Azərbaycan yeni neft tankeri alır
Azərbaycan, Bakı, 15 yanvar/ «TrendCapital» / Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) Rusiyanın Krasnoe Sormovo (Nijni Novqorod) gəmiqayırma zavodu ilə dedveyti 13 min ton (layihə 19619) olan tankerin inşası haqqında müqavilə imzalayıb. Bu barədə müəssisənin məlumatında xəbər verilir.

Tanker 2008-ci ilin oktyabrında təhvil veriləcək. 19619 layihəli tanker çay-dəniz sinfinə aiddir, 12 yük və 1 durulducu tankla təchiz edilib, ikiqat bortlarda və ikiqat dibində ballast bölməsi var. Onun uzunluğu 150 m, eni- 17,30 m, bortunun hündürlüyü- 10,5 m, dedveyti-13 min tondan çoxdur. Onun dedveyti təchiz edilmiş liman terminalları olmadan Xəzər dənizində sərbəst istismar edilə biləcək gəmi üçün maksimaldır. Gəmi səfərinin avtonomluğu 20 sutkadır.

ADXDG ilə birinci tankerlər üçün müqavilə 2002-ci ildə imzalanıb. 2006-cı ilə «Prezident Heydər Əliyev», «Babək», «Şah İsmayıl Xətai», «Koroğlu», «Dədə Qorqud» sifarişçiyə verilib. Hazırda onlar Xəzər dənizində istismar olunurlar. 2006-cı ildə Safinat An-Najaat Shipping Company Limited şirkəti üçün «Mahmud Əfəndi» tankeri tikilib. İki tanker-«Masallı» və «Ağdaş» Palmali Group gəmiçilik şirkətinə verilib. «Palmali»-nin üçüncü tankeri 2008-ci ilin oktyabrınainşa olunacaq.

Xəzər Dəniz Gəmiçiliyi iri gəmiçilik şirkətidir. neft və neft məhsulları üstünlük təşkil etməklə, yüklərin daşınması ilə məşğuldur. Üzmə rayonları: Xəzər, Qara, Aralıq, Mərmərə dənizləri. Xəzər gəmiçiliyinin Qara dəniz-Azov hövzəsində işləyən gəmiləri əcnəbi kirayəçilərin yüklərinin Avropanın, Yaxın Şərqin və Şimali Afrikanın limanlarına daşınmasını həyata keçirirlər.

Dəniz və Neft-qaz layihələri Şirkətlər Qrupu (DNL Qrupu) gəmiqayırma və dəniz qazma platformalarının injinirinqi sahəsində layihələrin idarəsini həyata keçirir. Qrupa Krasnoe Sormovo zavodu (Nijniy Novqorod), Volqoqrad gəmiqayırma zavodu, həmçinin, Sormovo maşınqayırması (Nijniy Novqorod), Volqoqrad xüsusi maşınqayırma zavodu və Friede & Goldman (ABŞ) daxildir.


mənbə: capital.trend.az