bele gozel movzu ucun minnetdaram
193 sonuçtan 141 ile 150 arası
-
05-26-2010, 02:00 AM #141
-
05-26-2010, 05:41 PM #142Junior Member
- Üyelik tarihi
- May 2010
- Mesajlar
- 23
Re: Tarixdə bu gün
[
-
05-26-2010, 05:45 PM #143
Re: Tarixdə bu gün
Nilufer Nickli Üyeden Alıntı
[
-
05-27-2010, 01:33 AM #144
Re: Tarixdə bu gün
27 may. İlin sonuna 218 gün qalır.
1332. Ərəb alimi İbn Xaldun anadan olub
1564. Fransız din xadimi, kilsə islahatının təşəbbüskarlarından olan Jan Kalvin vəfat edib. O, kalvinizm cərəyanının banisi hesab olunur
1840. İtalyan musiqiçi Nikollo Paqanini vəfat edib
1910. Nobel mükafatı laureatı alman həkim Robert Kok vəfat edib
1918. Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası Müvəqqəti Milli Şura yaradıb. Şuranın sədri M.Ə.Rəsulzadə (Müsavat), icraiyyə komitəsinin sədri isə F.X.Xoyski (bitərəf) seçilib.
1920. Azərbaycanda Fəhlə-kəndli müdafiə şurası təşkil edilib
1920. Tatarıstan MSSR təşkil edilib
1921. Əfqanıstan müstəqilliyini elan edib
1935. Türkiyədə həftə sonu istirahət günü cümədən bazara keçirilib
1941. İngilis qoşunu “Bismark” zirehli gəmisini batırıb, nəticədə 2000-dən çox matros həlak olub
1956. Şair Səməd Vurğun vəfat edib
1960. Türkiyədə dövlət çevrilişi baş verib. General Camal Gürsəl Milli birlik komitəsinə rəhbərliyi ələ alıb, hər cür siyasi fəaliyyət qadağan edilib
1964. Hindistanın ilk baş naziri Cəvahirləl Nehru vəfat edib
1973. Cenevrədə Müəlliflik hüququ haqqında Ümumdünya Konvensiyası qəbul edilib
1977. SSRİ-nin dövlət himninin yeni versiyası təsdiq edilib
2009. Qaraheybətdəki hərbi hissədə kütləvi zəhərlənmə baş verib[
-
05-29-2010, 12:28 AM #145
Re: Tarixdə bu gün
28 may. İlin sonuna 217 gün qalır.
1812. Osmanlı və Rusiya arasında Buxarest sülhü imzalanıb
1871. Paris Kommunası ləğv edilib
1910. Halliley kometi Yerə çox yaxın məsafədən keçib
1918. Azərbaycan Milli Şurası Tiflisdə “Azərbaycanın İstiqlaliyyəti haqqında Akt” qəbul edib. Beləliklə, Azərbaycan xalqı XX əsrin əvvəlində yalnız monarxiya və hərbi-feodal rejimlərin hökm sürdüyü Şərqdə bir tarixi fenomenə imza atıb – Şərqin ilk demokratik respublikası elan edilib.
1918. F.Xoyskinin başçılığı ilə I hökumət kabineti fəaliyyətə başlayıb
1919. Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşüb
1925. Türk siyasi xadimi Bülənt Ecevit anadan olub
1927. Kaman ustası Habil Əliyev anadan olub
1941. Azərbaycan neftçiləri ölkənin neft sənayesi işçilərini Ümumittifaq sosialist yarışına dəvət edib
1945. SSRİ Dövlət Müdafiə Komitəsi “Bakıda neft hasilatını artırmaq tədbirləri haqqında” qərar qəbul edib
1952. Yunan qadınları seçki hüququ əldə edib
1963. İdmançı Zemfira Meftəhəddinova anadan olub
1964. Fələstin Azadlıq təşkilatı qurulub
1992. Naxçıvanla Türkiyə arasında Sədərək-Dilucu Ümid körpüsü açılıb
2004. Azərbaycan Respublikası Burkino-Faso, Ruanda və Keniya ilə diplomatik əlaqələr
2008. Nepalda monarxiya ləğv edilərək federativ respublika təsis edilib[
-
05-29-2010, 12:29 AM #146
Re: Tarixdə bu gün
29 may. İlin sonuna 216 gün qalır.
363. Roma imperatoru Yulian (Julian) Sasani ordusuna qalib gəlib
1265. İtalyan şair Dante Aliqyeri anadan olub. Şairin “İlahi Komediya”sı Azərbaycan dilinə tərcümə edilib
1453. Osmanlı hökmdarı Sultan Mehmet İstanbulu fəth edib. Bizans imperiyası süqut edib
1917. ABŞ-ın 35-ci prezidenti Con Kennedi anadan olub
1919. Cənubi Qafqaz respublikalarının Tiflis konfransı keçirilib. Konfransda çıxış edən F,Xoyski Dağıstanın işğalının Azərbaycan üçün təhlükə yaratdığını bildirib. Konfransın sonunda Dağıstanın işğalını pisləyən qətnamə qəbul edilib.
1947. Hindistanda kasta sistemi ləğv edilib
1963. Pakistanda qasırğa 10 000 nəfərin həyatına son qoyub
1967. Milli qəhrəman Aytəkin Məmmədov anadan olub
1985. Brüsseldə idman yarışı zamanı tribunanın çökməsi nəticəsində 39 nəfər həlak olub, 600 nəfər xəsarət alıb (Eysel faciəsi)
1988. ABŞ prezidenti Ronald Reyqan SSRİ-yə səfərə gəlib
1992. Azərbaycan Respublikası Tacikistan ilə diplomatik əlaqələr qurub
1996. Benyamin Netanyahu İsrailin baş naziri seçilib
2009. APA MDB xəbər agentlikləri arasında Avropa Şurasında akkreditasiya olunan ilk agentlik olub.[
-
05-30-2010, 02:23 AM #147
Re: Tarixdə bu gün
30 may. İlin sonuna 215 gün qalır.
1431. Fransa milli qəhrəmanı Janna d’Ark diri-diri yandırılıb. Kilsə 1920-ci ildə onu müqəddəslər sırasına daxil edib
1672. Rus çarı I Pyotr anadan olub
1778. Fransız yazıçısı, maarifçi Volter vəfat edib
1814. Napoleon Bonapart Elba adasına sürgün edilib
1862. Şair Mirzə Ələkbər Sabir anadan olub
1876. İntihar edən osmanlı sultanı Əbdüləzizi sultan V Murad əvəz edib
1918. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında dünya parlamentlərinə radioqram göndərilib
1930. Şair Fikrət Sadıq anadan olub
1960. Rus yazıçısı, Nobel mükafatı laureatı Boris Pasternak vəfat edib
1967. Aktyor İsmayıl Əfəndiyev vəfat edib
1999. Bayram günü Minsk metropoliteninin Nemiqa stansiyasına giriş tunelində sərxoş insanların yaratdığı basabas nəticəsində 53 nəfər həlak olub, 150 nəfər xəsarət alıb
2003. İKT Xarici işlər nazirlərinin Tehrandakı XXX (Həmrəylik və Ləyaqət) Toplantısında “Azərbaycan Respublikasına İqtisadi yardım haqqında Qətnamə” qəbul edilib
2008. Bakıda “GUAM-ın inkişaf strategiyası” adlı beynəlxalq konfrans keçirilib[
-
05-31-2010, 02:12 AM #148
Re: Tarixdə bu gün
31 may. İlin sonuna 214 gün qalır.
1815. Niderland krallığı yaranıb
1836. İngiltərədə ilk dəfə avar vinti patentləşdirilib
1850. Fransada seçki hüququ ləğv edilib
1859. Big Ben qülləsindəki saatlar işə düşüb
1906. Azərbaycanda I Dumaya seçkilər keçirilib
1920. Sovet rejiminə qarşı Gəncədə Cavad bəy Şıxlınksinin, Mirzə Məhəmməd Qacarın və Cahangir Bəy Kazımbəyovun etdiyi üsyan qəddarlıqla yatırılıb
1920. ADR-in 4 və 5-ci hökumət kabinetlərinin rəhbəri Nəsib bəy Yusifbəyli qətlə yetirilib
1943. Keçmiş SSRİ-də sovxoz və MTS-lərdə siyasi şöbə ləğv edilib
1970. Peruda zəlzələ 66 000 insanın həyatına son qoyub
1996. Azərbaycan Respublikası “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya”ya (1965-ci il) qoşulub
1999. İmralı adasında terrorçubaşı Abdulla Öcalanın məhkəməsi başlayıb
2003. Səsdənsürətli sərnişin təyyarəsi “Concorde” sonuncu dəfə Paris aeropotuna enib. Beləliklə bu təyyarələrin istismarı başa çatıb
2006. Azərbaycan və Yaponiya arasında “Müşfiq yarımstansiyasının yenidən qurulması layihəsi”nə dair Nota mübadiləsi edilib
2007. Valdis Zatlers Latviya prezidenti seçilib.[
-
05-31-2010, 11:54 PM #149
Re: Tarixdə bu gün
1 iyun. İlin sonuna 213 gün qalır.
1453. Ayasofiyada ilk dəfə namaz qılınıb
1862. ABŞ-ın bütün ərazisində köləlik ləğv edilib
1911. Türk hərbi hava qüvvələri yaradılıb (Kıtaat-ı Fenniye və Mevaki-i Müstahkame)
1922. SSRİ-də ilk beynəlxalq aviareys (Moskva-Köniqsberq) açılıb
1936. Moskva-Vladivostok aviareysi açılıb. Həmin dövrdə təyyarələr bu marşrutu fasilələrlə 4 sutkaya qət edirdilər
1940. Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifov anadan olub
1947. Aktyor Ziyadxan Cəbrayılov anadan olub
1965. Yaponiyada mədən qəzası 237 nəfərin həyatına son qoyub
1973. Hərbi xunta Yunanıstanda respublika rejimini elan edib
1980. CNN yayıma başlayıb
1992. Azərbaycan Respublikası Lüksemburq ilə diplomatik əlaqələr qurub
2002. Azərbaycan və İtaliya arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb
2004. Azərbaycan Qırğızıstan arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş imzalanıb
2009. Rio de Janeyro – Paris reysini həyata keçirən təyyarənin dənizə düşməsi nəticəsində 228 nəfər həlak olub
2009. İki erməni əsgəri Goranboy rayon ərazisində cəbhə xəttini keçərək Azərbaycan ordusuna təslim olub
2009. Bakıda “16-cı beynəlxalq Xəzər neft və qaz konfransı” işə başlayıb…[
-
06-02-2010, 12:42 AM #150
Re: Tarixdə bu gün
2 iyun. İlin sonuna 212 gün qalır
1793. Rusiya Krımın işğalını başa çatdırıb
1882. İtaliyanın milli qəhrəmanı Cüzeppe Haribaldi vəfat edib
1925. Azərbaycan SSR MİK-in qərarı ilə 16 neftçi Azərbaycan SSR-in Qırmızı əmək bayrağı ordeni ilə təltif olunub
1941. Türkiyənin Cinayət Məcəlləsinə ərəbcə azanı qadağan edən maddə əlavə edilib
1946. İtaliyada respublika üsul-idarəsi bərqərar olub
1953. İngilis kraliçası II Yelizavetanın tacqoyma mərasimi keçirilib
1955. SSRİ və Yuqoslaviya 1948-ci ildə kəsilmiş diplomatik əlaqələri bərpa edib
1955. Baykonur kosmodromunun əsası qoyulub
1970. Türk realist ədəbiyyatının görkəmli nümayəndəsi Orxan Kamal vəfat edib. Yazıçının bir çox əsəri səhnələşdirilib
1976. Sabit Rəhman adına Şəki Dövlət Dram teatrı açılıb
1979. II İohan Pavel Polşaya səfər edib. Bununla da o, tarixə kommunist rejimli ölkəyə səfər edən ilk papa kimi düşüb[


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri