18 may. İlin sonuna 227 gün qalır.
1048. Məşhur rübai ustası, şair, riyaziyyatçı Ömər Xəyyam anadan olub
1268. Misir məmlükləri Antioxu işğal edib
1284. Jönköpinq rəsmən İsveç şəhəri elan edilib
1546. İran tarixçisi Qazi Əhməd Qumi anadan olub
1643. Avstriyalı Anna Fransanın müvəqqəti hökmdarı olub
1780. Rus imperatriçası Yelizavetanın əmri ilə Rusiya Dövlət Bankı yaradılıb
1848. Frankfurtda ilk ümumalman parlamenti açılıb
1869. Dağıstanın xalq şairi Süleyman Stalski (əsl soyadı Həsənbəyov) anadan olub
1872. İngilis riyaziyyatçı, filosof və ictimai xadim, “məntiqi atomizm” konsepsiyasının, “deskripsiya nəzəriyyəsi”nin yaradıcısı Bertran Artur Uilyam Rassel anadan olub
1888. ABŞ-da ilk qrammofon plastinkası nümayiş olunub
1900. Tonqa Britaniya protektoratı olub (Protektorat-müstəqilliyini formal olaraq saxlayan zəif dövlətin daha güclü dövlətdən faktiki asılılıq forması)
1910. Adi gözlə görülən Halley kometi Yer kürəsinin çox yaxınından keçib
1912. Akademik Yusif Əbdürrəhmanov anadan olub
1912. Üzeyir Hacıbəyovun Əsli və Kərəm" operasının ilk tamaşası olub
1915. Dünyada ilk dəfə yüksək keçidli tank sınaqdan keçirilib
1920. Polyak əsilli Roma papası II İohan Pavel (əsl adı Karol Yozef Voytila) anadan olub
1927. Dünya səviyyəli uroloq Mirməmməd Cavadzadə anadan olub
1936. Qazax şairi, ictimai xadim Oljas Süleymanov anadan olub
1944. Sovet rəhbərliyi Krım tatarlarının Orta Asiyaya deportasiya edilməsi barədə qərar verib
1949. Nyu-Yorkda ilk vertolyot meydançası açılıb
1953. Şair Alim Dərələyəzli anadan olub
1969. Amerikan kosmik gəmisi “Apollon-10” fəzaya buraxılıb
1974. Hindistan nüvə silahına malik olan altıncı ölkə olub
1980. ABŞ-ın Vaşinqton əyalətində Müqəddəs Helens Dağında meydana çıxan vulkan partlayışı 57 nəfərin ölümünə və 3 milyard dollar maddi ziyana səbəb olub
1980. Avropa İqtisadi Birliyi İrana qarşı iqtisadi sanksiyalar tətbiq edib
1990. Fransada yeni model Yüksək Sürət Qatarı (TGV) 515.3 km/saatla dəmiryolunda yeni sürət rekordu vurub
1992. Laçın rayonu Ermənistan tərəfindən işğal olunub
1992. Azərbaycan Respublikası Moldova ilə diplomatik əlaqələr qurub
1996. Tayvanda oyuncaq kubiklərdən 25,5 m hündürlüyündə piramida qurulub
1997. İrlandiyalı Bricit Dirren 102 yaşında Dövlət universitetini əla qiymətlərlə bitirərək diplom alıb və dünya rekordunu təzələyib
1998. Cakartada minlərlə tələbənin İndoneziyanın parlament binasını zəbt etməsi Hacı Məhəmməd Suhartonun 30 illik rejiminin süqut etməsi ilə nəticələnib
2007. Hindistanda böyük Heydərabad məscidində baş verən bomban partlaması doqquz nəfərin həlak olmasına və əlliyə yaxın insanın yaralanmasına səbəb olub
2009. İranın Azərbaycandakı yeni səfiri Məhəmməd Bağır Bəhrami etimadnaməsini prezident İlham Əliyevə təqdim edib
2009. Parlament komissiyası baş prokuror və Ombudsmanın bir neçə dəfə seçilə bilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsini təklif edib
2009. İsveç xarici işlər naziri Mişel Ambül Azərbaycana rəsmi səfərə gəlib
2009. Narzanda Doku Umarovun dəstəsinə qarşı keçirilən əməliyyatda Azərbaycan vətəndaşı Akif Muradov öldürülüb...
193 sonuçtan 131 ile 140 arası
-
05-17-2010, 12:44 AM #131
Re: Tarixdə bu gün
Gələn il yada qalar bu gün.Onur imkan vermıdi udasiz
[
-
05-18-2010, 02:15 AM #132
Re: Tarixdə bu gün
[
-
05-19-2010, 02:09 AM #133
Re: Tarixdə bu gün
19 may. İlin sonuna 226 gün qalır.
1498. Portuqal səyyah Vasko da Qama Kəlküttə şəhərinə gəlib. Da Qama tarixə Hindistana dəniz yolu ilə gələn ilk avropalı kimi düşüb
1662. İngiltərə hökuməti xristian əqidəsinə zidd olan ədəbiyyatın ölkəyə gətirilməsini qadağan edib
1728. II Pyotr Rusiyanın paytaxtını Peterburqdan geriyə, Moskvaya köçürmək barədə sərəncam verib
1881. Mustafa Kamal Atatürk anadan olub
1907. Bakıda "Bəhlul" jurnalı nəşrə başlayıb
1910. Şair Rəsul Rza anadan olub
1919. BDU-nun təsis komissiyası yaradılıb
1921. I Ümumazərbaycan sovetlər qurultayında Azərbaycan SSR-in Konstitusiyası qəbul edilib
1935. Şair, tərcüməçi Vladimir Qafarov anadan olub
1944. SSRİ-də qeyri pravoslav dinlər üzrə Şura təsis edilib. 2 il sonra isə müsəlmanlara Həcc ziyarətinə getməyə imkan verilib
1997. Azərbaycan Avropada adi silahlar haqqında Konvensiyaya qoşulub
1998. Azərbaycanda "Uşaq hüquqları haqqında" qanun qəbul edilib
1999 - Sumqayıt şəhər 8 saylı orta məktəbdə hərbi dərs zamanı RQD-5 əl qumbarasının partlaması nəticəsində 6 nəfər həlak olub, 18 nəfər yaralanıb
2004. Azərbaycanda “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib
[
-
05-20-2010, 01:04 AM #134
Re: Tarixdə bu gün
20 may. İlin sonuna 225 gün qalır.
1526. Səyyah Xristofor Kolumb vəfat edib
1742. Rus səyyah Çelyuskin Avrasiyanın ən şimal nöqtəsinə çatıb. Bu ərazi sonradan onun şərəfinə Çelyuskin burnu adlandırılıb
1746. Haiti inqilabının rəhbərlərindən olan Tussən Luvertür anadan olub
1799. Fransız yazıçı, dramaturq Onore dö Balzak anadan olub
1802. Fransız koloniyalarında köləlik bərpa edilib
1804. Rus bəstəkar Mixail Qlinka anadan olub
1900. Parisdə 2-ci Olimpiya oyunları başlayıb
1902. Kuba İspaniyadan müstəqilliyini elan edib
1907. Aktrisa Həqiqət Rzayeva anadan olub
1921. Bakıda Əli Bayramov adına qadın klubu fəaliyyətə başlayıb. Klub indiki Səadət sarayında yerləşirdi
1925. Sovet aviakonstruktoru Aleksey Tupolev anadan olub. O, məşhur aviakonstruktor Andrey Tupolevin oğludur.
1927. İngiltərə Səudiyyə Ərəbistanının müstəqilliyini tanıyıb
1932. SSRİ yazıçılarının iclasında ilk dəfə “sosialist realizmi” termini qəbul edilib
1946. Şair, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı anadan olub
1951. Polis Akademiyasının rəisi Ramiz Nağıyev anadan olub
1965. Moskvada Domodedovo aeroportu açılıb
1972. Kamerun Respublikası elan edilib
1980. Kvebek əyalətində referendum zamanı əhalinin 60%-i Kanadanın tərkibindən çıxmağı rədd edib
1991. SSRİ vətəndaşlarının xaricə getməsinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb
1993. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Gömrük Komitəsi arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb
2002. Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hava nəqliyyatı haqqında Saziş imzalanıb
2002. Şərqi Timor müstəqillik əldə edib
2009. Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfərə gəlib...
[
-
05-21-2010, 01:29 AM #135
Re: Tarixdə bu gün
21 may. İlin sonuna 224 gün qalır.
1804. Parisin məşhur Pyer Laşez qəbiristanlığı salınıb. Bu qəbiristanlıqda uyuyanlar arasında azərbaycanlılar da var
1881. Amerika Qızıl Xaç cəmiyyəti təsis edilib
1904. 7 Avropa dövləti Parisdə FİFA-nı təsis edib
1921. Sovet dissidenti, hidrogen bombasının müəllifi Andrey Saxarov anadan olub
1991. Hindistanın baş naziri Raciv Qandi gül dəstəsinin içinə yerləşdirilən bombanın partlaması nəticəsində həlak olub
1992. Avropa İqtisadi Birliyi (AİB) üzvləri vahid aqrar siyasət haqqında razılıq əldə edib
1996. Azərbaycan Respublikası Şri-Lanka ilə diplomatik əlaqələr qurub
2004. Azərbaycan Respublikası Malavi ilə diplomatik əlaqələr qurub
2004. Sumqayıt (Azərbaycan) və Bari şəhərləri (İtaliya) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Niyyət Protokolu imzalanıb
2004. Gürcüstanın dövlət himni qəbul edilib
2004. Türkiyə prezidenti Konstitusiya dəyişiliklərini təsdiq edib və Dövlət Təhlükəsizliyi Məhkəmələri ləğv edilib
2006. Monteneqroda keçirilən referendum müstəqillik tərəfdarlarının qələbəsi ilə (55,4%) başa çatıb...[
-
05-21-2010, 11:47 PM #136
Re: Tarixdə bu gün
22 may. İlin sonuna 223 gün qalır.
1805. Şəki xanlığı Rusiyaya birləşdirilib
1856. Moskvada Tretyakov qalereyasının açılışı olub
1859. Şotland yazıçısı Artur Konan Doyl anadan olub
1885. Fransız yazıçı Viktor Hüqo vəfat edib
1908. Rayt qardaşları təyyarəni (daha doğrusu uçun vasitə) patentləşdirib
1914. Britaniya Fars körfəzində neft məsələlərini idarə etmək hüququ əldə edib
1918. Rejissor Mehdi Məmmədov anadan olub
1922. Müğənni Sara Qədimova anadan olub
1927. Çinin Ksininq əyalətində zəlzələ 200 000 insanın həyatına son qoyub
1937. Bəstəkar Aqşin Əlizadə anadan olub
1940. Sosialist Əməyi Qəhrəmanı fəxri adı təsis edilib
1967. Brüsseldə binada baş verən yanğın nəticəsində 320 nəfər həlak olub
1972. Riçard Nikson SSRİ-yə səfərə gəlib və tarixə Sovet ittifaqına gələn ilk ABŞ prezidenti kimi düşüb
1990. Şimali və Cənubi Yəmən birləşib
1990. Prezident Ayaz Mütəllibovun fərmanı ilə 28 May “Azərbaycan dövlətçiliyinin bərpası günü” elan edilib
1995. Azərbaycan Respublikası Laos ilə diplomatik əlaqələr qurub
1996. Azərbaycan Respublikası Liberiya ilə diplomatik əlaqələr qurub
2006. Cənubi Azərbaycanın böyük şəhərlərində mətbuatda türkdilli əhalini təhqir edən karikaturanın dərcinə etiraz olaraq nümayişlər keçirilib...[
-
05-23-2010, 01:22 AM #137
Re: Tarixdə bu gün
23 may. İlin sonuna 222 gün qalır.
1524. Böyük sərkərdə Şah İsmayıl Xətai vəfat edib
1707. İsveçrəli təbiətşünas Karl Linney anadan olub
1904. Vyanada tarixdə ilk dəfə Yunan Roma güləşi üzrə çempionat keçirilib
1915. İtaliya Birinci Dünya müharibəsinə qoşulub
1923. Azərbaycan Mərkəzi Dövlət Kitabxanası təntənəli şəkildə açılıb
1924. Rusiya Kommunist partiyasının 13-cü qurultayı başlayıb
1924. Ümumittifaq Kommunist partiyasının Zaqafqazi ya ölkə komitəsinin V plenumu başlayıb
1937. Amerikalı sənayeçi Con Devidson Rokfeller vəfat edib
1940. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyü başa çatıb
1945. Faşist lideri Henrix Himler sianid turşusu ilə intihar edib
1953. Kollektivləşməyə qarşı çıxdığı üçün 48 sat ərzində 37 000 litvalı kəndli həbs edilərək Sibirə göndərilib (“Bahar” əməliyyatı)
1992. 57 dövlətin ( o cümlədən NATO-nun və Türkiyə Parlamentinin) Ermənistanın Naxçıvana hücumunu pisləyən bəyanatlarından sonra Ermənistan sülh danışıqlarına başlamağa təklif edib. Bundan sonra Rusiya geri çəkilməyə məcbur olub.
2002. Papa II İohan Pavel Azərbaycana səfər edib. Bu, Roma papasının tarixdə Azərbaycana ilk səfəri idi
2002. Azərbaycanda Ukrayna mədəniyyəti günləri başlayıb[
-
05-24-2010, 10:08 AM #138
Re: Tarixdə bu gün
24 may. İlin sonuna 221 gün qalır.
1543. Polyak astronom Nikolay Kopernik vəfat edib
1743. Fransa inqilabının ideya rəhbərlərindən olan Jan Pol Marat anadan olub
1905. Rus yazıçı Mixail Şoloxov anadan olub
1910. Bakıda Üzeyir Hacıbəyovun “Ər və arvad” musiqili komediyası səhnələşdirilib
1920. Azərbaycan İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verib. Dekret mayın 27-də mətbuatda dərc edilib
1921. Mustafa Kamala (Atatürk) sui-qəsd təşkil etməkdə təqsirli bilinən ingilis casusu Mustafa Saqir edam edilib
1922. Balaxanıda ilk sovet neft mədəni təntənəli şəkildə açılıb
1926. Livanın ilk konstitusiyası qəbul edilib
1948. Aktyor Fuad Poladov anadan olub
1951. Sovet şahmatçısı Anatoli Karpov anadan olub
1956. İsveçrənin Luqaon şəhərində ilk dəfə “Eurovision” mahnı müsabiqəsi keçirilib
1965. Peruda futbol matçı zamanı kütləvi dava düşüb. Davada 135 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb
1967. Yazıçı, ictimai xadim Şıxəli Qurbanov vəfat edib
1987. Bəstəkar Şəmsi Bədəlbəyli vəfat edib
1989. Bolqarıstanda yaşayan türklərin Türkiyəyə köçü başlayıb
1992. Azərbaycan Respublikası Vatikan ilə diplomatik əlaqələr qurub
2001. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb
2004. Şimali Koreyada mobil telefonlar qadağan edilib[
-
05-24-2010, 11:42 PM #139
Re: Tarixdə bu gün
25 may. İlin sonuna 220 gün qalır.
1571. İspaniya kralı Benedikt və Papa Osmanlı dövləti əleyhinə ittifaq yaradıb
1889. Rus (sonradan amerikan) aviakonstruktoru İqor Sikorski anadan olub
1918. Zaqafqaziya Seyminin müsəlman fraksiyasının iclası. Fətəli xan Xoyskinin keçirdiyi axşam iclasında bu qərar qəbul edilib: “Gürcüstan müstəqilliyini elan etdiyi halda, biz də tərəfimizdən Azərbaycanın müstəqilliyini elan etməliyik”.
1920. Gəncədə sovet hakimiyyəti əleyhinə üsyan başlayıb. Üsyanı yalnız 1 həftə sonra yatırmaq mümkün olub
1934. Futbol hakimi Eldar Əzimzadə anadan olub
1954. Türkiyə Osmanlıdan qalan borcların ödənilməsini başa çatdırıb
1955. Aktyor Ramiz Novruzov anadan olub
1963. 30 Afrika ölkəsi Afrika Birliyi Təşkilatını (ABT) qurub
1983. Türk şair Nəcib Fazil Qısakürək vəfat edib
1988. İraq Bəsrəni İrandan geri alıb
1991. Kuba qoşunları 16 il sonra Anqolanı tərk edib
1994. 20 illik mühacirətdən sonra rus yazıçısı Aleksandr Soljenitsın vətənə qayıdıb
1997. General Rəşid Dostum Türkiyəyə sığınıb
2005. Azərbaycan neftini Türkiyə üzərindən dünya bazarına çıxarmaq məqsədi ilə çəkilən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə ilkin neft vurulub
2009. Şimali Koreya yeraltı nüvə sınağı keçirib
2009. Görkəmli fizik Fuad Qasımov vəfat edib
2009. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana rəsmi səfərə gəlib[
-
05-26-2010, 01:56 AM #140
Re: Tarixdə bu gün
26 may. İlin sonuna 219 gün qalır.
1799. Rus şair Aleksandr Puşkin anadan olub. 20-ci əsrdə şairin bir çox əsəri Azərbaycan dilinə tərcümə edilib
1883. Əlcəzairin milli qəhrəmanı, sərkərdə Əbdül Qadir anadan olub
1896. Sonuncu rus çarı II Nikolay taxta çıxıb
1904. Türk şair Nəcib Fazil Qısakürək anadan olub
1908. İranın Məscid Süleyman şəhərində Orta Şərqdə ilk neft yatağı aşkar edilib
1918. Zaqafqaziya Seyminin son iclası keçirilib. Uzun sürən qarşılıqlı ittihamlardan sonra seym Zaqafqaziya respublikasının parçalanmasını təsdiq edən qətnamə qəbul edib
1918. Gürcüstan Demokratik Respublikası elan edilib
1920. Azərbaycan SSR vahid Əmək məktəbi haqqında əsasnamə qəbul edilib
1922. Bakıda Zaqafqaziya qadınlarının I qurultayı keçirilib
1941. Diktor, Azərbaycan Respublikasının xalq artisti Ofeliya Sənani anadan olub
1947. SSRİ-də ölüm hökmü ləğv edilib. Aradan 3 il keçəndən sonra isə bu cəza növü bərpa edilib
1948. CAR-da aparteid siyasəti başlayıb
1972. Brejnev və Riçard Nikson nüvə silahının məhdudlaşdırılmasına dair saziş imzalayıblar
1991. Zviad Qamsaxurdiya Gürcüstanda prezident seçkilərində qalib gəlib
1995. Rusiya və Belarus arasındakı sərhəd təntənəli mərasimlə ləğv edilib...[


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri