisə oxşar İbni Abbasdan da nəql olub.
Əyyaşinin təfsirində İmam Sadiqdən (ələyhis-salam) rəvayət olunub ki, o gündən sonra hər gün səhər Yəqubun carçısı car çəkib deyirdi: -“Hər kim oruc tutmayıbsa Yəqubun nahar süfrəsində hazır olsun.” Axşam isə car çəkib deyərdi: -“Hər kim orucdursa Yəqubun şam süfrəsində hazır olsun.”
Bəli, belə qəflətlərin bizim üçün gündə onlarla, bəlkə də yüzlərə baş verməsi mümkündür. Bir çox insanlar bizimlə üzləşdikdə əxlaqımızdan, rəftarımızdan inciyib narahat olsunlar, onların qarşısında öz vəzifəmizə əməl etməyək. Ola bilsin, bizim həyatımızda heç bir təsiri olmasın və tez cəzasına düçar olmayaq. Amma ilahi peyğəmbərlərin, müqərrəb insanların hesab-kitabı bizlərlə çox fərqlidir. Öz işimizi ilahi, məsum insanlarla bir edə bilmərik. Çünki əvvəla, Allahın onlardan olan intizarı bizim kimi adi insanlardan yoxdur. İkinci budur ki, Allah taala onları öz vəzifəsini yerinə yetirməkdə hər kiçik bir qafilliyə görə tənbih edib ədəbləndirir ki, başqalarına rəhbərlik etmək üçün yüksək ləyaqətə və kamala çatsınlar və belə qəflətlər onlardan ömürlərinin axırınadək baş verməsin. Buna baxmayaraq ki, onların qəfləti çox kiçik və gözə görünməzdir. Bu barədə peyğəmbərlərin isməti bəhsində geniş bəhs olmuşdur. Yaxşısını Allah bilir.
Yusifin yuxusu Yəqubun ailəsinin həyatında əsaslı dəyişikliyə səbəb oldu və ardında çoxlu hadisələr törəndi. Dediyimiz kimi öncə qardaşlarında təsir edərək, Yusifə qarşı həsədlərini təhrik etdi və yaxud onların həsədini artırdı və onları öz çəkdikləri planlarını - Yusifi Yəqubdan ayırmaq - həyata keçirtməyə vadar etdi.Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-15-2009, 11:15 AM #4Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
MƏŞVƏRƏT MƏCLISI
Qur`ani-Kərim o məclisdə Yusifin qardaşlarının danışığını icmalən belə bəyan edir:
“… Yusifi öldürün və yaxud onu uzaq bir vilayətə atın ki, atanın nəzəri (ondan kəsilib və məhəbbəti) sizə aid olsun. Ondan sonra yaxşı insanlar olarsınız. Onlardan biri dedi: -“Yusifi öldürməyin, quyunun dibinə atın ki, yoldan keçən onu götürüb aparsın…”
Bu ayələrdən, tarix və rəvayətdən ələ gəlir ki, onlar əvvəlcə Yusifi öldürmək fikrində idilər.
Amma onlardan biri (məlum olur ki, onlara nisbətən daha ağıllı idi və yaxud həddini aşmış hissiyyata qapanma nəticəsində öz ağlını təmamilə əldən verməmişdi) onlara başqa bir məsləhət verdi ki, həm onların dedikləri kimi pis deyildi və həm də onların istəyi yerinə yetirdi. O, (bəzilərin dediyinə əsasən onların böyük qardaşları Yəhuda idi) onlara üz tutub dedi: -“Məgər sizin istəyiniz Yusifi atanın nəzərindən uzaqlaşdırmaq deyilmi? Məgər Yusifi atadan uzaqlaşdırmaqla onun məhəbbətini ata ürəyindən çıxardıb öz məhəbbətinizi ata ürəyinə salmaq deyilmi? Bu hədəfə başqa yolla da çatmaq olar, belə ki, sizin əliniz günahsız kiçik, özü də öz qardaşınızın qanına batmasın və bu biyabırçılığı öz adınıza həmişəlik olaraq çıxartmayın.”
O yol budur ki, Yusifi bir quyuya atın, yoldan keçənlər quyudan su çəkərkən onu tapıb özü ilə başqa vilayətlərə aparsınlar, beləliklə siz də öz hədəfinizə çatarsınız.
Ayədən ələ gələn başqa məsələ və təfsirçilərin çoxu da ayəni bu mə`naya yozmuşdular, budur ki, onlar öz vücudlarında cuşa gəlmiş həsədin təsiri altında məsum, günahsız Yusifi öldürmək və ya sürgün etmək fikrinə gəlmişdilər. Adətən belə hallarda insanı sorğu-suala tutan, günahkara günahın təhlükəli aqibətini xatırladıb onu əzab-əziyyət içində saxlayan vicdan qarşısında cavabları yox idi. Odur ki, gəzib özləri üçün bu narahatçılıqdan və bu cinayətin cəzasından xilas olmaq üçün çıxış yolu axtarırdılar. Fikirləri bura yetişdi ki, bir-birinə dedilər: -“Bu işdən sonra tövbə edərsiniz.” Qur`ani-Kərim onların bu sözlərini belə bəyan edir: “Və dedilər: -“Ondan sonra xeyirxah insanlardan olarsınız…!”
“Bu elə bir fikirdir ki, dinlə bir balaca rabitəsi və Allaha, peyğəmbərə əqidəsi olanın günah edərkən ağlına gəlir , və özünü tövbə müjdəsilə rahatlaşdırır. Amma bilmirdilər ki, tövbənin özü üçün insanda müvəffəqiyyət lazımdır və tövbəyə qədər insanın sağ qalması və ya tövbə etməyə müvəffəq olması məlum deyil. Bundan əlavə görkəmli alimlərin birinin dediyinə əsasən belə bir tövbə Allah dərgahında məqbul deyil və heç bir faydası yoxdur. Çünki etdiyi əməlin günah, məsiyət olduğunu bilib günahdan sonrakı tövbəyə özünü təskinlik verən şəxsin hədəfi Allaha doğru qayıtmaq və onun qarşısında baş əymək deyil. Əksinə, həqiqətdə Allaha qarşı hiylə etməkdir və istəyir hiyləsilə Allahın əzabını, cəzasını özündən uzaqlaşdırsın. Qısa sözlə günahın həqiqətindən (ki, mə`nası günahdan peşimançılıqdır) onda heç bir əsər-əlamət görünmür və belə bir tövbə məqbul deyil. Heç kimə faydası yoxdur. “Nisa” surəsinin 17-ci ayəsi də bu məsələyə şahiddir”.
Hər halda Yusifi sürgün etməyi qəti qərara aldılar. Verilən məsləhətlə hamı razılaşdı. Bu planı həyata keçirməkdə bir balaca çətinliklə üzləşdilər, amma onu da həll edib aradan qaldırdılar.Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-15-2009, 11:16 AM #5Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
ÇƏTINLIYIN HƏLLI
Yuxuda qeyd olunan çətinlik bu idi ki, bir tərəfdən ataları Yusifi çox istəyirdi, digər tərəfdən də onun qardaşlarına bədgüman idi və Yusifi onlara etibar etmirdi. Yusifi oğurlamaq da mümkün deyil. Çünki o, tamamilə Yəqubun nəzarəti altındadır və çox az vaxtlarda Yəqub onu özündən ayırırdı. Odur ki, öz istəklərini həyata keçirmək üçün başqa bir yol tapmaq fikrinə düşdülər ki, həm planlarını istədikləri kimi yerinə yetirsinlər, həm də atanın öz razılığı ilə Yusifi ondan alsınlar və Yəqubun nəzərini cəlb edib onun bədgümanlığını müsbət gümana çevirsinlər.
Yalan danışmaqla özlərini xeyirxah simasına salıb münafiq cildində atalarının yanına gəlib Yusifə qarşı olan öz məhəbbətlərindən danışmaqdan başqa bir çarə görmədilər. Bu yolla Yusifi Yəqubdan alıb səhraya yarış keçirtmək və əylənmək niyyətilə özlərilə aparmaq istədilər.
Bu məqsədlə də Yəqubun yanına gəlib dedilər:
-”Atacan! Biz Yusifə qarşı xeyirxah olsaq da belə, niyə onun barəsində bizə etibar etmirsən? Sabah onu bizimlə göndər, gəzib dolansız. Biz onu qoruyacağıq”.
Yəqubun övladları bu sözlərlə öz problemlərini həll etdilər və öz uğursuz planlarını həyata keçirməkdə yollarını hamar etdilər. Amma Yəqubu çox ağır bir çətinliyə düçar etdilər. Çünki Yəqub onların batinində olan Yusifə qarşı kin, həsəddən xəbərdar idi. Lakin mümkün qədər bunu onların üzünə vurmayıb öz bədgümanlığını gizlədirdi və onların vasitəsiz Yusiflə əlaqədə olmalarına çalışırdı. İndi isə övladlarının bu məsləhətilə çıxılmaz bir vəziyyətə düşdü. Bir tərəfdən də istəmirdi onlara qarşı öz bədgümanlığını açıq-aşkar izhar etsin, çünki bu onların düşmənçiliklərinin daha da artmasına səbəb olardı. Digər tərəfdən də Yusifi onlara vermək istəmirdi. Çarəsiz gərək öz işi üçün bir bəhanə gətirməlidir. Odur ki, fikrə gedib Yusifi onlara verməməsini belə bəyan etdi: Onu aparmağınız məni kədərləndirir, qorxuram ki, ondan qəflət edəsiniz və canavar onu yesin”.
Yəqubun övladları özlərini hədəfə yaxınlaşdıqlarını görüb və elə bil bu sözün cavabını hazırlamışdılar. Atanın cavabında dedilər: “Biz güclü dəstə olduğumuz halda əgər onu canavar yesə biz ziyankarlardan olarıq (və bu qeyri-mümkündür).”
Yəqub peyğəmbər həqiqəti onlara deyirdi. Çünki Yəqubun Yusiflə əlaqəsi, məhəbbəti aydın məsələ idi və Yusifin ayrılığı ona çox ağır gəlirdi. Digər tərəfdən də Kənanın yaşıl qoyun-quzu otlağı olan səhrası canavar və digər yırtıcı heyvanlarla dolu idi. Yusifin kiçik yaşlı olması öz böyük və güclü qardaşları ilə bir yerdə olması bunu göstərirdi ki, onlar özləri ilə oynayıb əylənəcək Yusifi isə tək qoyacaqlar və bu da onun heyvanların hücumuna mə`ruz qalmasına səbəb ola bilər.
Amma Yəqubun övladları öz uğursuz planlarını həyata keçirmək üçün ağıllarına gələni edirdilər və heç bir yalan, nifaq və töhmətdən çəkinmirdilər. Açıq-aşkar və qəti həqiqətlə müvafiq olmayan sözü dilə gətirib təəccüblə bu cümləni izhar edib atalarını müttəhim edərək demək istədilər ki, bu nə fikirdir ki, sən edirsən? Necə mümkündür bizim kimi güclü qardaşları olduğu halda canavar onu yesin?
“Kamilut-təvarix”in sahibi kimi bəziləri deyir: -“Yəqubun: “Qorxuram ki, onu canavar yesin” -deməsinin səbəbi bu idi ki, Yəqub Yusifin barəsində yuxu görmüşdü. O yuxu belə idi: -“Yuxuda gördü ki, canavarlar Yusifə hücum edib onu öldürmək istəyirlər. Onların arasında bir canavar Yusifdən himayə edib onu öldürməyə mane oldu və bu vaxt yerin yarılıb Yusifi öz qucağına aldığını gördü. Bəziləri deyirlər: -“Yəqubun gördüyü canavar Yusifin qardaşları idi. Onların həsədindən qorxduğu üçün kinayə ilə onlara başa salmaq istəyirdi ki, onu aradan aparmağınızdan qorxuram.
Hər halda dastanın ardından məlum olur ki, Yəqubun sözü onların sonrakı yalanının təməlini qoydu və Yusifin itməsi üçün onların əlinə bəhanə verdi. Yoxsa bəlkədə onların ağlına canavarın insanı yeməsi gəlməzdi və ya da Yusifin itməsi üçün bir bəhanə gətirə bilməzdilər. Yəqubun bu sözü onların Yusifi quyuya atmasına və gəlib: “Onu canavar yedi.” –deməsinə səbəb oldu.Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-15-2009, 11:17 AM #6Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
YUSIF QARDAŞLARININ ƏLINDƏ
Yəqubun övladları bu sözləri deməklə Yəqub üçün bəhanə yeri qoymadılar. Özlərini Yusifin xeyirxahı kimi qələmə verdilər və atalarının Yusifi tək qoymayacaqlarına, canavardan qoruyacaqlarına inandırdılar. Buna baxmayaraq ki, Yəqubun birinci bəhanəsinə - Yusifin ayrı düşməsinə heç bir cavab tapa bilmədilər. Bu zaman Yəqub onlara belə deyə bilərdi: -“Siz mənə qurddan və yırtıcı heyvanlardan qorumuğa söz verə bilərsiniz, amma mən onun ayrılığına necə dözüm, ona nə cavab verirsiniz?”
Bəlkə bundan artıq Yusifə qarşı olan rəğbətini onların qarşısında büruzə vermək istəmirdi. Çünki bununla onların paxıllığı daha da təhrik olunardı. Beləliklə öz daxili meylinə zidd olaraq Yusifi özləri ilə aparıb-qaytarmağa icazə verdi.
Məsum olan Yusif deyilənlərə və rəvayətlərə əsasən 7-17 il ömründən keçmişdi. Haradan bilsin ki, qardaşları onun üçün necə dəhşətli tələ qurublar və bu zahiri xeyirxah görünən simaların arxasında hansı kinlər, ürəklərində ona qarşı nə kimi düyünlər bağlanmışdır. Elə bu qədər bilir ki, qardaşlar son dərəcə mehribançılıq və israrla atadan icazə alıb Yusifi səhranı gəzib-dolandırmağa aparırlar. Bəlkə Yusifin özü də onlarla yekdil olub, atadan onlarla birlikdə icazə istəyib.
Nəhayət Yəqubun razılığı əldə olundu. Dərhal lazım olan şeyləri yığıb yola düşdülər.
Hədisdə deyilir ki, yola düşən zaman Yəqub irəli gəlib Yusifi bərk qucaqlayıb ağladı, sonra onlara tapşırdı. Qardaşlar Yəqub peşman olub verdiyi icazədən dönməsin deyə tez Yusifi oradan uzaqlaşdırdılar. Ataları onları görənə qədər Yusifə son həddə ehtiramı və məhəbbəti göstərirdilər. Elə ki, gözdən itdilər, həzrəti döyməyə və əzab-əziyyət etməyə başladılar.
Yusifin fikirləşdiyinin əksinə qardaşlarından biri irəli gəlib onu yerə yıxıdıb döyməyə başladığını gördü. Günahsız, məsum peyğəmbər övladı özündən müdafiə etmək üçün o biri qardaşına pənah apardı. Amma onun da onu əzab-əziyyət edib döyməsi ilə üzləşdi. Qısa desək hər birinə sığındısa əksini gördü. Hətta onlardan biri (deyilənə görə Rubil idi) onu öldürmək istəyirdi. Bu işdə Lavi, ya Yəhuda qabağını alaraq dedi:
-”Onu öldürməyi qərara almamışdıq!”
Bununla da qətlə mane oldu. Necə ki, qərar qəbul olunmuşdu, onu quyuya atıb gözlədilər.Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-15-2009, 11:17 AM #7Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
YUSIF QUYUDA
Qur`ani-kərimdən belə məlum olur ki, qardaşlar səhraya gedəndən sonra bu fikrə düşürlər. Amma əvvəlki fikirləri onu hər nə cür olursa olsun atasından ayırmaq və əlçatmayan bir məmləkətə göndərmək idi. Lakin səhraya gəldikdə, bəlkə də yolları quyu kənarından keçdiyinə görə onu quyuya atmaq fikrinə düşdülər. Bununla da öz istəklərinə yetişdilər.
Deyilən quyu haqqında müxtəlif fərziyyələr verilmişdir. Bəziləri onun tanınmış və karvanlar yolu üstündə olduğunu, bəziləri isə yoldan çox uzaq səhrada yerləşdiyini və təkcə çobanların ondan istifadə etdiklərini yazırlar.
Mərhum Təbərsi yazır: “Qeyd olunan quyu susuz, otsuz, əl çatmayan səhrada yerləşirdi. Ora yetişib Yusifi xilas edən karvan isə yolunu azaraq gedib ora çıxmışdı və təsadüfü olaraq quyunu tapmışdılar.”
“Ruhul-bəyan” təfsirində isə belə yazılır ki, həmin quyu Kənanın üç fərsəxliyində yerləşmiş və onu Şəddad adlı şəxs İordaniyanı abadlaşdıranda qazdırmışdı. Dərinliyi isə yetmiş dirsək, ya da ondan çox imiş və qazılışı da konus şəklində (yəni ağzı dar, dibi geniş) imiş. Onun bu cür qazılmağının səbəbi də məlum deyildir.
Bəzilərinin dediyinə əsasən suyu şor və istifadə etməli deyildi. Amma Yusifin bərəkətindən suyu şirinləşir və sonralar istifadə olunur.
Yusifi quyunun ağzına gətirdilər və köynəyini çıxartdılar. Belinə kəndir bağlayıb quyuya sallatdılar. Yusif, heç olmasa köynəyini çıxartmasınlar deyə onlara belə dedi: -“Köynəyimi qaytarın heç olmasa bədənimin örtüyü olsun!” Məsxərə ilə ona dedilər: -“Günəşi, Ayı və on bir ulduzu çağır, qoy səninlə birlikdə olsunlar”.
Əli ibni İbrahim öz təfsirində yazır ki, ona belə dedilər:
-”Köynəyini çıxart!” Yusif ağlayaraq dedi: -“Mənim qardaşlarım! Məni soyundurmayın!” Onlardan biri bıçaq çəkərək dedi:
-”Çıxartmasan səni öldürərəm”. Hər nə qədər çalışdısa onu quyuya atmasınlar, olmadı. Son anda əli ilə möhkəm quyunun ağzından yapışdı. Lakin o qansızlar son dərəcə vəhşiliklə əllərini quyunun ağzından qopartdılar və üzü aşağı sallatdılar. Bilinmir öldürmək qəsdilə, ya kin-küdurət üzündən quyunun ortasına çatdıqda kəndiri buraxdılar. Yusif quyunun dibinə düşdü. Quyuda su olduğundan heç bir zədə görmədi. Sonra quyuda olan iri daşın üstünə çıxaraq özünü sudan çıxartdı.
Bəziləri belə fikirdədirlər ki, Qur`anda bu əhvalatda gəlmiş “ğəyabətil-cübb” sözündən məqsəd suyun üzərində və sudan istifadə etmək üçün düzəlmiş müəyyən yerdir. Yusifi ona görə orada əsir edirlər ki, istəmirdilər onu bir başa öldürsünlər. O tərəfdən də öz şərr niyyətlərinə çatmış olurdular. Ən yaxşısını Allah bilir.
Bəzi yazılanlara əsasən Yusifi quyuya atdıqdan sonra bir az gözləyib, sonra onu səslədilər. İstəyirdilər bilsinlər sağdır, ya ölüb!? Yusifin səsi gəldikdə yenidən başına daş salıb onu öldürmək istədilər. Yenə də Yəhuda bu işin qabağını aldı. İndi görək bundan sonra qardaşlar nə etdilər, nə üzlə Kənana qayıtdılar və atanın cavabını necə verdilər!?Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-15-2009, 11:19 AM #8Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
YUSIF QUYUDA
Qur`ani-kərimdən belə məlum olur ki, qardaşlar səhraya gedəndən sonra bu fikrə düşürlər. Amma əvvəlki fikirləri onu hər nə cür olursa olsun atasından ayırmaq və əlçatmayan bir məmləkətə göndərmək idi. Lakin səhraya gəldikdə, bəlkə də yolları quyu kənarından keçdiyinə görə onu quyuya atmaq fikrinə düşdülər. Bununla da öz istəklərinə yetişdilər.
Deyilən quyu haqqında müxtəlif fərziyyələr verilmişdir. Bəziləri onun tanınmış və karvanlar yolu üstündə olduğunu, bəziləri isə yoldan çox uzaq səhrada yerləşdiyini və təkcə çobanların ondan istifadə etdiklərini yazırlar.
Mərhum Təbərsi yazır: “Qeyd olunan quyu susuz, otsuz, əl çatmayan səhrada yerləşirdi. Ora yetişib Yusifi xilas edən karvan isə yolunu azaraq gedib ora çıxmışdı və təsadüfü olaraq quyunu tapmışdılar.”
“Ruhul-bəyan” təfsirində isə belə yazılır ki, həmin quyu Kənanın üç fərsəxliyində yerləşmiş və onu Şəddad adlı şəxs İordaniyanı abadlaşdıranda qazdırmışdı. Dərinliyi isə yetmiş dirsək, ya da ondan çox imiş və qazılışı da konus şəklində (yəni ağzı dar, dibi geniş) imiş. Onun bu cür qazılmağının səbəbi də məlum deyildir.
Bəzilərinin dediyinə əsasən suyu şor və istifadə etməli deyildi. Amma Yusifin bərəkətindən suyu şirinləşir və sonralar istifadə olunur.
Yusifi quyunun ağzına gətirdilər və köynəyini çıxartdılar. Belinə kəndir bağlayıb quyuya sallatdılar. Yusif, heç olmasa köynəyini çıxartmasınlar deyə onlara belə dedi: -“Köynəyimi qaytarın heç olmasa bədənimin örtüyü olsun!” Məsxərə ilə ona dedilər: -“Günəşi, Ayı və on bir ulduzu çağır, qoy səninlə birlikdə olsunlar”.
Əli ibni İbrahim öz təfsirində yazır ki, ona belə dedilər:
-”Köynəyini çıxart!” Yusif ağlayaraq dedi: -“Mənim qardaşlarım! Məni soyundurmayın!” Onlardan biri bıçaq çəkərək dedi:
-”Çıxartmasan səni öldürərəm”. Hər nə qədər çalışdısa onu quyuya atmasınlar, olmadı. Son anda əli ilə möhkəm quyunun ağzından yapışdı. Lakin o qansızlar son dərəcə vəhşiliklə əllərini quyunun ağzından qopartdılar və üzü aşağı sallatdılar. Bilinmir öldürmək qəsdilə, ya kin-küdurət üzündən quyunun ortasına çatdıqda kəndiri buraxdılar. Yusif quyunun dibinə düşdü. Quyuda su olduğundan heç bir zədə görmədi. Sonra quyuda olan iri daşın üstünə çıxaraq özünü sudan çıxartdı.
Bəziləri belə fikirdədirlər ki, Qur`anda bu əhvalatda gəlmiş “ğəyabətil-cübb” sözündən məqsəd suyun üzərində və sudan istifadə etmək üçün düzəlmiş müəyyən yerdir. Yusifi ona görə orada əsir edirlər ki, istəmirdilər onu bir başa öldürsünlər. O tərəfdən də öz şərr niyyətlərinə çatmış olurdular. Ən yaxşısını Allah bilir.
Bəzi yazılanlara əsasən Yusifi quyuya atdıqdan sonra bir az gözləyib, sonra onu səslədilər. İstəyirdilər bilsinlər sağdır, ya ölüb!? Yusifin səsi gəldikdə yenidən başına daş salıb onu öldürmək istədilər. Yenə də Yəhuda bu işin qabağını aldı. İndi görək bundan sonra qardaşlar nə etdilər, nə üzlə Kənana qayıtdılar və atanın cavabını necə verdilər!?Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-15-2009, 11:20 AM #9Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
ATANIN CAVABI
Baş verən əhvalatdan sonra oğulların ata ilə necə üzləşməsi və atasının Yusifin itməsindən sorduğu suala necə cavab vermələri çox maraqlı və eşitməlidir. Qur`an cavabı qısa surətdə belə buyurur: -“Onlar axşam üstü ağlaya-ağlaya atalarının yanına gəldilər və dedilər: -“Ata, biz bir-birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi şeylərimizin (pal-paltar və yeməklərimizin) yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da sən bizə inanmayacaqsan.” Təfsirçilər yazırlar ki, axşama qədər gözləyib sonra atanın yanına gəlmələrinin səbəbi gecənin qaranlığı ilə atalarını çaşdırmaq idi. Həm də bununla olanlar bəhanə gətirərək üzrlü olduqlarını daha yaxşı sübuta yetirə bilərdilər. Bundan əlavə doğru olduqlarını bildirmək üçün özlərini ağlayan kimi göstərdilər. “İndi biz doğru danışsaq da sən bizə inanmayacaqsan” ifadəsindən belə məlum olur ki, onların özləri də bu yalanlar və rol oynamaqla Yəqubun onlara qarşı olan bəd gümanlığının qarşısını ala bilməyəcəklərini və sadəcə olaraq “Qurd onu yemişdir” –deməklə onu qane edə bilməyəcəklərini yaxşı bilirdilər. Onların belə rol oynamaları işlərinin üstünü açır və Yəqubun daha da bu barədə araşdırma aparmasına zəmin yaradırdı.
Bununla belə öz yalanları üçün şahid də gətirməyə çalışdılar. Yusifin köynəyini oğlaq, ya maral qanına bulayıb, atanın yanına gətirib dedilər: -“Bu da bizim sözümüzə sübut!” Amma köynəyin heç olmasa bir tərəfini cırmaqla öz nahaq sözlərinə haqq donu geyindirməyi unutdular. Bəziləri deyirlər ki, Yəqub köynəyi görmək istədi. Köynəyi alanda onun heç bir yerinin parçalanmadığını gördükdə dedi: -“Bu necə qurd imiş ki, Yusifi parçalayıb, amma köynəyinə heç bir şey olmayıb?! Həqiqətən, hər nə qədər Yusifə qarşı hirsli olub, bir o qədər də köynəyinə qarşı mehriban imiş.”
Bəziləri isə belə yazırlar ki, oğullar atadan belə bir söz eşitdikdə ona dedilər: -“Oğrular onu öldürüblər.” Yəqub da cavabda belə buyurdu: -“O necə oğru olub ki, özünü öldürüb, amma köynəyini aparmayıb, halbuki, köynəyinə ölümündən daha çox ehtiyacları var idi.”
Beləliklə rol oynamaqla öz vəhşicəsinə olan cinayətlərini ört-basdır edə bilmədilər. Həzrət Yəqub həqiqəti başa düşür, sonra onlara belə buyurdu: -“Sizin dediklərinizin heç biri həqiqət deyil, nə qurd onu yeyib, nə də oğrular onu öldürüblər.” “Xeyir, sizin öz nəfsiniz sizi bu işə vadar etmişdir (çirkin əməlinizi gözəl cilvələndirmişdir). Mənə yalnız gözəl (dözümlü, tükənməz) səbir gərəkdir. Dediklərinizdən ötrü ancaq Allahdan kömək diləmək lazımdır” .
Bəli, böyük alimlərin dediyinə əsasən dünyanın sübuta çatmış məsələ və təcrübələrindən biri də yalançının rüsvay olmasıdır. İnsan nə qədər zirək və məharətlə yalan danışsa, axırda yalınının üstü açılacaq. Bu danılmaz həqiqətə çevrilmiş məsələni Qur`ani-kərim bir neçə yerdə xatırladaraq buyurur: -“Həqiqətən, Allah yalan danışan və küfr edənləri hidayət etmir.” Başqa bir yerdə isə belə buyurur: -“Həqiqətən, Allah israf edən və yalan danışanları hidayət etmir.” Daha başqa bir yerdə isə: -“Həqiqətən, Allaha yalandan iftira bağlayanlar səadətə çatmazlar.”
İndi görək həzrət Yusif o dəhşətli sıxıntıda nə etdi və ilahi qəzavü-qədər nə idi. Yusifə biri-birinin ardınca çox sürətlə və qısa müddətdə yetişən çətinliklərlə üz-üzə qarşılaşmaq çox çətin idi. Yusif yetkin yaşlarından atanın, ananın, bibisinin isti ocağında tərbiyə almışdı, onu o qədər sevirdilər ki, hətta bir an belə ondan ayrılmaq istəmirdilər, onun rahatlığı üçün hər cür şərait yaratmışdılar. Aydındır ki, belə insanların çətinliklərə dözümü digərlərinə nisbətən çox az olur. (Qanad açmamış quşa bənzəyir ki, birdən öz yuvasından yerə düşür.) Xüsusilə də Yusif birdən-birə heç bir hazırlığı olmadan belə bir hadisə ilə üzləşdi.
Belə vəziyyətlərdə insanın iztirabını, ürək döyüntüsünü aradan aparan təkcə şey Allaha iman və Ona təvəkkül etməkdir. Ürək qəmini aradan aparan və dərdidil etməli təkcə varlıq o mehriban Allahdır. Əlbəttə belə halda Allah taala Yusif kimi dahi insanlara gələcəkdə nübüvvət məqamını, xalqın rəhbərliyini, din və dünyanın idarəsini ona tapşırmaq üçün daha çox inayət edir, vəhyin vasitəsi ilə ümid və təsəlli verir.
Elə ki, Quran bu hadisə haqqında buyurur: -“(Qardaşları) onu götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz (Yusifə): “Sən (bir vaxt) onlarla (qardaşlarınla) özlərinin bu işi barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!” –deyə vəhy etdik.”
Bəzi təfsirçilərin fikirlərini (ki, deyirlər: “Bu ayədə vəhydən məqsəd nübüvvət vəhyi idi. Yəni, Yusif elə o quyuda olarkən peyğəmbərlik məqamına yetişdi.”) qəbul etməsən və vəhyi burada ilham mə`nasına götürsək belə o qeybi nəğmənin və ilahi vəhyin nə qədər onun ruhi sakitliyinə, əzəmətli gələcəyin inamına təsir etdiyi başa düşülür. Amma əgər nübüvvət vəhyi olsa, vəhyin zahiri mə`nası da bunu yetirir, belə bir əzəmətli məqama yetişməklə artıq heç bir qorxu və ümidsizliyə yer qalmır.Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-15-2009, 11:20 AM #10Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
YUSIFIN QUYUDAN AZAD OLMASI
Tarix və rəvayətlərə əsasən Yusif üç gün quyuda qaldı. Bir hadisədə deyilir ki, Yusif quyudan tez xilas olmaq üçün bu duanı oxuyurdu:
“Ya ilahə İbrahimə və İshaqə və Yəqubə irhəm zəfi və qillətə hiləti və siğəri.”
(Ey İbrahimin, İshaqın və Yəqubun tanrısı mənim zəifliyimə, biçarəliyimə və kiçikliyimə (az yaşlığıma) rəhm et!)
Nəhayət karvan gəldi və onu quyudan çıxartdı.
Quyunun harada yerləşməsi barədə ixtilaf olduğunu qeyd etdik. Bəziləri onun karvan yolunun üstündə olmasını, bəziləri isə çox uzaq xarabalıq bir yerdə olmasını və karvanın yolu azması nəticəsində ora gedib çıxmasını yazırlar. Qur`an belə buyurur: -“Nəhayət, (Mədinədən Misirə gedən) bir dəstə müsafir (karvan əhli bu yerə) gəlib suçularını (su dalınca) göndərdilər. (Suçu) qabını quyuya salan kimi: “Müjdə! Bu bir oğlandır!” –dedi. Onlar satdıq bir şey (ticarət malı) kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini biləndir!”
Hadisə belə olmuşdu: “Karvan suçusu qabını quyuya atdı. Yusif də qabdan yapışdı. Suçu qabın ağırlaşdığını hiss etdi. Onu yuxarı çəkdi. Birdən su yerinə quyudan gözəl bir oğlanın çıxdığını görüb ixtiyarsız çığırdı: “Müjdə! Bu bir oğlandır!”
Yusif o yerdən, quyudan və onun qorxulu mühitindən azad oldu. Artıq bir neçə gün idi ki, gözləri quyunun qara, nəm divarlarından savayı heç nə görmürdü. Nəhayət, gözləri insana düşdü. Saatlarla quyu dibinin qorxulu, ağır havasını nəfəs almış Yusif, səhranın təmiz, azad havasını yenidən duydu. Mehriban Allah ona yeni-yeni nemətlər bəxş edərək onun ruhuna yeni fərəh və qüvvət üfürdü. Amma maddi aləmin acınacaqlı gedişatı onu başqa bir bəla ilə üzləşdirdi. Azad və peyğəmbər oğlu olan Yusif bir neçə dünya meyilli insanların əlinə düşdü və onu qul kimi alver masası üstündə əyləşməyə məcbur etdilər.
Qur`ani-kərim hadisənin ardını belə izah edir: “Onu dəyərsiz bir qiymətə (bir neçə dirhəmə satdılar və ona tamah göstərmədilər.”Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.




LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri