Əsas məzmuna keç
Sayfa 386/461 İlkİlk ... 286336376384385386387388396436 ... SonSon
4610 sonuçtan 3.851 ile 3.860 arası

Azərbaycan Xəbərləri

1. #3851
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan MSK-nın sədri: "Saat 22.00-dan prezident seçkilərinin ilkin nəticələrinin açıqlanmasına başlanılacaq"

[b]Azərbaycan MSK-nın sədri: "Saat 22.00-dan prezident seçkilərinin ilkin nəticələrinin açıqlanmasına başlanılacaq"[b]

Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bütün seçiciləri sabah keçiriləcək prezident seçkilərində səs verməyə çağırıb.

APA-nın məlumatına görə, bu barədə MSK sədri bu gün keçirdiyi mətbuat konfransında bildirib: "Seçki hüququ olan bütün vətəndaşları seçki məntəqələrinə gələrək, ölkənin gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən prezident seçkilərində iştiraka və ən layiqli namizəd səs verməyə çağırıram". O, seçki komissiyalarının seçkilərə tam hazır olduğunu vurğulayıb: "Seçki günü bütün seçki komissiyaları gərgin və operativ rejimdə işləyəcək, qəbul olunan bütün məlumatlar ictimaiyyətə çatdırılacaq, problemlər dərhal aradan qaldırılacaq". MSK sədri səslərin sayılması prosesinin məntəqələrdə ən uzağı 2 saat çəkəcəyini və 3 saat ərzində isə məlumatların DSK-lara ötürüləcəyini qeyd edib: "Bu baxımdan saat 22.00 radələrində ilkin nəticələrin açıqlanmasına başlanılacaq".

2. #3852
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın 2009-cu il dövlət büdcəsinin layihəsi parlamentə təqdim olunub

[b]Azərbaycanın 2009-cu il dövlət büdcəsinin layihəsi parlamentə təqdim olunub[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın «2009-cu ilin dövlət büdcəsi haqqında» qanun layihəsi Milli Məclisə təqdim olunub.

Parlamentdən APA-ya verilən məlumata görə, yaxın günlərdə gələn ilki dövlət büdcəsinin layihəsi parlamentin iqtisadi siyasət daimi komissiyasının iclasında müzakirəyə çıxarılacaq. İlkin proqnozlara əsasən, 2009-cu ildə Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 43,6 mlrd. manata, orta aylıq əməkhaqqı isə 353,3 manata çatdırılacaq.Gələn il dövlət büdcəsinin gəlirləri ÜDM-nin 27,9%-i həcmində (2008-ci ilə nisbətən 2,4 faiz bəndiçox) və yaxud 12 177 mln. manat nəzərdə tutulur. Bu da 2008-ci ilə nisbətən 16,1% çoxdur. Dövlət büdcəsinin xərcləri isə ÜDM-nin 28,3%-i həcmində (2008-ci il ilə müqayisədə 1,4 faiz bəndi çox), yəni 12 355 mln. manat və ya 11,7% çox olacaq.Növbəti ilin dövlət büdcəsinin xərclərində cari xərclər 6 655,5 mln. manat (xərclərin 53,9%-i), əsaslı xərclər 5 609,4 mln. manat (45,4%), kreditlərin qaytarılması və faizlərin ödənilməsi ilə bağlı xərclər 90,1 mln. manat (0,7%) həcmində nəzərdə tutulub. Sosial yönümlü xərclərin büdcədəki xüsusi çəkisi isə 33% (4 024 mln. manat) olmaqla 2008-ci il ilə müqayisədə 790 mln. manat artacaq.Gələn il Azərbaycanın icmal büdcəsinin gəlirləri 22 680,1 mln. manat olmaqla 2008-ci ilə nisbətən 29,9%, xərcləri isə 14 758 mln. manat olmaqla 15,5% çox proqnozlaşdırılır.Xatırladaq ki, ikin makroiqtisadi proqnozlara əsasən, 2009-cu ildə Azərbaycanda ÜDM-nin artım tempinin ən azı 18%, inflyasiyanın isə 12-14% olacağı gözlənilir. Neftin baza qiyməti pessimist ssenari ilə 80 dollar/barel səviyyəsində götürülüb. Orta ssenariyə əsasən, 2009-cu ildə neftin qiyməti 100 dollar/barel, optimist ssenaridə isə 125 dollar/barel səviyyəsində nəzərdə tutulub.Qeyd edək ki, 2008-ci ildə Azərbaycanda 39 mlrd. manat həcmində ÜDM istehsalı planlaşdırılsa da, ilin sonunadək bu göstəricinin 41 mlrd. manata çatacağı gözlənilir. Xatırladaq ki, mövcud qanunvericiliklə yeni ilin dövlət büdcəsinin layihəsi cari ilin oktyabr ayının 15-dək parlamentə təqdim olunmalıdır.

3. #3853
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik xidmət orqanlarında vakant diplomatik vəzifələri tutmaq üçün müsabiqə elan edib

[b]Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik xidmət orqanlarında vakant diplomatik vəzifələri tutmaq üçün müsabiqə elan edib[b]

Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin diplomatik xidmət orqanlarında vakant diplomatik vəzifələri tutmaq üçün müsabiqə elan edib. Bu barədə APA-ya XİN mətbuat xidmətindən məlumat verilib. Müsabiqədə iştirak etmək istəyən namizədlər "Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında diplomatik xidmətə müsabiqə vasitəsi ilə qəbul qaydaları"nda qeyd olunan sənədləri Xarici İşlər Nazirliyinin Müsabiqə Komissiyasına təqdim etməlidir. Namizədlər bu qaydalarla müsabiqə komissiyasında və ya XİN-in internet səhifəsində tanış ola bilərlər. Sənədlər cari il oktyabrın 20-dən noyabrın 12-dək hər gün (bazar günü istisna olmaqla) saat 10.00-dan 17.00-dək Xarici İşlər Nazirliyində qəbul olunur. Müsabiqədə ali təhsilli, sənədlər təqdim edildiyi gün yaşı 28-dən artıq olmayan, xarici dili sərbəst bilən, diplomatik vəzifələrdə işləmək üçün beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər sahələrində xüsusi biliklərə malik olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Müsabiqəni müvəffəqiyyətlə keçən şəxslər altı ay müddətinə stajçı kimi diplomatik xidmətə götürülür.

4. #3854
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dövlət Gömrük Komitəsi əməkdaşlarının müsadirə etdikləri dini kitablar Azərbaycandakı yəhudi icmalarına bağışlanıb

[b]Dövlət Gömrük Komitəsi əməkdaşlarının müsadirə etdikləri dini kitablar Azərbaycandakı yəhudi icmalarına bağışlanıb[b]

Bakı. Rəşad Süleymanov - APA. Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının müxtəlif vaxtlarda müsadirə etdikləri dini kitablar Azərbaycandakı yəhudi icmalarına bağışlanıb. Bu barədə APA-ya DGK-dən məlumat verilib. Xaçmaz Gömrük İdarəsinin rəisi Sahib Axundov bildirib ki, indiyədək gömrük orqanları tərəfindən müsadirə edilən müqəddəs kitablar, ikonalar və digər dini əşyalar aidiyyəti təşkilatlara, o cümlədən, dini ocaqlara bağışlanıb. Bu yaxınlarda gömrük qaydalarının pozulmasına görə gömrük əməkdaşları tərəfindən götürülən dini məzmunlu və yəhudi uşaqları üçün nəzərdə tutulan «Sivoys Qaşem» adlı 100 kitabın da Xaçmaz rayonunun Qırmızı qəsəbə ərazisində yerləşən Sinaqoqa verilməsi qərara alınıb. Qırmızı Qəsəbədəki Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Boris Simanduyev bu addımı Azərbaycanda tolerantlığın bariz bir nümunəsi kimi səciyyələndirib. Qeyd edək ki, oktyabrın 10-da eyni adlı 150 dini kitab da Avropa yəhudi dini icmasının Azərbaycandakı nümayəndəliyinə təqdim olunub.

5. #3855
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Neft Qaz Çıxarma İdarəsinə məxsus paylayıcı qurğuda bədbəxt hadisə baş verib

[b]Neft Qaz Çıxarma İdarəsinə məxsus paylayıcı qurğuda bədbəxt hadisə baş verib[b]

Bakı-APA. Oktyabrın 13-də Bakıda naməlum şəxs elektrik cərəyanı vurması nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Səbayel rayonundakı Bibi-Heybət Neft Qaz Çıxarma İdarəsinə məxsus paylayıcı qurğuda baş verib. 25-30 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırmalar aparılır.

6. #3856
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gələn həftə Almaniyanın biznes missiyası Azərbaycana gələcək

[b]Gələn həftə Almaniyanın biznes missiyası Azərbaycana gələcək[b]

Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Cari ilin oktyabrın 20-də Almaniyanın Şimali Reyn-Vestfaliya Torpağının biznes missiyası Azərbaycana gələcək. Bu barədə «APA-ECONOMICS»ə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Oktyabrın 24-dək davam edəcək səfərin əsas məqsədi Azərbaycanla Şimali Reyn-Vestfaliya arasında iqtisadi əlaqələrin genişləndirilməsidir.Almaniya nümayəndə heyəti Dortmund Ticarət-Sənaye Palatasının nümayəndələri və yeddi müəssisəsinin (tikinti sektoru, tikinti maşınları, elektrik və istilik enerjisi, ərzaq məhsulları) rəsmilərindən ibarətdir. Bu müəssisələrin avandaqları hazırda Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin icrasında istifadə olunur. Bu məhsulların bir qismi «Iteca Caspian» şirkəti tərəfindən oktyabrın 22-24-də Bakıda təşkil olunacaq «BakuBuild-2008» beynəlxalq sərgisində nümayiş etdiriləcək.Qeyd edək ki, Şimali Reyn-Vestfaliya Almaniyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş hissəsidir. Buranın ümumi daxili məhsulunun həcmi 529,42 mlrd. avro təşkil edir. Şimali Reyn-Vestfaliya Azərbaycanda «RWE AG», «E.ON AG», «Vogelsang GmbH.», «Wilo AG», «Facet GmbH.», «Bentec GmbH.», «Wirtgen GmbH.» kimi müəssisələrlə təmsil olunub.Qeyd edək ki, biznes missiyanın səfəri Dortmund Ticarət-Sənaye Palatası və Almaniya-Azərbaycan İqtisadi Yardım Forumu (DAWF) tərəfindən təşkil edilir. Səfər zamanı qonaqlar Azərbaycan İqtisadi İnkişaf və Sənaye və Energetika nazirliklərində, həmçinin yerli iş adamları ilə görüşlər keçirəcək.

7. #3857
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«Bank Avrasiya» ilin əvvəlindən kredit portfelini 155 dəfə artırıb

[b]«Bank Avrasiya» ilin əvvəlindən kredit portfelini 155 dəfə artırıb[b]

Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «Bank Avrasiya» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 51,094 mln. manat təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan analoji göstəricidən 99,8% çoxdur. Bankın baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 4,8 dəfə genişlənərək 26,105 mln. manat, kredit portfeli 155 dəfə artaraq 27,201 mln. manat, o cümlədən istehlak kreditləri 5,321 mln. manat təşkil edib. Həmçinin, bankın məcmu kapitalı 4,2% artaraq 20,835 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat olub. Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri 19,9 dəfə artaraq 3,910 mln. manata, xərcləri isə 11,2 dəfə artaraq 2,529 mln. manata çatıb. Nəticədə, bank bu ilin ilk 9 ayında 1,382 mln. manat həcmində mənfəət əldə edib.Bu dövr ərzində bank 1 mübadilə məntəqəsi açıb, həmçinin 1 bankomat və 11 POS-terminal quraşdırıb. Cari ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə bankın işçilərinin sayı 52,2% artaraq 35 nəfər, orta aylıq əmək haqqı isə 1 335 manat təşkil edib.Xatırladaq ki, «Bank Avrasiya» SKB-yə lisenziya 2007-ci ilin noyabrında verilib. Hazırda bankın 1 bankomatı və 11 POS-terminalı və 1 mübadilə məntəqəsi mövcuddur.

8. #3858
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın avtonəqliyyat sektorunda keçirilən «Təmiz hava» aylığının nəticələri açıqlanıb

[b]Azərbaycanın avtonəqliyyat sektorunda keçirilən «Təmiz hava» aylığının nəticələri açıqlanıb[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının icrası ilə əlaqədar avtonəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə Bakı, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir və digər iri şəhər və rayonlarında bu ilin avqustunda keçirdiyi «Təmiz hava» aylığının nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, «Təmiz hava» aylığı çərçivəsində paytaxtdakı 35 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexlərində yoxlamalar aparılıb. Yoxlanılan 817 avtomobildən 123-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanıb. Yoxlamaların nəticələri əsasında 23 müəssisəyə qarşı ümumilikdə 1 150 manat məbləğində iddia irəli sürülüb. Bakı şəhərinin küçə və magistrallarında keçirilən reydlər zamanı yoxlanılan 3 850 avtomobilin 1 744-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olması faktı müəyyənləşib. Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik, Biləsuvar və Yardımlı rayonlarında keçirilən reydlər zamanı 191, Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında 153 avtomobildə atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olub. Araşdırmalar nəticəsində ətraf mühitə normadan artıq çirkləndirici maddələr atan avtomobillərin istismara buraxılmasına görə yoxlanılan təsərrüfatlara İnzibati Xətalar Məcəlləsi əsasında 7,5 min manat məbləğində cərimələr tətbiq olunub. Aylıq zamanı 49 müəssisədə avtomobillərin atmosferi ixrac qazları ilə normadan artıq çirkləndirməsi müəyyən edilib və təbiətə dəymiş ziyana görə həmin müəssisə və təşkilatlara 1 308 manat iddia, 5 780 manat məbləğində ödəmə tətbiq edilib. Magistral yollarda keçirilən reydlər zamanı ümumilikdə fərdi qaydada yoxlanılan 10 436 avtomobildən atmosfer havasını müəyyən olunmuş normadan artıq çirkləndirən 4 215 avtomobilin sürücüsünün inzibati qaydada cərimələnməsi üçün Dövlət Yol Polisi İdarəsinin inzibati protokolları tərtib edilib.

9. #3859
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Tuncelidə hərbi maşın karvanına hücum edilib

[b]Tuncelidə hərbi maşın karvanına hücum edilib[b]

Tunceli - APA. Türkiyənin cənub-şərqindəki Tunceli rayonu ərazisində hərbi maşın karvanına hücum edilib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terrorçuların atəşi nəticəsində 5 əsgər yaralanıb. Əraziyə xüsusi təyinatlı qüvvələr göndərilib. Tunceli-Elazığ yolu qapadılıb.

10. #3860
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Məzahir Pənahov seçkiləri izləmək üçün Azərbaycana gələn Rusiya Dövlət Dumasının nümayəndələri görüşüb

[b]Məzahir Pənahov seçkiləri izləmək üçün Azərbaycana gələn Rusiya Dövlət Dumasının nümayəndələri görüşüb[b]

Bakı. Elnur Məmmədli-APA. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkiləri izləmək üçün Bakıda səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının MDB ölkələri ilə iş və həmvətənlərlə əlaqələr üzrə komitənin sədri Aleksey Ostrovski və Rusiya Federasiya Şurası sədrinin müavini, MDB Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Svetlana Orlova ilə ayrı-ayrılıqda görüş keçirib. MSK-nın nəzdindəki Müstəqil Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumata görə, hər iki görüşdə M. Pənahov prezident seçkilərinə hazırlıqla bağlı ətraflı məlumat verib, seçkilərin tam demokratik, azad və şəffaf keçirilməsi üçün bütün imkanların səfərbər olunduğunu deyib. Qonaqlar da öz növbəsində Azərbaycan Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlığı, seçkilərə hazırlığın səviyyəsini yüksək qiymətləndiriblər. Svetlana Orlova məntəqələrdə quraşdırılmış veb-kameralar vasitəsilə səsvermənin gedişinin izlənməsinin təqdirəlayiq olduğunu qeyd edib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.