Əsas məzmuna keç
Sayfa 2/5 İlkİlk 1234 ... SonSon
48 sonuçtan 11 ile 20 arası

Yusif Peyğəmbər

  1. #11
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    BIR NEÇƏ DƏYƏRSIZ DIRHƏM ƏVƏZINDƏ

    Qur`anda qeyd olunan ayədə dirhəmin miqdarını müəyyən etməyib. Bəlkə də bu onu satanlar üçün bir təhqirdir. Çünki onlar bu cür azad, dahi bir şəxsiyyəti bir neçə qara, dəyərsiz dirhəmə satdılar. Amma hədislərdə və təfsir alimlərinin əsərlərində ixtilafla da olsa ədədi müəyyən edilmişdir. Bir neçə hədisdə 20 dirhəm, satıcılar isə 10 nəfər qeyd olunmuşdur. Bəzisində 22, bəzisində isə 18 dirhəmdir. İbni Abbas deyir: -“Yusifi tapıb Misirdə satan şəxsin adı Malik ibni Zər idi. O, Yusifi 40 dinar pul, bir cüt ayaqqabı və iki ağ libasa Misir vəzirinə satdı.”

    Təfsirçilərin arasında Yusifi satanların kimliyi və miqdarı haqqında müxtəlif fikirlər vardır. Bir dəstəsi belə izah edir: “Yusifin qardaşları, o, quyuda olarkən onun aqibətinin nə ilə nəticələndiyini görmək üçün oranı bu neçə gündə güdürdülər. Daima quyuya get-gəl edirdilər. Karvan əhli onu quyudan çıxartdıqdan sonra qardaşlar yaxınlaşaraq onlara dedilər: -“Bu cavan oğlan bizim qulumuzdur. Əlimizdən qaçıb bura gəlib və özünü bu quyuda gizlədib. İndi gərək onun pulunu bizə verəsiniz”.Digər tərəfdən də işarə ilə Yusifi qorxudub susmağa məcbur etdilər. Çarəsi qalmayan Yusif onların sözlərini təsdiq etdi. Beləliklə qardaşlar onu karvan əhlinə satdılar. “Ona tamah göstərmədilər” ayəsinin mənası da bu idi ki, tezliklə onu öz ərazilərindən uzaqlaşdırmaq istəyirdilər və bununla öz işlərinin üstünü örtmüş olsunlar. Məbada Yusif Kənana qayıda və çirkin əməlin üstünü aça. Buna görə də Yusifin özündə və onun qiymətində heç bir maraq yox idi. Məqsəd onu oradan itirmək idi.

    Bu yozuma görə Yusif iki dəfə satılır; biri qardaşları, o biri isə karvan əhli tərəfindən.

    Amma o biri dəstə alimlər isə onun cəmi bir dəfə, o, da karvan əhli tərəfindən Misirdə satıldığına inanırlar.. Karvan əhli onu tapdıqdan sonra, onu gizlətdilər və ticarət kimi satışa qoydular. Necə ki, Allah taala buyurur:

    (Onu satdıq bir şey kimi gizlədib satdılar.)

    Sonra onu Misirdə ucuz qiymətə -bir neçə dirhəmə satdılar. Çünki onda böyük insanlara məxsus əlamətləri aşkar etdilər. Ola bilər ki, ondan soruşduqda kimsən, haradansan, onun Yəqub peyğəmbərin oğlu və Xəlil İbrahim peyğəmbərin nəvəsi olduğunu başa düşüblər. Buna görə də tezliklə onu satmaq istəyirdilər. Misirə daxil olan kimi onu satışa qoydular. Qiymətində də çox çənə vurmadılar. İlahi kəlamın (Ona tamah göstərmədilər) mənasını da buna yozdular. Təfsirçilərin nəzəriyyələrini və bəzi hadisələri nəzərə almasaq ikinci məna cümlənin məfhumu ilə daha uyğun gəlir. Şəxs əvəzliklərinin eyni qayda ilə cəm halda olması bunu təsdiq edir. Düzünü Allah bilir.

    Bu məsələyə istinad edərək bəziləri belə deyir: -“Misir camaatı Yusifin satışa qoyulmasını bilcək qul bazarına tərəf hücum etdilər və hər saat Yusifin qiyməti yuxarı qalxırdı. Axırda onu öz ağırlığında qızıl, gümüş, inək və müşkə satdılar. Bu hədisi Vəhb ibni Münəbbihə nisbət verirlər. Əlbəttə bu bir əfsanədir. Buna oxşar qoca arvadın dastanıdır ki, o əlində bir boxça bazara gəlir və bütün var-yoxuna Yusifi almaq istəyir. Həmçinin şairlər də bu hadisəni xammal kimi istifadə edib əsərlər yaratmış və buna şerlər qoşmuşlar. Bunlar hamısı əsassız və sübutsuzdur.

    Hər halda günahsız və Yəqubun gözünün işığı olan Yusif tacirlərin ticarət malına çevrildi. Onu Misirlə yanaşı naməlum sərgüzəşt gözləyirdi. Yusif isə özünü ilahi qəzavü-qədərə tapşırdı. İlahi məhəbbətin və vədinin nə vaxt zühur edəcəyini gözləyirdi.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #12
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    VƏZİRIN EVİNDƏ

    Karvan Misirə daxil oldu. İsrail tayfasının əziz övladı qul bazarına aparıldı və satışa qoyuldu. Bu bahalı nemət Misirin vəzirinə qismət oldu. Bəzilər onun adını “Tətfir” olduğunu yazırlar və deyirlər ki, o Misirin birinci vəziri - padşahın canişini, xəzinədarı, həm də padşah qoşunlarının sərkərdəsi idi. Yusifi aldıqdan sonra evə gətirdi. Onun üzündə nəcabət və zadəkanlıq əlamətlərini duyduğu üçün onu həyat yoldaşına tapşıraraq dedi: -”Ona hörmət et, ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”. Yəni ona qul gözü ilə baxma! Digər qullar kimi onunla rəftar etmə! Onun simasında əsillik və dahilik nişanələri aşkara görünür. Siması işıqlı gələcəkdən xəbər verir. O, oğulluğa götürülməyə layiqdir. Gəl, onu öz oğlumuz kimi camaata tanıtdıraq. Qoy, gələcəkdə bizim mal-dövlətimizi o irs aparsın.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #13
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    QURANDAN İBRƏTLİ DƏRS

    Burada Qur`an öz tərəfdarlarına çox ibrətli bir dərs verir. Qoy, camaat bilsinlər ki, izzət və zillət bəndənin əlində deyil, onlar birini alçaq, o birini isə uca etməyə qadir deyillər. Qardaşlar onu atanın gözündən salmaq, özlərini atanın sevimlisi etmək üçün onu quyuya atdılar. Bəziləri demişkən öz əziz qardaşlarını bir neçə qara pula satdılar və İsrailin gözəl övladını qul kimi qul bazarında alıb-satılmasına səbəb oldular. Amma Allah taala onun batininin saflığına görə onu əziz və möhtərəm tutdu. Onu ən gözəl evlərdə və nemətlərdə qərar verdi. Hamısından mühüm nübüvvət və peyğəmbərlik məqamına yetirdi. Ona elm, hikmət və yuxu yozumunu öyrətdi. Onun üçün Misir torpağına hökmdarlıq etmək üçün hər cür şərait yaratdı. Qoy, qardaşları ona həsəd aparsınlar və digərləri ilahi xilqətin nizam-intizamına təkcə o böyük Allahın hökmranlığı altında olduğunu bilsinlər. İlahi intizam həsəd aparanların, pislik istəyənlərin tabeçiliyində deyil, tənha müqəddəs Allahın iradəsi işlərdə təsir qoyur və onlarda nüfuz edir. Allah taala insanlara onların ləyaqət, yaxşılıq və pislikləri əsasında savab və əzab verər. Xeyirxahların yaxşılıqlarını qiymətləndirir və şərr istəyənlərin də layiqli qiymətini verir. Təəssüf ki, insanların əksəriyyəti bu həqiqətdən xəbərsiz və qafildirlər.

    Qur`an bu həqiqəti iki ayə ilə bəyan edərək yenidən hadisəyə qayıdır. Qur`an buyurur: “... Beləliklə, Yusifi (Misirdə) yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik. Allah Öz işində qalibdir, lakin insanların əksəriyyəti bunu bilməz! Ona ən yetkin dövrünə çatdıqda hikmət (peyğəmbərlik) və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq.”

    Allah taala hadisənin ən həssas yerlərində müxtəlif münasibətlərlə Adəm övladlarına ibrətli dərs verir və yeni-yeni həqiqətləri xatırlayır. Çərxi-fələyin dövranı vəzirin uzaq görənliyini təyid etdi. Yusif qaldığı müddətdə günbəgün vəzirin, həyat yoldaşının və digər şəxslərin diqqətini cəlb edirdi. Onun rəftarı, hərəkətləri, düzgün məntiqi nəcibliyi, əmanətdarlığı, mətinliyi və ilahi insanların ətəyində tərbiyə almağı cavanın sair xoş sifətləri xüsusiyyətləri, günbəgün özünə yeni pərəstişkarlar cəlb edirdi. Xüsusilə, onun gözəl simasının və bədən quruluşunun tayı-bərabəri yox idi. Qısası, bütün yaxşıların malik olduqlarına, Yusif təklikdə malik idi. Allah taala bütün maddi və mənəvi kamilliyi onda toplamışdı.

    Yusifin vəzirin evində qaldığı 2-3 il deyildi ki, bütün ev əhli onun əxlaq və rəftarının vurğunu oldular. Bu arada onlardan biri daha çox onun vurğunu oldu və bu rəğbət get-gedə alovlu eşqə çevrilir, onun ürək və ruhunun dərinliklərində təsir edirdi. O, vəzirin həyat yoldaşı idi. Adı Rail, ləqəbi isə Züleyxa idi. Tədricən cinsi istəyə çevrilən və Yusifdən cinsi ləzzət almaq istəyinə çevrilən alovlu eşq üçün bir neçə səbəbi sadalayırlar;

    Züleyxa övladsız və bu ilahi nemətdən məhrum idi. Bu səbəbdən də ev əhlinin içindən öz ürəyini bağlamağa və öz boş vaxtları onunla əylənməyə sərf etməyə adam axtarırdı. Yusifin evə gəlişiylə, xüsusilə ərinin onu oğulluğa götürmək istəyi ilə yanaşı Züleyxanın arzusu yerinə yetirdi. Bu övlad istəyi get-gedə başqa arzuya və məqsədə çevrilirdi.
    Züleyxa tamamilə kübar bir həyat ilə üz-üzə idi. Həyatda heç bir əzab-əziyyət görməmişdi. Qullar və kənizlər evin bütün işlərini görürdülər. Ən yaxşı yemək və rahatlıq üçün hər bir şəraiti hazırlayırdılar. Yüksək tərzdə yaşayış üçün hər şərait hazır idi. Özünün isə heç bir məşğuliyyəti yox idi. Ancaq onun-bunun gözəlliyi haqqında fikirləşirdi. Özünə gözəl-gözəl paltarlar tikdirir və ancaq öz şəxsi bər-bəzəyinə fikir verirdi. Həyatdan daha çox ləzzət almağa çalışırdı. Əlbəttə, belə bir mühitdə yaşamış şəxs üçün Yusifin peyda olması nə qədər həyəcanlı idi. Yusifə qarşı məhəbbət Züleyxanı hər tərəfdən əhatə etmişdi. Həqiqətən belə bir mühitdə hər tərəfli şəraitin olması ilə yanaşı insanın nəfsani, qeyri-şəri istəklərinin qarşısını alan və insanı iffət və təqvaya məcbur edən şey, pak və Yeganə Allaha olan imandan başqa heç nə ola bilməz. Bu da Züleyxada yox idi. Çünki o, bütpərəst idi. Ruhunun pənahı evdə saxladığı cansız büt idi. Hərdən ona pərəstiş adı ilə baş əyib təzim edirdi.
    Misirin vəzirinin cinsi əlaqə üçün qüvvəsi yox və öz arvadı ilə yaxınlıq etməkdən məhrum idi. Əgər bu söz düz olsa, Züleyxanın qeyri-şəri istəyinə əsas səbəb ola bilər.
    Bu səbəblə yanaşı qabaqkı iki səbəb, xüsusilə ikinci səbəblə, Züleyxanın ürəyində olan şəhvətin nə qədər güclü alovlandığını təxmin etmək olar. Onu necə dəlicəsinə Yusifdən cinsi ləzzət almağa məcbur etmişdir.

    Bunu da nəzərə almaq lazımdır ki, bu ağır yükü –Yusifin eşqini daşıyan bir qadındır. Adətən belə hallarda qadınların dözümü kişidən qat-qat zəif olur. Onlar öz nəfslərini qarşıdakı cinsə qarşı saxlaya bilmirlər.

    Beləliklə sadaladığımız səbəblərin hamısı əl-ələ verib pak olan Yusif üçün yeni-yeni hadisələr və bəlalar qarşıya çıxarırdı. Yəqubun sevimli övladını daha çətin imtahanlar verməyə məcbur edirdi.

    Amma Yusif vəzirin evində qaldığı müddətdə heç vaxt iffət və təqvadan çıxmırdı. Ev sahibinə qarşı olan düzgünlüyünü, əmanətdarlığını hər yerdə büruzə verərdi. Hər sevinc və kədərdə, öz işlərində Allahı şahid tuturdu. Qardaşların verdikləri əzab-əziyyət onun Allaha olan təvəkkül və etimadını bir damcı belə azaltmadı. Vəzirin zadəgan həyatı, hədsiz nemətləri də onun güclü iradəsində və səfalı ruhuna təsir edə bilmədi.

    Şübhəsiz, Allah taala nəfsini pak etmiş, şeytanla uğurlu mübarizə aparmış, pak qəlbli insan gördükdə ona daha da azğınlıq və çirkinliklə mübarizə aparmağa qüvvə və qüdrət verir. Onun qəlbini öz elm və hikmətinin məzhəri edir. Çünki bəndəsi ona pənah gətirib və hər yerdə ona təvəkkül edirdi. Hər zaman Allah bəndəsinin təmiz iman və pak niyyətlə ona itaət etməsini gördükdə ona ən yüksək həyat tərzini qismət edir və ən yaxşı hədiyyə ilə mükafatlandırır.

    Allah taala özü Quranda belə buyurur:

    -”Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!.”

    Başqa bir yerdə buyurub:

    -”Hər kəs Allaha təvəkkül etsə, O, ona kifayət edər.”

    Yenə də buyurur:

    -”Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.”

    Yenə də Sübhan Allah Yusifi öz inayət qanadı altına aldı. Onun cisminin möhkəmlənməsi və ruhunun cavanlıq yaşında böyüməsi ilə bərabər Allah taala ona elm, hikmət və xüsusi müdriklik bəxş etdi. Beləliklə, yaxşı əməllərini mükafatlandırdı. Bu həqiqəti başqalarına xatırlamaq üçün Rəsulullaha ilahi vəhy şəklində belə buyurur:

    -”(Yusif gəncliyinin) ən yetkin dövrünə çatdıqda ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq.”
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  4. #14
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    TƏQVA VƏ İFFƏT QƏHRƏMANI

    Züleyxanın Yusifə qarşı olan məhəbbəti elə bir həddə çatdı ki, bütün pərdələri kənara qoyaraq, öz alovlu məhəbbətini ayüzlü, Kənanlı quluna ibraz etməyi qərara aldı. Hər nəyin bəhanəsilə olursa olsun, onunla ülfət bağlamaq istəyirdi.

    Nə də öz tutduğu məqamından qorxurdu. Çünki o, ölkənin ikinci qadını vəzirin sevimli həyat yoldaşı idi. Bu məqamla bir qulla belə rəftar etməsi onu ölkədə qazandığı şöhrətini tənəzzül etdirirdi. Digər tərəfdən Yusifin məsum və pak olması idi. Züleyxa onu da nəzərə almamışdı. Çünki evdə yaşadığı müddətdə heç vaxt iffət və təqvadan uzaq olmaması, hətta xaincəsinə gözünün ucu ilə belə ona baxmamışdı və onun istəyindən imtina edə biləcəyini fikirləşmirdi. Belə olan halda nələr baş verəcək? Hansı rüsvayçılıqlara mə`ruz qalacaq? Nə etməli?!!

    Amma məqsəd dəyişilməz olaraq qalır, Kənanlı ayüzlü Yusifdən ləzzət almaq, hər nəyin bahasına olursa olsun onu bu işə vadar etmək idi.

    Züleyxa artıq qərara gəlmişdi. Günlərin bir günü Yusif vəziyyətin və Züleyxanın ona qarşı olan rəftarının dəyişdiyini gördü. Yusif Züleyxanın onu aldadacağını başa düşdü. Çünki eyni bu rəftar daha şiddətli surətdə baş verməyə başlamışdı. Yavaş-yavaş sarayın içəri qapıları onun əmrilə bağlandı. Yusif Züleyxanın yataq otağına tərəf istiqamətləndi. Oraya çatacaq, Züleyxanın halbahal olduğunu və səbirsizliklə Yusifdən ləzzət almağı gözlədiyini gördü. Züleyxa bütün hazırlıqları görmüşdü. Yusif otağa daxil olcaq qapı bağlandı. Yusifə həyəcanlandırıcı səslə dedi: “Tez, yanıma gəl! Məni xoşbəxt elə!”

    Amma Yusif həqiqi məşuq və mehriban Allahdan başqa heç kəsə ürək bağlamırdı. Bütün nemətlərin yalnız Ondan olduğunu bilirdi. Ona da agah idi ki, insanın etdiyi hər bir günaha onun öz nəfsinə zülmü və öz əli ilə hidayət yolunda etdiyi məhrumiyyəti deməkdir. Ona belə təklif olduqda fikirləşmədən dedi: -”Mən (sənin bu hərəkətindən) Allaha sığınıram. Axı o, (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır. Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülmü edənlər nicat tapmazlar!”

    Yusif bu kiçik cümlə ilə bir neçə həqiqətə toxundu və əməldə pak ürəkli insanlara pisliklərə, günaha qarşı necə mübarizə aparmağın dərsini öyrətdi. Yəni həyəcanlandırıcı, şəhvətamiz, pəhləvanları diz çökdürən, öz qəhrəmanlarını məğlub edən bir səhnə qarşısında dayanıb durmaq, təkcə, Allahın möhkəm qala divarları arasında dalanmış –Allaha sığınmış şəxs üçün müəssər və mümkündür. Elə həmin bir sözlə (məazəllah-Allaha sığınıram) öz nəfsini cilovladı.

    Bu, haqq yolunda olanlara və nəfsləri ilə mübarizə aparan üçün ibrət dərsidir. Belə hallarda insanı hər pislikdən qoruyan şey Allaha sığınmaq və Ona etimaddan ibarətdir. Dağ kimi insanları yerindən titrədən, pəri tək qadınlarla üzləşəndə onların hiyləsindən tənha böyük Allaha pənah aparmaqla qorunmaq olar.

    Paklıq və fəzilət mələyi Yusif özünün sərt məntiqli cümləsi ilə evin xanımının cavabını verdi. Onun bütün xəyanət doğuran planlarını darmadığın etdi və özünün Allaha güclü iman və məhəbbətlə yoğrulmuş həyat tərzini ona göstərdi.

    Burada hadisənin gedişatını özünüz güman edə bilərsiniz. Çünki Züleyxa o cah-cəlal, məqam, şan –şöhrətlə Yusifin məhəbbəti xatirinə öz şəxsiyyət və məqamından keçmişdi. O, öz məqsədinə çatmaq üçün bütün rüsvayçılığa dözməyə hazır idi. Bunun üçün bəlkə aylar, günlər, gecələr fikirləşmişdi. Məhz o günü seçmişdi. Qapıları bağlayıb özünü bəzəyib, ən gözəl paltarlarını geyinib Yusifin qəlbini ələ almaq üçün bütün fənləri icra etmişdi. Amma bu qədər əzab-əziyyətin müqabilində heç bir şey ala bilmədi. Kənanlı cavan onun qarşısında əyilmədi və sərahətlə yox cavabını verdi.

    Təbii, Züleyxa belə məğlubiyyətin qarşısında öz gözəl sevgilisindən hədsiz məhəbbətsizliyini gördükdə intiqam almaqdan savayı heç bir şey zeyninə gəlmirdi. Qadınların dözüm və sirr saxlamaq qüvvəsini nəzərə alaraq məlum olur ki, Züleyxa öz məğlubiyyət atəşini soyutmaq üçün əlindən gələn töhmət, iftira və yalana əl atmağa hazır idi.

    Bəlkə elədiyimiz izah Qur`an ayəsinin mə`nasını başa düşməyə kömək olar. Bu izahla təfsir alimlərinin nəzəriyyələrinin arasından düzünü seçmək olar.

    Allah taala hadisənin davamını belə buyurur: -”Doğrudan da (qadın) ona meyl salmışdı Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən Bizim sadiq bəndələrimizdəndir (Yusif canını qurtarmaq üçün, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi: -”Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!”

    Yuxarıdakı izaha əsasən ayənin ən münasib mə`nası belə olar; Yusif Züleyxanın gözəllik, eşq, məqam və zəifliyini nəzərə almadan sərahətlə dedi: “Mən (sənin bu, hərəkətindən) Allaha sığınıram. Axı o (-sənin ərin) mənim ağamdır. O, mənə yaxşı baxır (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur.) Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülm edənlər nicat tapmazlar” , Züleyxa özündən çıxdı. Od parçasına çevrildi və Yusifdən intiqam almaq qərarına gəldi. Yusif də Züleyxanın hücuma keçəcəyini hiss etdi və özünü müdafiə etmək üçün hazırladı. Züleyxanı döymək qərarına gəldi. Amma Allahın vəhy şəklində gələn ayədən sübutları onu bu işdən çəkindirdi. Ola bilsin, əgər Züleyxanı vursaydı, ölə bilərdi. Onda acınacaqlı, əvəz edilməz hadisə baş verə bilərdi və Yusif müxtəlif töhmətlər qarşısında qalardı. Əgər Züleyxa ölməsəydi belə intiqam almaq üçün hadisəni başqa cür qələmə verəcəkdi. Belə deyərdi ki, Yusif mənə xəyanət edib zorakılıq göstərdi, mən ondan imtina etdikdə, o, məni döydü. Belə anlayışlar qabağa gəlməsin deyə öz fikrini dəyişdi və qaçmaq qərarına gəldi. Allah taala belə buyurur ki, Yusif özünü müdafiə etmək istəyirdi. Əgər Yusif İlahi sübutu görməsəydi, necə ki, Züleyxa onunla olmaq istəyirdi, o, da Züleyxa ilə olmaq istəyirdi. Amma Yusif bizim ixlaslı bəndələrimizdən olduğu üçün ondan pislikləri, fəhşanı –qətl, ya ittihamı uzaqlaşdırmaq istədik. Ona olacaq hadisəni vəhy etdik. Həqiqətən, o bizim ən ixlaslı bəndələrimizdəndir.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  5. #15
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    İTTİHAM VƏ MÜDAFİƏ

    Yusif özünün məğlubedilməz qüvvəsi ilə günaha salan, şəhvət oyadan yerdən qaçmağa qərar verdi. Ləngimədən Züleyxanın hiyləsindən canını qurtarmaq üçün qapıya tərəf qaçdı. Züleyxa onun qapıya tərəf qaçdığını görcək, o, da Yusif qapını açmasın deyə onun dalınca qaçmağa başladı. İstəmirdi ki, illərlə sevimlisi uğrunda çəkdiyi əziyyətlər puç olsun, ya da ondan bu hərəkəti üçün intiqam almaq istəyirdi. Yusifin cəld tərpəndiyini və əlindən çıxıb qaçacağını gördükdə arxadan əlini atıb onun köynəyini tutdu. Bu zaman köynəyi dartışdıranda köynək arxadan cırılır. Amma yenə də Züleyxaya təslim olmur.

    Bu zaman vəzir –Züleyxanın həyat yoldaşı qapıya yetişdi, ya da qapının ağzında oturmuşdu. Birdən Yusiflə Züleyxa özlərini vəzirin qarşısında gördülər.

    Məğlubiyyətə uğramış Züleyxa hər nəyin bahasına olursa olsun, intiqam almaq istəyirdi. Amma başqa tərəfdən də rəngi qaçmış, nəfəsi kəsilmiş, gözəl paltar geyinmiş, özünə bər-bəzək vurmuş Züleyxa özünə qarşı ərində şübhə yaradırdı. İstər-istəməz belə vəziyyətin onu marağa salacağını bilirdi. Araşdırma nəticəsində həqiqətin aşkara çıxacağından və rüsvay olacağından qorxurdu. Xəyanət, təbii olaraq qorxu və dəhşət gətirir. Günahkar insan özündən asılı olmayaraq həmişə qorxu içindədir. Həmişə yalanla öz günahlarını ört-basdır etmək üçün üzünü ərinə çevirib dedi: -”Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir”.

    İmanlı və təqvalı insanlar Allaha etimad etdikləri üçün hər növ günah və pislikdən uzaqdırlar. Ondan başqa heç kəsdən qorxuları yoxdur. Heç vaxt həqiqətdən kənara çıxmazlar. Düzlüyü və düz danışmağı sevir və ondan qırağa çıxmırlar. Öz arzularına çatmaq üçün xəyanətdən istifadə etmirlər. Bunun nəticəsi olaraq biz görürük ki, məsum, siddiq Yusif mərdlik və yüksək cəsarət və sədaqətlə həqiqəti açıb deyir: -”O, məni tovlayıb yoldan çıxardıb kam almaq istədi.” Mənim heç vaxt xəyanət etmək qəsdim olmayıb.

    Bəlkə də Züleyxa qabaqgəlmişlik etməsəydi və Yusifi ittiham etməsəydi Yusif də həqiqəti açıb-töküb və özündən müdafiə eləməzdi. Ola bilsin saray xanımının abırını və onun ərinin həyasını qoruyub saxlamaq üçün heç bir söz dilinə almazdı.

    Nə etməli, Züleyxa özü pərdənin aradan götrülməsinə səbəb oldu. Onu dil açıb danışmağa, həqiqəti söyləməyə məcbur etdi. Əlavə, qadının oyuncağa çevrilmiş abır-həyasından müdafiə edə bilməzdi.

    Bəlkə də vəzir onların sözlərini eşitməmişdən öncə bəzi şeyləri başa düşmüşdü. Çünki yaranan səhnədən başa düşürdü ki, nə isə deyilən sözlər həqiqətə uyğun deyil. İndi hər ikisinin sözlərini eşidəndən sonra fikrə daldı. Bilmirdi Yusifi təsdiq edib həyat yoldaşının tənbih etsin, yoxsa Züleyxaya inanıb Yusifi cəzəlandırsın.

    Bir tərəfdən Yusifin parlaq keçmişini gözünün qabağına gətirirdi. Heç cür Yusifin xəyanət etməsinə inanmırdı. Digər tərəfdən də həyat yoldaşının xainliyini təsdiq edib onun üzünə dura bilmirdi. Buna görə də heyrət içində dərin fikrə dalır.

    Sübhan Allah çıxılmaz vəziyyətlərdə öz övliyalarına və təqva əhlinə kömək edir. Onları yersiz böhtanlardan və bütün yersiz ittihamlardan qoruyur. Necə ki, onu bu vaxta qədər bütün acınacaqlı hadisələrdən qorumuşdu. Yenə də İlahi lütf və inayət onun köməyinə gəlir. Sübut və şahid elə Züleyxanın öz qohumlarının içindən tapılır. O müdrik insan hadisəni eşitdikdən sonra vəzirin mat və heyran olduğunu görür. Rəvayətə əsasən yataq otağına girir və hadisə ilə yaxından tanış olur. Yusifin köynəyinin cırıldığını bilcək üzünü vəzirə tutub dedi: -”Əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o, (Yusif) isə doğru danışanlardandır.” (Züleyxaya Yusifin) köynəyinin arxadan cırıldığını gördükdə dedi: -”Bu sizin (siz qadınların) məkrlərinizdəndir. Doğrudan da sizin məkriniz böyükdür!”

    Bu sübutun sadə olmağına baxmayaraq həqiqəti daha aydın aşkar edirdi və heç bir tərəddüdə yer qoymurdu. Çünki əgər Yusif xəyanət etmiş olsaydı və Züleyxa imtina etsəydi onda Yusif üzbəüz Züleyxa ilə dartışardı. Züleyxa imtina edərək onun qabaqdan köynəyini cırardı. Amma köynəyin arxadan cırılmasından məlum olur ki, Züleyxanın kam almaq qəsdi var idi. Çünki Yusif yataqdan qaçanda Züleyxa onu arxadan tutub saxlamaq istəyirdi. Ona görə də arxadan onun köynəyini cırır.

    Vəzir bunu eşitcək tez Yusifin köynəyinə baxır. Görür ki, həqiqətən köynək arxadan cırılıb. Yusifin haqq olduğunu başa düşür. Üzünü Züleyxaya çevirib deyir: -”Bu siz qadınların məkrlərindəndir. Doğrudan da sizin məkriniz böyükdür”. Bu sözləri öz həyat yoldaşı Züleyxaya deyir. Digər tərəfdən də özü-özlüyündə fikirləşirdi ki, qulu öz həyat yoldaşından üstün tutub acı dillə onu məhkum etməsi xoşagəlməz hadisələr törədə bilərdi. Züleyxa və Yusif bir-birindən qisas almaq niyyətinə düşə bilərdilər. Bu da onun yayılmasına, xalq arasında vəzirin ailəsinin rüsvayçılığına səbəb olardı. Bu fikrə əsasən hadisəyə xitam vurmaq üçün bir cümlə Züleyxaya və bir cümlə də Yusifə dedi.

    Yusifə dedi: -”Ey Yusif! Sən bu işi açıb ağartma!” Özünü bilməməzliyə vur və heç yerdə bu hadisəni açıb danışma! Züleyxaya isə belə dedi: -”Sən də günahına görə Allahdan bağışlanmağını dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən.”
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  6. #16
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    BAŞQA QADINLARIN REAKSİYASI

    Necə ki, deyildi vəzir bununla hadisəni gizli saxlamaq istəyirdi. Evin içindən bayıra, küçəyə çıxmağını istəmirdi. Züleyxa ilə Yusif də hadisənin gizli qalmağını istəyirdilər. Yusif öz ailəsinin nəcabət və şərafətinə görə, sarayın xanımını və öz ağasını nəzərə alaraq, xüsusilə ondan olunan xahişə görə məsələyə göz yumur və bir söz belə dilinə gətirmirdi. Həmçinin Züleyxa da günahkar olduğunu və ərinin onun günahını təsdiq etdiyini yaxşı bilirdi, ona görə də dillərə düşməyə, hər yoldan keçənin onun qulla eşqbazlığı haqqında danışmasına, onun sadə bir quldan kam almaq istəyinin qulun imtinası ilə nəticələnməsi zadəgan məclislərinin yaraşığına çevrilməsinə razı deyildi.

    Amma bu növ saraylar adətən casus və şübhəli şəxslərdən ari olmur. Hamı Yusif kimi pak və vəzifəsini tanıyan ola bilməz. Abır-həyaya xatir heç nəyi aşkar etmir. Amma elə adamlar da tapıldı ki, siyasi və qeyri-siyasi hədəflərə görə məlumat hazırlayıb yaymaq fikrində olurlar. Hər halda hadisə saraydan kənara yayıldı. Ola bilər ki, həmən şahid və sübut edən şəxs hadisəni harada danışıb və onunla da yayılıb. Beləliklə, Züleyxanın Kənanlı qula qarşı məhəbbəti, onu necə tovlamağı və qulun ondan imtina etməsi başqa zadəgan və saray qadınlarının qulağına çatdı. Bu haqda qadınlar arasında güclü intiriqa var idi, xüsusilə Züleyxa kimi qadınlar ki, həyatda heç bir qüssə-kədərləri yox idi. Ləzzət almaq, kam almaq, şəhvətbazlıqdan başqa heç bir şey haqqında fikirləşmirdilər. Sair qadınlar bu hadisəyə daha çox rəng verdilər. Eşitdikləri sözlərə əsasən hökmlər çıxartdılar. O cümlədən, Qur`anda da bunu buyurur, Züleyxanı məlamət atəşinə tutdular. Onu həddini aşmış qadın hesab etdilər. Söz-söhbətin mətnini Qur`an belə buyurur: “Vəzirin övrəti cavan qulunu tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istəyir. (Yusifin) məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar (doğru) yoldan çıxdığını görürük”.

    Bu hadisənin zahiri idi. Amma həqiqət başqa bir şey idi. Saray xanımları Züleyxanın Kənanlı qula ürək bağlamasını, bu hadisədən əvvəl Yusifin vəsf olunmaz gözəlliyini elə Züleyxanın özündən və sarayda olanlardan eşitmişdilər. Bu hadisə onları daha da bu gözəl cavan qulu görməyə təhrik etdi. Onu görmək üçün plan cızdılar. Əgər olsaydı ondan kam da alardılar. Allah taala hadisənin ardında sözün tonunu dəyişdirir və həqiqəti bəyan edərək buyurur: -”(Züleyxa qadınların) gizli dedi-qodularını (məkrlərini) eşitdikdə onlara xəbər göndərib ziyafətə dəfət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalçalarla döşənmiş bir otaqda ləziz təamlardan ibarət) bir məclis düzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra (Yusifə): -”Onların qarşısına çıx!” –deyə əmr etdi. (Qadınlar Yusifi) gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq təriflədilər və (özlərini itirib əllərindəki meyvənin qabığını soymaq əvəzinə) əllərini kəsdilər. Bu ancaq (Allah yanında) əziz olan bir mələkdir!” –dedilər.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  7. #17
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    YENİ ÇƏTİNLİK

    Qadınların hiyləsi baş tutdu. Züleyxa məclis qurub bütün zadəgan qadınları dəvət etdi. Dəvətdən məqsəd gözəl qulu onlara göstərmək və özünün hədsiz məhəbbətinin səbəbini onlar üçün aydınlaşdırmaq idi. Qoy onlar da bu Kənanlı qulu görsün və Züleyxanın nə qədər onun məhəbbəti yolunda çəkdiyi əziyyətləri və nəyin xatirinə rüsvay olduğunu başa düşsünlər. Həqiqəti görməmiş, başa düşməmiş onu məlamət və rüsvay etməsinlər.

    Qadınlar belə bir dəvətin olunacağını gözlədikləri üçün hamı onu qəbul etdi. Məclis üçün ən qəşəng libasları hazırladılar. Vəd olunan günü günbəgün, saatbasaat gözləyirdilər.

    Nəhayət vaxt yetişdi. Züleyxa bütün sarayı qonaqların qəbulu üçün hazırladı. Ləziz yeməklər, meyvələr, qonaqların hər biri üçün mütəkkələr və döşəklər qoydu, Saray xadimləri hər bir tərəfi bəzəmişdilər. Qadınlar bir-birinin ardınca saraya toplaşırdılar. Hər biri özünün məxsus yerində əyləşirdi.

    Məclisin necə olduğu açıq-aşkar bilinirdi. Məclisə şəhvətpərəstlik hökmranlıq edirdi. Çünki dəvət edən şəxs Misirin ən böyük, ən varlı və ən gözəl xanımlarından idi. Dəvət olunanlar da ya onunla eyni səviyyədə, ya da bir az yuxarı, ya da aşağı səviyyəli qadınlar idi. Dəvət olunanlar hədsiz mal-dövlətə malik idilər. Onların bər-bəzək, gözəl paltarlar, həyatdan daha ləzzət almaqdan başqa kədərləri yox idi. Aclıq görməyiblər ki, acları fikirləşsinlər. Paltarsız qalmayıblar ki, paltarı olmayanların fikrində olsunlar. Məclislərinin söz-söhbəti filan qadının, ya oğlanın gözəlliyindən, qəm-qüssələri günün modasından xəbərsizlikləri, bəzək-düzək, pal-paltarın tikilişindən idi... Yüzlərlə bu kimi işlər ki, bizim belə ağlımıza gəlmir və onlardan xəbərimiz yoxdur.

    Məclisin əsasını şəhvət təşkil edirdi. Divarlarından həva-həvəs və şəhvət yağırdı.

    Doğrudan da Yusif kimi imanlı, pak bir şəxsə belə çirkin mühitdə yaşamaq çox çətin idi. Belə mühitdə xoşagəlməz hərəkətlərə dözmək və onunla mübarizə aparmaq olduqca çətin idi.

    Məclis qurulmamışdan əvvəl onu bir otağa apardı və orada saxladı. Ona otaqdan çıxmağa icazə vermədi. Bütün qonaqlar gəldi, məclis yavaş-yavaş axarına düşdü. Qadınların hər birinə meyvə soymaq üçün bıçaq verdi. Onlar meyvə yeməyə başladılar. Bu zaman Züleyxa Yusifə qadınların içinə çıxmağı əmr etdi.

    Misir qadınları Yusifin didarı üçün saniyələri sayırdılar. Saraya daxil olandan bəri Yusif haqqında Züleyxadan və saray işçilərindən soruşurdular. Birdən qapının yavaş-yavaş açıldığını gördülər. Saraya hədsiz gözəllikdə olan bir cavanın daxil olduğunu müşahidə etdilər.

    Onlar Züleyxanın Kənanlı qulunun bu qədər gözəl olduğunu ağıllarına belə gətirmirdilər. Hamısı onun göz qamaşdıran gözəlliyinə mat qalmışdılar. Artıq özlərində deyildilər, onun gözəlliyində məhv olmuşdular. özlərini itirib meyvə əvəzinə əllərini kəsdilər. İxtiyarsız olaraq qışqırdılar: -”Aman Allah! Bu ki, bəşər deyildir. Misilsiz gözəlliyi olan bu həyalı və iffətli cavan insan şəklində bir mələkdir. İnsan cildinə girmiş əzəmətli bir mələk!”

    Bəlkə də bu cümlələrlə Züleyxaya demək istəyirdilər ki, biz səni könlünü bağladığın şəxsi insan sandığımız üçün məlamət edirdik. İndi isə onun bəşər olmadığını, gözəllikdə bəşəriyyətdən üstün olduğunu gözlərimizlə görürük. Doğrudan da o, bir mələkdir. Öz sözlərimizi geri götürürük və sənə haqq qazandırırıq. Ya da istəyirdilər desinlər ki, belə bir cavan bütün naz-nemətlərdən bəhrələnmiş, özü də evlənməmiş ondan Misirin ən gözəl xanımlarından nəhayət israrla xəlvətdə kam almaq istəyir, amma o, Allah xatirinə ondan imtina edir və onun qurduğu tələdən qaçır! Həqiqətən bu cavan oğlan bəşər deyil, bəlkə mələkdir. Adi bəşər övladı bu qədər dözüm və qüvvəyə malik ola bilməz, xüsusilə də subay gözəl, cavan oğlan özünü günahdan saxlayır və təqva yolunu seçir.

    Onların ixtiyarsız əllərini meyvə əvəzinə kəsmələri dedikləri sözləri ilə birgə Züleyxanın əlinə öz ürək sözlərini açıb deməyə, öz hədsiz məhəbbətinin səbəbini onlara çatdırmağa və onların yersiz dedi-qodularına cavab verməyə fürsət düşmüşdü. Necə ki, Sübhan Allah buyurur: -(Züleyxa qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) belə dedi: -Bu, (könlümü ona verdiyimə görə) məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq.”

    Siz ki, bir dəfə belə onu görməyə dözmədiz, ixtiyarınızı əlinizdən verdiniz, turunc əvəzinə əllərinizi kəsdiniz. Mən nə etməliydim ki, neçə ildir bir yerdə yaşayırıq, gecə-gündüzümüz bir yerdədir və həmişə gözümün önündədir. İndi məni yersiz qınadığınızı yaxşı başa düşürsünüz. Səbəbsiz məndən eyb tutduğunuz və həddini aşmış qadın kimi qələmə verirdiniz. Mənim haqqım var ki, belə bir cavanın vurğunu, valehi olum və onun məhəbbəti yolunda heç bir hədd və sərhəd tanımayım.

    Əgər görəsən onu və əlini turuncdan ayırsan
    Yeri vardır ki, qınayasan Züleyxanı

    Bu cümlələri nifrətlə Misir qadınlarının cavabında dedi. Sonra pərdələri kənara çəkərək ürək sözlərini açıb danışmağa başladı: -”Bəli, mən ondan kam almaq istəyirdim, amma o mənim əlimi geri qaytardı, mənim istəyimi boş bir şey saydı, mənim yanar ürəyimə, ürəkyandıran məhəbbətimə rəhm etmədi. İndi isə artıq səbr kasam dolub, dözümüm və qüdrətim əldən gedib, rüsvayçılığım Misirin küçələrində dillər əzbər olub. İndi isə məsələ nəhayət həddə çatmışdır. Əgər istəyimi yerinə yetirməzsə, əmrimə tabe olmazsa onu zindana salacağam, qoy orada zillət və əzab-əziyyətə düçar olsun.

    Züleyxanın belə açıq-aşkar danışması, qula qarşı öz eşqini ibraz etməkdən çəkinməsi təfsir alimlərinin dedikləri sözə; Züleyxanın əri biqeyrət insan idi və övrətinin başqaları ilə əlaqəsindən narahat olmurdu, şahid və sübut ola bilər. Ya da onun hökmranlığına dəlil və sübutdur. Adətən belə qarışıq, günləri əyyaşlıqla keçən mühitlərdə vəzirin övrəti kimi gözəl və şəhvətbaz qadınlar öz ərlərinin ixtiyarların əllərinə alırlar. Elə hökmranlığı ələ alırlar ki, ərləri onların qarşısında heç bir qüdrətə malik deyirlər. Bu məsələ vəzirin evində olan mühitə və Misirin siyasi şəxsiyyətlərinin evinə ixtisası yox idi, bəlkə sair mühitlərdə də belə idi. Nə qədər cinayət və rüsvayçılıqlar belə saraylarda baş verib. Çoxları belə hadisələrdən canını qurtara bilməyib. Bəzən də təsadüf üzündən Züleyxanın sərgüzəşti və onun məhəbbətamiz hərəkətləri saraydan kənara çıxıb, ya da siyasi məsələlərə görə müxalif qüvvələrin əlində təbliğ vasitəsinə çevrilib. Çünki belə saraylarda cinayət olan kimi elə oradaca onu ört-basdır edirlər. Bütün əlamətlərini də silib yox edirdilər. Heç kəs məsələdən baş çıxartmırdı. İndi nə baş verdi ki, Züleyxanın məhəbbət dastanı dillər əzbəri oldu. Bəlkə də səbəbini dediyimiz əhvalatdan başa düşmək olar.

    Züleyxanın belə cəsarətlə danışması, onun təhdid etməsi pak, məsum Yusif üçün daha da vəziyyəti ağırlaşdırırdı. Artıq o əzəmətli sarayda qalmaq Yəqubun imanlı övladı üçün qaranlıq zindandan da pis idi. Xüsusilə, elə bir zamanda ki, bütün Misir qadınları Züleyxa ilə əlbir oldular və xeyirxahlıq olaraq Yusifə Züleyxaya təslim olmağa çağırdılar. Onun Züleyxaya qarşı çıxmaqdan qorxudaraq çəkindirmək istədilər. Bəzi təfsirçilərin dediyinə əsasən (bu haqda hədis də var) qonaqlar tək-tək Yusiflə görüşdülər. Yusif üçün yeni bir Züleyxa olub ondan kam almaq istədilər. Ona yetişmək və görmək üçün yeni-yeni planlar cızdılar. Hər biri ayrıca Züleyxanın yanına gəlib dedilər: -”Bizə icazə ver təklikdə bu Kənanlı qulla söhbət edək, onu sənə təslim olmağa çağıraq və sənin kama çatmağın üçün onu hazırlayaq. Vurğun və sadəlövh Züleyxa da hər nəyin bahasına olursa olsun məqsədinə çatmaq istəyirdi. Züleyxa görüş üçün sarayın daxilində xüsusi şərait yaratdı. Qadınlar ayrı-ayrı Yusifin yanına girirdilər. Amma daxil olan kimi öz məhəbbətlərindən söz açırdılar. Züleyxa və başqalarının gözündən uzaq öz rəftərları və sözləri ilə ayüzlü Kənanlını özlərinə cəlb etməyə, onun ürəyini oğurlamağa çalışırdılar. Əsla Züleyxa haqqında, onun məhəbbəti, ona rəhm etmək barədə bir söz belə dillərinə gətirmirdilər.

    Bütün bu yaranan vəziyyətlər əl-ələ verib Yusifi həqiqi yarına (ki, onu bütün çətinliklərdə qorumuşdu) üz döndərməyə və Misir qadınlarının onun yolunda qurduqları tələdən xilas olmağı O Böyük Allahdan istəməyə məcbur etdilər. Züleyxanın o hədələyici sözləri yadına düşürdü. Züleyxa öz iqtidarını Yusifə və başqalarına çatdırmaq üçün onun qaranlıq, rütubətli zindanla hədələyirdi. Bu sözlər onun Allah dərgahına olan duasını daha da möhkəm edirdi.

    Nəhayət, ürək sözlərini Allahın dərgahında dilinə gətirdi və təzərrü üzünə Allaha tərəf çevirib Ondan imdad diləyərək dedi: -”Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram.” Yəni, əgər onların istəklərini qəbul etməyi, ya da ömrümün qalan hissəsini zindanda keçirməyi, mənim ixtiyarımda qoysalar, mən zindanda qalmağı, oranın çətinliklərinə dözməyi, onların qeyri-şəri istəklərindən üstün tuturam. Çünki zindan məni həvəs və şəhvət əsarətindən xilas edər. Amma bu saray bütün əzəməti, genişliyi, gözəlliyi ilə məni şəhvət əsiri edər və öz şəxsi, nəfsani istəklərimin qulu edər. Zindan isə ruhani sakitlik və can rahatlığı bəxş edər. Amma saray ruhumu çirkin edir, canıma isə əzab verir. Zindan, asudə bir mühit, Allaha ibadət üçün xəlvət bir yerdir. Həm də cinayətkarları, günaha bürünənləri hidayət edib haqq yola gətirmək üçün ən yaxşı fürsətdir. Amma Misir vəzirini sarayı fitnə-fəsad, əyyaşlıq mərkəzi, şəhvətbaz qadınları hökmranlığın altındadır ki, hər bir pak insanı günaha bulaşdırar və hər bir qüvvəni öz qüdrətinə tabe edər.

    Doğrudan da Allaha iman və məhəbbət öncə qeyd etdiyimiz kimi çirkinliklərdən, azğınlıqlardan can qurtarmaq üçün nə qədər möhkəm və sarsılmaz bir qaladır. Ümumiyyətlə heç bir qüvvə belə həssas anlarda onun yerini verə bilməz! Allaha imandan başqa hansı qüvvədir ki, qaranlıq dəhşətli zindanı Allahın itaətsizliyindən qaçmaq üçün geniş, nemətlərlə dolu, məmləkətin ikinci şəxsiyyətinin sarayından üstün tutsun. O, Allaha məhəbbətdən savayı hansı qüdrətdir ki, zindanın nəm, əyri-üyrü yerində yatmağı günahdan uzaq olmaqdan ötrü Misir qadınlarının isti yatağından daha ləzzətli bilsin.

    Dastanın bu hissəsi ən yaxşı dərsdir. Günahla mübarizə aparan azğınlıqlardan özlərini və başqalarını qoruyan şəxslər çalışırlar daha da Allahdan imdad almaqla özünün və başqalarının imanını gücləndirsinlər. Belə çıxılmaz vəziyyətlərdə İlahi qeybdən gələn qüvvə ilə özlərini günahdan qoruyurlar.

    Yusif bu cümləni də sözlərinin ardınca artırdı: -”Əgər bu qadınların hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram.”

    Bu da Qur`ani-Kərimin təqva və iffət mələyi, insanların nümunəsi haqqında verdiyi ibrətli bir dərsdir. İnsan nə qədər öz iman və təqvasına ümidvar olub arxalansa belə, yenə də qorxulu anlarda özünü Allahdan ehtiyacsız bilməsin. Günahla mübarizə etmək üçün fəqət Ondan imdad diləsin və bilsin ki, əgər qeybdən kömək gəlməsə mübarizədə qələbə çala bilməzdi.

    Arada bu həqiqəti də çatdırmaq lazımdır ki, qadınların qeyri-şəri istəklərinə müsbət cavab vermək cəhalət və nadanlıq üzündəndir. Çünki alim şəxs özünü şəhvətbaz qadınların oyuncağına çevirməz və günaha mürtəkib olmaz.

    Sübhan Allahın lütfü həmişə pak və itaətcil insanların hamısına şamil olur. Həmişə fitnə-fəsaddan və bəlalardan onu qoruyur. Burada da O, Yusifin köməyinə yetişdi, onu qadınların məkrindən qurtardı. Misir qadınlarının bütün əfsunedici hərəkətləri və aldadıcı sözləri məsum Yusifi öz təsirlərinin altına sala bilmədi.

    Onun polad iradəsini titrədə bilmədilər. Yavaş-yavaş onu ram etməkdə məğlubiyyətə uğrayırdılar. Onlar geri çəkilməyə, ümidsizliklə üzləşməyə məcbur oldular. Artıq ona əziyyət verməkdən əl çəkdilər. Nəticədə Kənan ayı mübarizə meydanından qalib çıxdı.

    Sübhan Allah təzəkkür olaraq özünün binəhayət nemətlərindən birini də Yəqubun övladına inayət edərək buyurur: -”Rəbbi Yusifin duasını qəbul edib qadınların məkrindən qurtardı. Həqiqətən, O, hər şeyi eşidəndir, biləndir.”
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  8. #18
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    ZİNDANA DOĞRU

    Züleyxanın hədə-qorxusu başa çıxmadı. Onun təkəbbürlüyü ona kömək oldu. Buna görə də ərindən günahsız Yusifi zindana salmağı təklif etdi. Vəzir övrətinin ona xəyanət etməsini və Yusifin günahsızlığını bilməsinə baxmayaraq sarayın daxili və xarici duruşu onu sıxıntıda və çıxılmaz vəziyyətdə qoymuşdu. Çünki Züleyxa ilə Yusifin əhvalatı, Züleyxanın kam almaq istəyi və Yusifin imtina etməsi saraydan kənara yayılmışdı. Bu da camaatın daha da təhqiq etməsinə, araşdırmasına səbəb oldu. Misir camaatının əksəriyyəti ayüzlü Kənanlı qulu görmək arzusunda idilər. Bu da vəzir və sarayda yaşayanlar üçün yeni problemlər icad edirdi. Hadisə sirli bir məsələyə çevrilmişdi. Vəzirin müxalifləri bu macəranı ona qarşı silah kimi istifadə edirdilər. Digər tərəfdən də vəzir hadisələrin ardında Züleyxanın yeni rüsvayçılıq törədəcəyindən qorxurdu. Hər halda vəziri daha ciddi qərara gəlməyə məcbur etdilər. Hər nəyin bahasına olursa olsun məsələyə xitam vurmaq lazımdır.

    Vəzir hadisəni xətm etmək üçün öz müşavirləri ilə məşvərət etdi. İclasda Yusifi iki səbəbə görə bir neçə müddətdə zindana salmaq qərarına gəldilər. Birinci səbəb səs-küy yatırtmaq istəyirdilər. İkincisi isə istəyirdilər xaricdə elə bilinsin ki, guya Yusif günah və xəyanət etdiyi üçün onu zindana salıblar, Züleyxanın isə burada heç bir günahı yoxdur.

    Amma Yusifin sübutları o qədər aydın idi ki, belə rola girməkləri ilə onu günahkar və xain, Züleyxanı isə pak və əmanətcil tanıtdıra bilmədilər. Züleyxanın ərinə olan hökmranlığı, vəzirin və müşavirlərin acizliyi, Züleyxanın iradəsi və əmri qarşısında başqa bir nəticəyə gələ bilməzdilər. Amma vəzirin yerinə başqa bir qeyrətlisi olsaydı heç vaxt öz xain övrətini azad buraxmazdı və illərlə paklıq, sədaqət, əmanətdarlıqla ona xidmət etmiş, insanı heç bir günahı olmadan zindana atmazdı. Amma illər boyu canla-başla ağasına xidmət etmiş, ağasının övrətinin israrla kam almaq istəyini rədd etmiş, bir sözlə ağasına xəyanət etməmiş cavan, onun günahsızlığının sübuta yetməsindən sonra, hadisənin ifşa etməyə razı olmadığı üçün mükafata layiq idi. Yeri vardı ki, Yusifin bütün paklıq və fəzilətini nəzərə alıb onu ən yüksək məqamlara çatdırsınlar.

    Təəssüf ki, vəzirin sarayı ədalətin hökmranlıq etdiyi, xadimin xaindən seçildiyi yer deyildi. Orada sultanlıq eləyən təkcə şey həva-həvəs (o da şəhvətbaz qadınların həva-həvəsi) idi. Xaini cəzalandırmaq əvəzinə, layiqli xidmət edəni əzab-əziyyətə düçar etdilər. Əlbəttə belə bir mühitdə batil yoldan başqa yol, zorakılıq qanunundan başqa qanun, hökmranlıq etmirdi. Yusif gözəlliyinə görə Züleyxanın qəlbində yer eləməsəydi, Züleyxa inanmasaydı ki, Yusif zindana düşdükdən və oranın əzab-əziyyətini gördükdən sonra ona ram olub onunla kam almağa razılaşacaq, elə həmin gün Yusifi öldürərdilər və belə pak, məsum və böyük İlahi peyğəmbərlərin nəslindən olan cavan Misir zadəganlarının nəfsani istəklərinin, şəhvətbazlığın, əyyaşlığın qurbanına çevrilərdi. Qur`ani-Kərim işarə ilə Yusifin zindana getməsini qısaca olaraq belə buyurur: -”(Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasına, qadınların turunc əvəzinə əllərini kəsməsi və i. A.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodular kəsilənədək) zindana salmaq qərarına gəldilər”.

    Beləliklə, Yusif zindana atıldı.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  9. #19
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    ZİNDANDA

    Günahsız Yusif, iffət və paklığına görə zindana atıldı. Vəzir və onun şəhvətbaz ailəsi üçün isə şəhvət və ədalətsizliklə dolu sarayı qoydu. Yusif ən yaxşı yaşayış və nemətlərdən çıxıb ən pis yerə düşməsinə baxmayaraq vicdanı rahat idi. Allaha təvəkkül və etimadın nəticəsində zindanın çətinləri ona təsir etmədi. Qaranlıq, nəm yerdə yaşamaq onun üçün geniş təmtaraqlı saraydan daha da rahat idi. Zindanın çətin həyatını ona asan edən şeylərdən biri də zindan mühitinin İlahi məmuriyyəti yerinə yetirmək üçün əlverişli şəraitə malik olması idi. Camaatın haqq yola hidayəti vəzifəsini öhdəsinə götürən şəxs zindanda olanlarla daha yaxşı öz vəzifəsini yerinə yetirirdi. Elə bu səbəbdən zindana daxil olan andan müqəddəs tövhidi (təkallahlığı), haqqa hidayəti təbliğ etməyə başladı.

    Ailənin nəcibliyi və verdiyi tərbiyə onu əlacsız, giriftar məhbuslara hər əlverişli fürsətdə (zindanın məhdudiyyətlərini nəzərə alaraq) kömək etməyə vadar edirdi. İmkan olana qədər xəstələrin vəziyyəti ilə maraqlanıb onlara kömək və qulluq edirdi. Bu gözəl əxlaq, Allah verdiyi gözəl sima, aydın məntiq, elm və mərifətlə bahəm zindan əhlinin elə ilk günlərdən onun vurğunu olub, ona ürək bağlamağına səbəb oldu. Çətinliklərdə onunla məşvərət edir, onun ağıl, dərrakə və elmindən bəhrələnirdilər.

    Təsadüf üzündən Yusif zindana atılan zaman padşahın qullarından ikisi (biri şərab paylayan, o birisi isə aşpazı) də onunla birgə zindana atıldı. Bunlar hər gecə-gündüz Yusifi zindanda gördükləri müddətdə onun elm və bacarığından xəbərdar oldular. Onlar da başqa məhbuslar kimi onun gözəl əxlaqının, rəftarının vurğunu oldular.

    Bu arada o iki qul onların gələcəyindən xəbər verən yuxular gördülər. Onun yozumunu bilmək üçün öz zindan yoldaşına ki, onun simasında nəciblik və böyüklük, rəftarında ehsan və yaxşılıqdan başqa heç bir şey görməmişdilər, müraciət etməyi qərara aldılar. Yusif də çalışırdı, hər vasitə ilə bütpərəst camaatı bütpərəstlikdən çəkindirib Allahpərəstliyə dəvət etsin. Belə bir fürsətin intizarında idi ki, həmən fürsətdən istifadə edib camaatı özünə cəlb etsin və onlara təkallahlığı çatdırsın. Buna görə də böyük məmnuniyyətlə onları qəbul edib diqqətlə sözlərinə qulaq asdı.

    Onlardan biri öz yuxusunu belə bəyan etdi: -”Mən gördüm ki, şərab (üçün üzüm) sıxıram”.

    O, biri isə belə dedi: -”Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir”.

    Yuxuları danışıb ardınca belə dedilər: -”Gəl bu yuxunu bizə yoz. Biz həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!” Sən yuxu yozumunu yaxşı bilirsən. Ya da sən yaxşı insan olduğun üçün (əlacsızlara yaxşılıq edirsən, məzlumların əlindən tutursan, məhbuslara ehsan verirsən, sənin bu hərəkətin sənin qəlbinin paklığınıdan, zatının təmizliyindən xəbər verir) bizim gördüyümüz yuxuları hamıdan yaxşı yozursan və bizim gələcəyimizi, aqibətimizi düzgün bəyan edərsən.

    Yusif onların yuxularını tamamilə eşitdi. Onları yozmamışdan əvvəl onları Yeganə Allaha ibadət etməyə çağırdı. öhdəsinə qoyulmuş vəzifəsini (peyğəmbərliyi) belə fürsətdə də daha çox inamı üçün öz elmindən söhbət açdı və Allahın ona inayət etdiyi qeyb elmlərini onlara bildirərək buyurdu: -”Yeyəcəyimiz təam gəlməmişdən əvvəl mən onun mə`nasını (gördüyünüz yuxuların dünyada nə ilə nəticələnəcəyini) və ya yeməklərin nədən ibarət olacağını sizə xəbər verərəm”. Bu sözlərinin ardınca onları aləmlərin Allahına diqqət yetirmələri üçün bildirmək istəyirdi ki, bu böyük neməti Allah ona bəxş edib və bütün nemətlər istər böyük, istərsə də kiçik ola Ondan yetişmişdir. Davam edərək buyurur: -”Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar edən bir tayfanın dinini tərk etdim!”

    Yavaş-yavaş bu cümlələrlə özünü və nəcabətli nəslini (bəlkə həm də sair zindanda olanlara bildirməmişdi) tanıtdırdı. Sonra müqəddəs tovhid, yeganə pərəstlik məramını onların qulaqlarına eşitdirdi. Həmçinin, bütpərəst camaatın Yeganə Allaha qarşı olan naşükürlüyünü xatırladı. Buna görə davam edərək buyurdu: -”Mən ata-babalarım, İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu (tovhid) Allahın bizə və (bütün) insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti (Ona) şükür etməz!” onu tanımırlar. Ona pərəstiş etmək əvəzinə, bütlərə sitayiş edirlər. Ona ibadətdə də şərik qoşurlar.

    Yəqubun ağıllı övladı kiçik və mə`nalı cümlələrlə o iki nəfəri fikrə dalmağa məcbur etdi. Batil əqidədə olduqlarını onlara xatırladır. Sonra söz kələfinin ucunu ələ alıb söhbəti Allahpərəstlikdən açıb dostcasına onlara açıq-aşkar, daha çox izahla belə buyurur: -”Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-ayrı tanrılar daha yaxşıdır (ibadət olunmağa daha layiqdir), yoxsa bir olan, (hər şeyə) qadir (qalib) olan Allah?! (Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özünüzdən uydurub) qoyduğunuz adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların əksəriyyəti (bu həqiqəti) bilməz!”
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  10. #20
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: YUSİF PEYĞƏMBƏR

    YUSİFİN YEGANƏ ALLAHA SİTAYİŞ ETMƏYİ SÜBUT ETMƏSİ
    Yuxarıda qeyd etdiyimiz sübutu daha aydın və izahlı surətdə, kiçik və böyük müqəddimə formasında bəyan edək. Öncə gərək bir neçə cümləni xatırladaq.

    Pərəstiş üçün ayrı-ayrı, cürbəcür tanrılar yaxşıdır, yoxsa Yeganə qadir Allah?
    Yeganə Allah ibadət üçün yaxşıdır. Amma görəsən niyə görə cansız, şüursuz bütlərə, Aya, Günəşə, Nil çayına və s. varlıqlara, ya da mələklər (amma İlahi hökmranlıq altında olan) kimi varlıqlara ibadət edirsiniz? Çünki onların özü-özlüklərində yaxşı və pisliklərə, xeyir və şərlərdə heç bir təsiri yoxdur. Bəlkə bütün varlıqlar Qəhhar Allahın hökmdarlığı altında varlığa malikdirlər!
    Bütpərəstlərin ümumi məntiqini bilirsiniz. Onların özləri Allah dərgahına vasitə və şəfi(şəfaət edən) bilirlər. Bütlərə ibadət etməklə Yeganə Allaha yaxınlaşmaq istəyirlər. Amma düzgün məntiq deyildir. Çünki əgər bütlər insanları Allaha yaxınlaşdırıb-uzaqlaşdıra bilsəydilər, gərək Allah özü bu məqamı onlara verəydi, halbuki Allah taala onları belə məqama çatdırmışdır, yəni buna heç bir sübutumuz yoxdur. Bəlkə, elə siz özünüz onları belə hündür məqama çatdırmısınız. Bilin ki, bu adlar həqiqətə uyğun deyil və mə`nasız adlardır. Onları sizin ata-babalarınız onlara qoymuşlar.
    Allaha ibadət əmri gərək ancaq Allah tərəfindən verilsin. Fəqət Allah kimə ibadət etməyi və kimə ibadət etməməyi əmr edə bilər və Allah heç vaxt cansız heykəllərə, ya canlı varlıqlara tamah, qorxu və ya başqa bir şeyə görə ibadət etməyi əmr etməmişdir. Onun təkcə əmr etdiyi odur ki, Ona və Ondan başqa heç bir varlığa ibadət etməyin. Cəmiyyəti səadətə qovuşduran, bədbəxtlikdən uzaqlaşdıran möhkəm din və məzhəb budur. Təəssüf ki, bu həqiqəti camaatın çoxu bilmirlər.
    Deyilənlərə əsasən Yusifin öz iki zindan yoldaşına dediyi (ya Allah taala Qur`anda qısa şəkildə buyurduğu) sözlərin hamısı bir məntiqi sübutdan ibarətdir. Bir neçə müqəddiməni dedikdən sonra nəticə alıb düşmənin qaçış yollarını bağlayır. Belə söhbətlərin oxşarını başqa böyük peyğəmbərlər də bütpərəst camaatla etmişlər və həqiqəti onlara çatdırmışlar. Allah taala Qur`anda onları nəql edir.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Sayfa 2/5 İlkİlk 1234 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.