Əsas məzmuna keç
Sayfa 388/461 İlkİlk ... 288338378386387388389390398438 ... SonSon
4610 sonuçtan 3.871 ile 3.880 arası

Azərbaycan Xəbərləri

1. #3871
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Azərbaycana gəlib

[b]Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Azərbaycana gəlib[b]

Bakı. Viktoriya Dementyeva - APA. Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov Azərbaycanda keçiriləcək seçkiləri izləmək üçün Bakıya gəlib. Bu barədə APA-ya Rusiya Mərkəzi Seçki Komissiyasından məlumat verilib. MSK-nın 3 üzvü - İqor Borisov, İrina Dubrovina və Siyabşah Şapiyev, eləcə də Rusiyanın 5 federasiya subyektinin seçki komissiyalarının sədrləri də hazırda Azərbaycandadır. Onlar MDB müşahidə missiyasının tərkibində müşahidə aparacaqlar.

2. #3872
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Daxili Qoşunların Baş İdarəsi N saylı hərbi hissədə baş verən hadisə ilə bağlı açıqlama yayıb

[b]Daxili Qoşunların Baş İdarəsi N saylı hərbi hissədə baş verən hadisə ilə bağlı açıqlama yayıb[b]

Bakı. Rəşad Süleymanov-APA. "Son günlər müxtəlif mətbuat orqanlarında və internet saytlarında xidmətə yeni çağırılmış gənc əsgərlərin daha çox xidmət müddəti keçmiş əsgərlər tərəfindən fiziki təzyiqlərə məruz qalmalarını əks etdirən məlumatlar və videogörüntülər yayılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin hadisə Daxili Qoşunların «N» saylı hərbi hissəsində baş verib. Fakt üzrə xidməti təhqiqat aparılıb". Bu barədə APA-ya Daxili Qoşunların Baş İdarəsinin mətbuat xidmətindən daxil oan məlumatda bildirilib. Məlumatda daha sonra qeyd olunub ki, hərbi vəzifə borcunun icrasına məsuliyyətsiz yanaşaraq, hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri nizamnamə qaydalarına uyğun qurmadıqlarına, hərbi hissədə nizam-intizamın möhkəmləndirilməsi, təlim-tərbiyə işinin və mənəvi-psixoloji durumun yüksək səviyyədə təşkili üçün vaxtında təsirli tədbirər görmədiklərinə, gənc əsgərlərə qarşı nizamnamədən kənar münasibətin qarşısını vaxtında almadıqlarına, məlum hadisə haqqında Daxili Qoşunların komandanlığına məlumat vermədiklərinə görə, daxili işlər nazirinin əmri ilə «N» saylı hərbi hissənin komandiri tutduğu vəzifədən azad olunub, komandirin tərbiyə işləri üzrə müavini isə vəzifədən azad edilərək Silahlı Qüvvələrə ehtiyata buraxılıb: "Analoji faktın təkrar olunmaması üçün Daxili Qoşunların rəhbərliyi tərəfindən bütün lazımi təşkilati-əməli tədbirlər görülür".

3. #3873
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan müstəqillik qazanandan sonra ölkədə altıncı dəfə prezident seçkiləri keçirilir

[b]Azərbaycan müstəqillik qazanandan sonra ölkədə altıncı dəfə prezident seçkiləri keçirilir[b]

Bakı - APA. Müstəqil Azərbaycan bu gün altıncı dəfə prezidentini seçir. APA-nın məlumatına görə, ölkə müstəqillik əldə edəndən sonra ilk prezident seçkiləri 1991-ci il sentyabrın 8-də keçirilib. Səsvermə hüququna malik seçicilərin 84,4 faizinin iştirak etdiyi seçkilərdə səslərin 98,5 faizini toplayan Ayaz Mütəllibov qalib elan olunub. 1992-ci il iyunun 7-də keçirilən ikinci prezident seçkilərinin qalibi isə AXC sədri Əbülfəz Elçibəy olub. Seçicilərin 76,3 faizinin səsverməyə qatıldığı seçkilərdə Əbülfəz Elçibəy 59,4 faiz, digər namizədlər isə 38 faiz səs toplayıblar. 1993-cü il avqustun 29-da prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi ilə bağlı referendum keçirilib və səsverməyə qatılan 3,767, 928 seçicinin 92,02 faizi dövlət başçısına etimad göstərməyib. Referendumdan sonra oktyabrın 3-nə təyin olunan növbədənkənar prezident seçkiləri həm də ən yüksək seçici fəallığı ilə yadda qalıb. Səsvermə hüququna malik seçicilərin 97,6 faizinin iştirak etdiyi üçüncü prezident seçkilərində Heydər Əliyev səslərin 98,8 faizini toplayaraq dövlət başçısı seçilib. 1998-ci il oktyabrın 11-də Azərbaycanda dördüncü dəfə keçirilən prezident seçkiləri günü səsverməyə 3358465 seçici qatılıb (seçicilərin ümumi sayının 79,18 faizi). Seçicilərin 76,11 faizinin səsini qazanan Heydər Əliyev növbəti müddətə prezident seçilib. Beş il əvvəl, 2003-cü il oktyabrın 15-də isə müstəqil Azərbaycan tarixində beşinci prezident seçkiləri keçirilib. Bu seçkilərdə adı seçici siyahılarına daxil edilmiş Azərbaycan vətəndaşlarının 71,23 faizi səsverməyə qatılıb. Seçkilərin nəticələrinə görə, 76,84 faiz səs toplayan İlham Əliyev qalib gəlib. Bu gün keçirilən prezident seçkilərində isə Azərbaycan xalqı 7 namizəd arasında seçim etməlidir.

4. #3874
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda ilin əvvəlindən 698 sahibkarlıq subyektinə 73 mln. manat güzəştli kredit ayrılıb

[b]Azərbaycanda ilin əvvəlindən 698 sahibkarlıq subyektinə 73 mln. manat güzəştli kredit ayrılıb[b]

Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Azərbaycan Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) cari ilin yanvar-sentyabr ayları ərzində sahibkarların güzəştli şərtlərlə kreditləşdirilməsi üçün 2008-ci il dövlət büdcəsindən nəzərdə tutulmuş 80 mln. manatdan 63,8 mln. manat ayrılıb. SKMYF-dan «APA-ECONOMICS»ə verilən məlumata əsasən, həmçinin, Müşahidə Şurasının qərarına əsasən, Fondun xəzinə hesabına qaytarılan 9,2 mln. manat vəsait də sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib.Ümumilikdə, oktyabrın 1-dək SKMF-dan müvəkkil kredit təşkilatları vasitəsilə respublikanın 52 şəhər və rayonu üzrə 698 sahibkarlıq subyektinə 73 mln. manat güzəştli kredit verilib. Ayrılmış kreditlər əsasən, sənaye məhsulları istehsalı (119 layihə), kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kəndli fermer təsərrüfatlarının inkişafı (495 layihə), turizm infrastrukturunun inkişafı (33 layihə), xidmət sahəsi (50 layihə) və s. üzrə layihələrin maliyyələşdirilməsinə sərf olunacaq. Maliyyələşdirilmiş layihələrin 80%-dən çoxu respublikanın regionlarının payına düşür. Bu layihələrin 85,5%-i istehsal və emal yönümlüdür. İlin əvvəlindən verilmiş güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 7,8 mindən çox yeni iş yerinin yaradılacağı gözlənilir.Xatırladaq ki, sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir.

5. #3875
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakının Xətai rayonunda yerləşən seçki məntəqələrdə səsvermə başlayıb

[b]Bakının Xətai rayonunda yerləşən seçki məntəqələrdə səsvermə başlayıb[b]

Bakı. Rəşad Süleymanov-APA. Bakının Xətai rayonu ərazisində yerləşən 33, 34, 35 və 36 saylı dairə seçki komissiyalarının tərkibində fəaliyyət göstərən bütün seçki məntəqələrində səsvermə prosesi başlayıb. APA-nın adı çəkilən dairələrdə seçkiləri müşahidə edən əməkdaşının verdiyi məlumata görə, seçki qutuları komissiya üzvlərinin və müşahidəçilərin iştirakı ilə möhürlənib və ilk seçicilər seçki bülletenləri alaraq səs veriblər. 33 saylı seçki dairəsinin 26 saylı seçki məntəqəsinin qarşısında AVCİYA təmsilçiləri "exit-poll" keçirirlər. Hələlik beynəlxalq müşahidəçilər seçki məntəqələrinə gəlməyib. Səsvermə prosesinin gedişini əsasən müxtəlif təşkilatları təmsil edən yerli müşahidəçilər izləyirlər. Onların əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləridir.

6. #3876
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın 41 saylı Sumqayıt I Seçki Dairəsinin 35 saylı məntəqəsində seçkilərə start verilib

[b]Azərbaycanın 41 saylı Sumqayıt I Seçki Dairəsinin 35 saylı məntəqəsində seçkilərə start verilib[b]

Sumqayıt. İlhamə İsabalayeva - APA. Bu gün Azərbaycanda keçirilən prezident seçkiləri çərçivəsində 41 saylı Sumqayıt I Seçki Dairəsinin 35 saylı məntəqəsində səhər saat 8:00-da seçkilərə start verilib. APA-nın məntəqədə seçkilərin gedişini izləyən müxbirinin verdiyi məlumata görə, seçkilər nəzərdə tutulmuş vaxtda başlayıb. Seçki məntəqəsinin sədri Əzizağa Səmədovun APA-ya verdiyi məlumata görə, seçki prosesi normal davam edir: «Seçicilərin siyahısında 1 023 vətəndaş qeydiyyatdadır. Məntəqədə seçkilərin gedişini 7 təşkilatı təmsil edən müşahidəçilər izləyir. Bunlar, Ana Vətən, Yeni Azərbaycan, Azərbaycan Sosial Rifah partiyaları, habelə Gənclər üçün Təhsil Mərkəzi, «Seçki 2008», Azərbaycan Maarifçi Gənclər və AVCİYA təşkilatlarının nümayəndələridir».Ə.Səmədov həmçinin bildirib ki, Azərbaycanda səfərdə olan ATƏT və AŞ PA-nın nümayəndələri ötən gün seçki məntəqəsində olub, burada prezident seçkilərinə hazırlıqla bağlı görülən işlərlə tanış olublar.

7. #3877
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Piter Semnebi seçkini Naxçıvan şəhərində və Culfa rayonunda izləyəcək

[b]Piter Semnebi seçkini Naxçıvan şəhərində və Culfa rayonunda izləyəcək[b]

Naxçıvan. C. Qurbanoğlu—APA Bu gün keçiriləcək prezident seçkilərini izləmək üçün Azərbaycana gəlmiş Avropa İttifaqının Gənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Naxçıvan Muxtar Respublikasındadır. Naxçıvan MR Mərkəzi Seçki Komiisiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə bu gün o, günorta saatlarına qədər Naxçıvan şəhərində, günortadan sonra isə Culfa rayonunun seçki məntəqələrində səsvermə prosesini izləyəcək. Qeyd edək ki, Naxçıvan MR-ə səfəri çərçivəsində P. Semnebi oktabrın 14-də günün ikinci yarısında Naxçıvan MR Ali Məclisi sədri Vasif Talıbovla görüşüb, Naxçıvana qısamüddətli müşahidəçi kimi gəldiyini deyib. V. Talıbov qonağa regionda hazırlığın vəziyyəti ilə bağlı məlumat verib.

8. #3878
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın cənub bölgəsində seçkiləri izləmək üçün 4684 yerli və xarici müşahidəçi qeydə alınıb

[b]Azərbaycanın cənub bölgəsində seçkiləri izləmək üçün 4684 yerli və xarici müşahidəçi qeydə alınıb[b]

Masallı-Ağəddin Babayev-APA. Azərbaycanın cənub bölgəsində 15 oktyabr prezident seçkilərinə start verilib. APA-nın Cənub bürosunun xəbərinə görə, bölgənin 6 rayonunda 12 Dairə Seçki Komissiyasının 565 seçki məntəqəsində 416 min 840 seçici qeydiyyatdaır. Seçkini izləmək üçün 4684 yerli və xarici müşahidəçi qeydə alınıb. APA-nın əməkdaşının müşahidə apardığı 75 saylı Masallı-Lənkəran DSK-nın 124 saylı məntəqəsində 732 seçici qeydə alınıb. Seçicilərdən 13-ü ilk dəfə səs verəcək. Məntəqədə 3 yerli müşahidəçi müşahidə aparır.

9. #3879
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Beynəlxalq müşahidəçilər seçki məntəqələrinə baş çəkməyə başlayıblar

[b]Beynəlxalq müşahidəçilər seçki məntəqələrinə baş çəkməyə başlayıblar[b]

Bakı - APA. Beynəlxalq müşahidəçilər yavaş-yavaş seçki məntəqələrinə baş çəkməyə başlayıblar. APA-nın məlumatına görə, ATƏT və MDB müşahidə missiyalarından olan müşahidəçilər Bakıda yerləşən 23 saylı Nəsimi-Səbayel seçki dairəsinin 19-cu məntəqəsində olublar. Bu məntəqədə qanunvericiliyə zidd olaraq namizədlərin fotoşəkilləri olan plakat çıxarılmayıb. Məntəqədə "exit-poll" keçirilmir. Bakıdakı 8 saylı Binəqədi I seçki dairəsinin 21-ci məntəqəsində səsverməni müşahidə edən amerikalı müşahidəçi, WNEO təşkilatının təmsilçisi Maykl Rankin qısa açıqlama verib. O, hələlik heç bir qanun pozuntusuna rast gəlmədiyini, prosesin normal getdiyini söyləyib. Beynəlxalq müşahidəçilər 19 saylı məntəqəyə də baş çəkiblər. Bu məntəqədə "exit-poll"un keçirilməsinə başlanıb.

10. #3880
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avropa Şurası Müşahidə Missiyasının rəhbəri Andres Herkel Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqinə başlayıb - FOTOSESSİYA

[b]Avropa Şurası Müşahidə Missiyasının rəhbəri Andres Herkel Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqinə başlayıb - FOTOSESSİYA[b]

Bakı. Viktoriya Dementyeva - APA. Avropa Şurası Müşahidə Missiyasının rəhbəri Andres Herkel və Avropa Şurası Katibliyinin başçısı Vladimir Dronov bu gün Azərbaycanda keçirilən prezident seçkilərinin gedişini izləmək məqsədilə səhər 08:00-dan etibarən monitorinqə başlayıblar. APA-nın verdiyi məlumata görə, ilk öncə avropalı müşahidəçilər 29 saylı Səbail Seçki Dairəsinin 3 saylı məntəqəsində olub və burada yerli DSK-nın sədri Cahangir Məmmədovla görüşüblər. C.Məmmədov bildirib ki, dairə üzrə 46 150 seçici, 3 saylı məntəqə üzrə isə 1 118 seçici qeydiyyatdadır. Məntəqədə seçkinin gedişini həmçinin ATƏT-in iki nümayəndəsi və Ukrayna Ali Radasının bir təmsilçisi müşahidə edib. Müşahidəçilər tərəfindən seçkinin təşkili və gedişi ilə bağlı heç bir irad bildirilməyib. Seçki məntəqəsi nəzərdə tutulmuş vaxtda (08:00-da) açılıb. C.Məmmədov bildirilib ki, məntəqəyə daxil olmuş 3 yazılı ərizə və 1 telefon zəngi əsasında 4 vətəndaşın ev şəraitində səs verməsi üçün DSK-nın nümayəndələri ünvanlara gedərək sakinlərin səs verməsini təmin edəcəklər.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.