Əsas məzmuna keç
Sayfa 7/16 İlkİlk ... 56789 ... SonSon
158 sonuçtan 61 ile 70 arası

Son xeberler

  1. #61
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Bakının bəzi yerlərində içməli su problemi yaranıb

    Səbəb şaxta nəticəsində üzdə olan su xəttlərinin donmasıdır
    Havaların kəskin soyuması ilə əlaqədar olaraq paytaxtın bəzi yerlərində içməli su problemi yaşanıb. Buna səbəb bir neçə gündür davam edən şaxtalar nəticəsində üzdə olan su xəttlərinin donmasıdır.

    Paytaxtda su satışı ilə məşğul olan şirkətlər də son günlər su qıtlığı ilə bağlı əhalidən və digər istehlakçılardan gələn sifarişlərin artdığını təsdiqləyib.

    Qarlı və çovğunlu günlərdə su təchizatı və kanalizasiya xidmətlərinin ahəngdar fəaliyyətinin təmin edilməsi məqsədilə «Azərsu» Səhmdar Cəmiyyəti də gücləndirilmiş iş rejimində işləyir. Sutka ərzində su təchizatında ortaya çıxan problemlərlə bağlı operativ fəaliyyətin təmin edilməsi üçün 24 saat ərzində hər bir rayonda xüsusiləşdirilmiş briqadalar fəaliyyət göstərir. /ANS TV/

  2. #62
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Qiymətləri artıran sürücülər cəzalandırılacaq

    Nəqliyyat Nazirliyində sərnişindaşımada yaranmış problemlərlə bağlı müşavirə keçirilib
    Nəqliyyat Nazirliyində havaların kəskin soyumasından sonra sərnişindaşımada yaranmış problemlərlə bağlı müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən ANSPRESS-ə verilən məlumata görə, sərnişindaşıma ilə məşğul olanq şirkət rəhbərlərinin iştirak etdiyi toplantıda sərnişinlərin mənzil başına vaxtında çatdırılması sahəsindəki problemlər müzakirə edilib. Müşavirədə bildirilib ki, gediş haqlarını süni şəkildə artıran sürücülər və şirkət rəhbərləri cəzalandırılacaq. /ANSPRESS/

  3. #63
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

    Yarışın təntənəli açılış mərasimi yanvarın 10-da olacaq

    Sabah Milli Aviasiya Akademiyasının “Azal” İdman Klubunda ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək.

    Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, yarışlarda Bakı, Sumqayıt, Gəncə, Qax, İsmayıllı, Lənkəran, Cəlilabad, Qazax, Yevlax, Goranboy və digər şəhər və rayonlardan 100-ə qədər idmançının iştirakı gözlənilir. Yarışın təntənəli açılış mərasimi yanvar 10-da saat 12.00-da olacaq. /ANS PRESS/

  4. #64
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    "Qarabağın keçmiş statusunun qaytarılması mümkün deyil"

    "Qarabağ və Kosovo münaqişələri ümumi cizgilərə malikdirlər". Bu barədə Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bildirib. “Hər bir münqaişə öz spesifikasına malikdir, bir mərhələdə konfliktlərin hüquqi və etnik cizgiləri bir-birinə bənzəyir. Qarabağ və Kosovo münaqişələri də ümum cizgilərə malikdir. Belə ümumi cizgilərə etnik təmizləmə və cinayətləri aid etmək olar”, deyə nazir İrəvanda mətbuat konfransında qeyd edib. Onun sözlərinə görə, Kosovodakı etnik təmizləmə beynəlxalq rezonans doğurubsa, Qarabağdakı cinayətlər beynəlxalq ictimaiyyətin o qədər də böyük diqqətini çəkməyib.
    Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağı unutmalıdır. “Azərbayacan Dağlıq Qarabağı unutmalıdır, elə Kosovo prosesində də əvvəlki statusa qayıdış olmayacaq”, deyə erməni nazir qeyd edib.

    Xatırladaq ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlardan 1 000 000-a yaxın azərbaycanlı əhali öz yaşayış yerlərini tərk edib, 24 000-dən çox insan həlak olub, 50 000 nəfər yaralanıb və ya şikəst olub. Hazırda qarşı tərəfin atəşkəsi müntəzəm olaraq pozması nəticəsində 10 000-dən çox azərbaycanlı həlak olub.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edib. Xocalı şəhərində soyqırım nəticəsində 613 azərbaycanlı həlak olub./ANS PRESS/

  5. #65
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Hökumət nəqliyyat sektoruna 1 milyard dollar vəsait ayırıb

    Hökumətin hesablamalarına görə gələn il texniki baxış üçün tutulan yol vergisi hesabına fonda 29,5 milyon manat daxil olacaq

    Bu il Azərbaycan höküməti ölkənin nəqliyyat sektoruna 1 milyard dollar vəsait sərf etmək niyyətindədir. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, bu vəsait körpü və yeraltı keçidlərin, eləcə də yeni yolların tikintisinə, mövcud yolların yenidən qurulmasına və saxlanılmasına xərclənəcək. Hazırda Nəqliyyat Nazirliyinin balansında təxminən 23-24 min kilometr yol var.

    Nazirlik rəsmiləri bildirir ki, 2006-ci ildə yeni yolların tikintisinə, mövcud yolların yenidən qurulmasına və saxlanılmasına dövlət büdcəsindən 185 milyon manat pul xərclənib. Keçən il isə bu rəqəm 2 dəfədən çox artırılaraq 398 milyon manata çatdırılıb. Bu il yol fondunun büdcəsi 130 milyon manat məbləğində proqnozlaşdırılır.

    Maliyyə Nazirliyindən verilən məlumata görə, fondun gəlirləri ötən ilkindən 20,5 faiz çox olacaq. Fonda daxilolmaların təqribən 40 faizi idxal olunan avtomobillərdən tutulan aksiz vergisi hesabına formalaşacaq. Hökumətin hesablamalarına görə gələn il avtomobillərə texniki baxış zamanı tutulan yol vergisi hesabına fonda 29,5 milyon manat vəsait daxil olacaq.

    Qeyd edək ki, məqsədli fonda daxil olan vəsait yolların inşası, təmiri və yenidənqurulmasına xərclənir. Bundan başqa, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi planının 2006-2007-ci illəri əhatə edən birinci mərhələsinə uyğun olaraq, paytaxtda 9 körpü və 13 yeraltı keçidin inşası planlaşdırılıb. /ANS TV/

  6. #66
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Çingiz Mustafayev adına Mədəniyyət Evində kimsəsiz və əlil uşaqlar üçün yeni il şənlikləri keçirilib

    Havaların soyuq keçməsinə baxmayaraq, uşaqlar tədbirlərin davam etdiyi 12 gün ərzində şənliklərə böyük maraqla gəliblər

    Dekabrın 28-dən başlayaraq yanvar ayının 8-dək Çingiz Mustafayev Fondunun və ANS Şirkətlər Qrupunun təşkilatçılğı ilə Şəkidə Çingiz Mustafayev adına Mədəniyyət Evində əlaçı şagirdlər, kimsəsiz və əlil uşaqlar üçün əyləncəli yeni il şənlikləri keçirilib.

    Uşaqların böyük marağına səbəb olan tədbirlər iki hissədən ibarət olub. Musiqili və əyləncəli birinci hissədə uşaqlar müxtəlif müğənnilərin ifalarını dinləyib, Azərbaycan nağıllarından personajların - Cırtdan və Divin, eyni zamanda Şaxta baba və Qar qızın iştirakı ilə hazırlanmış səhnəciklərə tamaşa ediblər. İkinci hissədə isə Çingiz klubunda yerləşən kinoteatrda uşaqlar üçün cizgi filmi nümayiş olunub. Tədbirlər zamanı Mədəniyyət Evinin üzvləri olan istedadlı uşaqlar mahnı və şeirlər də səsləndiriblər. Bundan əlavə, uşaqlara müxtəlif qiymətli hədiyyələr də təqdim olunub. /ANS PRESS/

  7. #67
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Məktəblərdə məcburi tətil başa çatır

    Sabahdan orta məktəblərdə dərslər davam etdiriləcək
    Ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar məktəbəqədər tədris müəssisələri və orta məktəblərdə dərslərə verilmiş fasilə bu gün başa çatır. Yanvarın 10-dan etibarən orta ümumtəhsil məktəblərində dərslər davm etdiriləcək. Məlumatı ANSPRESS-ə Təhsil Nazirliyi şəhərlər üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Arif Muradov verib. Onun sözlərinə görə, səhər saatlarında yollar buz bağlasa da, dərslərin başlanma saatlarında heç bir dəyişiklik edilməyib.

    Dərslərin davamiyyətində yaranmış məcburi fasiləyə gəldikdə isə Təhsil Nazirliyinin şöbə müdiri bildirib ki, buraxılmış dərslər yaz tətilinin ilk 3 günü hesabına kompensasiya ediləcək. Belə ki, ümumi qaydaya görə, martın 16-da başlamalı olan yaz tətili martın 19-da başlayacaq və 7 gün davam edəcək. /ANSPRESS/

  8. #68
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Şaxtalı hava şəraiti 73 ilin rekordunu təzələyib

    Yanvarın 13-dən etibarən havanın mülayimləşməyə başlayacağı, temperaturun yüksələcəyi gözlənilir

    Ölkə ərazisində 1935-ci ildən bu yana ən aşağı hava temperaturu qeydə alınıb. Belə ki, 1935-ci ilin yanvar ayında havanın temperaturu -8,1 dərəcə qeydə alınmışdısa, bu il temperatur -8.7 dərəcəyə enib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamentindən ANS TV-yə verilən məlumata görə, soyuq hava şəratinin bu həftənin sonunadək davam edəcək. Departamentin direktor müavini Umayra Tağıyevanın sözlərinə görə, yanvarın 10-na keçən gecə şaxta bir qədər zəifləyəcək, fasilələrlə şimal-qərb küləyi əsəcək. Gündüz saatlarında isə havanın orta temperaturu -2 dərəcə olacaq. Şaxta zəifləsə də axşam saatlarından etibarən yolların buz bağlayacağı, nəqliyyatın hərəkətində problemlərin olacağı gözlənilir.

    Ölkə ərazisindəki qeyri-sabit hava şəraiti yanvarın 13-dək davam edəcək. Həmin gündən başlayaraq havalar mülayimləşməyə bğaşlayacaq və temperatur + 6 dərəcəyədək yüksələcək. /ANSPRESS/

  9. #69
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    RTR-Planeta kanalının tezliyi ilə bağlı tender elan edilməsi məsələsi hələ gündəlikdə deyil

    Bu barədə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib
    RTR-Planeta kanalının tezliyi ilə bağlı tender elan edilməsi məsələsi hələ gündəlikdə deyil. Əgər Rusiya tərəfi Azərbaycan televiziya kanalının yayımını təmin edərsə, RTR-in yerli tezlikdə yayımı bərpa edilə bilər. Bu barədə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli Turana bildirib. Onun fikrincə, yeni televiziya kanalının açılması məsələsi gündəlikdə deyil.
    Xatırladaq ki, bəzi KİV RTR-in tezliyinin yeni açılacaq "Mədəniyyət" televiziyasına veriləcəyini yazır./ANSPRESS/

  10. #70
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    2007-ci ildə Azərbaycanda inflyasiya 18,8% olub

    Azərbaycan hökuməti 2007-ci ildə 9% həcmində inflyasiya gözləyirdi

    2007-ci ildə Azərbaycanda inflyasiya 18,8 faiz olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentlyinə Statistika üzrə Dövlət Komitəsi məlumat verib. 2007-ci ilin dekabr ayında bu nəticə 2,5 faizə bərabər olub.
    Beləliklə, ötən il ərzaq məhsullarının qiyməti 19 faizə qədər qalxıb (dekabr ayında 3,6%), qeyri-ərzaq mallarına isə 11,4 faiz (0,9%), xidmətə görə 26,9 faiz (1,7 %).

    Dekabr ayında un, çörək, makaron məmulatları, uşaq qidaları, mal əti, kolbasa məmulatları, konserva, spirtli içkilər, bitki yağları, şəkər və şəkər tozu, bəzi meyvə və tərəvəz məhsullarının, konfet, süd məhsulları, yumurtanın qiymətində artım müşahidə olunub.
    Portağal, kök kimi ərzaq məhsullarının qiyməti isə əksinə olaraq aşağı düşüb.
    Qeyri-ərzaq məhsulları sektorunda isə qış paltarı, sement, tikinti materialları, ayaqqabı, tikinti boyaları, kərpic, mebel, bir sıra məişət əşyaları və texnikası və qızıl əşyalarının qiymətində artım olub. Trikotaj məmulatları, bir neçə dərmanın, uşaq paltarlarının qimyəti aşağı düşüb.
    Qeyd edək ki, Azərbaycan hökuməti 2007-ci ildə 9% həcmində inflyasiya gözləyirdi. /ANS PRESS/

Sayfa 7/16 İlkİlk ... 56789 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.