Əsas məzmuna keç
Sayfa 256/461 İlkİlk ... 156206246254255256257258266306356 ... SonSon
4610 sonuçtan 2.551 ile 2.560 arası

Azərbaycan Xəbərləri

1. #2551
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Dövlət Kukla Teatrı İranda beynəlxalq teatr festivalında iştirak edəcək

[b]Azərbaycan Dövlət Kukla Teatrı İranda beynəlxalq teatr festivalında iştirak edəcək[b]

Bakı. Ülkər Qasımova-APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi iyulun 11-dən 17-nə kimi İranda keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək. Bu barədə APA-ya teatrın rejissoru Elşad Rəhimzadə məlumat verib. O bildirib ki, kollektiv festivalda "Qırmızı papaq" və "Oyuq çələngi" tamaşaları ilə çıxış edəcək. Qeyd edək ki, Kukla Teatrı bu festivalda ölkəmizi beşinci dəfə təmsil edir.

2. #2552
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda "Azərbaycan sivilizasiyaların qovşağında" adlı yeddi günlük beynəlxalq yay seminarı keçirilir

[b]Bakıda "Azərbaycan sivilizasiyaların qovşağında" adlı yeddi günlük beynəlxalq yay seminarı keçirilir[b]

Bakı. Turan Hüseynova-APA. Bakıda "Azərbaycan sivilizasiyaların qovşağında" adlı yeddi günlük beynəlxalq yay seminarı öz işinə başlayıb. APA-nın məlumatına görə, seminarın birinci günündə Bakı Dövlət Universitetinin tarix elmləri doktoru Kərim Şükürov məruzə ilə çıxış edib. O, Azərbaycannın tarixi, mədəniyyəti, İslam dünyasında tutduğu yeri və rolu barəsində danışıb. İslam Konfransının Gənclər Forumunun media şöbəsinin direktoru Nabat Qaraxanovanın APA-ya verdiyi məlumata görə, bu seminar Rusiyanın aparıcı ali təhsil ocaqlarının tələbə hərəkatlarının iyirmi nəfərdən ibarət fəalları üçün keçirilir. Seminar zamanı tələbələrə, ölkəmiz haqqında müzahirələr, Azərbaycanın tarixi və mədəni mərkəzinin irsi olan və beynəlxalq kontekstə Dağlıq Qarabax konfliktini haqqında mühazirələr oxunacaq. Seminar çərçivəsində iştirakçılar Azərbaycanın tarixi yerləri: Gəncə, Şəki, Qobustana gedəcək, Suraxanı Atəşğahını ziyarət edəcəklər. N. Qaraxanova əlavə edib ki, seminar çərcivəsində ayrıca olaraq "Xocalıya-ədalət, Qarabağa-azadlıq" adı foto sessiya keçiriləcək. Hal-hazırda bu sessiya üçün xüsusi sayt hazırlanır. Qeyd edək ki, seminar Heydər Əliyev adına Fondun Moskvada nümayəndəliyi və İKT Gənclər Forumununun Sivilizasiya İttifaqının təşəbbüsü ilə keçirilir.

3. #2553
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qusar sakini özünü meşədə asıb

[b]Qusar sakini özünü meşədə asıb[b]

Qusar. Solmaz Mehtiyeva-APA. Qusar rayonunun Hil kəndində intihar hadisəsi baş verib. APA-nın Şimal bürosunun Qusar rayon prokurorluğundan aldığı məlumata görə, Qusar rayonunun Hil kəndində yaşayan, 1972-ci il təvəllüdlü Razik Şahlar oğlu Laçınov iyulun 15-də gecə saat 23.00 radələrində kəndin meşə zolağında özünü asıb. İntiharın səbəbləri bilinmir. Faktla bağlı araşdırma aparılır. İlkin versiyalara görə, hadisə ailə-məişət zəminində baş verib.

4. #2554
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərən ABŞ şirkəti ermənilərə məxsusdur

[b]Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərən ABŞ şirkəti ermənilərə məxsusdur[b]

Vaşinqton. Hüsniyyə Həsənova - APA. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərən ABŞ-ın "Sidon Travel and Tourism" şirkəti Los-Anceles yaxınlığındakı Qlendeyl şəhərində yaşayan ermənilərə məxsusdur.

Şirkətin meneceri Karlo Vakiyan APA-nın ABŞ bürosuna açıqlamasında Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərmələrini həmin "dövlət"in "prezident"inin erməni olması ilə əsaslandırıb. Həmin ərazidən azərbaycanlıların zorla qovulduğu və separatçıların keçirdiyi "prezident seçkiləri"nin heç kim tərəfindən tanınmadığı barədə suala isə K. Vakiyan absurd cavab verib. Menecer deyib ki, onun başının üstündə asılan xəritədə Dağlıq Qarabağ müstəqil dövlət kimi göstərilib və bu, həmin ərazini müstəqil dövlət saymaq üçün kifayətdir. K. Vakiyan təmsil etdiyi şirkətin xətti ilə minə yaxın müştərinin Dağlıq Qarabağa səfər etdiyini də söyləyib. Qeyd edək ki, Qlendeyl şəhəri ABŞ-da ən çox erməninin cəmləşdiyi yaşayış məntəqələrindən biridir.

5. #2555
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Şəhrizad, Onur və Kərəm Azərbaycanın səfalı guşələrində olacaqlar

[b]Şəhrizad, Onur və Kərəm Azərbaycanın səfalı guşələrində olacaqlar[b]

Bakı. Ülkər Qasımova - APA. Türkiyənin məşhur "Min bir gecə" teleserialının əsas qəhrəmanları - Bərgüzar Korel (Şəhrizad), Xalid Ərgənc (Onur) və Tardu Flordun (Kərəm) Azərbaycana gələcəklər.

Tanınmış sənətçi Aybəniz Haşımovanın dəvəti ilə Bakıya təşrif buyuracaq aktyorlar bir həftə ərzində Azərbaycanda qalacaqlar. Bu barədə APA-ya məlumat verən Aybəniz Haşımova deyib ki, səfər sentyabrda həyata keçiriləcək: "Səfər əslində bu ilin mayında baş tutmalı idi. Mənim səfərlərim səbəbindən bu planı təxirə saldıq. Ancaq sentyabrda səfəri mütləq gerçəkləşdirəcəyik. Bu, qızım Aynişanın arzusu idi və arzunu həyata keçirməkdə mənə Məlahət Abbasova kömək etdi. Türkiyəli aktyorlarla birlikdə Məlahət xanım da Bakıya gələcək. Aynişanın atasının adı Xalid olduğu üçün o, Onur Aksal rolunu canlıandıran Xalid Ərgənci daha çox sevir". A. Haşımova qonaqlarını Göygöl, Nabran, Şəki, Masallı və Azərbaycanın digər səfalı guşələrinə aparacağını söyləyib. O, aktyorlara İçərişəhəri və Şəki Xan Sarayını da göstərəcək.

6. #2556
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Penitensiar Xidmətin idarə rəisi: "Qanunvericiliyə edilən dəyişikliklər məhkumlara verilən hüquqları genişləndirib"

[b]Penitensiar Xidmətin idarə rəisi: "Qanunvericiliyə edilən dəyişikliklər məhkumlara verilən hüquqları genişləndirib"[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. "Cəzaların İcrası Məcəlləsinə və Cinayət Prosessual Məcəlləyə edilən əlavə və dəyişikliklər məhkumların hüquqlarının dairəsini genişləndirib. Bütün dəyişikliklər məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, hüquqlarının artırılmasına yönəlib".

Bu sözləri APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin təşkilat-nəzarət idarəsinin rəisi Musa Hümbətov deyib. O bildirib ki, dəyişikliklər prezident İlham Əliyev tərəfindən 2006-cı ildə imzalanan Milli Fəaliyyət Planına uyğun həyata keçirilib: "Dəyişikliklərlə bağlı təkliflər hazırlanarkən beynəlxalq sənədlərin tələbləri də nəzərə alınıb". M. Hümbətov dəyişikliklərdən sonra məhkumların hüquqları sırasına iki yeni hüquq daxil edildiyini söyləyib: "Birincisi, məhkumlar psixoloji yardım almaq, ikincisi isə, cəzanın icrası və çəkilməsi prosesində qəbul edilən qərarlarla tanış olmaq, bundan şikayət etmək hüququ qazanıblar". İdarə rəisinin sözlərinə görə, dəyişikliklərdən sonra məhkumların yaxınları ilə təmas imkanlarının sayı artırılıb: "Dəyişikliklərə qədər ömürlüklər istisna olmaqla, məhkumlar yaxınları ilə ayda bir dəfə 10 dəqiqə danışa bilərdilər. İndi bu imkan dörd dəfə artırılıb, onlara həftədə bir dəfə telefonla 15 dəqiqə danışmaq hüququ verilib. Ömürlük məhkumlar isə əvvəllər iki ayda bir dəfə telefonla danışırdılarsa, indi ayda iki dəfə bu imkandan istifadə edə biləcəklər". M. Hümbətov deyib ki, məhkumların xərcləyə biləcəkləri pulun məbləği də artırılıb və hər məhkuma saxlanıldığı rejim qaydalarından asılı olaraq ay ərzində 25 manatdan 50 manatadək pul xərcləmək hüququ verilib. Ömürlük azadlıqdan məhrum edilən məhkumların saxlanılması ilə bağlı daha bir dəyişikliyə əsasən onların yaxınlarından alacaqları sovqatların sayı da artırılıb. Bundan sonra onlar ildə səkkiz dəfə sovqat ala biləcəklər. Eyni zamanda bu məhkumların yaxınları ilə görüş imkanları da iki dəfə çox olacaq. Əvvəllər ömürlük məhkumlar il ərzində bir uzunmüddətli görüş ala bilirdilərsə, indi bu, iki dəfə olacaq. Bundan sonra ömürlük məhkumlar ildə dörd dəfə deyil, səkkiz dəfə (iki dəfə uzunmüddətli, altı dəfə qısa müddətli) görüşə biləcəklər. Dəyişikliklər ömürlük məhkumlara televizora baxmaq imkanı da verib. M. Hümbətov qanunvericilikdə bununla bağlı olan qadağanın aradan qaldırıldığını bildirib. Digər dəyişiklikliyə əsasən məhkumlar penitensiar müəssisələrə daxil olduqdan sonra bu barədə yaxınlarına, əlaqədar təşkilatlara yalnız onların razılığı ilə məlumat veriləcək. Məhkum istəmədiyi halda bu məlumatlar yayılmayacaq. Qanunvericiliyə yetkinlik yaşına çatmayan məhkumlarla əlaqədar dəyişiklik də edilib. Bu dəyişikliklərdən biri özünü yaxşı aparan yeniyetmə məhkuma müəssisədən kənar tədbirlərdə iştirak etmək hüququnun verilməsidir. M. Hümbətov bütün bu dəyişikliklərin dövlətin məhkumlara, onların yaxınlarına göstərdiyi qayğının nəticəsi, penitensiar sistemdə aparılan islahatların tərkib hissəsi olduğunu vurğulayıb.

7. #2557
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Aybəniz Haşımova: "Maddi vəsait ayrılsa, yorulmadan konsert verərəm"

[b]Aybəniz Haşımova: "Maddi vəsait ayrılsa, yorulmadan konsert verərəm"[b]

Bakı. Ülkər Qasımova - APA. "Azərbaycan xalqı qarşısında canla-başla konsert verərəm, ancaq bunun üçün maddi vəsait lazımdır. Çox təəssüf ki, mənim yetərli maddi vəsaitim yoxdur. Konsert üçün maddi vəsait ayrılsa, yorulmadan konsertlər verməyə hazıram". Bu sözləri APA-ya açıqlamasında müğənni Aybəniz Haşımova deyib. O bildirib ki, bu gün konsert vermək üçün külli miqdarda vəsait lazımdır və sərf olunan vəsaiti konsertdən götürmək qeyri-mümkündür: "Elə vaxtlar olub ki, evdə bir qəpik də pulumuz olmayıb. Ancaq mən heç kimə ağız açıb, pul istəməmişəm. Çünki kiminsə qarşısında əyilmək mənim üçün ən dəhşətli şeydir. Həyatda çox açıqlıqlar görümüşəm, ancaq hamısının öhdəsindən gəlmişəm və sınaqlardan alnıaçıq çıxmışam. Konsert verməyi çox istəsəm də, bunun üçün kiməsə ağız açmağı lazım bilmirəm". A. Haşımova hazırda bir neçə yeni mahnı yazdırdığını və məşhur "Biri sənsən, biri mən" mahnısına klip çəkdirəcəyini söyləyib. Bununla yanaşı, sənətçi yeni "bülbül"lərin axtarışına da çıxıb. O, hazırkı "Bülbüllər" qrupunun bir üzvünün əsgərliyə getdiyini deyib: "İndiki "Bülbüllər" öz fəaliyyətlərini davam etdirəcək. Anacaq azyaşlı uşaqlardan ibarət ikinci "Bülbüllər" qrupunu yaradıram. Bunlar böyük "bülbül"lərin davamçıları olacaq. Yeni qrup 6 uşaqdan ibarət olacaq".

8. #2558
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Elçin Behbudov 10 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirib

[b]Elçin Behbudov 10 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirib[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 10 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirib. Komitə sədri APA-ya bildirib ki, hazırda müəssisədə 700-ə yaxın məhkum saxlanılır və orada təmir işləri görülür. E. Behbudov müəssisədə saxlanılan "Xalq nəzarəti" qəzetinin müxbiri Elçin Əsədullayev, "Kriminal" qəzetinin baş redaktoru Maarif Abbasov və kriminal aləmdə "Masallı Mamed" kimi tanınan Məmməd Hüseynovla görüşdüyünü deyib. Komitə sədri məhkumların saxlanma şəraitindən narazı olmadıqlarını bildirib. Onun sözlərinə görə, M. Hüseynov ağır şəkər xəstəliyindən əziyyət çəkdiyini deyib.

9. #2559
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Son beş gün ərzində 33 PKK terrorçusu məhv edilib

[b]Son beş gün ərzində 33 PKK terrorçusu məhv edilib[b]

Ankara - APA. Türkiyənin cənub-şərqində, Hakkari rayonu ərazisindəki Buzul dağlarında 11 PKK terrorçusu məhv edilib. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Buzul dağlarında iyulun 13-də başlanan əməliyyatların davam etdiyinin, hərbi təyyarələr və vertolyotlardan da istifadə olunduğu əməliyyatda indiyədək 11 terrorçunun məhv edildiyini açıqlayıb. Şırnak rayonu ərazisindəki İncəbel dağlarında öldürülən 22 terrorçu ilə birlikdə son 5 gün ərzində məhv edilən PKK-çıların sayı 33-ə çatıb.

10. #2560
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rəmiş Röya ilə duet ifa edəcək

[b]Rəmiş Röya ilə duet ifa edəcək[b]

Bakı. Ülkər Qasımova-APA. Məşhur gitara ifaçısı Rəmiş Röya ilə duet ifa edəcək. Duet ilk dəfə iyulun 19-da Yaşıl Teatr Bakı Kompleksində "Sənət" adı altında keçiriləcək Rəmişin konsertində səslənəcək. Bu barədə APA-ya konsertin təşkilatçısı "Səs Organization"un rəhbəri Nahid Emiuioğlu məlumat verib. Onun sözlərinə görə, konsertdə bir çox sürprizlər olacaq ki, Röya ilə Rəmişin dueti də bu sürprizlər sırasına daxildir: "Konsertdə Rəmiş həm gitara, həm tar, həm də pianoda ifa edəcək. Həmin konsertdə iştirak edən tamaşaçılar Rəmişin ifasında bir neçə canlı mahnının da dinləyicisi olacaqlar". Konsert təşkilatçısı biletlərin çox yaxşı satıldığını deyib. İki saatdan artıq davam edəcək konsertdə Rəmişin dostları da səhnədə çıxış edəcək. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.