1 sonuçtan 1 ile 1 arası
-
02-05-2008, 03:46 AM #1Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Mesajlar
- 342
Azərbaycanın Dövlət Neft Şirkəti yüngül mənfəət neftinin satışından $2 mlrd. – dan çox gəlir əldə edib
Azərbaycanın Dövlət Neft Şirkəti yüngül mənfəət neftinin satışından $2 mlrd. – dan çox gəlir əldə edib
Azərbaycan, Bakı, 02 fevral / «TrendCapital» / 1999- cu ildən «Azəri-Çıraq-Günəşli» yatağından hasil edilən mənfəət neftinin satışından Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) $2 mlrd.-dan çoxgəlir əldə edib,- ARDNŞ- nin prezidenti Rövnəq Abdullayev rəsmi mətbuat konfransında deyib.
Ötən il Şirkətin konsorsiumu tərəfindən işlədilən «Azəri-Çıraq-Günəşli» yatağından 32 mln. tondan çox neft hasil edilib. Bu göstərici 2006- cı ildə 23 mln. tona bərabər olub.
«Azəri-Çıraq- Günəşli» yatağından hasil olunan neftin pay bölgüsü barədə müqavilənin tərəfdaşları aşağıdakılardır: BP (operator- 34,1%), ChevronTexaco (10, 2814%), ARDNŞ (10%), İNPEX (10%), Statoil (8, 5633%), ExxonMobi (8,006%), TRAO (6,75%), Devon Energy (5,6262%), İtochu (3,9205%), Delta Hess (2,7213). Gərəkli kapital yatırımının həcmi – təxminən $20 mlrd. təşkil edir.
«Azəri – Çıraq - Günəşli» yatağından hasilatın pay bölgüsü barədə razılıq 1994- cü ildə imzalanıb. Müqavilə «Azəri»- «Çıraq»- «Günəşli» müqavilə sahəsinin 30 ilə ərzində işlənməsini nəzərdə tutur. «Çıraq» yatağında hasilat 1997-ci ildə, «Mərkəzi Azəri»də 2005-ci ilin əvvəlində, «Qərbi Azəri»də 2006-cı ilin əvvəlində, «Şərqi Azəri»də isə, 2006-cı ilin sonunda başlanıb. «Günəşli» yatağının dərin su hissələrində hasilata bu ilin ortalarında başlanması nəzərdə tutulur."Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri