Sayfa 3/5 İlkİlk 12345 SonSon
48 sonuçtan 21 ile 30 arası

Yusif Peyğəmbər

  1. #21
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    YUXU YOZUMU

    İki qulun yuxu görməsi və onun yozumu üçün Yusifin yanına gəlmələri bu İlahi peyğəmbərin əlinə fürsət saldı ki, bir neçə cümlə də allahpərəstlik haqqında desin və onları özünün tovhid haqqında şirin, isti, tutarlı sözlərinin təsiri altına salsın. Onlar yuxularının yozumunu gözləyirdilər. Onun qeyb elmindən və gələcəkdən xəbərdar olduğunu bildikdən sonra daha özlərinin müdrik alim zindan dostunun yuxu haqqında fikrini bilmək istəyirdilər. Xüsusilə yuxularının gələcəklərindən xəbər verəcəklərinə inanırdılar. Zindanda olan şəxs hər nə qədər tez onun zindandan xilas olacağının və balaca bir ümid yerinin olacağını bilmək istəyir.

    Yusif tə kamilən bu ruhi məsələyə diqqətli idi. Bundan artıq onları intizarda qoymaq istəmirdi. Yuxularını yozmağa başlayaraq belə dedi: -”Ey iki zindan yoldaşlarım! (Yuxularınızın mə`nasına gəldikdə) sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir! (Yəni dediyim bu sözlər mütləq olacaqdır).

    Edilən yozumla görülən yuxuların tənasübündən belə başa düşülür ki, şərab sıxan şəxs (deyilənə görə padşahın şərab paylayanı idi) azad olacaq və yenidən öz işinə qayıdacaq, amma çörək aparan şəxs isə edam olunacaq. Onların özləri də bir az fikirləşdikdən sonra kimin azad və kimin edam olunacağını başa düşdülər. Amma Yusifin açıq-aşkar edam olunan şəxsi təyin etməməsi, bəlkə də ona görə idi ki, istəmirdi onu qəmgin etsin və bu acı xəbəri açıqlasın. Amma açıq-aşkar gördükləri yuxuların və Yusifin yozumunun münasibətindən hər şey başa düşülürdü.

    Deyilənə görə elə həmin zaman ikinci şəxs (yuxuda başının üstündə çörək aparan şəxs. Şahın xüsusi yemək gətirəni və aşpazı) çox narahat oldu. Bəzi rəvayətlərə əsasən Yusifə belə dedi: -”Mən yalan dedim, belə bir yuxu görməmişdim”. Amma Yusif onun cavabının əvvəlcədən bu cümlə ilə; “Haqqında soruşduğunuz iş belə həll edilmişdir (mən yozduğum kimi olacaqdır)” –buyurmuşdu.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #22
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    YUSİFİN ZİNDAN YOLDAŞININ İSTƏYİ

    O iki zindana düşmüş qulların işlərinə yenidən baxıldı. Biri azad, o biri isə edam olundu. Məmurlar onları aparmaq üçün zindana daxil oldular. Onlar sağollaşmaq üçün öz alim dostlarının yanına gəldilər. (Yusif) bu iki nəfərdən nicat tapacağına yəqin etdiyi kimsəyə (şərab paylayana) dedi: -”Ağanın yanında məni də yada sal!” Mənim günahsızlığım haqqında danış, bəlkə məni də zindandan azad etdilər.

    Aydındır ki, bu istəyin Allaha təvəkkül və Ona təslim olmaqla heç bir ziddiyyəti yoxdur. Bəziləri onun bu istəyini Allahdan qafillik hesab edirlər. Qur`an ayəsini də elə təfsir ediblər.

    Rəvayətlərdən belə başa düşülür ki, bu Yusifin əleyhinə olan çox yersiz bir iraddır. Bəzi alimlərin dediyinə görə Qur`anın nəssi (açıq-aşkar olan hökmü) ilə müxalifdir və heç bir etibara malik deyildir. “Fə ənsahuş-şeytanu zikrə rəbbih” yəni Şeytan ona (azad olmuş cavan qula –şərab paylayana) ağasının yanında (Yusifi) yada salmağı unutdurdu. Nəinki şeytan Allahı Yusifə unutdurdu.

    Yusif ancaq ondan padşahın yanında adının çəkilməsini, vəziyyəti açıb danışmasını istədi. İnsan nisyan əhli (unutqan) olduğundan o qul azad olandan sonra Yusifi yaddan çıxardır və padşaha onun haqqında heç nə demir. Nəticədə isə günahsız Yusif illər boyu zindanda qalmalı olur. Təfsirçilərin çoxu o müddətin yeddi il olduğunu yazırlar.

    Padşahın yuxusu və Yusifin nicat tapması

    Yəqubun pak övladı Yusifin zindanda qalması üçün alnına yazılmış illəri acılıqla olsa da keçdi. Onun zindandan azadlıq və şan-şöhrət dövranı yetişdi. Şahın gördüyü vahiməli yuxu Misir camaatının qaranlıq gələcəyindən xəbər verirdi. Elə bu yuxu zindandan azad olmuş şahın şərab paylayanın yadına düşməsinə səbəb oldu. Onun adını çox savadlı alim, mühüm yuxular yozan və gələcəkdən xəbər verən şəxs kimi şahın yanında çəkdi. Bununla da onun azadlığı, hətta Misir kimi böyük məmləkətə hökmdarlıq zəminəsini yaratdı.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #23
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    ŞAHIN GÖRDÜYÜ YUXU BELƏ İDİ

    “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm” . Şah bütün kahinləri, alimləri, yuxu yozanları yığıb dedi: -”Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!”

    Kahinlər və yuxu yozanlar başlarını aşağa salıb fikrə getdilər. Amma fikirləri bir yerə yetişmədi, hamılıqla şahın cavabında dedilər: -”(Bu gördüklərin) qarmaqarışıq yuxulardır. Biz (belə) yuxuların yozumunu bilmirik.”

    Öz qürurlarını sındırmayıb acizliklərini etiraf etmədilər və bu yuxunu qarmaqarışıq, yozumu olmayan yuxular sırasına qataraq dedilər: -”Biz yuxudan qabaqkı qarmaqarışıq fikirlərin nəticəsi olan qarışıq yuxuların yozumunu bilmirik.”

    Elə burada idi ki, birdən şahın şərab paylayanı məsələni eşitcək, öz müdrik alim zindan yoldaşı Yusifi xatırladı. Onun özünün və dostunun necə dəqiqliklə yuxularını yozması yadına düşdü. Çünki hadisələr həqiqətdə onun yozduğu kimi olmuşdu. Ləngimədən üzünü şaha tutub dedi: -”Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni (zindana –Yusifin yanına) göndərin!” Çünki o, alim bir şəxs və yuxu yozumunu çox yaxşı bilir.

    Yuxu yozanların sözləri şahın narahatçılığını və qarmaqaşıqlığını aradan qaldırmadı. O, hələ də özünün vahiməli yuxusu haqqında fikirləşirdi. Bu təklifi qəbul edərək şərabpaylayanı zindana, o alim şəxsin yanına yolladı.

    Yusif hər gün olduğu kimi öz məhbus yoldaşlarının vəziyyəti ilə maraqlanırdı. Birdən ona xəbər verdilər ki, saraydan gəlmiş şahın xüsusi şərabpaylayanı ilə görüşə hazırlaşsın. Yusif, görüşə gələn şəxsin azad olanda ondan şəri istək istədiyi şəxs olduğunu gördü. O, səbirsizliklə Yusifin onun sualına cavab verməsini istəyirdi.

    Yəqubun alicənab oğlu onun sözlərini eşitməyə hazırlığını bildirdi. Şahın şərabpaylayanı söhbətə başlayaraq dedi: “Ey doğrudanışan insan, (sən böyük alimsən, sənin dediklərinin hamısı düzgün və doğrudur) bizim üçün yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül. (Bir bunun mə`nasını mənə izah elə). Bəlkə, mən adamların yanına (düzgün cavabla) qayıda bilim! Bəlkə onlar da (bu qarmaqarışıq yuxunun mə`nasını) bilsinlər!” Sənin əzəmətin, böyüklüyün aşkar olsun.

    Şərabpaylayanın sözləri qurtardı. Gözlənildiyi kimi Həzrət Yusif onun vəfasızlığından illər boyu onu yaddan çıxartmağından, dostluq haqqın yerinə yetirməməsindən söz açmamış yuxunu yozmağa başlayır. Bu onun böyüklüyünü, nəslinin nəcibliyini və peyğəmbərlik məqamını yetirirdi. Yusif yuxunun yozumunu belə buyurdu: -”Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az miqdar istisna olmaqla, qalan biçdiyiynizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın”. Yəni yeddi il bolluq olacaq adət üzrə əkin, biçin. Çox az hissəsini istifadə edin. Qalanını isə anbara yığıb saxlayın. Bu yeddi il bolluq keçdikdən sonra yeddi il qıtlıq və quraqlıq olacaq. O yeddi il çox çətin olacaq. Anbara yığdığınızı gərək elə istifadə edəsiniz ki, yeddi ilə çatsın. Onun ardınca yenə bolluq olacaq və vəziyyət adi hal alacaq.

    Bu yozma, yuxu yozanın elminin kamilliyini yetirməsinə baxmayaraq onun böyük şəxsiyyət olmasından xəbər verirdi. İllər boyu idi ki, zindanın bir küncündə qalmışdı, ama onun elmi məqamından xəbərdar deyildilər. Bundan əlavə, Misir camaatının qıtlıqdan, quraqlıqdan qurtarması üçün çox mühüm bir gələcək görənlik etmişdir. İstər-istəməz Misirin şahını, saray adamlarının dövlət işçilərinin, alimləri belə bir fikrə məcbur edirdi ki, ehtiyatı möhkəm tutaraq öz ağır, çətin gələcəkləri üçün hazırlıq etsinlər və hadisə baş verməmiş onun əlacını tanısınlar.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  4. #24
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    BU HADİSƏDƏ YUSİFİN AĞALIĞI

    Həqiqətən, Yusif bu hadisədə nəhayət mərdlik və ağalıq göstərdi. Çünki o, Yəqub peyğəmbərin oğlu idi. İllər boyu heç bir günahı olmadan zindanda əziyyət çəkdi, hətta özünün nicatı üçün öz vəfasız yoldaşından da iltimas elədi. İndi isə əlinə belə bir fürsət düşmüşdür. Yuxunu yozmamışdan əvvəl bir neçə cümlə ilə ürəyini boşalda bilərdi və onun vəfasızlığını üzünə vurardı. Ya da yozmanı azadlıq ilə dəyişə bilərdi. Əgər belə etsəydi (halbuki onun günahsızlığından xəbərdar idilər) onlar səbirsizliklə onu eşitmək istəyirdilər, buna görə də mütləq onunla razılaşardılar. Ola bilsin Yusif o iki zindan yoldaşının yuxusunu yozmamışdan əvvəl, necə ki, onları öz elminə və biliyinə (dedi: -”Mən sizin yeməyiniz gəlməmiş onun nə olacağını sizə deyirəm”) agah etmişdi, burada da şahı və sair böyük şəxsiyyətləri əvvəl öz məqamını bildirib sonra qarmaqarışıq yuxunu yozardı. Bundan əlavə ancaq şahın yuxusunu yozardı, yəni deyərdi ki, yeddi kök inək yeddi il bolluq ili, yeddi arıq inək isə yeddi il quraqlıq ilidir. Bununla da kifayətlənərdi. Daha heç bir alimin fikrinə gəlməyən ağıllı məsləhəti (qıtlığın qabağını almaq üçün bolluq illərində taxılı bacardıqca yığıb saxlamaq, sonra quraqlıqda istifadə etmək) verməzdi.

    Bəli, adi nəzərlə baxsaq Yusif çox güzəştə getdi. Amma bunu da yaddan çıxartmamaq lazımdır ki, Yusifin məqamı adi insanların məqamından çox yüksək idi. O zaman artıq o İlahi peyğəmbərlərdən biri idi. Öhdəsində ağır və əhəmiyyətli peyğəmbərlik vəzifəsi var idi. Camaatın hidayəti, nicatı yolunda özünü bütün ruhi və maddi çətinliklərə hazırlamışdı. Digər peyğəmbərlər kimi bu yolda hər bir qəhrəmanlığa hazır idi. Buna görə də biz onun rəftarını adi insanların rəftarı ilə ölçə bilmərik. Səmavi, İlahi, dahi insanların işlərini öz işlərimizlə müqayisə edə bilmərik.

    Həqiqətən adi insanlardan bu qədər bəxşiş və səxavət çox təəccüblüdür. Bəlkə də adi insan bu qədər igidlik və mərdlik göstərə bilməz, amma İlahi insanlardan və peyğəmbərlərdən bundan başqası gözlənilmir. Necə ki, digər peyğəmbərlərin həyatında bu cür igidlik və fədakarlıqlar doludur.

    Buna əsasən bəzi rəvayət və hədislərdə belə yazılır ki, Xatəmul-ənbiya Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) buyurub: -”Əgər mən Yusifin yerinə olsaydım onlar üçün şərt qoyardım ki, məni buraxın mən də sizin yuxunuzu yozum.” Bu hədis heç bir etibara malik deyil. Bu hədisə uyğun heç bir mötəbər hədis yetişməmişdir. Daha hədisi başqa mə`naya yozmağa, təvil etməyə ehtiyac yoxdur. Əsla bu söz İlahi peyğəmbərlərin məqamı, xüsusilə Xatəmül-ənbiya Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm)-in üzma məqamı ilə heç bir uyğunluğu yoxdur. Bəzi alimlərin yazdığına əsasən burada ikisindən birini qəbul etməli, ya da peyğəmbəri öz məqamından endirməliyik. Biri budur ki, biz Yusifin rəftarını səhv bilək, halbuki, onun böyüklüyündən, mərdliyindən, yüksək idarəetmə qüdrətindən danışdıq. Ya da İslamın əziz peyğəmbərini tələsən, səbirsiz şəxs kimi bilək. Bu da onun uca məqamı, Məkkənin fəthində Əbu Süfyan kimi qaniçən düşmənlərə qarşı güzəştə getməsi, onun rəhminin dillər əzbəri olması ilə uyğun gəlmir.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  5. #25
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    ŞAHIN YUSİFLƏ GÖRÜŞMƏK İSTƏYİ

    Şahın göndərdiyi şəxs; həmin şərabpaylayan çox maraqlı yozmanı eşitcək, bundan əlavə Misir camatının qıtlıqdan qurtarmaq məsləhəti, uzaqgörənliyini bilcək tez özünü şahın sarayına yetirdi. Səbirsizliklə yuxunun yozmasını eşitmək istəyən şahın, saray işçilərinin və alimlərin hüzurunda Yusifin etdiyi yozmanı dəqiqliyi ilə danışdı.

    Şah və məclisdə olanlar diqqətlə şərabpaylayana qulaq asdılar və onun etdiyi çox maraqlı yozmaya təəccüb etdilər. Hamısı bu böyük, həkim, İlahi şəxsiyyətlə yaxından tanış olmaq istəyirdilər. Yavaş-yavaş belə fikrə daldılar ki, belə bir şəxsiyyət nəyə görə zindana düşmüşdür, hansı cinayətə görə onu həbs ediblər. Digər tərəfdən də şah heç bir alimin yoza bilmədiyi yuxunu bu cavan oğlanın yozduğunu görür. Bundan əlavə Misir camaatının acınacaqlı gələcəyindən xəbər verən bir yuxunu açıqladı. Amma elmsizlik üzündən onu qarmaqarışıq yuxulardan saydılar və yoza bilmədilər.

    Buna görə də alimlər tezliklə, yaxından bu şəxsi görmək istəyirdilər və onun hədsiz biliyindən və dövləti idarəetmə bacarığından istifadə etmək istəyirdilər.

    Ona görə də şahın; “Onu mənim yanıma gətirin!” –kimi əmr verməsinə səbəb oldu.

    Şahın elçisi (bəlkə də həmin şərabpaylayan idi) bu fərmanı çatdırmaq üçün zindana yollandı. Elə bilirdi ki, fərmanı çatdırmaqla Yusif ləngimədən zindandan çıxıb saraya gedəcək. Amma gözlədiyinin əksini gördü. Yusif fərmanın cavabında elçiyə belə dedi: -”Şahın yanına qayıdıb soruş ki, (Züleyxanın məclisində) əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!”

    Zindanda olanlar və şahın elçisi hadisəni başa düşdükdə Yusifin bu cür cavabına çox təəccüb etdilər. Bəlkə onun tezliklə zindandan xaric olmasına israr etdilər. Əlbəttə çox təəccüblüdür ki, illər boyu zindanda qalmış şəxs, azad olmaq üçün belə bir fürsəti asanlıqla əlindən buraxsın. Məmləkətin şahının görüşündən imtina etsin və öz günahsızlığını şahın və böyük şəxsiyyətlərin yanında sübuta yetirmək istəsin.

    Yenə də xatırlamaq lazımdır ki, bu fikirlər bizim kimi adi insanların fikirləridir. Amma Yusif İlahi bir peyğəmbər idi. Hər nə qədər özünün qaranlıq, çətin zindan həyatından nicat tapmağını arzulayırdısa, ondan çox abır-həyanın, şəxsiyyətinin, heysiyyətinin qorunub saxlanmasını istəyirdi. O, saraya daxil olanda ona cinayətkar kimi baxmasını istəmirdi və onun Misir qadınları ilə qeyri-şəri şəhvətbazlığı yadlarına düşsün. Bəlkə şaha və başqalarına onun paklıq üzündən cinayətə cəlb olunmasını bildirmək istəyirdi. Bu, çirkaba bulaşmış Misir qadınları idi ki, onu günaha sövq etdirmək istədilər. Amma o, təqva və qəhrəmanlıqla onların əllərini sinələrinə qaytardı və iffət, həya, pakizəlik yolundan kənara çıxmadı.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  6. #26
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    GÜZƏŞT, MƏRDLİK VƏ TOVHİDİN (YEGANƏPƏRƏSTLİYİN) TƏBLİĞİ

    Yusif özünün şaha göndərdiyi xəbərində, qadınlarla maraqlanmaq istəyində Züleyxadan heç bir ad çəkmədi. Halbuki, fitnənin əsasını təşkil edən, onu zindanda giriftar edən məhz Züleyxa idi. Amma o sair qadınları məsələyə cəlb etdi. Bu yenə onun mərdliyini bildirir. Çünki bu hadisədə illər boyu çörəyini yemiş Züleyxanın adını çəkmək istəmirdi. özünü paklığa çıxardıb onu rüsvay etmək istəmirdi. Bu mövzunu -Züleyxanın ondan qeyri-şəri kam almaq istəyini yenidən açıb ağartmaq istəmirdi. Buna görə də hadisənin bir tərəfinə işarə etdi. Elə həmin tərəf də onun günahsızlığını sübuta yetirirdi, artıq vəzirin övrətini ortaya salmağa ehtiyac duyulmurdu. Bu ayədən -”Həqiqətən Rəbbim onların məkr və hiylələrini biləndir!” başa düşülür ki, Yusif yenidən bu fürsətdən istifadə edib, Yeganə, gizli işlərə agah Allahın adını onların ən qorxulu siyasi-iqtisadi vəziyyətlərində xatırlayır. Özünün din və məzhəbindən onları xəbərdar etdi. Yəni O, böyük pərvərdigar, mən Onu öz Rəbbim bilirəm və O, mənim Rəbbimdir, qadınların hiylə və məkrini, əllərini kəsmələrinin səbəbini yaxşı bilir. Amma siz ki, belə bir Allaha iman gətirməmisiniz həqiqətin sizə əyan olmağı üçün hadisəni araşdırın!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  7. #27
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    ARAŞDIRMA

    Şahın elçisi qayıtdı və Yusifin sözlərini ona çatdırdı. Misirin padşahı yenicə belə ağıllı, müdrik, alim şəxsiyyətin zindanda olmasına agah olmuşdu. Yusifin göndərdiyi xəbərdən sonra onun zindana düşmə səbəblərini araşdırmağı qərara aldı. Bu səbəbdən də qeyd olunan qadınları çağırıb, hadisənin necə baş verdiyini onlardan soruşdu.

    Hadisənin ardında məlum olur ki, şah araşdırandan sonra Züleyxanı da məclisə dəvət etdi. Züleyxa da öz növbəsində, ya öz meyli ilə, ya da məcburiyyət üzündən məclisə gəldi və Yusifin paklığını etiraf etdi.

    Şahın və qadınların bu hadisə haqda Misir qadınlarından soruşduqları sual Qur`ani-Kərimin nəql etdiyi kimi belə bəyan olundu. Onlara dedilər: -”Yusifi tovlayıb yoldan çıxarmaq istəməkdə məqsədiniz nə idi?” Onlar belə cavab verdilər: -”Allah eləməsin! (Yusif bütün pisliklərdən pakdır.) Biz onun barəsində pis bir şey bilmirik!” Onu çirkinliyə, napaklığa dəvət edən biz idik. Amma o, iffət çərçivəsindən kənara çıxmadı. Vəzirin övrəti də həqiqəti gizlədə bilməyib dedi: -”Artıq indi həqiqət aydın oldu. (Mən də Yusifin iffət və paklığını etiraf edirəm. Doğrudan da onda heç bir əyriliyə yol yoxdur.) Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, (özünün günahsız zindana getmək haqda sözündə) şübhəsiz, doğru danışanlardandır!”

    Qur`anda Züleyxanın söhbətinin ardı daha iki ayədə davam edir. Amma müfəssirlər arasında ayənin Züleyxanın sözlərinin ardı, ya Yusifin zindandan sonra dediyi sözləri olmasına ixtilaf vardır. Biz əvvəl ayənin tərcüməsini deyəcək sonra isə iki tərəfin iddialarının isbatını vurğulayacağıq. O iki ayənin tərcüməsi belədir: -”Bu ona görədir ki, xəlvətdə mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin! Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”

    Birinci nəzəriyyə (ki, deyirlər Züleyxanın şahın qurduğu sual-cavab məclisindəki sözlərinin ardıdır) görə bu sözlər vəzirin övrətinin sözlərinə birləşir. Çünki mə`na qurluşunu bir-birinə vurub sözü Yusifə aid etməyin heç bir mə`nası yoxdur. Belə olduqda orada qabaqkı mə`nası sonrakı mə`naya qoşmaq üçün başqa bir cümlə təqdirdə əlavə etmək lazımdır. Təqdirdə əlavə edilən cümlə belə olmalıdır: -”Məsələni (şahın onu saray çağırmasını) Yusifə dedikdə Yusif öz əməlinin şaha göndərdiyi xəbərdə belə təsvir edir ki, mən bu işdən vəzirin ona xəlvətdə xəyanət etməməyimi bilməsi üçün imtina etməmişəm...” Xeyir, elə bu iki ayəni Züleyxanın sözlərinin ardı hesab edirik, onda heç bir əlavəyə ehtiyac duyulmur.

    Amma ikinci nəzəriyyə ki, bu iki ayəni Yusifin sözləri bilirlər və Züleyxanın sözləri ilə heç bir münasibət görmürlər bir neçə dəlilə istinad edirlər.

    Orada ki, deyilir: -”Artıq indi həqiqət aşkar oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim”. O, öz günahını, xəyanət etməsini etiraf edir. Artıq ardınca belə deməyə: “Bu ona görədir ki, xəlvətdə mənim ona xəyanət etmədiyimi bilsin” heç bir ehtiyac qalmır. Çünki əgər “ona” sözündən məqsəd əri (vəzir) olsa, iki cümlə və ayə arasında ziddiyyət əmələ gəlir. Çünki əvvəldə öz xəyanətdən uzaq olduğunu bildirir. Yox əgər məqsədi Yusif olsa, yenə onu da xain və cinayətkar hesab edir və zindana salır.
    Bildiyiniz kimi Züleyxa kinli, şəhvətbaz, hamısından üstün bütpərəst idi. Belə bir qadın necə İlahi maarifi, tövhidə malik uca mə`nanı yetirən və təqva, yeganə Allaha təqvasını izhar edən sözləri qəbul etsin, halbuki o, yeganə Alahı tanımırdı! “Həqiqətən, Allah xainlərin məkrini məqsədlərinə çatdırmaq” ya da “Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla... Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!” kimi sözləri dilinə cari etsin.
    Hər iki tərəfin deyilən sözləri, ayələrdə olan cinayətlələrə bərabər ikinci nəzəriyyənin həqiqətə uyğun olması, bəzi Misirli və qeyri-Misirli yazıçılarının yazdıqları kitablara, onların birinci nəzəriyyədə israr etmələrinə, ikinci nəzəriyyənin mümkün olmadığını bildirdiklərinə baxmayaraq, nəzərə çarpır.

    Hər halda birinci nəzəriyyəyə görə ayənin mə`nası qısa izahla desək belə olur: Züleyxa Misir şahının və başqalarının hüzurunda ayağa qalxıb dedi: -”Mənim, Yusifin mənə xəyanət etməməsini və özümün ondan kam almaq istədiyimi iki səbəbə görə etiraf edirəm. Birincisi budur ki, mən hələ də ona qarşı məhəbbətimə sədaqətliyəm və onun olmadığı halda ona xəyanət etmərəm, onun düzdanışanlığını, paklığını etiraf edirəm. İkincisi isə budur ki, mən bu neçə il ərzində xaincəsinə Yusifi öz ərimin yanında cinayətkar tanımaq üçün planlar çəkdim. Elə bu səbəbdən də onu zindana saldırdım. İndi isə işlərimin əks təsir göstərdiyini görərək və bütün işlər mənim zərərimlə başa çatdı. Allah taala vəziyyəti elə qurdu ki, hər iş Yusifin xeyri və mənim rüsvayçılığımla sona çatdı. Buradan Allahın xainlərin planını məqsədinə çatdırmamağını bildim. Ən yaxşısı həqiqəti etiraf etməkdir. Bu işi etiraf etməyimin səbəbi insanın üsyankar nəfsinin, Allahın istisna etdiyi şəxslərdən başqa pisliyə sövq etməsidir. Allahın rəhmi olmasa insan üsyankar nəfsin istəkləri qarşısında müqavimət göstərə bilməz. Məni bu çirkin işə məcbur edən elə həmin tüğyan edən nəfs idi. Amma Allahın məni bağışlamasına ümidim var. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir!”

    Amma ikinci nəzəriyyəyə əsasən ayənin mə`nası aydındır, heç bir izaha ehtiyac duyulmur. Ayələrdən ən münasibi Yusifin sözləri olmaqdır. Çünki alim İlahi maarifin Züleyxa kimi şəxsdən ifadə olunması çox uzaq nəzərə çarpır. Misir qadınlarının etirafı şah və başqaları üçün şübhə yeri qoymadı. Heç bir günahı olmadan zindana düşməsi orada illər boyu əzab-əziyyət çəkməsi aşkar oldu. Halbuki sarayda yaşadığı müddətdə heç bir kiçik belə pisliyin ondan baş verməməsi görünürdü. Bəlkə saray əhli, vəzirin sevimli övrəti və digər zadəgan qadınlar idi ki, iffət, təqva əhli olan İlahi insandan kam almaq planını çəkmiş və məğlub olmuşdular. Ya da Züleyxanın biqeyrət əri idi ki, övrətinin başqa kişi ilə əlaqəsini bilməsinə baxmayaraq ona gözünün üstündə qaşın var belə demədi. Ona dediyi: -”Günahının bağışlanmasını istə!” kiçik cümlə ilə hadisəyə göz yumdu. Günahsız şəxsi cinayətkar kimi zindana saldı.

    Bu hadisənin həqiqətin açıqlanması şah və başqalarına Yusifi görmək istəyi neçə bərabər artdısa, bir o qədər vəzir və onun övrəti onların gözlərindən düşdü. Öz mövqeyyətini ləkələdi. Bu da onun öz vəzirlik taxtından əzl olmasına səbəb oldu. Gələcək səhifələrdə Yusifin onun yerinə təyin olunmasının görəcəksiniz. Beləliklə zindanda illər boyu əzab-əziyyət çəkən Yusif Misirin vəziri olur.

    ŞAHIN YUSİFLƏ YENİDƏN GÖRÜŞMƏK İSTƏYİ

    Deyildiyi kimi Yusifin göndərdiyi xəbər Misir şahının Misir qadınlarının və vəzirinin övrətinin hadisəsini araşdırmağa səbəb olur. Bu araşdırma onun Yusiflə görüşmək istəyini daha da artırır və onu öz xüsusi məsləhətçisi, sirr yoldaşı seçməyi qərara alır. Dövlətin idarəetmə işində onun ağıl və dərrakəsindən istifadə etmək istəyirdi. Buna görə də elçisini ikinci dəfə də zindana Yusifin ardınca yollayır. Şahın əmrinin mətni Qur`ani-Kərimdə belə gəlmişdir: -”Padşah dedi: -”(Yusifi) yanıma gətirin! Onu özümə ən yaxın (adam) edəcəyəm”. Sonra (padşah) onunla söhbət etdikdə: -”Sən bu gün (bu gündən) yanımızda mövqe sahibisən, etibarlı bir şəxssən! –dedi”.

    Padşah onu görməmiş dövlətin ən böyük vəzifələrindən birini ona verir. O, onun elm və bilik cəhətdən yüksək olmağı ilə bərabər onun iffətli, təqvalı, sədaqətli olduğunu da yaxşı başa düşmüşdü. Çünki onun nəfsini nəfsani meyllərə qarşı cilovlaması fövqəladə idi, bəlkə də bəşər qüdrətindən xaric bir şey idi, bəlkə də bəşər qüdrətindən xaric bir şey idi. Bunu da başa düşdü ki, hadisənin qəhrəmanı çox şərəfli və yüksək himmətə malik bir insandır. O, öz şərəfini, abır-həyasını hər şeydən üstün tutur.

    Az tapılan və nadir insanlardandır. Digərləri kimi vəzifəyə keçmək üçün min cür cildə girib, ona-buna yaltaqlanıb, şahla görüşmək istəmir. O, şahın sarayına gedib, onunla görüşməyi özünə fəxr hesab etmir. Elə deyil ki, şahın görüş istəyilə hər şeyi kənara qoyub yaddan çıxartsın. Xülasə, bu cavan elə şahın istədiyi adamdır. Hər vəzifəni istəsə hər bir cəhətdən ona layiqdir. Başqaları kimi ləyaqəti olmadan vəzifə və məqam vurğunu olanlardan deyil.

    Yenidən elçi zindana gəldi. Yusifin yanına gedib əmrini ona çatdırdı. Misir qadınları haqda araşdırmanı da ona dedi. O Yusifi qadınların, xüsusilə vəzirin övrətinin onun paklığına şəhadət vermələrindən agah etdi.

    Yusif artıq zindanda qalmağa heç bir səbəb görmürdü. Buna görə də müqəddəs tovhid məramını daha çox Misir kimi böyük dövlətdə qüdrət və nüfuzla təbliğ etmək üçün əlinə fürsət düşdü. Misir padşahından aldığı ixtiyarlarla maddi imkan cəhətindən də camaatı asanlıqla aclıqdan və fəlakətdən qurtarıb, xalqa böyük xidmət göstərmiş olurdu. Artıq padşahın elçisini naümid qaytarmağa heç bir dəlil görmürdü. Ona cavab verməyərək öz razılığını bildirdi. Elçi ilə birlikdə dövlət sarayına tərəf yollandı.

    Padşah, saray böyükləri və yuxu alimləri hamısı səbirsizliklə gözlərini qapıya dikmişdilər. Bu xariqül-adə, asimani, adsız alimlə görüşmək üçün dəqiqələri sayırdılar. Birdən padşahın elçisi saraya daxil oldu. Padşaha təzim etdikdən sonra Yusifin saraya daxil olduğunu xəbər verdi. Sonra Yusif (deyilənə görə onda otuz yaşı var idi) məclisə daxil oldu.

    Padşah onu öz yanında oturtdu. Onunla söhbətə girişdi. Padşah onların arasında gedən hər söz-söhbətdən qəlbindən ona qarşı daha çox məhəbbət yaranırdı. Padşah elə bu qısa söhbətdən başa düşdü ki, o onun fikirləşdiyindən də uca və alimdir. Onun elmi, ağlı, idarəetməsi, həmçinin imanlı, təqvalı, əmanətcil və pak bir şəxsiyyət olması adi insanlardan üstündür. Buna görə də hədsiz dərəcədə onun kamil xüsusiyyətlərinin vurğunu oldu. O, həddə kimi ki, vaxt tələf etmədən, məsləhət görmədən, fikirləşmədən üzünü ona tutub dedi: -”Sən bu gündən yanımızda mövqe sahibisən, əmanətcil bir şəxssən!” Ürəyin nə istəsə edə bilərsən, hansı vəzifəni istəsən, sənə verərəm.

    Yusif (ə) dövlətin bütün vəzifəsi içindən Misir dövlətinin xəzinadarlığını öhdəsinə götürdü. Yusifin seçimindən açıq-aşkar başa düşülürdü ki, məqsədi cah-camala, şan-şöhrətə çatmaq deyil, bəziləri Yusifin bu əməlinə irad tutmaq istəyiblər və bunu öz kitablarında gətiriblər. Cavabı isə açıq-aşkar məlumdur. Yusifin bu vəzifəni seçimi ancaq məhsulun biçin-yığınına, ixracatına, anbarlara yığılmasına birbaşa nəzarət etməsi idi. Çünki onun məqsədi yeddi il bolluqda camaatın ehtiyacından artığını əgər-əksiksiz anbarlara yığıb və adətən belə dövlət quruluşlarında olan israfçılığın qabağını almaq idi. Köməksiz Misir camaatı qıtlıq illərindən, fəlakətdən qoruyub saxlamaq və minyonlarla camaatın canını xilas etmək istəyirdi. Bundan əlavə müqəddəs tovhid məramının irəlləyişi üçün ən yaxşı vasitə hesab olunurdu. Yusif onun mənəviyyatı ilə zidd olan məqam, vəzifə, rəyasət, ləzzət və keyf dalınca deyildi.

    Buna görə də rəvayətlərdə gəlmişdir ki, bütün qıtlıq illərində Yusuf qarnını doydurmadı, doyunca yemək yemədi. Ondan səbəbini soruşduqda, halbuki Misir boyda böyük dövlətin xəzinələri ixtiyarında idi, “Nəyə görə aclıq çəkirsən” -cavabında dedi: -”Qorxuram, əgər özümü doydursam, acları yaddan çıxardaram”.

    İndi isə fərqi yoxdur, vəzifəyə təyin edən şəxs allahpərəst və yeganəpərəst olsun, ya kafir və bütpərəst, əsas qəbul edəndir ki, böyük İlahi peğəmbərlərdən (ya İmamlardan və övliyalardan) biridir.

    Buna əsasən hədisdə gəlmişdir ki, bir kişi səkkizinci İmam Həzrət Əli İbni Musa Rza (ələyhis-salama)-a irad tutaraq dedi: -”Siz necə oldu ki, Məmunun vəliəhd olmasını qəbul etdiniz?!” İmam cavabında buyurdu: -”Peyğəmbər böyükdür, yoxsa onun vəsisi (canişini)? Kişi dedi: -”Əlbəttə, peyğəmbər”. Buyurdu: -”Müsəlman üstündür, yoxsa müşrik?” Kişi dedi: -”Bəlkə də müsəlman!” İmam belə buyurdu: -”Misir padşahı müşrik bir şəxs idi, Yusif isə peyğəmbər, Məmun müsəlman idi, mən isə peyğəmbərin vəsisi, canişiniyəm. Yusif özü padşahdan vəzifə istəyib dedi: -”Məni bu yerin xəzinədarı et! Mən qoruyanam, bilənəm”. Amma Məmun məni öz vəliəhdliyini qəbul etməyə məcbur etdi!”

    Hər halda zahirən mə`naları İlahi insanlar tərəfindən qəbul etməsi onların şən və ruhani, İlahi məqamları ilə heç bir ziddiyyəti yoxdur. Heç bir irada yer yoxdur.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  8. #28
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    QURANDAN BAŞQA BİR İBRƏTLİ DƏRS

    Öncə işarə etdiyimiz kimi Qur`anın belə hadisə və dastanları gətirməkdən məqsədi fikirləri tərbiyələndirmək, insanları Allaha, məbdə və məada, nəfsin paklığına və insanların kamilliyinə diqqət yetirmələri üçündür. Belə dastanlar tərbiyələndirici və öyrədici xüsusiyyətə malikdir. Hər yerdə münasib olduqda bu müqəddəs hədəfi izləyir və xatırlayır. İnsanlara faydalı məsləhətlər verir. Yusif dastanın bu yerində də Yusifin zindandan azad olub ən uca zahiri məqamlardan birinə yetişməsi, şahın etibar və dostluğunu qazandığını zikr etdikdən sonra çox ali bir nəticə alaraq insanlara ibrətli dərs verir və belə buyurur: -”Beləliklə, Yusifi o yerdə ixtiyar sahibi etdik. O, istədiyini edirdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik. İman gətirib pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir”.

    Qur`ani-Kərim burada iki həqiqəti vurğulayır. Biri müvəqqəti dünyanın yaşayışına, digəri isə axirət, həmişəlik həyata aiddir.

    Bu dünyaya aid olan; Asimani kitab, İlahi peyğəmbərlərdən birinin başına gələnləri aydın nümunə olaraq öz tərəfdarlarına ibrətli dərs verir. Bildirmək istəyir ki, insanların ucalığı, izzəti və ya alçaqlığı qüdrətsiz bəndələrin, onun-bunun ixtiyarında deyil ki, kimi istəsələr öz əzizləri, kimi istəməsələr həva-həvəs üzündən xar etsinlər. Bəlkə izzəti verən və alan da Allahdır. Allah kimi istəsə ucaldar və kimi istəsə alçaldar.

    Əlbəttə Allah taala da heç bir səbəb, dəlil və sübut olmadan heç kimə bir şey vermir. Necə ki, səbəbsiz və illətsiz heç nəyi almır. Bəlkə insanların özlərinin yaxşılığı nemətlərin, məqamların yetişməsinə əsas səbəb olur. Əksinə olaraq insanın özünün pisliyi, nemət qapılarının bağlanmasına səbəb olur. Allah taalanın Yusifə bu əzəmət və izzətin verməyinin səbəbi, vəzirin övrətinə və sonradan Misirə gəlib onu tanıyan qardaşlarına bu müqəddəs həqiqəti, yəni izzət və alçaqlığın ancaq Allahın iznilə olmasını çatdırmaq idi. Onlar hər nə qədər Yusifi alçaltmaq istədilər, Allah onu bir o qədər qaldırdı. Qardaşlar qoca atanın ona qarşı olan hədsiz əlaqə və rəğbətinə görə ona həsəd aparırdı. Ona Yəqubun kiçik evini, vəzirin sarayının xadimliyini çox bildilər. Amma Allah taala bütün Misir dövlətinin hökmdarlığını ona bağışladı. Onun əzəmət və məhəbbətini minyonlarla insanın qəlbinə saldı. Halbuki müxtəlif iclaslar quraraq onu cürbəcür yollarla əzəmətdən, qüdrətdən salmaq planlarını cızdılar. Amma Allah onu hər cür bəladan saxladı, çünki bu qüdrəti ona səbəbsiz verməmişdi. Yusifin əleyhinə olan planlar ona əzəmət və qüdrət gətirdi.

    Bütün bu əzəmət və qüdrətlərin səbəbi Yusifin bəndəçilik dairəsindən çıxmaması, İlahi təqva və xeyir əməllə hər yerdə İlahi nemətlərin qəbulu üçün ləyaqətini göstərməsi idi. Allah da illət və dəlilsiz heç kimə məqam və vəzifə vermir.

    Bu qanun təkcə Yusifə aid deyil, bəlkə bütün insanlar bu qanuna tabedirlər. Yusifin dastanı bu həqiqət və qanuna bir nümunədir. Deyildiyi kimi bütün peyğəmbərliklər və bəxşişlər nəzm-intizam üzrə verilir. Allahın hökmranlığında ədalətsizlik, qayda-qanunsuzluq və intizamsızlıq hökm sürmür. Bu hissə, müvəqqəti həyata aid olan hissə və Allahın qeyd etdiyi birinci həqiqət idi.

    Amma bundan mühüm başqa həqiqətdir. O, ikinci ayədədir. Orada gələcək həyatı, axirət aləmini xatırladır. İmanlı, təqvalı insanlar bilsinlər ki, axirət aləmi onları qəbul etməyə onları mükafatlandırmağa hazırdır. O dünya bu dünyadan daha yaxşıdır. Bəlkə bu dünyanın nemətlərini o dünyanın savabı ilə müqayisə etməli deyil. Çünki bu dünyanın nemətləri hər nə qədər çox olsa belə daimi və əbədi deyil. Bir müddətdən sonra solub zavala uğrayır. Bundan əlavə nə qədər əzab-əziyyətlə ələ gəlir. Heç bir izzət, əzab-əziyyətsiz hasil olmur. Bunun əksi olaraq axirət aləminin nemətləri bütün əzab-əziyyətdən xalidir.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  9. #29
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    YUSİFİN MİSİRDƏ ƏZƏMƏTİ

    Təbərsi öz təfsirində “Kitabün-nübuvvəh” kitabından İmam Rza (ə)-dan belə buyurduğunu nəql edir: -”Yusif (xəzinədar olduqdan sonra) azuqə və taxıl yığımına başladı. Yeddi il bolluq illərində anbarı doldurdu. Qıtlıq illəri başladıqda taxılı satmağa başladı. Birinci ili camaat bütün dirhəm və dinarlarını (bütün nəqd pullarını) Yusifə verib əvəzinə taxıl aldılar. O vaxta qədər ki, artıq Misir və ətraf yerlərində dinar-dirhəm qalmadı. Bütün hamısı Yusifin mülkiyyətinə keçmişdi. İkinci il öz ləl-cəvahirat və qızıllarını gətirib taxıl aldılar. O qədər ki, daha qızılları, zinət əşyaları qalmadı. Hamılıqla Yusifin əlinə keçdi. Üçüncü il bütün heyvanlarını verib yerinə taxıl aldılar. Artıq Misirdə heyvanat qalmamışdı. Dördüncü il bütün kəniz və qullarını Yusifə satıb yerinə taxıl aldılar. Artıq Misirdə qul və kəniz qalmamışdı. Beşinci il öz ev və mülklərini satıb əvəzinə taxıl aldılar. Artıq Misir və onun ətraf yerlərində ev və bağ qalmamışdı, hamısı Yusifin olmuşdu. Altıncı il öz əkin sahələrini və su anbarlarını Yusifə verib taxıl aldılar. Artıq sahə və su anbarları qalmamış, hamısı Yusifin olmuşdu. Yeddinci il özlərini satıb yerinə taxıl və yemək aldılar. Artıq Misirdə azad adam qalmamışdı, hamısı qula çevrilib Yusifin mülkü olmuşdu. Beləliklə camaatın nəyi var idi, Yusifin ixtiyarına keçmişdi. Camaat dedilər: -”Hələ tarix boyu görməmişdik ki, Allah taala padşaha belə mülkü inayət eləsin və belə elm, hikmət və müdiriyyət birinə vermiş ola!!!”

    Bu zaman Yusif Misir padşahına dedi: -”Allah tərəfindən mənə verilən bu qədər nemət, qüdrət haqqında fikrin nədir?” Bu barədə öz fikrini söylə! Mənim camaatın xeyir və məsləhətindən başqa fikrim yoxdur. Onları bəladan qurtardım, özüm onlara bəla oldum. Allah öz lütfü ilə onları mənim əlimlə nicat verdi!”

    Padşah dedi: -”Hər nə məsləhət görürsən elə! Məsləhət sənindir!”

    Yusif buyurdu: -”Mən Allahı şahid gətirirəm, sən də şahid ol ki, mən bütün Misir camaatını azad edirəm, onların mallarını, qul və kənizlərini özlərinə qaytarıram. Səni də padşahlığını özünə tapşırıram. Bir şərtlə ki, camaatla mən rəftar elədiyim kimi rəftar elə! Mənim hökm etdiyim kimi hökm et!”

    Padşah dedi: -”Sənin üsulunla rəftar etmək mənim fəxr və ucalığım deməkdir. Sən olmasaydın mən bu bəlanın öhdəsindən gələ bilməzdim. Bütün səltənət, izzət, ucalıq sənin bərəkətindən ələ gəlmişdir. İndi şəhadət verirəm ki, Yeganə Allahdan başqa bir Allah yoxdur, şəriksizdir və sən onun elçisi, peyğəmbərisən. Səni təyin etdiyim vəzifədə qal. Sən bizim yanımızda mövqe, ixtiyar sahibi, etibarlı, əmanətcil şəxssən!”
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  10. #30
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    YUSİFİN QARDAŞLARI MİSİRDƏ

    Bolluq illəri sona çatdı. Öndə yeddi il qıtlıq, aclıq illəri gəlirdi. Bu çətinlik Misirin ətraf şəhərlərinə də yayılırdı. Şam ətrafı şəhərlər, hətta Fələstin dövləti də qıtlığa düçar oldu. Taxıl əldə etmək üçün camaat özlərini oda-suya vururdular. Misir dövlətində fərqli olaraq Yəqub peyğəmbərin müdrik oğlu Yusif peyğəmbər xəzinədarlıq edirdi. O, yeddi il bolluqda qabaqgörənlik etmiş, anbarları taxılla doldurmuşdur. Misir camaatı Yusifin bərəkətindən taxılları var idi. Qonşu şəhərlərin isə belə hazırlıqları yox idi. Onlar ölümlə üzbəüz idilər.

    Çətinliyə düşən qonşu şəhərlərdən biri də Kənan idi. Yəqubun ailəsi də oranın kəndində yaşayırdılar. Təbərsi “Məcməul-bəyan”da Şeyx Səduq isə “Əmali”də nəql edir ki, Həzrət Yəqub öz övladlarını yığıb onlara dedi: -”Eşitmişəm Misirdə taxıl, yemək satırlar. Onu satan şəxs çox pak, saleh insandır. Siz onun yanına gedin! İnşaallah sizə də ehsan verər.

    Yəqubun övladları taxıl almaq üçün bir az pul yığdılar. Heyvanları yükləyib Misirə yollandılar. Amma taxıl satanın qardaşları Yusif olduğunu bilmirdilər. İllər öncə həsəd üzündən onu quyuya atmışdılar. Onun başına gələnlərdən heç bir xəbərləri yox idi. Onun hansı aqibətlə üzləşdiyini bilmirdilər. Hal-hazırda isə o, Misir boyda nəhəng dövlətin xəzinədarıdır. Dövlətin bütün anbarları onun ixtiyarındadır.

    Yəqub oğlanlarından tək Beyamini (Yusifin anadan bir olan qardaşını) öz yanında saxladı. Yəqub əldən düşmüş qoca kişi idi. Benyamin hamıdan kiçiyi idi. Onu özünə kömək və evdəki işləri görmək üçün saxlamışdı. Bəlkə başqa səbəbi də var idi. Yusif itdikdən sonra ürəyi dağlanmış, kədər bürümüş qoca ürəyinə Benyamini görməklə təskinlik verirdi. Mümkün qədər onu yanında saxlayırdı.

    Yəqubun on oğlu Misirə tərəf yollandı. Taxıl əldə etmək üçün sürətlə Misirə doğru irəlilədilər. Tezliklə taxıl, ərzaq alıb evə qayıtmaq və öz ailələrini çətinlikdən qurtarmaq istəyirdilər.

    Deyilənə görə Yusif peyğəmbər alverin düzgün yerinə yetrilməsi, tacirlərin bundan sui-istifadə etmələri, dövlət məmurlarının satışda ədalətlə rəftar etmələri üçün xüsusi proqram hazırlamışdı. Proqramda dəqiq satış üçün göstərişlər verilmişdir. Bütün alıcıların adları gündəlik olaraq dəftərdə yazılırdı. Günün axırında Yusif özü dəftəri nəzərdən keçirirdi. Xüsusilə xaricdən gələn alıcıları yaxşı-yaxşı yoxlayırdı. Çünki xarici tacirlər və sahibkarlar düşmənçilik və ya ticarət məqsədilə dövlətin taxılını pula alıb dövlətlərinə daşımasınlar. Buna görə də proqramda xaricdən gələn şəxslərdən sual-cavab olunurdu.

    Günlərin bir günü məmurlar Kənandan olan on qardaşın adını yazıb Yusifə mə`ruzə etdilər. Yusif qardaşlarının adını eşitcək yerindən diksindi. Diqqətlə adlara nəzər saldı. Sonra onları hüzura gətirməyi əmr etdi.

    Heç kəs bu ihzarın səbəbini bilmirdi. özləri də bilmirdilər ki, niyə çağırılıblar. Bəlkə hər biri öz aləmində bir fikrə gəlmişdilər. Amma ağıllarına belə gətirmirdilər ki, indi dövlətin ən böyük vəzifələrindən birini daşıyan onların qardaşları Yusifdir.

    Quanda deyilir ki, qardaşlar Yusifin hüzuruna getdilər. Yusif onları tanıdı, amma onlar Yusifi tanımadılar. Səbəbi məlum idi. Yusif əvvəlcədən onların adlarını, xüsusiyyətlərini bilirdi. Amma onlar Yusifi otuz ildən artıq idi görməmişdilər. İbni Abbasın yazdığına əsasən onu quyuya salan gündən taxıl almağa gələn günə kimi bütöv qırx il keçmişdi. Yusifin uşaqlığını görmüşdülər. İndi isə uşaqlıq illəri ilə tamamilə fərqlənən əlli yaşlı kişini görürdülər.

    Yusif özünü tanıtdırmadan sual verməyə başladı. O, atalarının, ailələrinin, özlərilə gətirmədikləri qardaşları Benyamin haqda soruşdu. Həmçinin quyuya atdıqları qardaşları haqda da soruşdu. Onların yaxşı yerdə saxlamalarını, yaxşı qulluq etməsinə və ölçüdə tam vermələrini əmr etdi.

    Bəli, İlahi insanların yolu belədir. Qüdrətə, vəzifəyə yetişəndə keçmişi unudar, heç kəsin kin-küdurətini qəlbində saxlamazlar. Düşmənlərdən intiqam almaq fikrinə düşməzlər, onların əzab-əziyyətlərinə ehsanla cavab verərlər. Bağışlamağı özlərinə peşə seçərlər. Digər İlahi peyğəmbərlərin həyatında da belə ülgülərə tez-tez rast gəlmək olar. İslamın böyük peyğəmbərləri Həzrət Məhəmməd (s) Məkkəni fəth edən gün, ona iyirmi il ərzində əzab-əziyyət, təhqir edənləri, sülh müqaviləsini dəfələrlə pozan düşmənlərinin hamısını bağışladı. Bir cümlə ilə “İzhəbu fəəntumut-tuləqa” (Gedin! Hamınız azadsınız) deməklə hamısını vəhşət və iztirabdan qurtardı.

    Onları öz şəhərlərinə yola salan zaman onlara dedi ki, gələn səfər Misirə gələndə o biri qardaşınızı da gətirin, mən onunla da görüşmək istəyirəm. Misir xəzinədarı bu məsələni nə qədər ciddi tutduğunu bildirmək üçün bir cümləni həvəsləndirmək, birini isə qorxutmaq üçün belə dedi: -”... Məgər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?! Əgər onu yanıma gətirməsəniz, məndən bir qab belə ərzaq gözləməyin və mənə də yaxınlaşmayın!”

    Yəqubun övladları atalarının çox çətinliklə bu işə razılaşdığını, Benyamini asanlıqla özündən uzaq görmədiyini yaxşı bilirdilər. Bir az fikirləşib buna əməl edəcəklərinə söz verib, belə izah etdilər: -”Ondan ötrü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, bunu edərik”.

    Yusifin onlarla söhbəti sona çatdı. Yusifin qardaşları ki, onu tanımadılar, öz yüklərini almaq üçün anbarlara yollandılar. Yusif də onların yenidən Misirə gəlmələri üçün öz məmurlarına əmr etdi ki, taxıl almaq üçün gətirdikləri malları da (deyilənə görə bir az sumağ idi) yüklərinin içərisinə qoysunlar. Çünki Kənana çatıb, yüklərini açıb, öz mallarını da orada görsələr həvəslənib mütləq Misirə qayıdacaqlar.

    Bəziləri deyir ki, Yusif bu işi öz qardaşlarından gəlir almağı özünə alçaqlaq bildiyi üçün etdi. Çünki belə acınacaqlı gündə öz ailəsindən gəlir əldə etmək düz olmazdı. Bu səbəbdən gətirdikləri malları yüklərinə qoymağı əmr etdi.

    Üçüncü fərziyyədə isə belə deyirlir ki, Yusif bu işi ancaq onların yenidən qayıtmaları üçün etdi. Çünki bilirdi onların dindarlığı və əmanətçiliyi səbəb olacaq onlar Kənana çatcaq öz mallarını yüklərində görcək onu qaytarmaq üçün yenidən Misirə qayıdacaqlar. Çünki Misirin xəzinədarının bu işi gördüyünü, məmurlara belə göstəriş verdiyini bilmirdilər.

    Başqa bir səbəb də qeyd ediblər; Yusif qorxurdu ki, məbada onların daha taxıl almaq üçün heç nələri olmasın. Buna görə mallarını yüklərinə qoymağı məmurlara əmr edir ki, onlar bir daha Misirə qayıtsınlar.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Sayfa 3/5 İlkİlk 12345 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.