[b]Ermənilər Benilüks Azərbaycanlıları Konqresinin ofisinə basqın ediblər[b]
Bakı. Elnur Məmmədli-APA. Martın 26-dan 27-nə keçən gecə Benilüks Azərbaycanlılar Konqresinin Rotterdam şəhərində yerləşən ofisinə basqın olunub. Qurumun sədri Sahil Qasımovun APA-ya verdiyi məlumata görə, gecəyarı törədilən basqın zamanı ofis dağıdılıb, otaqlar bərbad hala salınıb.
Basqınçılar ofisin Azərbaycanın bayrağı çəkilmiş pəncərəsini qırıblar. S. Qasımov bildirib ki, hadisədən sonra əraziyə polislər gəlib və məsələ ilə bağrı araşdırmalara başlayıblar. Konqres sədri şahidlərinin ifadələri əsasında bu basqının ermənilər tərəfindən törədildiyi təəssüratının yarandığını bildirib: "Bu basqının Azərbaycanın və türk diaspor qurumlarının Berlində keçirilən iclası və həmçinin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində həyata keçirilməsi təsadüfi deyil". S. Qasımov Rotterdam polisinin ofisi nəzarət altında saxladığını qeyd edib.
4610 sonuçtan 701 ile 710 arası

03-28-2008, 03:51 PM #701Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xələf Xələfov Azərbaycanda səfərdə olan Meksika xarici işlər nazirinin müavinini qəbul edib
[b]Xələf Xələfov Azərbaycanda səfərdə olan Meksika xarici işlər nazirinin müavinini qəbul edib[b]
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Meksika xarici işlər nazirinin müavini Mariya Lourdes Aranda Bezaurini qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Meksika rəsmisinin ölkəmizə səfərinin Azərbaycan və Meksika arasında münasibətlərin inkişafına təkan verəcəyini bildirən nazir müavini Xələf Xələfov bu əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanların istifadə edilməsini vacib sayıb. Azərbaycanın regionda aparıcı mövqeyi, ölkəmizin təşəbbüskarı olduğu regional enerji və nəqliyyat layihələri və onların Cənubi Qafqazın dünyada əhəmiyyətinin artırılmasında rolu, siyasi, iqtisadi, müdafiə sahələrində aparılan islahatlar barədə qonağa məlumat verən nazir müavini Azərbaycanın çoxvektorlu siyasət yürütdüyünü və bu siyasət çərçivəsində Amerika dövlətləri ilə əlaqələri genişləndirdiyini diqqətə çatdırıb. Öz növbəsində, xanım M. Bezauri də ölkəsinin bu əməkdaşlıqda maraqlı olduğunu, Azərbaycanın Meksikada səfirlik açmasının yüksək qiymətləndirildiyini qeyd edib. Qonaq, hər iki dövlətin enerji istehsalçısı olduğunu nəzərə alaraq, bu sahədə təcrübə mübadiləsinə, xüsusilə enerji ehtiyatlarının düzgün istismarı və neft gəlirlərinin istifadə edilməsi təcrübəsinin öyrənilməsində xüsusi marağın olduğunu diqqətə çatdırıb. Daha sonra, tərəflər parlamentlər arasında əlaqələrin qurulması, aqrobiznes, kiçik və orta sahibkarlığın inkişafı, təhsil, səhiyyə, sosial inkişaf, elmi-texniki və mədəniyyət sahələrində mübadilələr, qarşılıqlı imkanların öyrənilməsi və inkişaf etdirilməsi, çoxtərəfli səviyyədə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

03-28-2008, 04:41 PM #702Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənilər Benilüks Azərbaycanlıları Konqresinin ofisinə basqın ediblər

03-28-2008, 05:41 PM #703Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ABŞ səfiri Qənimət Zahidin ailəsinə baş çəkib
[b]ABŞ səfiri Qənimət Zahidin ailəsinə baş çəkib[b]
Bakı. Hacı Zeynalov-APA. Amerikanın Azərbaycandakı səfiri Ann Dersi "Azadlıq" qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin ailə üzvlərinə baş çəkib. APA-nın məlumatına görə, səfir ziyarətinin səbəbinin Novruz bayramı münasibəti ilə olduğunu bildirib.
Q. Zahidin həyat yoldaşı Ayəndə Zahid səfirdən sadəcə bəyanatlar vermək yox, jurnalistlərin azadlığı üçün konkret addımlar atmağı xahiş edib. Səfir isə öz növbəsində ABŞ-ın müstəqil mətbuatın inkişafına hər zaman dəstək verdiyini və bu istiqamətdə iş apardığını bildirib: "Azərbaycan hökumətinə də tövsiyə edirik ki, müstəqil mətbuatın yaradılmasında maraqlı olsun".

03-28-2008, 05:46 PM #704Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Masallıda azyaşlı uşaq yelləncəyin ipinə dolaşaraq boğulub
[b]Masallıda azyaşlı uşaq yelləncəyin ipinə dolaşaraq boğulub[b]
Masallı rayonunun Qədirli kəndində bədbəxt hadisə baş verib. Masallı rayon prokuroru Rizvan Həsənovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Qədirli kənd sakini Əzizov Şəmsəddin Sədrəddin oğlunun meyiti yaşadığı evin həyətindəki tövlənin tirindən asılmış yelləncəkdən asılı vəziyyətdə tapılıb. Mərhumun anası Qətibə Əzizova oğlunun həmişə həmin yelləncəkdə oynadığını bildirib. R. Həsənov meyitin üzərində hər hansı zorakılıq əlamətinin olmadığını deyib. Hadisə ilə bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

03-28-2008, 06:56 PM #705Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Meksika ilə Azərbaycan arasında iki saziş imzalanıb
[b]Meksika ilə Azərbaycan arasında iki saziş imzalanıb[b]
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda səfərdə olan Meksika xarici işlər nazirinin müavini Mariya Lourdes Aranda Bezauri ilə birgə brifinq keçirib. APA-nın məlumatına görə, X. Xələfov həmkarı ilə apardığı danışıqların uğurlu olduğunu deyib. Onun sözlərinə görə, Mariya Lourdes Aranda Bezaurinin səfəri Meksikadan Azərbaycana birinci yüksək səviyyəli səfərdir. XİN müavinləri səviyyəsində siyasi məsləhətləşmələr aparıldığını deyən Azərbaycan rəsmisi danışıqlarda enerji, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət və aqrobiznes sahələrində qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparıldığını vurğulayıb. Nazir müavinlərinin qənaətinə görə, Azərbaycanla Meksika arasında əməkdaşlığın böyük potensialı var. Meksika rəsmisinin səfəri zamanı iki ölkənin diplomatik akademiyaları arasında təcrübə mübadiləsi aparılmasına və siyasi dialoqun başlanmasına dair sazişlər də imzalanıb. Mariya Lourdes Aranda Bezauri Meksika xarici işlər nazirinin Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovu ölkəsinə dəvət etməsilə bağlı məktubunu da gətirib. Artıq sənaye və energetika naziri Natiq Əliyevlə görüşən qonağın İqtisadi İnkişaf Nazirliyində və ARDNŞ-də də görüşləri olacaq. Bu səfərdən sonra mədəni əlaqələrin genişlənməsi və biznes-forumların keçirilməsi də nəzərdə tutulur.Meksikanın xarici işlər nazirinin müavini isə bildirib ki, bundan sonra Azərbaycanla Meksika arasında ikitərəfli yüksəksəviyyəli səfərlərin sayı artacaq. O, ölkəsinin Azərbaycanla bir çox sahədə əməkdaşlıq etməkdə maraqlı olduğunu, xüsusən enerji sahəsi ilə bağlı maraqlandığını da deyib. Azərbaycanla gələcəkdə bu sahədəki əməkdaşlığa dair saziş də imzalanmasının mümkünlüyünü deyən nazir müavini Neft Fondu ilə bağlı ölkəmizin təcrübəsindən yararlanmaq istədiklərini söyləyib. Meksikalı diplomat ölkəsinin 2009-cu ilin sonunda Azərbaycanda səfirlik açmaq istədiyini də vurğulayıb. Bu səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat aldığını deyən qonaq Meksikanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

03-29-2008, 11:26 AM #706Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Avropa Şurası Nazirlər Komitəsinin sədrinin Azərbaycana gözlənilən səfəri təxirə salınıb
[b]Avropa Şurası Nazirlər Komitəsinin sədrinin Azərbaycana gözlənilən səfəri təxirə salınıb[b]
Bakı. Tamara Qriqoryeva-APA. Avropa Şurası Nazirlər Komitəsinin sədri, Slovakiyanın xarici işlər naziri Yan Kubişin Azərbaycana gözlənilən səfəri aprelin sonuna kimi təxirə salınıb.
Bu barədə APA-ya Yan Kubişin mətbuat katibi Yan Şkoda məlumat verib. Onun sözlərinə görə, Yan Kubiş Avropa Şurasının bir sıra tədbirlərində iştirak etməli olduğu üçün onun Azərbaycana gözlənilən səfəri təxirə salınıb. Qeyd edək ki, Avropa Şurası Nazirlər Komitəsinin sədrinin Azərbaycana səfəri martın 31-nə nəzərdə tutulurdu.

03-29-2008, 11:46 AM #707Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 28 və 29-da Ermənistanın Noyemberyan rayonunun Berkaber kəndinin yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Məzəmli kəndi sahəsində yerləşən mövqelərimizi, Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndinin yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndi yaxınlığında yerləşən mövqelərimizi, Ermənistanın İcevan rayonunun Azatamut kəndinin yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndi sahəsindəki mövqelərimizi, Ermənistanın İcevan rayonunun Vazaşen kəndinin yaxınlığında yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, Ermənistanın Berd rayonunun Ayqebar kəndinin yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndi sahəsindəki mövqelərimizi, Ermənistanın Berd rayonunun Mosesqex kəndinin yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndi sahəsindəki mövqelərimizi, Ermənistanın Berd rayonunun Parakavar kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

03-29-2008, 12:21 PM #708Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ukrayna prezidenti Viktor Yuşşenko apreldə Bakıya gələcək
[b]Ukrayna prezidenti Viktor Yuşşenko apreldə Bakıya gələcək[b]
Bakı. Laçın Sultanova - APA. Ukrayna prezidenti Viktor Yuşşenko aprel ayında Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə APA-ya Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski məlumat verib.
O bildirib ki, səfər çərçivəsində Bakıdakı "Dostluq" kinoteatrının qarşısında böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılış mərasimi keçiriləcək. Heykəlin iki ölkə arasındakı tarixi dostluğun nümunəsi olduğunu vurğulayan diplomat deyib ki, T. Şevçenko adi bir şair deyil, onun ideyaları Ukraynanın milli dirçəlişinin əsasını təşkil edib. Ukraynanın tanınmış heykəltəraşı İqor Qreçanikin rəhbərlik etdiyi qrup tərəfindən hazırlanmış abidə artıq Bakıya gətirilib. S. Volkovetski abidənin qoyulacağı yerdə aparılan abadlıq işlərinə görə Bakı şəhərinin rəhbərliyinə minnətdarlığını bildirib.

03-29-2008, 12:31 PM #709Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Dağlıq Qarabağ regionuna səfərdən çəkinməyə çağırıb
[b]Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Dağlıq Qarabağ regionuna səfərdən çəkinməyə çağırıb[b]
Bakı. Tamara Qriqoryeva-APA. Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarının Ermənistana getməsini tövsiyə etməyən xəbərdarlığını ləğv edib.
APA-nın Polşa Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, rəsmi Varşava martın 6-da Ermənistanda yaranmış gərgin vəziyyətlə əlaqədar öz vətəndaşlarını bu ölkəyə səfərdən çəkinməyə çağırmışdı. Bununla belə Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Dağlıq Qarabağ regionuna səfərdən çəkindirən tövsiyəsini qüvvədə saxlayıb. Nazirlik qeyd edir ki, bu tövsiyə sırf informasiya xarakteri daşıyır və hər hansı irad üçün əsas ola bilməz.

03-29-2008, 12:36 PM #710Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Avropa Şurasının rəhbərliyi Hollandiyada çəkilmiş İslamı təhrif və təhqir edən filmi pisləyən bəyanatla çıxış edib
[b]Avropa Şurasının rəhbərliyi Hollandiyada çəkilmiş İslamı təhrif və təhqir edən filmi pisləyən bəyanatla çıxış edib[b]
Bakı. Laçın Sultanova-APA. Avropa Şurasının baş katibi Terri Devis və onun müavini Mod de Bur-Bukikkio Hollandiyada çəkilmiş və İslamı təhqir edən filmlə bağlı bəyanatla çıxış ediblər.
APA-nın Avropa Şurasına istinadən yaydığı məlumata görə, onlar bəyan ediblər ki, holland siyasətçisi Heyert Vildersin filmi cəhalət, xurafat və vahimə ilə bağlı çox pis manipulyasiyadır: "Bu filmdə ekstremistlərə böyük yer ayrılıb, onların maraqlarına xidmət edən adi bir təbliğatdır. Film Avropada yaşayan və İslama sitayiş edənləri kədərləndirəcək, çünki onlar zorakılığı rədd edir və ümumbəşəri dəyərləri qəbul edirlər. İnsan haqları üzrə Avropa Konvensiyasının qoruyucusu olan Avropa Şurasının baş katibi və onun müavini kimi biz fikir azadlığını dəstəkləyirik, lakin bu film məyusluq və narahatçılıq doğurur. Bu gün Avropa demokratiyası üçün çox qəmgin gündür, çünki onun əsas prinsiplərinin bir çoxu dözümsüzlük və təhqiredici stereotiplərin büruzə verilməsi üçün istifadə olunur. Avropanın bütün ölkələrində yaşayan və müxtəlif dinlərə aid olan əhalisinin əksəriyyəti dialoq və Avropa dəyərlərinə hörmət olunacağına inanır".

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Basqınçılar ofisin Azərbaycanın bayrağı çəkilmiş pəncərəsini qırıblar. S. Qasımov bildirib ki, hadisədən sonra əraziyə polislər gəlib və məsələ ilə bağrı araşdırmalara başlayıblar. Konqres sədri şahidlərinin ifadələri əsasında bu basqının ermənilər tərəfindən törədildiyi təəssüratının yarandığını bildirib: "Bu basqının Azərbaycanın və türk diaspor qurumlarının Berlində keçirilən iclası və həmçinin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində həyata keçirilməsi təsadüfi deyil". S. Qasımov Rotterdam polisinin ofisi nəzarət altında saxladığını qeyd edib.

Yer imleri