Əsas məzmuna keç
Sayfa 322/461 İlkİlk ... 222272312320321322323324332372422 ... SonSon
4610 sonuçtan 3.211 ile 3.220 arası

Azərbaycan Xəbərləri

1. #3211
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda 450 yeni orta məktəbə tələbat var

[b]Azərbaycanda 450 yeni orta məktəbə tələbat var[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanda 450 orta təhsil məktəbin tikintisinə ehtiyac var. «APA-ECONOMICS»in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda 1200 məktəbin əsaslı təmirə, 450-dən artıq yeni məktəbin tikintisinə və şagird sıxlığı problemlərini aradan qaldırmaq üçün 600 məktəbin yanında əlavə korpusların inşasına ehtiyac duyulur: «Yaxın bir neçə il ərzində biz təhsil ocaqlarında normal şərait yaratmalıyıq».Bundan başqa M.Mərdanov qeyd edib ki, Təhsil Nazirliyi məktəblərdə qışa hazırlıq məsələlərinə də ciddi yanaşır. Belə ki, ən əsas məsələlərdən biri təhsilə mane olmamaq şərti ilə başlanmış və nəzərdə tutulan təmir işlərini başa çatdırmaq və istilik sistemlərini quraşdırmaqdır ki, hazırda bu işlər davam etdirilir: «Ümumiyyətlə, bu il ölkənin təhsil sahəsi keçən ildəkindən bir qədər yüksək səviyyədə olacaq».Qeyd edək ki, hazırda Azərbaycanda 4 545 min orta təhsil məktəb mövcuddur.

2. #3212
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan təyyarə və vertolyot istehsalına hazırlaşır

[b]Azərbaycan təyyarə və vertolyot istehsalına hazırlaşır[b]

Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Yaxın illərdə Azərbaycanda bir sıra xarici şirkətlərin iştirakı ilə təyyarə və vertolyotların istehsalını başlanıla bilər. Bu barədə «APA-ECONOMICS»ə hökumətdəki mənbələrdən məlumat verilib.

Hazırda Azərbaycan tərəfi Rusiya, Ukrayna, Türkiyə və Çexiya şirkətləri ilə hərbi və mülki təyinatlı təyyarə və vertolyotların istehsalının qurulmasına dair müzakirələr aparılır. Danışıqlar davam etdiyindən həmin şirkətlərin adları açıqlanmır.«Bu gün Rusiya və Ukraynada istehsal edilən təyyarələrin müəyyən hissəsi Azərbaycanda hazırlanır. Gələcəkdə planlar var ki, həmin təyyarələr Azərbaycanda da istehsal olunsun. Bunun üçün hazırda istismarsız qalmış müəssisə ayrıla bilər», - deyə hökumətdən bildirilib.Müzakirələrə əsasən, hazırda Müdafiə Nazirliyinin balansında olan Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki Təyyarə Təmiri Zavodununun yenidən qurulması və məhz burada təyyarələrin yığılmasının təşkili nəzərdə tutulur. Qeyd edək ki, hazırda Azərbaycanın iki müəssisəsi - Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan «İqlim» Elmi İstehsalat Müəssisəsi və «Avia-Aqreqat» zavodu aviasiya texnikalarının istehsalı ilə məşğuldur. Bu müəssisələrdə xüsusi təyinatlı mürəkkəb aviasiya texnikası, müxtəlif aerodrom kondisionerləri, bort bələdçisinin universal konteyneri, hava-hava radiatorları, yanacaq-yağ, hava-hava istilik mübadiləediciləri, ventilyator və s. istehsal edilir.Azərbaycanın «İqlim» zavodu Rusiyanın aviasiya texnikası istehsal edən «Vımpel» zavodu, İrkutsk Aviasiya İstehsalat Birliyi, «Aviakor» Samara Aviasiya Zavodu, Novosibirsk Aviasiya İstehsalat Birliyi, «RSK MiQ» müəssisəsi və «Rosoboroneksport» şirkəti ilə əməkdaşlıq edir.

3. #3213
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İlhamə Quliyevaya "Hummer" hədiyyə olunub

[b]İlhamə Quliyevaya "Hummer" hədiyyə olunub[b]

Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti İlhamə Quliyevaya ağ rəngli "Hummer" markalı avtomobil hədiyyə edilib. Bu barədə APA-ya açıqlama verən məşhur sənətçi bildirib ki, avtomobil ona pərəstişkarı tərəfindən hədiyyə olunub: "Bu avtomobili sənətimi sevən, məni bir qadın və incəsənət xadimi kimi qiymətləndirən pərəstişkarımın hədiyyəsidir. Həmin insan ailəvi dostumuzdur, sanballı, adlı-sanlı şəxsiyyətdir. Hazırda avtomobili impressariom Tolik idarə edir, ancaq yaxın vaxtlarda mən də idarə edəcəyəm. Olduqca rahat və asan idarə olunan avtomobildir". Oğlu Orxan Nadirovun işinə gəlincə, xalq artisti artıq istintaqın tamamlandığını və bu yaxınlarda məhkəmə prosesinin keçiriləcəyini söyləyib: "Orxanın işi ilə bağlı çox rahatam. Ancaq məhkəmə proseslərində iştirak etməyəcəyəm. Məhkəməyə vəkili ilə birlikdə atası qatılacaq". Yaradıcılığındakı yeniliklərdən söz açan müğənni sentyabrın 28-də Hollandiyada solo-konsert verəcəyini söyləyib. İ. Quliyeva bu aya təyin olunan, sonradan isə təxirə salınan hesabat konsertinə də toxunub: "Tolik Yaşıl Teatrda konsertimi keçirmək fikrinə düşmüşdü, ancaq seçkilərə az vaxt qaldığına görə tələsik konsert təşkil etmək istəmədim. Həm də anamın ili çıxmamış solo-konsertdə oxumaq istəmədim. Seçikilərlə bağlı çıxışlarımı edirəm. Anamın ili çıxdıqdan sonra Bakıda konsert keçirib, yaradıcılığımın hesabatını verəcəyəm". İ. Quliyeva yeni albomunun işıq üzü gördüyünü və albomda Novruz Aslan, Xanım İsmayılqızı, Aygün Səmədzadə, Gövhər Həsənzadə, Aybəniz Güllər, Sevda Məmmədli kimi bəstəkarların əsərlərinin yer aldığını xatırladıb: "Bu, mənim onuncu albomumdur. Albomun təqdimat mərasimini keçirmək fikrində deyiləm. Bu tendesiyanın əsasını mən qoymuşam, amma indi eləmək istəmirəm. Çünki bu ənənə köhnəlib". Sənətçi bu yaxınlarda üç yeni klipinin ekranlarda nümayiş olunacağını da deyib.

4. #3214
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Stenli Eskudero: "Ailəmlə Nardaran sakinləri arasında yaranmış problem gec-tez öz qanuni həllini tapacaq"

[b]Stenli Eskudero: "Ailəmlə Nardaran sakinləri arasında yaranmış problem gec-tez öz qanuni həllini tapacaq"[b]

Bakı. Rəşad Süleymanov-APA. "Ailəmlə Nardaran sakinləri arasında yaranmış problem uzun və mürəkkəb məsələdir". Bu açıqlamanı APA-ya ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Bakıda yaşayan Stenli Eskudero verib.

O, qeyd olunan məsələnin dərinliyinə getmək istəmədiyini bildirib: "Mən heç də bu məsələnin dərinliyinə getmək istəmirəm. Ailəm və mən sözügedən torpaq sahəsinin əsl sahibləriyik. Hətta dünən bu məsələ ilə əlaqədar məhkəmə prosesi də keçirilib". S.Eskudero onu da əlavə edib ki, bu məsələ gec-tez öz qanuni həllini tapacaq və problemə son qoyulacaq. Qeyd edək ki, Naradaran sakinləri S. Eskudronun ailəsinin onların uzun illərdən bəri əkib becərdiyi 30 hektar torpaq sahəsini ələ keçirməsinə etiraz edirlər.

5. #3215
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

MDB müşahidəçiləri prezidentliyə namizədlərin vəkilləri ilə görüşlərə başlayıblar

[b]MDB müşahidəçiləri prezidentliyə namizədlərin vəkilləri ilə görüşlərə başlayıblar[b]

Bakı. Laçın Sultanova - APA. Bu gün Müstəqil Dövlətlər Birliyinin (MDB) Azərbaycanda keçiriləcək seçkiləri müşahidə missiyasının nümayəndələri prezidentliyə namizəd Qulamhüseyn Əlibəylinin vəkili Müzəffər Baxışovla görüşüblər. Missiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşahidəçilər bildiriblər ki, seçki prosesinin monitorinqi Azərbaycan qanunları və MDB-nin sənədləri çərçivəsində, ölkənin daxili işlərinə qarışmamaq prinsipi əsasında aparılacaq. M. Baxışov isə qonaqlara Q. Əlibəylinin seçki kampaniyasında iştirakından danışıb. Qeyd edək ki, bu, missiya nümayəndələrinin prezidentliyə namizədlərinin vəkilləri ilə keçirdiyi ilk görüş olub. Dünən isə MDB müşahidəçiləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşüblər.

6. #3216
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti Kürdəmirdə bir neçə obyektin açılışında iştirak edib

[b]Azərbaycan prezidenti Kürdəmirdə bir neçə obyektin açılışında iştirak edib[b]

Kürdəmir. Şahnəzər Bəşirov-APA. Azərbaycan prezidenti İlham Əliyev Kürdəmir rayonunda səfərdə olub. APA-nın yerli bürosunun məlumatına görə, ölkə başçısı Kürdəmir Olimpiya İdman Kompleksinin açılışında iştirak edib, burada ictimaiyyət nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev rayonda Gənclər Evinin, Bakı-Qazax magistral yolunun Kürdəmir şəhəri ərazisindən keçən 10,5 kilometrlik dairəvi yolunun açılış mərasimlərinə də qatılıb. Ölkə başçısının Kürdəmirə səfəri "Qelios" firmasının şirə emalı kombinatının açılış mərasimində iştirakla yekunlaşıb.

7. #3217
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bu gün BBVB-nin valyuta bölməsində əqd bağlanılmayıb

[b]Bu gün BBVB-nin valyuta bölməsində əqd bağlanılmayıb[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8071 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8107 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8071 AZN/$1 təşkil edib.USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,00%, ABŞ dolları üzrə isə illik 16,75% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

8. #3218
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qüdrət Həsənquliyev Lənkəranda seçicilərlə görüşüb

[b]Qüdrət Həsənquliyev Lənkəranda seçicilərlə görüşüb[b]

Lənkəran. Ağəddin Babayev-APA. Bu gün prezidentliyə namizəd, BAXCP sədri Qüdrət Həsənquliyev Lənkəran şəhərində seçicilərlə görüşüb. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Olimpiya İdman Kompleksində keçirilən görüşü prezidentliyə namizədin vəkili, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov açaraq Q. Həsənquliyevin fəaliyyəti barədə məlumat verib. Q. Həsənquliyev çıxışında Azərbaycanda Konstitusiya islahatları, platformasındakı sosial-iqtisadi islahatlarla bağlı müddəalar, Dağlıq Qarabağ probleminin həli və ordu quruculuğu məsələləri barədə danışıb. Prezidentliyə namizəd qeyd edib ki, Azərbaycanda neft pulları səmərəli istifadə olunmalı, ölkədə istehsal və emal müəssisələri açılmalıdır. Görüşdə çıxış edən Lənkəran Dövlət Universitetinin professoru Məsud Məmmədov çalışdığı təhsil müəssisəsindəki mənfi hallardan danışıb. Q. Həsənquliyev seçicilərin şikayətlərini dinləyib, suallarını cavablandırıb.

9. #3219
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda İsrail rejissorunun filminə baxış keçirilib

[b]Bakıda İsrail rejissorunun filminə baxış keçirilib[b]

Bakı. Viktoriya Dementyeva - APA. İsrailin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Dövlət Dillər Universitetində İsrail rejissoru Eran Kolirinin "Qrupun səfəri" adlı filminə baxış keçirilib. APA-nın məlumatına görə, baxışda Dövlət Dillər Universiteti, Bakı Dövlət Universiteti, Qərb Universiteti, Xəzər Universiteti və Diplomatiya Akademiyasının 200-ə yaxın tələbəsi, eləcə də Azərbaycandakı yəhudi icmasının nümayəndələri iştirak ediblər. Qeyd edək ki, "Qrupun səfəri" İsraildə 2007-ci ilin ən yaxşı filmi seçilib və Kann festivalında mükafata layiq görülüb.

10. #3220
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ombudsman Aparatının nümayəndələri müvəqqəti saxlama təcridxanalarına baxış keçiriblər

[b]Ombudsman Aparatının nümayəndələri müvəqqəti saxlama təcridxanalarına baxış keçiriblər[b]

Bakı. Hafiz Heydərov-APA. Ombudsman Aparatının Çevik Araşdırma Qrupu polis idarələrinin müvəqqəti saxlama təcridxanalarına, polis bölmələrinin növbətçi hissələri yanında müvəqqəti saxlama yerlərinə baxış keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma qrupu Nizami, Əzizbəyov, Nəsimi, Qaradağ, Binəqədi, Nərimanov, Suraxanı, Xətai və Sabunçu rayon polis idarələrinin müvəqqəti saxlama təcridxanalarında Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə riayət olunub-olunmadığını yoxlayıb. Məlumata görə, polis bölmələrinin növbətçi hissələri yanında müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərlə görüş keçirən qrup üzvləri hər hansı bir şikayət faktı ilə qarşılaşmayıblar.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.