[b]Azərbaycan hərbi qanunvericiliyində əsgər və zabitlərin mobil telefondan istifadəsini qadağan edən müddəa yoxdur[b]
[Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələrində və qanunvericiliklə nəzərdə tutulan digər hərbi birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, yəni əsgər, çavuş, matros və miçmanların şəxsi mobil telefondan istifadə etmələri qadağan olunub. APA-nın məlumatına görə, bəzi hərbi hissələrdə hətta zabitlərə belə xidmət saatlarında mobil telefondan istifadə yasaqlanıb. Bu da bir sıra səbəblərlə, o cümlədən hərbi hissənin yerləşdiyi döyüş mövqeyi, təyinatı və s. bağlıdır.«Ehtiyatda və İstefada olan Zabitlər» İctimai Birliyinin sədri Yaşar Cəfərli APA-ya bildirib ki, Azərbaycanın hərbi qanunvericiliyində müddətli hərbi qulluqçuların və zabit heyətinin xidmət müddətində mobil telefondan istifadə etməsinə qadağa qoyan müddəalar yoxdur. Onun sözlərinə görə, hazırda qüvvədə olan hərbi qanunlar qəbul edilən zaman Azərbaycanda mobil telefonlar geniş tətbiq edilməyib: «Bununla belə, hərbi hissələrdə yuxarı komandanlığın daxili əmri ilə əsgərlərin mobil telefondan istifadəsi qadağan edilir. Xüsusi rejimli hərbi hissələrdə isə bu əmr zabit və gizir heyətinə də şamil edilə bilər».Son günlər silahlı qüvvələrdə aşkarlanmış və internet saytlarında nümayiş etdirilən 2 «dedovşina» faktına münasibət bildirən təşkilat rəhbərinin sözlərinə görə, Müdafiə Nazirliyinin Silahlı Qüvvələrdə «dedovşina»nın mövcudluğunu qətiyyətlə inkar etməsinə baxmayaraq, Azərbaycan ordusundakı «dedovşina» xüsusiyyətlərinə görə ənənəvi «dedovşina»lıqdan fərqlənir: «Bu gün Azərbaycan ordusunda «molodoy», «dembel», «qoca» adları səslənir. Eyni zamanda «yerli», «elli» məhfumları mövcuddur. Hazırda Azərbaycan ordusunda rəsmi tabeçilik münasibətlərindən başqa qeyri-leqal tabeçiliyin mövcudluğu da istisna deyil».Sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev isə APA-ya açıqlamasında keçmiş sovet ordusunda «dedovşina» hallarının daha çox olduğunu və indikindən fərqləndiyini qeyd edib. Ələt hospitalında baş verən və videogörüntüsü yayılan hərəkəti «xuliqanlıq» adlandıran general bu cür hadisələrin törədilməsinin və yayılmasının müəyyən məqsədlər daşıdığını da istisna etməyib: «Bu hərəkətləri edib və videosunu çəkənlər mülki həyatda özlərinin «ordudakı qoçuluqlarını» sübut etmək məqsədi güdürlər», - deyən sabiq nazir «dedovşina»nın doğuran səbəbləri də açıqlayıb: «Bu, ilk olaraq ailədə, orta məktəbdə aldığı tərbiyə və s.-lə bağlıdır. Daxili Qoşunlarda əsgərləri döyən çavuşlardan birinin atası polisdir. Bu hadisə onu deməyə əsas verir ki, həmin şəxs mülki həyatda da bu cür «at oynadıb»». D. Rzayev hesab edir ki, bu cür halların baş verməməsi üçün peşəkar orduya keçid zəruridir. Digər tərəfdən, əsgərlərlə işləyən çavuş heyətinin peşəkarlığı və bacarığı artırılmalıdır: «Bu gün ABŞ ordusunda tərbiyə işləri ilə kaprallar (çavuş) məşğul olur. Hesab edirəm ki, bizdə çavuşların hazırlığına ciddi fikir verilməli, bu məsələ yuxarı komandanlığın diqqətində olmalıdır».Qeyd edək ki, bu yaxınlarda bir qrup hərbi yönümlü QHT tərəfindən hazırlanmış «Müdafiə və təhlükəsizlik sektorunda insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin vəziyyətinə dair arayış-təhlil» adlı sənəddə Azərbaycan Silahlı Qüvvələrində «dedovşina» faktları da əksini tapıb. Güc strukturlarına təqdim olunacaq sənəddə ümumilikdə nizamnamədən kənar münasibətlər nəticəsində Azərbaycanda 2006-cı ildə 5, 2005-ci ildə 4, 2004-cü ildə 10, 2003-cü ildə isə 13 hərbçinin dünyasını dəyişdiyi qeyd olunur. Hesabatda həmçinin qeyd olunur ki, 2007-ci ildə 10, 2006-cı ildə 7, 2005-ci ildə 4, 2004-cü ildə 4, 2003-cü ildə isə 8 hərbçi intihar edib. Sənədi hazırlayan ekspertlər intiharlara «dedovşina» hadisələri, nizamnamədən kənar münasibətlər, rüşvətxorluq, zorakılıq, təhqir olunma, alçaldılma və digər bu kimi qanunsuz əməllərin səbəb olduğunu qeyd ediblər.
Azərbaycan Xəbərləri
Printable View

10-22-2008, 03:20 PMAPAAzərbaycan hərbi qanunvericiliyində əsgər və zabitlərin mobil telefondan istifadəsini qadağan edən müddəa yoxdur

10-22-2008, 03:40 PMAPA«Akkord» şirkəti ilin sonunadək Azərbaycanda bir neçə yeni körpü istifadəyə verəcək
[b]«Akkord» şirkəti ilin sonunadək Azərbaycanda bir neçə yeni körpü istifadəyə verəcək[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin sonunadək Azərbaycanın Bakı və Xırdalan şəhərlərində bir neçə yeni körpü, piyada keçidi və tunel istismara veriləcək.«Akkord İnşaat Sənaye» şirkətinin memarlıq və dizayn departamentinin memarı xanım Yeganə Hacıyevanın «APA-ECONOMICS»ə verdiyi məlumata görə, artıq cari ilin noyabr ayının sonunda ölkədə böyüklüyünə görə ikinci olan avtomobil körpüsü istifadəyə veriləcək. Həmin körpü Heydər Əliyev prospekti, Babək prospekti və Y.Səfərov küçəsindəki yolları birləşdirərək yol qovşağı yaradacaq: «Həmin yol qovşağında 4 körpü və 2 tunelin tikintisi artıq başa çatır».Y.Hacıyeva həmçinin qeyd edib ki, cari ilin sonunadək Xırdalan şəhərində yeni körpü və Xırdalan dairəsində tunel istifadəyə veriləcək: «Biz həmçinin ilin sonunadək Bakının Nobel prospekti üzərindən keçən dəmir yolu körpüsünü və hazırda şəhərin müxtəlif yerlərində tikintisi davam etdirilən piyada körpülərini istismara verəcəyik».Qeyd edək ki, «Akkord» Şirkətlər Qrupuna daxil olan «Akkord İnşaat Sənaye» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. -
10-22-2008, 04:00 PMAPAAzərbaycan bu il taxıl istehsalını 25% artırıb, pambıq istehsalını 41%, tütün istehsalını isə 22% azaldıb
[b]Azərbaycan bu il taxıl istehsalını 25% artırıb, pambıq istehsalını 41%, tütün istehsalını isə 22% azaldıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin oktyabrın 1-nə Azərbaycanda 860,9 min hektar taxıl sahəsi (qarğıdalısız) biçilib döyülüb və həmin sahələrdən ilkin çəkidə 2 334,9 min ton taxıl məhsulu götürülüb.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hektarın orta məhsuldarlığı əvvəlki ilə nisbətən 0,9 sentner artaraq 27,1 sentnerə yüksəlib. Bundan başqa, cari ildə 30,5 min hektar qarğıdalı sahəsindən qıçaları quru dənə çevirməklə 146,3 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 47,8 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla, taxıl istehsalının ümumi həcmi keçən ilə nisbətən 24,7% və yaxud 491,2 min ton artaraq 2 481,2 min tona çatıb.Mövsüm ərzində sahələrdən 1 027,8 min ton kartof, 1 137,2 min ton tərəvəz və 404,8 min ton bostan məhsulları toplanıb. Keçən ilin müvafiq dövrünə nisbətən kartof istehsalı 7%, tərəvəz istehsalı 1% artıb, bostan məhsulları istehsalı isə 1,4% azalıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 2 sentner, tərəvəz üzrə 3 sentner, bostan məhsulları üzrə 1 sentner artıb və müvafiq olaraq 153, 141 və 128 sentnerə yüksəlib. Ötən ilə nisbətən cari ildə pambığın əkin sahəsinin 35,9% azalması məhsul istehsalında da özünü göstərib. Oktyabrın 2-si vəziyyətinə emal müəssisələrinə keçən ilin eyni dövründəkinin 59,4%-i qədər, yəni 24,5 min ton xam pambıq yığılıb satılıb.Eyni vəziyyət tütünçülükdə də yaranıb. Əkin sahəsinin 17,7% azalması tütün yarpağı istehsalının 21,6% azalmasına səbəb olub və qurudulmuş çəkidə cəmi 1,7 min ton tütün yarpağı yığılıb. Bu il 6,4 min hektar sahədə emal üçün şəkər çuğunduru əkilib. Hazırda bu məhsulun yığımına başlanılıb və hesabat tarixinə artıq 1,5 min hektar sahənin çuğunduru qazılıb və həmin sahələrdən hər hektardan 219 sentner olmaqla 31,8 min ton məhsul götürülüb. Bundan başqa bu il 414 min ton və yaxud keçən ildəkindən 5,3% çox meyvə və giləmeyvə, 76,4 min ton və yaxud 8% çox üzüm məhsulu toplanıb. Yaşıl çay yarpağı yığımı 38,9% azalaraq 279,8 tona enib. Cari ilin 9 ayı ərzində respublika üzrə diri çəkidə 226,2 min ton ət, 1 048,8 min ton süd, 750,2 mln. ədəd yumurta və 13,9 min ton yun istehsal edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,3%, süd istehsalı 2,8%, yumurta istehsalı 11,4%, yun istehsalı isə 3,1% artıb. Hesabat dövründə hər inək və camışdan orta hesabla 845 kq süd sağılıb.Oktyabrın 1-nə ölkə üzrə 2 526,5 min baş qaramal, o cümlədən 1 221,3 min baş inək və camış, 8 237,4 min baş qoyun və keçi olub. Ötən il oktyabrın 1-i ilə müqayisədə qaramalın, o cümlədən inək və camışların sayı 2,2%, qoyun və keçilərin sayı isə 2,1% artıb. Cari ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 758,4 mln. manat olub və 2007-ci ilin 9 ayı ilə müqayisədə 8,3%, o cümlədən heyvandarlıq məhsullarının dəyəri 3,4%, bitkiçilik məhsulları 10,9% artıb. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 405,3 min hektar və ya keçən ilin müvafiq dövründəkindən 12,8% çox sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 29,4 min hektar və yaxud keçən ilə nisbətən 6,6% çox sahədə dən üçün payızlıqlar səpilib. Ümumi əkinin 12,9 min hektarı və ya 44%-i buğda, 16,4 min hektarı və ya 56%-i arpa əkinləridir. Oktyabrın 1-i vəziyyətinə ölkənin meşəçilik təsərrüfatlarında istehsal edilmiş məhsul və xidmətlərin faktiki qiymətlərlə dəyəri 784 min manat olub. Həmçinin, balıqçılıqla məşğul olan təsərrüfatlar tərəfindən 95 min manat dəyərində balıq ovlanıb. -
10-22-2008, 04:10 PMAPAMirmahmud Mirəlioğlu: "Bəzi şəxslər Vahid Əməkdaşlıq Mərkəzinin yaradılması ilə bağlı danışıqları mətbuata çıxarmaqla bu prosesə m
[b]Mirmahmud Mirəlioğlu: "Bəzi şəxslər Vahid Əməkdaşlıq Mərkəzinin yaradılması ilə bağlı danışıqları mətbuata çıxarmaqla bu prosesə mane olurlar"[b]
[Bakı. Ramil Məmmədli-APA. "Müxalifətin yaxınlaşması və Vahid Əməkdaşlıq Mərkəzinin yaradılması ilə bağlı aparılan danışıqlar haqda mətbuata məlumat verməmək barədə razılaşma əldə edilmişdi. Amma həmişəki kimi həmin şəxslər proses barədə mətbuata açıqlama verməklə bu yaxınlaşmaya mane olurlar". Bu sözləri APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib. Onun sözlərinə görə, Vahid Əməkdaşlıq Mərkəzinin yaradılması istiqamətində aparılan danışıqlar haqda məlumat verməmək barədə partiyalar arasında razılaşma olub: "Biz bu məsələnin içərisindəyik. Təəssüf ki, vaxtı çatmamış bəziləri danışıqlar barədə açıqlamalar verirlər və ümumi işə ziyanına vururlar". Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə müxalifət düşərgəsində yaranacaq birliklərin sonda parçalanacağı qənaətində olduğunu açıqlayıb: "Mənim müxalifət düşərgəsinin birləşməsi ilə bağlı başqa ideyam var. Ölkədə 100-ə yaxın partiya var. Yaxşı olardı ki, müxalifət vahid partiyaya çevrilsin və ölkədə bir-iki siyasi partiya mövcud olsun. Çünki Vahid Əməkdaşlıq Mərkəzi və ya başqa qurumlarda toplaşsaq da, müxtəlif maraqlar üzündən parçalanmalar olacaq. Azərbaycanın gələcəyi üçün müxalifətin partiya çərçivəsində birləşməsinə ehtiyac var". Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu də Vahid Əməkdaşlıq Mərkəzi və Vahid Seçki Bloku adlı qurumlarda bir araya gəlməyi müsbət hesab etdiyini deyib. Onun sözlərinə görə, bu qurumların məqsəd, forma və tələbləri ümumi razılıqla müəyyənləşməlidir: " Hesab edirəm ki, özünü seçkidən kənarda qoyan müxalifət daha real hərəkət etməli və uzlaşma yolu tapılmalıdır. Onlar özlərini "dağın başına" qoymaqla hakimiyyətin maraqlarına daha çox xidmət edirlər. Əgər normal maraqlar qurmaq istəyində olsalar, bu qurumda təmsil olunmağa hazırıq". F. Qəzənfəroğlu müxalifət düşərgəsində təmsil olunan qurumların bir partiyada birləşməsi ideyasına müsbət yanaşdığını da söyləyib: "Seçki prosesi də göstərdi ki, partiyaların bu qədər çox olması seçki zamanı da böyük imkanlar yaratmır". -
10-22-2008, 04:20 PMAPASamuxda avtomobil oğurluğu ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib
[b]Samuxda avtomobil oğurluğu ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib[b]
[Samux. Nəzakət Məşədiəliqızı-APA. Samuxda dələduzluq yolu ilə vətəndaşların maşınlarını əldə edərək onları hissələrə bölərək satan bir qrup şəxs zərərsizləşdirilib. Samux rayon polis şöbəsinin rəis müavini Bahadur Şükürovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, Gəncə sakinləri Rövşən Şahnəzərov, Seymur Verdiyev və Bərdə sakini "Arıx" ləqəbli Raqub Əkbərov banklara kredit borcu olan şəxslərdən avtomobilləri satmaq adı ilə alıblar. İstintaq zamanı məlum olub ki, dəstə üzvləri 6 xarici avtomobili bölərək ehtiyat hissələrini Gəncənin maşın bazarında satıblar. Dələduzluqla məşğul olan qrupun digər üzvlərinin müəyyən edilməsi üçün tədbirlər görülür. Faktla bağlı Samux rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.2. maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. -
10-22-2008, 04:30 PMAPADAK həmsədri Sabir Rüstəmxanlı İsveç parlamentində çıxış edəcək
[b]DAK həmsədri Sabir Rüstəmxanlı İsveç parlamentində çıxış edəcək[b]
[Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı İsveç parlamentində çıxış edəcək. S. Rüstəmxanlı APA-ya deyib ki, dekabrın 3-də DAK nümayəndə heyəti İsveç parlamentinin iclasına qatılacaq. S. Rüstəmxanlı bildirib ki, çıxışı zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyətə, İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına, DAK-ın fəaliyyət istiqamətlərinə və digər məsələlərə toxunacaq. S. Rüstəmxanlının sözlərinə görə, noyabrın 29-da isə DAK-ın təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binasında "Azərbaycanın parçalanması ilə nəticələnən Türkmənçay müqaviləsinin 180 illiyi və Cənubi Qafqazda münaqişələr" mövzusunda konfrans keçiriləcək. Dekabrın 4-də isə DAK nümayəndə heyəti İsveç azərbaycanlılarının qurultayında iştirak edəcək. -
10-22-2008, 04:40 PMAPABosniyalı futbolçu: "Azərbaycanda "qol kralı" olmaq istəyirəm"
[b]Bosniyalı futbolçu: "Azərbaycanda "qol kralı" olmaq istəyirəm"[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. "Azərbaycan haqda çempionumuz "Şiroki Briyeq" "Neftçi"yə qarşı oynayanda eşitmişdim. Ötən mövsüm isə milli komandanız yığmamızla hazırlıq matçı keçirdi. Ölkəniz haqda məlumatım bu qədər idi". "APA-SPORT"un məlumatına görə, bunu "Qarabağ"ın bosniyalı legioneri Nidal Fərhatoviç klubun rəsmi saytına müsahibəsində deyib. Cari mövsümdə şərəfini qoruduğu Ağdam klubunda vurduğu 4 qoldan 3-ə başla imza atan hücumçu boyunun uca olmasından yaxşı istifadə edir. Premyer Liqanın bombardirlər siyahısında yuxarı pillələrdə yer alan Fərhatoviç sonda bu yarışın qalibi olmaq istəyir: "Əlbəttə, bütün hücumçular "qol kralı" olmaq istəyər. NBC, "Qəbələ" və "Simurq"la görüşlərdə qol vurmaq üçün əla imkanlarım vardı. Bu şanslardan istifadə etsəydim, indi hesabımda 10 qol vardı. Komanda yoldaşım Artim Şakiri də mənimlə qol yarışına girişib. Hücumda bir yerdə çıxış etdiyimiz Zaur Ramazanov məşqdə inanılmaz dərəcədə asan qollar vurur. Hiss olunur ki, vuran ayağı var. Amma sanki oyunda tilsimə düşür. Belə hallar futbolda tez-tez baş verir. İnanıram ki, Zaur bir qol vurduqdan sonra hər şey düzələcək". Premyer Liqamızla öz çempionatlarının səviyyəsini eyni hesab edən 28 yaşlı hücumçu karyerasında bir mövsümdə ən çox qolu (14) vətənində "Sarayevo" klubunda vurub. Burada gördüklərindən razılığını ifadə edən Fərhatoviç futbolumuza diqqətin artırıldığını qeyd edib: "Hal-hazırda Azərbaycan birinciliyinə böyük sərmayə qoyulur ki, bunun da bəhrəsini yaxın illərdə görmək olacaq. Bura gələnədək Almaniyada "Karslrue"də forma geyinmək şansı tapmışam. Düzdü, zədə ucbatından bu klubdan ayrılmalı oldum. İsveçdə, Birləşmiş Ərəb Əmirliyində də top qovmuşam. Bosniyada əsasən U-21-də çıxış etmiş, əsas yığmaya isə 3 dəfə dəvət almışam". Qeyd edək ki, hazırda 9 qolla Premyer Liqanın bombardiri olan "Xəzər-Lənkəran"ın bolqar hücumçusu İvan Svetkov da cari mövsümdən ölkəmizdə çıxış edir. -
10-22-2008, 04:50 PMAPARusiya öz hərbi donanmasını Ukraynadan çıxarmaq istəmir
[b]Rusiya öz hərbi donanmasını Ukraynadan çıxarmaq istəmir[b]
[Moskva - APA. Rusiya Ukrayna tərəfinə Qara dəniz donanmasının 2017-ci ildən sonra da Sevastopolda qalmasının mümkünlüyünün müzakirəsini təklif etmək niyyətindədir. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında deyib. O, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət bəslədiklərini, bütün dövlətlərarası razılaşmalara vicdanla əməl etdiklərini, bu razılaşmalarda əksini tapmış bütün prinsiplərə və əməkdaşlıq istiqamətlərinə sadiq olduqlarını bildirib: "Bu, Qara dəniz donanmasını Ukrayna ərazisində qalmasına dair razılaşmaya da aiddir. Biz müvafiq zamanda donanmanın 2017-ci ildən sonra da Ukrayna ərazisində qalması ilə bağlı məsələni gündəmə gətirməyi təklif edəcəyik. Aydındır ki, bu məsələlər bir az gec, 2017-ci ilə yaxın müddətdə, həmin vaxt Ukraynada iş başında olacaq hökumətlə müzakirə ediləcək". Qeyd edək ki, Ukraynanın indiki prezidenti Viktor Yuşşenko və ölkənin milli yönümlü siyasi qüvvələri Rusiya hərbi donanmasının dövlətlərarası sazişdə qeyd olunan vaxtda - 2017-ci ildə ölkə ərazisindən çıxmasını istəyir. -
10-22-2008, 05:00 PMAPABu gün BBVB-nin valyuta bölməsində 2,6 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 2,6 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8089 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8089 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 973 440 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 135 680 AZN, manatın orta məzənnəsi isə 0,8089 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 2,6 mln. ABŞ dolları və ya 2 109 120 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 866 667 dollar düşür.USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,00%, ABŞ dolları üzrə isə illik 16,75% təşkil edib. Gün ərzində banklar arasında həcmi 1 mln. EUR, müddəti 180 gün, faiz dərəcəsi illik 14,00% olan 1 əqd qeydə alınıb. -
10-22-2008, 05:10 PMAPABMT-nin baş katibi Birləşmiş Millətlər Təşkilatı Gününün qeyd olunması ilə bağlı müraciət edib
[b]BMT-nin baş katibi Birləşmiş Millətlər Təşkilatı Gününün qeyd olunması ilə bağlı müraciət edib[b]
[Bakı-APA. BMT-nin baş katibi Pan Ki Mun təşkilatın 63-cü ildönümü münasibəti ilə Birləşmiş Millətlər Təşkilatı Gününün qeyd olunması ilə bağlı müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, bu il təşkilatın həyatında mühüm ildir: "Bir çox ölkələr hələ də, 2015-ci ilə qədər nəzərdə tutulmuş Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq iqtidarında deyillər. Mən, eyni zamanda, qlobal maliyyə böhranın nəticəsindən də, dərin narahatçılıq duyuram. Hələ heç zaman idarəçilik və əməkdaşlıq indiki qədər əhəmiyyətli olmayıb. Sentyabr ayında Minilliyin İnkişaf Məqsədlərinə həsr olunmuş yüksək səviyyəli tədbirlər bizim uğurlarımızı daha aydın göstərdi. Biz, hökumətləri, biznes dairəsini və vətəndaş cəmiyyətini birləşdirmək, dəyişiklik etmək məqsədilə geniş koalisiya yaratmışıq. Biz, dünyanın yoxsul təbəqəsinə yardım məqsədilə indiyə qədər görünməmiş öhdəlik götürüb və əməkdaşlıq yaratmağa nail olmuşuq. Yekun nəticələr hələ edilməyib, lakin Minilliyin İnkişaf Məqsədlərinə həsr olunan tədbirdən əldə olunan məbləğ 16 milyard ABŞ dollarına qədər çata bilər".Baş katib bildirib ki, BMT daha təhlükəsiz, sağlam və daha da inkişaf edən dünyanın yaradılmasını təmin etməlidir: "Mən Birləşmiş Millətlər Təşkilatı Günü bütün tərəfdaşları və liderləri verilən vədləri həyata keçirmək üçün öz töhfələrini verməyə çağırıram".