Əsas məzmuna keç
Sayfa 5/16 İlkİlk ... 3456715 ... SonSon
158 sonuçtan 41 ile 50 arası

Son xeberler

  1. #41
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

  2. #42
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    Qızılın qiyməti növbəti dəfə bahalaşıb

    Qızılın qiyməti növbəti dəfə bahalaşıb
    Yeni müəyyənləşən qiymət 1980-ci ildən bəri qeydə alınan ən yüksək həddir

    Dünyanın əmtəə birjalarında qızılın qiyməti ən yüksək həddə çatıb. Bu barədə məlumatı Blumberq agentliyi verib. Agentliyin məlumatına görə, indi birjalarda qiymətli metalın 1 unsiyası və yaxud 31 qramı 860 dollardan da baha satılır. Başqa sözlə, 1 qram qızıl almaq üçün təxminən 28 dollar və yaxud 24 manat pul vermək lazımdır. Bu isə, 1980-ci ildən bəri qeydə alınmış ən yüksək qiymətdir.

    Dünyada qızılın bahalaşması Azərbaycan bazarına da öz təsirini göstərib. Paytaxtın mağazalarında qızılın qiyməti görünməmiş səviyyəyə çatıb.

    Qeyd edək ki, Azərbaycana qızıl əsasən Türkiyə, Rusiya, İtaliya və Birləşmiş Ərəb Əmirliklərindən gətirilir. Hazırda dünyanın əmtəə birjalarında qızılın 1 qramı alıcılara təxminən 28 dollara təklif olunur ki, bu da 1980-ci ildən bəri qeydə alınan ən yüksək həddidr. /ANS TV/

  3. #43
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşməsinə və güclü qar yağmasına baxmayaraq, ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisəsi baş verməyib.


    Bu barədə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov bildirib. Şöbə rəisinin sözlərinə görə, bu gün saat 19.30-a olan məlumata görə, respublika ərazisində heç bir ağır yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Ə. Məcidov paytaxtla müqayisədə rayonlarda vəziyyətin daha qənaətbəxş olduğunu deyib: “Rayonlarda demək olar ki, heç bir yol bağlanmayıb. Problem nisbətən paytaxtda hiss olunur. Körpülərin yerləşdiyi ərazilərdəki eniş-yoxuşlarda çətinliklər müşahidə olunur. Biz bütün çətinliklərin aradan qaldırılmasına çalışırıq. Ancaq xırda qəzalar qeydə alınır”. Ə. Məcidov deyib ki, kəskin hava şəraiti davam edənə qədər yol polisi gücləndirilmiş iş rejimində çalışacaq.
    Bakı şəhər Yol Polisi İdarəsinin Təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə açıqlamasında sürücüləri mümkün qədər avtomobillərdən istifadə etməməyə çağırıb. Şöbə rəisi bildirib ki, hərəkətdə olan nəqliyyat vasitələrinin şinləri mövsümə uyğun olmalı, texniki cəhətdən nasaz, şüşəsilənləri işləməyən avtomobillər yola çıxmamalı, avtomobillər idarə olunarkən interval saxlanılmalı, sürət həddi aşılmamalı və digər tələblərə ciddi şəkildə riayət olunmalıdır.

  4. #44
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Tarkan "tarzan"a bənzədilib

    Asiya Sakit Okeanı heyvan haqları dərnəyi ( PETA) Tarkanı kürk geyindiyinə görə tənqid edib. Dərnək yaydığı bəyanatda bildirib ki, Tarkan kürk geyinməklə heyvanlara əziyyət verilməsini dəstəklədiyini sübut edib. Məktuda deyilir ki, Tarkana bundan sonra “tarzan” deyilsə, daha yaxşı olar. Buna səbəb isə ifaçının heyvan dərilərindən kürk geyinməyi xoşladığı göstərilib.

    PETA kampaniya koordinatoru Cem Akının dediyinə görə, Tarkan hər dəfə kürk geyinərkən kürk sənayesinə böyük xeyir verir. “Kürk keçmiş zamanların məhsuludur. Bu günün dəbi olan alternativ paltarların olduğu bir vaxtda Tarkanın kürk geyinməsi üçün heç bir səbəb ola bilməz” , deyə Cem Akın qeyd edib. PETA veb saytında ziyarətçilər Tarkanla əlaqə quraraq ondan kürklərini torpağa basdırmağı tələb etmələrini xahiş ediblər.

  5. #45
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Aşura bu il yanvarın 19-a təsadüf edəcək

    Qafqaz Müsəlmanları İdarəsi müsəlmanları Kərbəla şəhidləri ilə birgə 20 Yanvar şəhidlərinin və Qarabağ uğrunda şəhid olanların xatirəsini yad etməyə çağırıb
    Yanvarın 10-da Məhərrəm ayı başlayır. Ayın 10-cu günü, yəni, yanvarın 19-da isə Aşura günüdür. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərrəm ayının başlanması ilə münasibətilə fətva verib. Fətvada bildirilir ki, Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, ehtiramlı aylardan biridir. Məhərrəm İslam tarixinə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı həm də İmam Hüseyn əleyhissəlamın şəhadətə yetişdiyi ay kimi daxil olub: “Bu il Aşura yanvarın 19-na düşür. Bu isə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsinin anıldığı günlərə təsadüf edir və biz bu günlərdə Kərbəla şahidləri ilə birgə 20 Yanvar şəhidlərinin, Qarabağ uğrunda döyüşlərdə şəhid olan həmvətənlərimizin xatirəsini də yad edəcəyik. Təziyə günləri münasibətilə bütün dindarlar əzadarlıq edir, onlara Allah-təaladan məğfirət diləyir. Bildiririk ki, Aşura mərasimləri yalnız məscidlərdə, ibadət ocaqlarında imanın şəninə layiq şəkildə, ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məscidləri qurulmalı, xütbələr oxunmalıdır. Bu matəmin mahiyyətini yetərincə dərk etməyən azyaşlıların mərasimlərdə iştirakı məqbul sayılmır. Əzadarlar qan çıxarmaqla özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməlidirlər”.

    Qafqaz Müsəlmanları İdarəsi həmçinin son illər Aşura günündə qanvermə aksiyasının keçirilməsinin örnək olacağını da bildirib.
    Qeyd edək ki, Məhhərrəm və Səfər ayları martın 8-də başa çatacaq.

  6. #46
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Dekabrda ərzaq və kənd təsərrüfatı məhsulları 4,5% bahalaşıb

    «Turan» agentliyinin hesablamalarına görə, dekabr ayında paytaxtda ərzaq və kənd təsərrüfatı məhsulları 4,5% bahalaşıb. Dekabrın əvvəlində bahalaşma tempi 4,3 faiz olmuşdusa, Qurban bayramından sonra və xüsusilə də yeni il bayramı ərəfəsində artım tempi daha da sürətlənib.

    Agentliyin məlumatına görə, təkcə ötən ilin son iki günündə - dekabrın 30-31-də Bakıda qiymətlər, xüsusilə də ət, kərə yağı, kolbasa məhsulları və meyvə tərəvəz 25-30 faiz bahalaşıb. Ekspertlərin fikrincə, dekabrda ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşmasına səbəb bayramlarla əlaqədar olaraq qiymətlərdə süni artım və mövsümü xarakter daşıyır. Ümumilikdə isə son bir ayda qoyun əti - 15.3 faiz, kərə yağı -8, qarğıdalı yağı -10, makaron -6,6%, pendir -7, yerli peçenye -6,6 faiz bahalaşıb. Ümumilikdə kənd təsərrüfatı məhsullarında qiymət artımı 25 faiz olub. Dekabrda kartof 6,6 faiz, xiyar 8, pomidor və kələmsə 25 faiz bahalaşıb. Ötən ay almanın qiyməti 20 faiz artıb, ən çox bahalaşan isə göyərti olub-50 faiz. Ərzaq məhsullarının arasında ucuzlaşanlar da var. Ötən ay yumurta 8,3 faiz, süd 4 faiz ucuzlaşıb.

    Ölkədə qiymət dəyişməsini izləyən rəsmi qurum - Dövlət Statistika Komitəsində isə bu məlumatlarla razılaşmırlar. Komitədən məlumata görə, dekabrda qiymətlərin necə dəyişməsi ilə bağlı məlumatlar hazırlanır və yaxın günlərdə açıqlanacaq.

  7. #47
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Qusarda hərbi xidmətə çağırış təxirə salınıb

    Buna Şimal bölgəsində hökm sürən şaxtalı hava şəraiti səbəb olub

    Qusarda hərbi xidmətə çağırış təxirə salınıb. Qusar hərbi prokuroru Natiq Qarayevin buna səbəb havann qeyri sabit keçməsidir. Onun sözlərinə görə, çağırış yanvarın 10-da baş tutacaq.

    Qeyd edək ki, bu gecə Qusar rayonunda -15 dərəcə şaxta olub. Yerli əhalinin şaxtalı hava şəraitində boruların donması nəticəsində əhalinin içməli su ilə bağlı problemləri yaranıb. Yollarda isə sürüşmənin qarşısını almaq üçün qum və duz səpilib. Əhali belə soyuq hava şəraitinin son 12-20 ildə ilk dəfə müşahidə etdiklərini bildiriblər. Analoji problemlər Quba rayonunda da müşahidə edilib./

  8. #48
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Hava şəraiti qəzetlərə problem yaradıb

    «Şərq» qəzeti səhifələrini azaldıb
    Hava şəraiti ilə əlaqədar olaraq yaranmış problemlər mətbuat orqanlarından da yan keçməyib. Bəzi mətbuat orqanları çapını dayandırıb, bəziləri isə səhifələrinin sayını azaltamaq məcburiyyətində qalıb. O cümlədən, hər gün 16 səhifə ilə çıxan «Şərq» qəzeti də hava şəraiti ilə əlaqədar olaraq səhifələrinin sayını yarıbayarı azaltmaq məcburiyyətində qalıb. «Şərq» qəzetinin baş redaktorunun müavini Yusif Nəzərli bunun müvvəqqəti xarakter daşıdığını bildirib. «Yolların buz bağlaması ilə əlaqədar Bakı ətrafında yaşayan işçilər işə gələ bilməmişdilər. Eyni zamanda əlavə problem yaranmaması üçün işçiləri bir neçə saat tez buraxmışıq. Ona görə də səhifələri azaltımışdıq», - deyə baş redaktorun müavini sabahdan etibarən «Şərq»in 16 səhifə çıxacağını bildirib.

  9. #49
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Bu il daşınmaz əmlak bazarında 16-18 % bahalaşma olacaq

    Yeni tikilən mənzillər 18%, köhnə mənzillər isə 14-15% bahalaşacaq
    Əvvəlki illərdə olduğu kimi bu il də daşınmaz əmlak bazarında 16-18 % bahalaşma olacaq. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov deyib ki, bu il mənzillər, torpaq sahələri və tikinti materiallarının qiymətləri artacaq.

    Bahalaşmaya həm daxili, həm də xarici amillər təsir göstərəcək. Məsələn, xaricdən gətirilən tikinti materiallarının bahalaşması qiymət artımına təsir edəcək.

    N.İbrahimov bildirib ki, ikincisi, xarici amil ölkəyə daxil olacaq pul kütləsinin həcmidir: «Xaricdə işləyən iş adamları pullarının bir hissəsini Azərbaycanın daşınmaz əmlak bazarına yerləşdirməkdə davam edəcəklər və gözlənilir ki, 2008-ci ildə bu rəqəm əvvəlki illərə nisbətən daha çox olacaq. Bu faktorun təsiri də bu il daha çox olacaq».

    O, bildirib ki, daxili səbəblər əhalinin alıcılıq qabiliyyətinin və məşğulluğunun artırılması və ipoteka kreditlərinin verilməsi olacaq: «Üstəlik, yeni tikilən evlərin azalması da qiymətlərin qalxmasına təsir edəcək». Təşkilatın ekspertləri hesab edirlər ki, 2008-i ildə yeni tikilən mənzillər 18 % , köhnə mənzillər isə 14-15 % bahalaşacaq. Torpaq bazarında isə bahalaşma 50 faizə çata bilər. N.İbrahimov deyib ki, ən çox qiymət artımı torpaq bazarında gözlənilir: «Burada artım 2 -23 % olmalıdır. Çünki ilkin bazarda qiymətlər çox yüksək olduğuna görə, alıcılar son bir neçə ayda torpaq bazarına maraq göstərirlər, yəni şəhər kənarında torpaq alıb tikməyə üstünlük verirlər».

    Onun sözlərinə görə, bu il qeyri-yaşayış sahələrinin qiymət artımı olacaq: «Ən az bahalaşma köhnə mənzillərdə olacaq. Bu il qiymət artımı rayonlarda daha yüksək olacaq. Onsuz da bölgələrdə qiymətlərin artım tempi Bakını 2 dəfə qabaqlayır.

  10. #50
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Yolların buz bağlaması nəticəsində 33 nəfər xəsarət alıb

    Bu barədə Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının rəhbəri Mürsəl Həmidov məlumat verib

    Bakıda hökm sürən qeyri-sabit hava şəraiti və yolların buz bağlaması nəticəsində xəsarət alan 33 nəfər xəstəxanalara müraciət edib. Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının rəhbəri Mürsəl Həmidovun sözlərinə görə, yanvarın 7-də stansiyaya 18 xəsarət almış şəxs müraciət edib ki, onların da 15-i xəstəxanalarda saxlanıb. Bu gün isə stansiyaya xəsarət almış 15 xəstə müraciət edib. Onların əksəriyyətini yuxarı və aşağı ətrafların travmaları diaqnozu qoyulub.
    Qeyd edək ki, ölkə ərazisində şaxtalı hava şəraiti yanvarın 10-na kimi davam edəcək. Bu günlərdə Abşeron yarımadasında havanın temperaturunun gecələr sıfırdan aşağı olacağı bildirilir. Milli hidrometeorologiya departamentindən verilən məlumata görə, yolların buz bağlaması davam edəcək.

    Yanvarın 10-dan isə hava nisbətən yumşalacaq. Qeyd edək ki, bu gecə Bakıda -6 dərəcə şaxta qeydə alınıb. Bu göstərici son 10 il ərzində qeydə alınan ən aşağı göstəricidir.

Sayfa 5/16 İlkİlk ... 3456715 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.