[b]Ukrayna parlamenti GUAM-ın Nizamnaməsini ratifikasiya edib[b]
Kiyev - APA. Ukrayna Ali Radasının martın 6-da keçirilən toplantısında "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM-ın Nizamnaməsinin ratifikasiyası haqqında" qanun qəbul olunub.
APA-nın "Unian"a istinadən verdiyi məlumata görə, iclasda 447 deputat iştirak edib. Qanun minimal üstünlüklə - yalnız "narıncı koalisiya"nın 226 deputatının səsi ilə qəbul olunub. Viktor Yanukoviçin başçılıq etdiyi Regionlar Partiyasının, Kommunist Partiyasının və Litvinin blokunun deputatları sənədin əleyhinə səs veriblər. Qeyd edək ki, Nizamnamədə GUAM-ın məqsədləri, prinsipləri, prioritetləri və təşkilati strukturu müəyyənləşdirilib.
4610 sonuçtan 201 ile 210 arası

03-07-2008, 01:16 PM #201Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın xalq şairi ürəyində yaranmış problemlə əlaqədar sabah Almaniyaya yola düşəcək
[b]Azərbaycanın xalq şairi ürəyində yaranmış problemlə əlaqədar sabah Almaniyaya yola düşəcək[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın xalq şairi Zəlimxan Yaqub ürəyində yaranmış problemlə əlaqədar sabah Almaniyaya yola düşəcək. Bu barədə APA-ya xalq şairi özü bildirib.
Z. Yaqub martın 8-dən 16-dək Münhendəki Almaniya Kardioloji Mərkəzində müayinə və müalicə olunacaq. Onun sözlərinə görə, müayinə zamanı həkimlərin məsləhət görəcəyi təqdirdə, ürəyində əməliyyat aparılacaq: "Ancaq mənə elə gəlir ki, həkimlər ürəyimi əməliyyat etmədən sağaldacaqlar". Xalq şairi Almaniyaya həyat yoldaşı ilə birlikdə gedəcəyini bildirib.

03-07-2008, 01:21 PM #202Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ukrayna parlamenti GUAM-ın Nizamnaməsini ratifikasiya edib

03-07-2008, 01:26 PM #203Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyənin Ədirnə şəhərinin CHP üzvü olan bələdiyyə sədri həbs edilib
[b]Türkiyənin Ədirnə şəhərinin CHP üzvü olan bələdiyyə sədri həbs edilib[b]
Ədirnə. Mayis Əlizadə-APA. Bu gün Türkiyənin Ədirnə şəhərinin bələdiyyə sədri Həmdi Sədəfçi həbs edilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan H. Sədəfçi rüşvət almaq, mütəşəkkil cinayətkar dəstə yaratmaq və digər cinayətlərdə təqsirləndirilir. Bələdiyyə sədri ilə birlikdə xeyli adamın tutulduğu bildirilir.

03-07-2008, 01:31 PM #204Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gələcəyə getmək üçün geriyə dönməli: Kipr
[b]Gələcəyə getmək üçün geriyə dönməli: Kipr[b]
Buxarest. Dr. Fəxri Kərimli-APA. Fevralın 17-də Kosovonun müstəqilliyini elan etməsi həmin gün baş verən başqa hadisələr kimi Kiprin yunan hissəsində prezident seçkilərini də kölgədə qoyub. Fevralın 24-də keçirilən seçkilərin ikinci turunda yunan Kiprinin tarixində ilk dəfə olaraq kommunist lider hakimiyyət başına gəlib - Dimitris Xristofias sayca ölkənin altıncı dövlət başçısı seçilib.
Kosovo fenomeninin Dimitris Xristofiasın taleyi üzərindəki yeganə təsiri bundan ibarət deyil. Çünki ultramillətçi siyasətçi Tasos Papadopulosun siyasi iflasa uğrayaraq prezident seçkilərinin elə ilk turunda digər iki namizəddən arxada qalması məhz bilavasitə Kosovo hadisələrinin Kiprdəki əks-sədası ilə bağlıdır. Belə ki, Kosovo təcrübəsinin Şimali Kiprin timsalında təkrarlanacağından ehtiyatlanan kiprli yunanlar vaxtilə 2004-cü ildə Annan planına qarşı çıxaraq əhalini adanın birləşməsinə qarşı çıxmağa inandıran Tasos Papadopulosdan narazılığını bu şəkildə ifadə ediblər. 61 yaşlı Dimitris Xristofias kommunist AKEL-in (Kiprin Əməkçi Xalqının Tərəqqi Partiyası) namizədi qismində səslərin 53,4 faizini qazanıb. Ali təhsilini və elmlər doktoru dərəcəsini 1969-74-cü illərdə Moskvada alan gələcək prezident gələcək həyat yoldaşı ilə də Sovet İttifaqında tanış olub. Tasos Papadopulos üzərində qələbəsinin səbəbini yaxşı dərk edən AKEL lideri prezident seçilər-seçilməz telekanallar tərəfindən canlı yayımlanan çıxışında bu cəhəti vurğulamağı yaddan çıxarmayıb: "Sabah yeni gün başlayır. Qarşıda bizi çox çətinlik gözləyir. Biz qüvvələrimizi birləşdirəcəyik və vətənimizin yenidən birləşdirilməsinə nail olmaq üçün birlikdə çalışacağıq". Dövlət başçısı çıxışını bu sözlərlə başa vurub: "Yaşasın Kiprin bütövlüyü, yaşasın məğlubedilməz Kipr xalqı!"Kipr adasının birləşdirilməsi ideyası D. Xristofiasın bütün nitqlərində xüsusi şəkildə seçilir. O, fevralın 28-də baş tutan andiçmə mərasimindən sonra parlamentə xitabən etdiyi çıxışında on illərdir, bölünmüş vəziyyətdə olan Kiprin birləşdirilməsini fəaliyyətinin əsas məqsədi olacağı vurğulayıb. Yunan Kiprinin prezidenti Avropa İttifaqını da problemin həllində daha fəal rol oynamağa dəvət edib. Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyənin D. Xristofiasdan gözləntiləri çoxdur. AKEL rəhbəri BMT-nin o zamankı baş katibi Kofi Annan tərəfindən 2004-cü ildə təklif olunan və adanın iki ayrı yunan və türk qurumlarından ibarət federasiyaya çevrilməsini nəzərdə tutan planını dəstəkləyən yeganə kiprli yunan siyasi xadimi olsa da, sonradan ən son məqamda mövqeyini dəyişərək ultramillətçilərin düşərgəsinə keçmişdi. D. Xristofiasın partiyası olan AKEL ilə Şimali Kiprin hazırkı dövlət başçısı Mehmet Əli Tələtin rəhbərlik etdiyi Respublikaçı Türk Partiyası arasında uzunmüddətli əməkdaşlıq əlaqələri çoxdan hər kəsə məlumdur. Bu baxımdan sələfi Rauf Denktaşdan fərqli olaraq, Şimali Kiprin tam müstəqilliyi və ya suveren yunan və türk dövlətlərindən ibarət Kipr konfederasiyasından çox vahid federativ Kipr dövləti modelinə üstünlük verən M. Ə. Tələtin D. Xristofiasın qələbəsinə təmkinli yanaşması da aydındır: "Biz son anda imtina olunacaq razılaşmalar istəmirik".Bununla bərabər artıq Kipr problemi üzrə müzakirələr prosesinə ikinci nəfəs verilib. BMT baş katibinin Kipr üzrə xüsusi elçisi Mixael Möller bəyan edib ki, ilk Xristofias-Tələt görüşü martın sonunda keçiriləcək. Yunan Kiprinin yeni lideri danışıqlar üçün başlanğıc nöqtə kimi 8 iyul 2006-cı il razılaşmalarının götürdüyünü bildirib. Onun fikrincə, problemin açarı Ankaradadır və Türkiyə istəyərsə, problemin həlli mümkün olacaq: "Kiprli türk vətəndaşlarımızın vahid federal Kipr Respublikasının bərabərhüquqlu vətəndaşları olaraq bütün haqlara sahib olması üçün çalışacağıma bir daha təminat verirəm. Ancaq kiprli türklərin hüquqlarının bərpasının kiprli yunan, maroni, erməni və latın vətəndaşlarımızın hüquqlarına zidd olaraq baş verməsinin mümkünsüzlüyünü təkrar vurğulamaq istəyirəm. Yoxsa Kipr probleminin həlli cəhdi ölü doğula bilər". Danışıqların çətin keçəcəyi indidən bəllidir. D. Xristofiasın "qırmızı xətt" olaraq elan etdiyi şərtlərə əsasən, Türkiyə Kipr adası üzərində qarantiya hüququndan imtina etməli, türk qoşunları adadan çıxarılmalı, Türkiyədən Kiprin şimalına köçən şəxslərin geri dönməsi, yeni federasiyada türk icmasının veto hüququndan məhrum edilməsi nəzərdə tutulur. Şimali Kiprin lideri isə Annan planını əldə rəhbər tutduqlarını, heç bir ön şərt irəli sürmədiklərini bildirib: "Biz iki dövlətin varlığına əsaslanan konfederasiya planına qarşıyıq". O, Şimali Kipr Türk Respublikasının yeni vahid Kipr federasiyasında "Kipr Türk Dövləti" adlanan yeni federal subyektə çevrilə biləcəyini də istisna etməyib.Kipr məsələsi üzrə danışıqların nəticə verməsində bütün tərəflər maraqlıdır. Düzdür, hər bir tərəfin özünün fərqli və orijinal arqumentləri var. Kiprin yunan rejimi bununla adanın birləşdirilməsi kimi əzəli arzunun gerçəkliyə qovuşmasına ümid edir. Çünki Kosovo təcrübəsini presedent olaraq qəbul edən yunan icması 1974-cü ildən bəri tanınmamış dövlət olaraq yaşayan Şimali Kiprin əvvəlki illərlə müqayisədə tanınma şanslarının artdığını yaxşı dərk edir. Şimali Kipr Türk Cümhuriyyəti isə Tasos Papadopulosun daha mötədil lider ilə əvəzlənməsini türk icmasının gələcək federasiyada yer alması və təcrid siyasətinə son qoyulması qarşısında yaşıl işıq kimi dəyərləndirir. Vahid Kiprin federativ subyekti olmaq Şimali Kiprə Avropa İttifaqında öz yerini tutmaq və Türkiyə maliyyəsindən asılı olub yunan Kiprindən dəfələrlə geri qalan iqtisadiyyatına dirçəliş vəd edir. Türkiyə də bu durumdan ümidlidir: çünki bu gün Avropa İttifaqına namizəd ölkə kimi üzvlük müzakirələri məhz Kipr probleminin ucbatından dondurulub və nəticədə indiyə qədər açılmalı olan 20-də artıq müzakirə fəslindən yalnız bir neçəsi üzrə danışıqlar aparılır. Halbuki Türkiyə ilə eyni vaxtda Aİ ilə üzvlük müzakirələrinə başlayan Xorvatiya 2011-ci ildə bu ittifaqa inteqrasiyaya hazırlaşır. Üstəlik Kipr probleminin qəbul ediləcək şəkildə həlli türk iqtisadiyyatını əlavə ağırlıqdan xilas etməklə yanaşı, Avropa İttifaqında türk amilinin peyda olmasına şərait yarada bilər. Yeri gəlmişkən, Şimali Kiprin Avropa İttifaqı məkanına daxil olması türk dilinin Avropanın yeni rəsmi dili elan olunması deməkdir.İstənilən halda tərəflərin bir-birinə güzəştlərə getməsinin vacibliyi aydındır. Amma indi əsas məsələ kompromisin mümkünlüyü və ya mümkünsüzlüyü deyil, hansı tərəfin hansı dərəcədə kompromisə getməsidir. /APA-Analitika/

03-07-2008, 01:36 PM #205Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ABŞ İraqdan 2000 əsgərini çıxaracaq
[b]ABŞ İraqdan 2000 əsgərini çıxaracaq[b]
Bağdad-APA. Təxminən 2000 nəfərə yaxın ABŞ hərbçisi yaxın zamanlarda İraq ərazisini tərk edəcək. APA-nın məlumatına görə, Pentaqon Bağdadda dislokasiya olunmuş ikinci taktiki briqadasını və 82-ci hava-desant diviziyasını çıxarmağa qərar verib.
Ümumilikdə ABŞ hazırda İraq ərazisində 150 min nəfərlik qoşun saxlayır, onlardan 34,500 nəfəri Bağdadda dislokasiya olunub. ABŞ hərbi komandanlığı 2008-ci ilin ortalarına kimi İraqdan çıxarılacaq hərbçilərin sayını 20 min nəfərə çatdırmaq niyyətindədir. Bu prosesin sürəti İraqda təhlükəsizlik probleminin həllindən asılıdır. ABŞ mənbələri 2007-ci ildən etibarən ölkədə terror aktları və hərbi qarşıdurmaların sayının 60 faiz azaldığını bildirir.

03-07-2008, 01:41 PM #206Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağın statusunun dəyişdirilməsi prosesinə fəal şəkildə qoşulmağa hazırıq"
[b]Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağın statusunun dəyişdirilməsi prosesinə fəal şəkildə qoşulmağa hazırıq"[b]
Moskva - APA. "Rusiya Dağlıq Qarabağın statusunun dəyişdirilməsi prosesinə fəal şəkildə qoşulmağa hazırdır". APA-nın "Regnum"a istinadən verdiyi məlumata görə, Rusiya Dövlət Dumasının MDB işləri və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Aleksey Ostrovski bu bəyanatla çıxış edib.
O bildirib ki, Rusiya Dnestryanı problemdə olduğu kimi, Dağlıq Qarabağ probleminin həllində də ilk növbədə tərəflərin özlərinin razılığa gəlməsini istəyir: "Ermənistan və Azərbaycan rəhbərliyi neytral ərazidə - Moskvada və ya hər hansı digər paytaxtda danışıqlar masasına əyləşməyə hazır olmayana qədər statusun dəyişdirilməsi prosesinə təsir etmək Rusiya üçün çox çətin olacaq. Ancaq Ermənistan və Azərbaycanın istəyi ilə biz fəal şəkildə bu prosesə qoşulmağa hazırıq". A. Ostrovski martın 13-də Dövlət Dumasında MDB ərazisindəki münaqişələrin həlli vəziyyətinə həsr olunmuş dinləmələrin keçiriləcəyini xatırladıb. Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi dinləmələrin mövzusu sırasında olmasa da, istənilən iştirakçı bu mövzuda danışa bilər.

03-07-2008, 01:46 PM #207Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bayrağı haqqında əsasnamə"nin və "Azərbaycan Respublikası Daxili İ
[b]Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bayrağı haqqında əsasnamə"nin və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bayrağının təsviri"nin təsdiq edilməsi haqqında fərman imzalayıb[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bayrağı haqqında əsasnamə"nin və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bayrağının təsviri"nin təsdiq edilməsi haqqında fərman imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bayrağı Polis Akademiyasına Azərbaycan prezidenti adından təqdim edilir. Polis Akademiyasının bayrağı iki üzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir. Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngdə ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanıb. Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizgüşəli ulduz tikilib. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipək sapla «Vətən uğrunda», aşağı kənarı boyu yaşıl zolaqda «Qanunların və ictimai asayişin keşiyində» şüarları tikilir. Yazıdakı hərflərin hər birinin hündürlüyü 6,5 sm, eni 5 sm-dir. Qumaşın arxa tərəfində, qırmızı zolağın ortasında Polis Akademiyasının rəngli emblemi (hündürlüyü 55 sm) tikilir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli ipək sapla «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi», aşağı kənarı boyu yaşıl zolaqda «Polis Akademiyası» sözləri tikilir. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm, eni 4,5 sm-dir. Bayrağın dəstəyi en kəsiyinin diametri 4 sm, uzunluğu 250 sm olan girdə ağacdandır. Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənib, laklanıb, aşağı ucunda metal halqa, yuxarı ucunda nikellənmiş fiqurlu ucluq var.Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda qotaz var, qaytanın uzunluğu 270-280 sm-dir.

03-07-2008, 01:51 PM #208Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Kamil Pissarronun 27 il əvvəl oğurlanmış "Balıq bazarı" əsəri Nyu-Yorkda tapılıb
[b]Kamil Pissarronun 27 il əvvəl oğurlanmış "Balıq bazarı" əsəri Nyu-Yorkda tapılıb[b]
ABŞ-APA. 1981-ci ildə impressionizmin banilərindən Kamil Pissarronun Eks-le-Ben şəhər muzeyindən oğurlanmış kətan əsəri Nyu-Yorkda tapılıb. APA-nın "France Press" agentliyinə istinadən yaydığı məlumata görə, söhbət rəssamın "Balıq bazarı" əsərindən gedir.
Bu əsər Oqüst Renuarın qadsın portreti çəkilmiş əsəri ilə birlikdə 1981-ci ilin noyabrın oğurlanıb. Araşdırmalar zamanı məlum olub ki, bu oğurluqların arxasında məşhur rəsm oğrusu Emil Qelton durur. Lakin oğurluqdan keçən 22 il ərzində bu şəkillərin taleyi barədə heç bir informasiya əldə olunmayıb. 2003-cü ildə Sotheby’s Evinin nümayəndələri Pissarronun "Balıq bazarı" əsərinin ola biləcəyi yerlə bağlı Eks-le-Ben muzeyinin direktoru ilə əlaqə saxlayıblar. Fransız muzeyinin rəhbərliyi isə öz növbəsində Amerika hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq məlumatı dəqiqləşdirmək istəyiblər. Əsərin yeri müəyyənləşib, daha sonra əsər Nyu-York gömrükxanasında ələ keçirilib. Martın 16-da muzeydən oğurluqla bağlı məhkəmə prosesi başlayacaq, prosesdə şəklin indiki sahibi xanım Şeril Devis də ifadə verəcək. Əgər məhkəmə Fransa tərəfinin iddialarını qəbul etsə, o zaman əsər muzeyə qaytarılacaq. Bəzi məlumatlara görə Renuarın oğurlanmış əsəri hazırda Yaponiya kolleksiyaçılarından birindədir, lakin bu faktı hələlik təsdiqləmək mümkün olmayıb.

03-07-2008, 01:56 PM #209Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Metyu Brayzanın Ermənistan rəhbərliyi ilə görüşlərində atəşkəsin pozulması və münaqişənin həlli müzakirə olunub
[b]Metyu Brayzanın Ermənistan rəhbərliyi ilə görüşlərində atəşkəsin pozulması və münaqişənin həlli müzakirə olunub[b]
İrəvan - APA. Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin müavininin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza baş nazir Serj Sarkisyan və xarici işlər naziri Vardan Oskanyanla görüşüb. APA-nın "Arminfo"ya istinadən verdiyi məlumata görə, Ermənistan XİN V. Oskanyanla M. Brayzanın görüşündə İrəvanda martın 1-də baş verən hadisələr, Ermənistanda yaranmış daxili siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin gedişi və Azərbaycanın BMT Baş Assambleyasına təqdim etdiyi qətnamə layihəsi müzakirə olunub. Amerikalı həmsədr martın 4-də qoşunların təmas xəttində atəşkəsin pozulmasından narahat olduğunu bildirib. S. Sarkisyanla görüşdə də eyni məsələlər, həmçinin Ermənistan-Türkiyə münasibətləri müzakirə olunub.

03-07-2008, 02:16 PM #210Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Qənimət Zahid 4 il müddətinə azadlıqdan məhrum edilib
[b]Qənimət Zahid 4 il müddətinə azadlıqdan məhrum edilib[b]
Bakı. Hacı Zeynalov-APA. Bu gün Yasamal rayon Məhkəməsində hakim Südabə Məmmədovanın sədrliyi ilə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə və Bakı şəhər sakini Vüsal Həsənova hökm oxunub.
Baş redaktorun vəkili Rəşid Hacılı APA-ya bildirib ki, vəkillərin iştirakı olmadan keçirilən prosesdə məhkəmənin hökmü ilə Q. Zahid 4 il V. Həsənov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, dövlət ittihamçısı Q. Zahidin 5 il, V. Həsənovun isə 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ittiham olunub.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
APA-nın "Unian"a istinadən verdiyi məlumata görə, iclasda 447 deputat iştirak edib. Qanun minimal üstünlüklə - yalnız "narıncı koalisiya"nın 226 deputatının səsi ilə qəbul olunub. Viktor Yanukoviçin başçılıq etdiyi Regionlar Partiyasının, Kommunist Partiyasının və Litvinin blokunun deputatları sənədin əleyhinə səs veriblər. Qeyd edək ki, Nizamnamədə GUAM-ın məqsədləri, prinsipləri, prioritetləri və təşkilati strukturu müəyyənləşdirilib.

Yer imleri