Əsas məzmuna keç
Sayfa 194/461 İlkİlk ... 94144184192193194195196204244294 ... SonSon
4610 sonuçtan 1.931 ile 1.940 arası

Azərbaycan Xəbərləri

1. #1931
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Bakı səmasında yüksək təlim-pilotaj uçuşları həyata keçirib

[b]Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Bakı səmasında yüksək təlim-pilotaj uçuşları həyata keçirib[b]

APA-nın məlumatına görə, HHQ-nin bir eskadrilyası saat 12:00-dan başlayaraq paytaxtın mərkəzi hissəsi və Bakı buxtası üzərində ayrı-ayrılıqda və qrup halında müxtəlif pilotaj nümunələri yerinə yetirib. Qeyd edək ki, Azərbaycan HHQ-nin təyyarə və vertolyotları 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərində keçiriləcək hərbi parada hazırlıq məqsədilə artıq 20 gündür, təlim uçuşları həyata keçirir.

2. #1932
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın Xalq yazıçısı Anar haqqında film çəkilir

[b]Azərbaycanın Xalq yazıçısı Anar haqqında film çəkilir[b]

Bakı. Laura Cəbrayıllı - APA. Xalq yazıçısı Anarın həyat və yaradıcılığından bəhs edən sənədli film çəkilir. Filmin rejissoru, xalq artisti Ramiz Həsənoğlu APA-ya açıqlamasında ssenarini Yusif Şeyxovla birgə yazdığını deyib: "Film Anarın anadan olmasının 70 illiyinə həsr olunub. Tamaşaçılara yazıçının həyatının müxtəlif anları ilə yanaşı, Anarın ailə üzvləri və dostlarının fikirləri təqdim olunacaq. Filmin ilkin adı "Anar: dünən, bu gün, sabah"dır".20 il əvvəl çəkilən "Anarla üz-üzə" filmindən müəyyən kadrların da istifadə olunacağını deyən rejissor filmin yayda tamamlanacağını və geniş təqdimatının keçiriləcəyini bildirib.

3. #1933
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyəli diplomat: "Ermənistandan üç əsas tələbimiz var"

[b]Türkiyəli diplomat: "Ermənistandan üç əsas tələbimiz var"[b]

Ankara. Mayis Əlizadə - APA. "Ermənistanla aramızdakı mövcud problemlərdən biri də İrəvanın bizim ərazi bütövlüyümüzü tanımamasıdır. Ermənistan 1991-ci ildə qəbul etdiyi müstəqillik bəyannaməsində Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Halbuki 1920-ci ildə imzalanmış Qars müqaviləsi bu gün də qüvvədədir. Qars müqaviləsində sərhəd xətləri çəkilib. Ermənilər bunu tanımalıdır".

Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Avrasiya Strateji Araşdırmaları Mərkəzi Erməni araşdırmaları idarəsinin rəisi, istefada olan səfir Ömər Lütəm deyib. ABŞ dövlət katibinin muavini Daniel Fridin Ermənistanı Türkiyənin mövcud sərhədlərini tanımağa çağırmasına toxunan sabiq diplomat bunun çox mühüm addım olduğunu bildirib: "Ermənistan uzun müddətdir Türkiyənin bu tələbini qulaqardına vurur. İndi ABŞ məsələni ən yüksək səviyyədə qaldırıb. Ermənistanın buna qulaq asmağa məcbur olacağına inanıram". Ö. Lütəm Ermənistanla sərhədləri açması üçün daim Türkiyəyə çağırışlar, müraciətlər edən ABŞ və Avropanın indi Ermənistandan addım atmağı tələb etməsinin səbəblərinə dair sualı belə cavablandırıb: "Amerikalılar uzun müddətdən bəri Türkiyə-Ermənistan-Azərbaycan məsələsinin həll edilməsini istəyir. Bu yolla Qafqazda uaunmüddətli sülhə nail olmaq niyyətindədirlər. Bu, yeni bir siyasət deyil. Daniel Fridin müraciəti göstərir ki, gələcəkdə amerikalılar bu məsələlərlə daha yaxından maraqlanacaqlar. Bu, yaxın gələcəkdə Qərbin Ermənistana təzyiqi artıracağını göstərir. Türk diplomatiyası Ermənistanla bağlı bütün müzakirələrdə ərazi bütövlüyümüzün tanınmasını gündəliyə gətirərək İrəvanı həmişə çətin vəziyyətdə qoyub. Son 17 ildə bizim bu istiqamətdəki çalışmalarımızı çox yaxşı bilirlər. Ancaq Daniel Fridin Konqresdəki bu bəyanatı çox önəmlidir". Keçmiş səfir Türkiyənin Ermənistanla 3 əsas problemi olduğunu xatırladıb: "Ərazi bütövlüyümüzün tanınması, saxta "soyqırım" iddialarından vaz keçilməsi və Qarabağ məsələsinin həlli. Biz "Qarabağ məsələsinin həlli" deyəndə ilk növbədə Dağlıq Qarabağ ətrafndakı 7 rayonun işğaldan azad edilməsini, sonra isə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ probleminin həllini nəzərdə tuturuq. Bu tələblərimiz heç vaxt dəyişməyəcək".Türkiyə_Erməni

4. #1934
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İyunun 22-də magistraturaya qəbul imtahanları keçiriləcək

[b]İyunun 22-də magistraturaya qəbul imtahanları keçiriləcək[b]

Bakı. Elnur Məmmədli-APA. İyunun 22-də magistraturaya qəbul imtahanları keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, magistr pilləsinə 4809 plan yerinə 15124 nəfər sənəd verib. Onların 13230 nəfəri Azərbaycan, 1894-ü rus bölməsinə sənəd verib. Ötən illə müqayisədə bu il sənəd verənlərin sayı təxminən 3 min nəfər artıb. Ərizə verənlərin 9159 bakalavr pilləsini bu il bitirən məzunlardır. M. Abbaszadənin sözlərinə görə, imtahanda test sualları ilə bərabər açıq suallar da olacaq. İmtahanların nəticələrinin iyunun 23-ü axşam elan olunması planlaşdırılıb. Komissiya sədri cavabların yoxlanılması işinə 120 müəllimin cəlb edildiyini qeyd edib.

5. #1935
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

TQDK sədri: "Bu il magistratura imtahanlarına 700 nəfər saxta diplomla sənəd verib"

[b]TQDK sədri: "Bu il magistratura imtahanlarına 700 nəfər saxta diplomla sənəd verib"[b]

Bakı. Elnur Məmmədli-APA. Bazar günü ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarında iştirak etmək üçün saxta diplomla sənəd verənlərin sayı 700 nəfərə çatıb".

APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O, TQDK-nın məlumat bazasında 1 milyon 500 min gənclə bağlı informasiya olduğunu bildirib: "Həmin 700 nəfərin bakalavr pilləsinə qəbul olması ilə bağlı həmin bazada məlumat yoxdur. Təbii ki, bu, qeyri-qanuni hal kimi araşdırılır. Bu vaxta qədər aparılan araşdırma zamanı bəlli olub ki, həmin şəxslərin arasında xarici ölkələrdə təhsil alanlar var. Amma onların diplomları tanınıb və biz həmin məlumatları bazaya daxil etmişik". Məleykə Abbaszadə MDB ölkələrində 117 ali məktəbdən Azərbaycanın ali məktəblərinə köçürmələr olduğunu deyib: "Amma 4 ali məktəbdən - Dağıstan Universiteti, Mahaçqala Universiteti, Moskva Açıq Universiteti, Sanki-Peterburq Hüquq və İqtisadi Əlaqələr Universitetindən Azərbaycanın ali məktəblərinə kütləvi köçürmələr olur. Tutaq ki, bir ildə 200 nəfər Azərbaycanın ali məktəblərinə köçürülür. Təbii ki, bunlar süni xarakterli köçürmələrdir". M. Abbaszadə bu araşdırmaların davam etdiriləcəyini və buna baxmayaraq həmin 700 nəfərin magistraturaya qəbul imtahanlarına buraxılacağını vurğulayıb.

6. #1936
Azeri.net Sevdalısı
Üyelik tarihi
Oct 2006
Yer
Yerixo
Mesajlar
1.946
İyunun 20-si Beynəlxalq Qaçqınlar Günüdür

Qaçqınlar günü 2000-ci il dekabrın 4-də BMT Baş Asambleyası tərəfindən yekdilliklə qəbul olunmuş qətnamə ilə müəyyən edilib. Bu gün qaçqınların və məcburi köçkünlərin cəsurluğu, mətanət və iradəsi qeyd olunmaqla onlara mənəvi dəstək verilir.

2007-ci ilin sonuna olan məlumata görə, BMT-nin himayəsində olan qaçqınların sayı 11,4 milyon nəfər olub. Münaqişələr nəticəsində ölkə daxilində köçürülmüş şəxslərin sayı isə ötən il təxminən 2 milyon yarım artaraq, 26 milyona çatıb.

Azərbaycanda isə BMT-nin məlumatına görə, 250 mindən çox qaçqın, yarım milyondan artıq isə məcburi köçkün var.

Menbe: Azadlıq
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

7. #1937
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bosniya polisi Xorvatiya-Türkiyə matçı ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

[b]Bosniya polisi Xorvatiya-Türkiyə matçı ilə bağlı gücləndirilmiş iş rejiminə keçib[b]

Sarayevo. Kərim Həsənli - APA. Avropa futbol çempionatının dörddə bir final mərhələsi çərçivəsində Xorvatiya-Türkiyə matçı Bosniya və Herseqovinanın ən böyük şəhərlərindən biri Mostarda gərginliyə səbəb olub. APA-nın məlumatına görə, əhalisinin yarısı xorvatlar, yarısı isə müsəlman bosniyalılardan ibarət Mostarın polis idarəsinin rəisi Himzo Dyonko matç zamanı və sonra şəhərdə 1000 polis əməkdaşının asayişə nəzarət edəcəyini bildirib: "Əlimizdə olan məlumata əsasən Türkiyə milli komandasını dəstəkləyən bosniyalı müsəlmanlar və Xorvatiyaya azarkeşlik edən bosniyalı xorvatlar arasında əvvəlcədən dava planlaşdırılıb. Bununla əlaqədar lazımı tədbirləri görmüşük".

8. #1938
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avropa İttifaqı Azərbaycanla viza rejimini ləğv edə bilər

[b]Avropa İttifaqı Azərbaycanla viza rejimini ləğv edə bilər[b]

Bakı. Tamara Qriqoryeva-APA. Avropa İttifaqına üzv 27 ölkənin rəhbərləri "Şərq tərəfdaşlığı" haqqında Polşa və İsveçin təklif etdiyi layihəni dəstəkləyib və bununla bağlı müvafiq qərar qəbul ediblər.

APA-nın məlumatına görə, layihə Avropa İttifaqının Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarusla regional əməkdaşlıq forumunun yaradılmasını nəzərdə tutur. Qəbul olunan sənəddə bildirilir ki, Avropa İttifaqı şərq qonşuları ilə regional əməkdaşlığı daha da inkişaf etdirməyin zəruriliyi barədə fikirlərlə razıdır. Qətnamə layihəsinə əsasən, gələcəkdə tərəfdaş ölkələrlə viza rejiminin ləğvi, güzəştli şərtlərlə azad ticarət zonalarının yaradılmasını nəzərdə tutur.

9. #1939
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AŞ PA sessiyasında Ermənistanın məsələsi müzakirə olunacaq

[b]AŞ PA sessiyasında Ermənistanın məsələsi müzakirə olunacaq[b]

İrəvan - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında Ermənistanla bağlı növbədənkənar dinləmələr keçiriləcək. APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Şurasının İrəvandakı ofisindən bildiriblər ki, AŞ PA-nın Ermənistanda demokratik institutların möhkəmləndirilməsi ilə bağlı 1609 saylı qətnaməsinin tələbləri qənaətbəxş səviyyədə yerinə yetirilmir: "AŞ PA həmməruzəçiləri Jorj Kolombye və Con Preskot fevralda keçirilmiş prezident seçkilərindən sonra baş verən zorakılıqlarla bağlı tələblərin Ermənistan hakimiyyəti tərəfindən yerinə yetirilməsi səviyyəsini yetərli saymayıblar". Xatırladaq ki, AŞ PA-nın yay sessiyası iyunun 23-27-də keçiriləcək. Ermənistanın məsələsi iyunun 25-də müzakirə ediləcək.

10. #1940
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Xəzəryanı ölkələrin dəniz limanlarında narkotiklərin qanunsuz dövriyyəsi müzakirə ediləcək

[b]Xəzəryanı ölkələrin dəniz limanlarında narkotiklərin qanunsuz dövriyyəsi müzakirə ediləcək[b]

Bakı. Laçın Sultanova - APA. İyunun 24-26-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində dəniz limanlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə probleminə həsr olunmuş beynəlxalq müşavirə keçiriləcək. APA-nın Türkmənistan mətbuatına istinadən verdiyi məlumata görə, Türkmənistan Dövlət Təhlükəsizlik Şurasının iclasında müşavirəyə hazırlıq müzakirə olunub. Qeyd edək ki, müşavirəyə Xəzəryanı ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.