Azərbaycanın Dövlət Neft Şirkəti yüngül mənfəət neftinin satışından $2 mlrd. – dan çox gəlir əldə edib


Azərbaycan, Bakı, 02 fevral / «TrendCapital» / 1999- cu ildən «Azəri-Çıraq-Günəşli» yatağından hasil edilən mənfəət neftinin satışından Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) $2 mlrd.-dan çoxgəlir əldə edib,- ARDNŞ- nin prezidenti Rövnəq Abdullayev rəsmi mətbuat konfransında deyib.

Ötən il Şirkətin konsorsiumu tərəfindən işlədilən «Azəri-Çıraq-Günəşli» yatağından 32 mln. tondan çox neft hasil edilib. Bu göstərici 2006- cı ildə 23 mln. tona bərabər olub.

«Azəri-Çıraq- Günəşli» yatağından hasil olunan neftin pay bölgüsü barədə müqavilənin tərəfdaşları aşağıdakılardır: BP (operator- 34,1%), ChevronTexaco (10, 2814%), ARDNŞ (10%), İNPEX (10%), Statoil (8, 5633%), ExxonMobi (8,006%), TRAO (6,75%), Devon Energy (5,6262%), İtochu (3,9205%), Delta Hess (2,7213). Gərəkli kapital yatırımının həcmi – təxminən $20 mlrd. təşkil edir.

«Azəri – Çıraq - Günəşli» yatağından hasilatın pay bölgüsü barədə razılıq 1994- cü ildə imzalanıb. Müqavilə «Azəri»- «Çıraq»- «Günəşli» müqavilə sahəsinin 30 ilə ərzində işlənməsini nəzərdə tutur. «Çıraq» yatağında hasilat 1997-ci ildə, «Mərkəzi Azəri»də 2005-ci ilin əvvəlində, «Qərbi Azəri»də 2006-cı ilin əvvəlində, «Şərqi Azəri»də isə, 2006-cı ilin sonunda başlanıb. «Günəşli» yatağının dərin su hissələrində hasilata bu ilin ortalarında başlanması nəzərdə tutulur.