Əsas məzmuna keç
Sayfa 6/16 İlkİlk ... 45678 ... SonSon
158 sonuçtan 51 ile 60 arası

Son xeberler

  1. #51
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Azəriqaz gücləndirilmiş iş rejimində çalışır

    Cəmiyyət gündəlik qaz həcminin artırılaraq 20 milyon kubmetrə çatdırıldığını bildirib
    Ölkədə havaların soyuq keçməsi ilə əlaqədar Azəriqaz SC əhaliyə verilən qazın həcmini artırıb və səhmdar cəmiyyət gücləndirimiş iş rejimində işləyir. Səhmdar cəmiyyətin sədr müavini Nazim Səmədzadənin ANS TV-yə verdiyi məlumata görə, adi günlərlə müqayisədə əhaliyə verilən təbii qazın gündəlik həcmi 3 milyon kubmetr artırılaraq 20 milyona çatdırılıb. Bunun da 12 milyon kubmetri paytaxt sakinləri üçün nəzərdə tutulub. Nazim Səmədzadənin sözlərinə görə, Binəqədi və Sabunçu rayonlarının bəzi yaşayış məntəqələrindən başqa, bölgələr də daxil olmaqla bütün abunəçilər mavi yanacaqla təmin olunur. Ötən il qaz almayan Nardaran, Zirə, Bilgəh, Türkan kəndləri də tam həcmdə qaz alır.

  2. #52
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Güclü qar və külək nəticəsində İranda 21 nəfər ölüb

    Ölkədə məktəb və hökumət idarələri, həmçinin əsas magistral yollar bağlanıb
    İran ərazisinə son 10 il ərzində ən güclü qar yağıb. Qar və küləyin səbəb olduğu yol qəzalarında 21 nəfər həlak olub, 88 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölkədə məktəb və hökumət idarələri, həmçinin əsas magistral yollar bağlanıb. Bütün daxili və xarici uçuşlar təxirə salınıb. Verilən məlumata görə, İranın şimal və mərkəzi hissəsinə düşən qarın hündürlüyü 55 sm-ə çatır.
    Soyuq hava şəraiti İranın qərb hissəsində yerləşən yaşayış məntəqələrində də ciddi problemlər yaradıb. Burada əhalinin mavi yanacağa olan tələbatı kəskin artdığından şəhərlərə qazın verilməsində fasilələr yaranıb. Həmçinin Türkmənistandan qaz idxalı müvəqqəti olaraq kəsilib. Əhaliə zəruri olmayan səfərlərə çıxmamaq da tövsiyə olunub./ANS TV/

  3. #53
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Qiymətli metallar və daşlar haqqında qanuna dəyişiklik edilib

    Bu dəyişikliyə görə, xarici ölkələrdən gətirilmiş zərgərlik məmulatlarına dövlət əyar damğası vurulacaq

    Xarici ölkələrdən gətirilmiş zərgərlik məmulatlarına dövlət əyar damğası vurulacaq. Belə ki, Milli Məclis bununla bağlı “qiymətli metallar və qiymətli daşlar haqqında” qanununa dəyişikliklər edib. Dəyişikliyə görə, ölkədə sahibkarlıq fəaliyyəti subyektlərinin istehsal etdiyi, habelə ölkə ərazisində satışa çıxarılmış qiymətli metallardan və daşlardan ibarət zərgərlik, eləcə də digər məişət məmulatlara Azərbaycan Respublikasının dövlət əyar damğası vurulacaq. Bundan başqa, bu dəyişikliklər saxta qiymətli daşların və zinət əşyalarının ölkəyə gətirilməsinin və satışının qarşısının alınmasında mühüm rol oynamalıdır. /ANS TV/

  4. #54
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Gəncədə eniş edən təyyarələr Bakıya qayıdıb

    Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təyyarələrin eniş etməsinə icazə verilib
    Hava şəraiti ilə əlaqədar yanvarın 7-si axşam saatlarından təyyarələrin qəbulu üçün bağlı elan olunan Heydər Əliyev adına Beynəlxalq Hava Limanında artıq təyyarələrin eniş etməsinə icazə verilib. «Azal»-ın mətbuat üzrə səlahiyyətli nümayəndəsi Məhərrəm Səfərlinin ANS TV-yə verdiyi məlumata görə, hava limanından Moskvaya, Tiflisə, Milana uçan təyyarələr yola salınıb. İstanbul və Naxçıvana nəzərdə tutulan reyslərin də həyata keçirilməsi gözlənilsə də yalnız İstanbul reysi yola salınıb. Hava şəraiti ilə əlaqədar Naxçıvana uçan təyyarə reyslərinin isə vaxtı dəyişdirilib. Məhərrəm Səfərlinin sözlərinə görə, qeyri-sabit hava şəraiti ilə bağlı Naxçıvan aeroportu təyyarələri qəbul edə bilmir.
    Xatırladaq ki, Honkonqdan uçan Boinq tipli yük təyyarəsi, həmçinin Sankt-Peterburqdan Bakıya gələn, Hindistan-Bakı -Tallin reysi üzrə hərəkət edən sərnişin hava nəqliyyatı ehtiyat aeroport kimi Gəncədə eniş etmişdi. Artıq bu reyslər üzrə hərəkət edən təyyarələr də Gəncəni tərk edərək paytaxtda eniş edib./ANS PRESS/

  5. #55
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    «Bakıelektrikşəbəkə» gücləndirilmiş iş rejiminə keçib

    Tanrıverdi Mustafayev: Təminatında ciddi problem qeydə alınmayıb"
    Qarla əlaqədar «Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyəti də gücləndirilmiş iş rejiminə keçib. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, soyuqlar başlayandan xırda fasilələr nəzərə alınmsa paytaxtın enerji təminatında ciddi problem qeydə alınmayıb.

    O bildirib ki, fasilələr ətraf kənd və qəsəbələrdə ifrat yüklənmə nəticəsində baş verib: «Odur ki, Səhmdar Cəmiyyət abunəçilərdən xahiş edir ki, bu günlərdə israfçılıq etməsinlər və imkan daxilində qənatəcil olsunlar. Əks halda ifrat yüklənmə avadanlıqların sırıdan çıxması ilə nəticələn bilər ki, bu da məcburi fasilələr deməkdir. Odur ki, fasiləsiz işıq almaq istəyənlərdən standartdan kənar cihazlarından istifadə etməmələri xahiş olunur»./ANS TV/

  6. #56
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Təcili tibbi yardım stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

    Stansiyanın baş həkimi Mürsəl Həmidov bunu daxil olan müraciətlərin çoxluğu ilə izah edib
    Artıq 2 gündür ki, Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyası da gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bunu idarənin baş həkimi Mürsəl Həmidov stansiyaya daxil olan müraciətlərin çoxluğu ilə izah edib.

    Mürsəl Həmidov bildirib ki, adi günlərdə 1000 -1100 çağırış olurdusa, bu günlərdə 1170 çağırış olub: «117 nəfər hospitalizə olunub. Travma ilə müraciət edənlər 60-70 nəfərdir».

    Stansiyanın baş həkimi həmçinin bildirib ki, yaşlı insanlarda sümüklər elastik olduğundan, belə havalarda ən çox onlar ehtiyatlı olmalıdır. Qeyd edək ki, qarlı hava 4 təcili tibbi yardım maşınını da sıradan çıxarıb.

    Ümumiyyətlə isə son 2 gün ərzində baş verən yol-nəqliyyat hadisələrinin sayı isə 16-a çatıb. Ölənlərin sayı isə 9 nəfərdir. /ANS TV/

  7. #57
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Dünyanın bəzi yerlərində iqlim normasından artıq soyuq hava şəraiti hökm sürür

    İran, ABŞ, Türkiyə və Avstraliyada bir neçə gündür ki, kəskin hava şəraiti davam edir
    Dünyanın bəzi yerlərində də son bir neçə gündür ki, iqlim normasından artıq soyuq hava şəraiti hökm sürür. İranda yağan şiddətli qar demək olar ki, hava nəqliyyatını iflic edib. Ölkələrarası və 15- ə qədər ölkə daxili hava limanlarında bütün uçuşlar təxirə salınıb, bütün yollar bağlanıb. Yollarda qalmış minlərə avtomobilə hazırda yol polisi əməkdaşları yardım edir. Bir sıra bölgələrdə isə məktəblər bağlanıb.

    Amerika Birləşmiş Ştatlarının qərb hissəsində də kəskin hava şəraiti davam edir. Dağlıq ərazilərə 1,5 metr qar düşüb. Birləşmiş Ştatlarda qasırğa həmçinin daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində ən azı 3 nəfər həlak olub, ölkənin qərb sahillərində minlərlə sakin işıqsız qalıb. Kaliforniyanın cənubundakı dağlarda 1 nəfərin, Koloradanın cənubunda yerələşən dağlıq ərazidə isə 4 nəfərin itkin düşdüyü bildirilir. Hazırda onların axtarışı davam edir. güclü qar və çovğun səbəbindən ştatın əsas magistral yolları bir neçə saatlığa bağlanıb. Kaliforniyanın şimalında 220 mindən artıq ev və müəsisəyə hələ də elektrik enerjisinin verilişi bərpa olunmayıb. Qasırğa bölgədə 804 kilometrlik işıq xəttini sıradan çıxarıb. Mərkəzi vadi və San Fransisiko ərazisində 500-dən artıq işıq dirəyi və digər kommunal xidmət təchizatı xəttləri yararsız hala düşüb. Qeyd edək ki, pis hava şəraiti ilə bağlı Kaliforniya qubernatoru Arnold Şvarseneqqer hələ ötən gün 3 dairədə fövqəladə vəziyyət elan edib.

    Türkiyədə isə bu həftədən yağmurlı hava şəraiti hökm sürəcək. Sinoptiklərin məlumatına görə, şimal bölgələrində həftə sonuna qədər yağacaq yağışlar qarla da müşaiyət olunacaq. Anadolu, Ege və Mərmərədə yolların buz bağlaması ehtimal edilir.

    Avstraliyanın ən çox əhali yaşayan yeni cənubi Uels ştatında baş verən güclü daşqınlar isə minlərlə insanın bir həftəyə qədər ətraf aləmdən təcrid olunmasına səbəb ola bilər. İndi həyata keçirilən xilasetmə əməliyyatında əsas məqsəd ətraf aləmdən təcrid olunmuş insanları zəruri tələbat məhsulları ilə təchiz etmək və tibbi yardıma ehtiyacı olanları evakuasiya etməkdir. Bu, yeni Cənubi Uels ştatında son on illiklərdə qeydə alınan ən güclü daşqınlardır. Hazırda suyun səviyyəsi pik nöqtəyə çatdıqdan sonra təcricən azalmağa başlayıb. Ştatın baş naziri Moris İemma daşqınlara məruz qalmış bölgəyə səfər etdikdən sonra rəsmi olaraq bu ərazini təbii fəlakət zonası elan edib. Qeyd edək ki, Yeni Cənubi Uelsdə çayların məcrasından çıxması nəticəsində magistral və digər avtomobil yolları, həmçinin yaşayış məntəqələri sel sularının altında qalıb. /ANS TV/

  8. #58
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Güclü qarla əlaqədar yol patrul xidməti gücləndirilmiş rejimdə işləyir

    Dövlət Yol Polisi İdarəsi sürücülərə təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyin vacib olduğunu bildirir
    Paytaxt Bakı ilə yanaşı respublikanın magistral yollarında da nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Güclü qarla əlaqədar yol patrul xidməti gücləndirilmiş rejimdə işləyir.

    Bu barədə ANS TV-yə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ərəstun Məcidov bildirib ki, qurum sürücülərin diqqətinə çatdırır ki, hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmək vacibdir. Onun sözlərinə görə, nəqliyyat vasitələrinin qış şinləri ilə təchiz edilməsi, avtomobilin salon qızdırıcısının işlək vəziyyətdə olması, zəruri hallarda sürüşməyə qarşı zəncirlərdən istifadə tövsiyə edilir. /ANSPRESS/

  9. #59
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Qadın şahmatçılar arasında ölkə çempionatının startı verilib

    Yarışda qalib adı uğrunda 12 şahmatçı mübarizə aparır
    Azərbaycan Şahmat Federasiyasının mənzil qərərgahında qadın şahmatçılar arasında ölkə çempionatının startı verilib. Mükafat fondu 3000 min Amerika dolları olan yarışda qalib adı uğrunda 12 şahmatçı mübarizə aparır.

    Bu şahmatçılardan ikisi Zeynəb və Türkan Məmmədyarova qrossmeyetserdir. Onlarla birlikdə Nərgiz Umudova, Mehriban Şükürova və Elmira Əliyeva kimi beynəlxalq ustalar da qalib adı uğrunda yarışır. Bu gün start götürümüş Azərbaycan çempionatına yanvarın 17-də yekun vurulucaq. Bu müddət ərzində şahmatçılar 11 turdan ibarət dairəvi sistemlə yarışacaqlar.

    Qeyd edək ki, 1-ci yeri tutacaq zəka sahibi 1000 ABŞ-ı dolları məbləğində pul mükafatına sahib olacaq. 2-ci yerin sahibi 750, 3-cü yeri tutucaq idmançı isə 600 ABŞ-ı dolları ilə şəxsi büdcəsini zənginləşdirəcək. Bundan əlavə, mükafatçı şahmatçılar Bolqarıstanın Plovdiv şəhərində təşkil olunacaq şəxsi Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar. /ANS TV/

  10. #60
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Azərbaycan ÜDM artımına görə dünya liderliyini saxlayır

    Dünya Bankının hesablamalarına görə, bu göstərici ən azı 2010-cu ilədək davam edəcək
    Azərbaycan Ümumi Daxili Məhsulun artım tempinə görə Azərbaycan 2010-cu ilə qədər dünya liderliyini qoruyacaq. Dünya Bankının 2008-ci il üçün iqtisadi inkişaf proqnozunda (Global Economic Outlook) belə deyilir. Dünya Bankının məoumatına görə, 2007-ci ildə dünyada orta ÜDM artımı 3,6 faiz təşkil edib. 2008-ci ildə bu rəqəm 3,3, 2009-cu ildə isə 3,6 faiz oalmalıdır.
    Dünya Bankının proqnozlarına görə, 2008-2009-cu illərdə region ölkələri arasında ÜDM inkişafı daha çox Azərbaycanda hissolunacaq: «2007-ci ildə Azərbaycanda ÜDM artımı 33,5 faiz olub və ölkə dünya üzrə liderliyi qoruya bilib. 2008-ci ildə bu rəqəm 19,4, 2009-cu ildə isə 14,9 faiz olacaq. Bu isə dünyada Ən yüksək göstəricidir».
    Dünya Bankı 2008-ci ildə Ermənistanda 8,5, Gürcüstanda 9, Qazaxıstanda 7,1 faiz ÜDM artımı proqnozlaşdırır. Rusiyada isə 2008-ci ildə ÜDM artısmı 6,5 faiz olmalıdır.
    /ANSPRESS/

Sayfa 6/16 İlkİlk ... 45678 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.