[b]Azərbaycanda Türkiyə universitetlərinə tələbə qəbulu elan edilib[b]
Bakı. Rəşad Süleymanov - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşavirliyi Türkiyə universitetlərinə tələbə qəbulu elan edib.
[Bu barədə APA-ya TQDK-dan məlumat verilib. Ərizələrin qəbulu 30 mart-12 aprel tarixlərində saat 10-dan 17-dək Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, TQDK-nın Naxçıvan regional şöbəsində, Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında, Sumqayıt Dövlət Universitetində və Lənkəran Dövlət Universitetində aparılacaq. İmtahanda iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsi (16 yaşına çatmamış gənclər isə doğum haqqında şəhadətnamənin əslini), orta məktəbi bitirmək haqqında attestatın əslini və yaxud hazırda 11-ci sinifdə təhsil aldıqları haqqında arayış, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil təqdim etməklə vahid ərizə formasını şəxsən doldurmalıdırlar. Hazırda ali məktəbdə təhsil alan tələbələr Türkiyə universitetlərinə ərizə vermək hüququna malik deyil. Bu il Azərbaycan gənclərinə Türkiyənin nüfuzlu 11 universitetində 20 ixtisas üzrə təhsil almaq üçün 37 yer ayrılıb. Bunlar arasında Ankara Universiteti ("Siyasi elmlər və beynəlxalq əlaqələr", "Kompüter mühəndisliyi" ixtisası və s.), Boğaziçi Universiteti ("Siyasi elmlər və beynəlxalq əlaqələr" ixtisası), İstanbul Universiteti ("Maliyyə", "Elektrik-elektronika mühəndisi" ixtisası və s.), Orta Doğu Texniki Universiteti ("Elektrik-elektronika mühəndisi"), Egey Universiteti ("Tibb" ixtisası), İstanbul Texniki Universiteti ("Neft və təbii qaz mühəndisliyi" ixtisası), Mərmərə Universiteti ("Bank işi", "Sığorta işi" ixtisasları), Hacəttəpə Universiteti ("Amerika mədəniyyəti və ədəbiyyatı" ixtisası) və başqaları var.İmtahana buraxılış vərəqələrini almaq üçün abituriyentlər 17-19 aprel tarixlərində ərizə verdikləri sənəd qəbulu komissiyalarına müraciət etməlidirlər. İmtahan 2008-ci il aprel ayının 20-də test üsulu ilə keçiriləcək.Abituriyentlər qəbul imtahanını Azərbaycan və rus dillərində verə bilərlər. Türkiyənin ali məktəblərinə daxil olanlar 2008/2009-cu tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilən qəbul imtahanlarının müsabiqəsində iştirak etmək hüququnu itirəcəklər. Müsabiqədən keçən bütün abituriyentlər Türkiyədə bir tədris ili müddətində türk dili üzrə hazırlıq kursu keçəcəklər. Qəbul imtahanı zamanı "ümumi bilik testləri"ndən əlavə türk dilindən müvəffəqiyyətlə imtahan verib müsabiqədən keçən abituriyentlər isə hazırlıq kursunda təhsil almadan birinci kursa qəbul olunacaqlar. Təhsillə bağlı bütün xərcləri Türkiyə dövləti öz üzərinə götürüb.
Azərbaycan Xəbərləri
Printable View

03-13-2008, 04:06 PMAPAAzərbaycanda Türkiyə universitetlərinə tələbə qəbulu elan edilib

03-13-2008, 04:11 PMAPARamiz Rövşən: "Dünya ədəbiyyatında müharibə əleyhinə ən gözəl nümunələr bizim poeziyamızdadır"
[b]Ramiz Rövşən: "Dünya ədəbiyyatında müharibə əleyhinə ən gözəl nümunələr bizim poeziyamızdadır"[b]
[Bakı. Laura Cəbrayıllı-APA. "Hazırda "Aclıq ilinin balıqları" kitabımı çapa hazırlayıram. Rejissor Şamil Nəcəfzadə ilə birgə yazdığımız ssenari əsasında çəkilən "Qala" filminin təqdimatı isə yaxın günlərdə keçiriləcək. "Xəyanət" adlı yeni bir ssenari üzərində işləyirəm. Müasir həyatdan bəhs edən bu ssenaridə xırda xəyanətlərin böyük xəyanətlərə çevrilməsindən danışılır". Bu açıqlamanı APA-ya şair Ramiz Rövşən verib. Müharibə mövzusunun ədəbiyyat üçün həmişə aktual olduğunu bildirən şair Qarabağ müharibəsinin təsiri ilə böyük ədəbi əsərlərin yaranmasının hələ tez olduğunu söyləyib: "Bədii əsərlər müharibənin nəticəsinə uyğun yazılır. Müharibə isə hələ bitməyib. Mən inanıram ki, biz müharibədən qalib çıxacağıq və ədəbiyyatımızda bu ovqatla böyük nümunələr yaranacaq. Dünya ədəbiyyatında müharibə əleyhinə ən gözəl nümunələr bizim poeziyamızdadır. Müharibə insan ölümünün ucuzlaşması, dünyada harmoniyanın pozulmasıdır". Bu mövzuda Azərbaycan poeziyasında həmişə gözəl nümunələr yarandığını deyən Ramiz Rövşən ədəbiyyatda yalnız torpaqların itirilməsindən bəhs edilməsini şairlərin ovqat adamı olması ilə izah edib: "Torpaqları ədəbiyyat yox, Qarabağı hisslərində yaşadan insanlar qaytara bilər. Torpaq ürəkdə itiriləndən sonra, onu qaytarmaq çətin olacaq. "Müsibət vaxtı eyş-işrət" ifadəsi var - indi biz belə bir zamanı yaşayırıq. Problem şairlərdə deyil, bu zamandadır. Qarabağın qayıtması cəmiyyətin havasında olmalıdır, çünki bu gün Azərbaycanda insanların şüurunu, əxlaqını, mənəviyyatını ədəbiyyat və sənət yox, telekanallar formalaşdırır". -
03-13-2008, 04:16 PMAPABöyük Britaniya və İspaniya XİN alimlərinin Azərbaycanın işğal altında olan Azıx mağarasında tədqiqat aparması barədə məlumatlara inanmır
[b]Böyük Britaniya və İspaniya XİN alimlərinin Azərbaycanın işğal altında olan Azıx mağarasında tədqiqat aparması barədə məlumatlara inanmır[b]
Bakı. Laçın Sultanova, Tamara Qriqoryeva - APA. Böyük Britaniyanın Xarici Siyasət Departamenti güman edir ki, britaniyalı alimlərin Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşən Azıx mağarasında tədqiqat aparmaq üçün separatçı rejimlə uzunmüddətli müqavilə bağlaması barədə məlumatlar əsassızdır.
[Bu barədə APA-ya Böyük Britaniyanın Xarici Siyasət Departamentinin mətbuat xidmətindən bildirib. Bununla belə, Departamentdən bu məsələni izləyəcəklərini də deyiblər. İspaniyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən də APA-ya bildirilib ki, belə bir müqavilənin imzalandığı barədə onlarda məlumat yoxdur. Mətbuat xidmətindən ölkədə mindən artıq tədqiqat aparan təşkilatın olduğu bildirilib: "Lakin həqiqətən də belə bir müqavilə varsa, onu imzalayan təşkilatın dövlət strukturu olmadığını əminliklə söyləyə bilərik". Azərbaycanın İspaniya və Böyük Britaniyadakı səfirlikləri də yayılmış informasiyanın həqiqətə uyğun olub-olmadığını artıq araşdırmağa başlayıblar. XİN mətbuat katibi Xəzər İbrahim APA-ya bildirib ki, informasiya təsdiqlənərsə, Azərbaycan həmin dövlətlərə mövqeyini bəyan edəcək və bu cür qeyri-qanuni fəaliyyətin dərhal dayandırılmasına nail olacaq.Qeyd edək ki, 1 il əvvəl Ermənistana, oradan isə Dağlıq Qarabağa səfər edən rusiyalı velosipedçi yol boyu və işğal altında olan Azərbaycan torpaqlarında video-çəkilişlər aparıb. Böyük Britaniya və İspaniyadan olan alimlərin Azıx mağarasında tədqiqat aparması üçün 25 il müddətinə müqavilə bağlandığı barədə də həmin video-çəkilişlərdə məlumat verilib. -
03-13-2008, 04:21 PMAPAABŞ-ın Azərbaycandakı səfiri Əli Bayramlıda olub
[b]ABŞ-ın Azərbaycandakı səfiri Əli Bayramlıda olub[b]
Əli Bayramlı. Əlibəy Zeynalov - APA. Bu gün ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersi Əli Bayramlı şəhərində olub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, səfir Əli Bayramlı şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovla görüş keçirib.
[Görüş zamanı müxtəlif mövzularla bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb. Tərəflər qarşıdan gələn prezident seçkilərinin şəffaf və demokratik şəraitdə keçirilməsi məsələsinə də toxunublar. Sonra A. Dersi Regional İnformasiya Mərkəzində olub və Amerika Hüquqşünaslar Assosiasiyasının səyyar hüquqşünaslarının sakinlərə göstərdiyi hüquqi yardım prosedurlarını müşahidə edib. Diplomat bəzi şəhər sakinlərini dinləyərək onların problemləri haqqında məlumat alıb. Səfir Milli Məclisin üzvü Azay Quliyevin deputat otağında da olub və onun fəaliyyəti ilə maraqlanıb. Daha sonra A. Dersi ABŞ səfirliyinin maliyyə dəstəyi ilə yaradılmış şəhər internet mərkəzinə baş çəkib. -
03-13-2008, 04:26 PMAPAAzərbaycan Mətbuat Şurası Qənimət Zahidlə bağlı Əfv Komissiyasına müraciət edib
[b]Azərbaycan Mətbuat Şurası Qənimət Zahidlə bağlı Əfv Komissiyasına müraciət edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurası "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin əfv olunması xahişi ilə Prezident yanında Əfv Komissiyasına müraciət edib.
[Bu barədə APA-ya eksklüziv açıqlamasında MŞ-nın sədri Əflatun Amaşov bildirib. Şura sədri bu gün əfv komissiyasına məktub yazaraq, Q. Zahidin Azərbaycanda gündəlik nəşr edilən qəzetə rəhbərlik etdiyini, himayəsində dörd azyaşlı uşağın olduğunu və digər amilləri nəzərə alaraq jurnalistin əfv olunması ilə bağlı məsələyə baxılmasını xahiş etdiyini deyib. Ə. Amaşov bu vaxta qədər MŞ-nın "Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakit, "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin də əfv olunması xahişi ilə əfv komissiyasına müraciət etdiyini deyib. Şura sədri budəfəki məktubunda da komissiya üzvlərinin hər iki jurnalistin əfv olunması ilə bağlı məsələyə də həssaslıqla yanaşacaqlarına əminliyini ifadə edib. -
03-13-2008, 04:31 PMAPAAzərbaycan prezidenti Gürcüstanın baş nazirini qəbul edib
[b]Azərbaycan prezidenti Gürcüstanın baş nazirini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri Vladimir Qurgenidzeni qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət göstərdiyi vurğulanıb. İkitərəfli münasibətlərin, iqtisadi sahədə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. -
03-13-2008, 04:36 PMAPAABŞ Ermənistana sanksiya tətbiq edib
[b]ABŞ Ermənistana sanksiya tətbiq edib[b]
Vaşinqton - APA. ABŞ hökuməti Ermənistana yardım üzrə bir sıra proqramların həyata keçirilməsini dayandırıb. APA-nın məlumatına görə, bunu dövlət katibi Kondoliza Rays Nümayəndələr Palatasının maliyyə ayırmaları üzrə komitəsində keçirilən dinləmələrdəki çıxışında deyib.
[K. Rays bu qərarın Ermənistanda elan olunan fövqəladə vəziyyət rejimi ilə bağlı olduğunu bildirib: "Ermənistandakı fövqəladə vəziyyət bizi bir sıra proqramlarımızın icrasını dayandırmağa vadar etdi. Çünki fövqəladə vəziyyət rejimi şəraitində biz nəzərdə tutulan fəaliyyətləri reallaşdıra bilmərik". ABŞ-ın "Minilliyin çağırışları" proqramı çərçivəsində də Ermənistana yardım göstərdiyini xatırladan K. Rays xəbərdarlıq edib ki, bu proqramın da icrası dayandırıla bilər. O, fövqəladə vəziyyət rejiminin ləğvi üçün erməni tərəfi ilə gərgin işlədiklərini də açıqlayıb.Xatırladaq ki, "Minilliyin çağırışları" çərçivəsində ABŞ dünyanın 25 ölkəsinə əvəzsiz yardım göstərir. Ermənistan üçün nəzərdə tutulan 236,5 milyon dollarlıq yardımın 5,7 milyon dollarlıq hissəsi artıq bu ölkə hökumətinə verilib. Beş illik proqramın icrasına 2006-cı ilin sentyabr ayında başlanıb. -
03-13-2008, 04:41 PMAPAVyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti görüşü keçirilib
[b]Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti görüşü keçirilib[b]
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov, Bernar Fasie və amerikalı həmsədr Meytu Brayzanın ofisinin nümayəndəsi Mayk Karpenter Vyanada növbəti görüş keçiriblər.
[Bu barədə APA-ya məlumat verən ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasie bildirib ki, görüşdə Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsi, gərginliyin aradan qaldırılması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair gələcək planlar ətrafında fikir mübadiləsi aparılıb. Fasie qeyd edib ki, həmsədrlərin regiona növbəti səfəri ətrafında müzakirələr getsə də, səfərin dəqiq tarixi müəyyənləşməyib: "Ola bilər ki, səfər apreldə gerçəkləşsin, amma bu, dəqiq deyil. Metyu Brayza bu günlərdə regiona səfər edib, eyni zamanda orada vəziyyət bir qədər mürəkkəbdir". Bernar Fasie əlavə edib ki, o, bu gün ATƏT-in Daimi Şurasının iclasında Ermənistan və qondarma "Dnestryanı Respublikası"nda vəziyyətə dair iclasda iştirak edib və ATƏT sədrinin xüsusi nümayəndəsi Heyki Talvitiyenin bu mövzuda çıxışını dinləyib. -
03-13-2008, 04:46 PMAPAErmənipərəst konqresmenlər Azərbaycana hərbi yardımın azaldılması üçün imzatoplama kampaniyasına başlayıblar
[b]Ermənipərəst konqresmenlər Azərbaycana hərbi yardımın azaldılması üçün imzatoplama kampaniyasına başlayıblar[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ Konqresində Ermənistan üzrə işçi qrupun rəhbərləri Frenk Pallone və Co Nollenberq rəsmi Vaşinqtonun Azərbaycana göstərdiyi hərbi yardımın miqdarının azaldılması tələbi ilə imzatoplama kampaniyasına başlayıblar.
[APA-nın məlumatına görə, onlar bu müraciəti Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə göndərərək, 2009-cu il büdcəsində Ermənistana hərbi yardımın ayrılmasına ədalətlə yanaşmağı tələb edəcəklər. Müraciət müəllifləri Azərbaycana hərbi yardımın azaldılmasını, Ermənistana 5 milyon dollar hərbi yardım və 70 milyon dollar iqtisadi yardım, Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən qondarma "Dağlıq Qarabağ Respublikası"na 10 milyon dollar yardım ayrılmasını və bu tanınmamış qurumla diplomatik əlaqələrin yaradılmasını tələb edirlər.Qeyd edək ki, Ağ Evin hazırladığı 2009-cu il üçün dövlət büdcəsində Ermənistana ayrılan maddi yardımın 59 faiz azalmasını nəzərdə tutulub. Eyni zamanda büdcədə Azərbaycanla Ermənistana ayırılan hərbi yardımın eyni səviyyədə saxlanılması qərara alınıb. Xatırladaq ki, bu həftə Amerika Azərbaycanlılarının Şəbəkəsi (USAN) Amerikanın bütün icra və seçilmiş orqanlarına müraciət edərək demokratikləşmə məqsədi ilə müstəqillik dövründən Ermənistana ayrılan 2 milyard dollardan artıq vəsaitin heç bir irəliləyişə xidmət etmədiyini bəyan ediblər. USAN qeyd edib ki, ABŞ-ın bütün yardımlarına baxmayaraq, Köçəryan rejimi, avtoritar mahiyyətini saxlayaraq, saxtalaşdırılmış seçkilərə etiraz edən dinc sakinlərə silah qaldırıb və nəticədə 8 insan dünyasını dəyişib, yüzlərlə vətəndaş isə həbs edilib. Amerikalı konqresmenlərin başladığı imzatoplama kampaniyasına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim APA-ya açıqlamasında həmin şəxslərin birbaşa erməni seçicilərinin və erməni qrupların maraqlarından çıxış etdiklərini deyib: "Əfsuslar olsun ki, həmin konqresmenlərin regional məsələlərlə bağlı mövqeləri mütəmadi olaraq ABŞ-ın milli maraqlarına deyil, öz dar siyasi maraqlarına əsaslanır. Bu, həm də onu göstərir ki, biz öz siyasətimizi düzgün qurmuşuq və ABŞ-la münasibətlərimizi məhz strateji tərəfdaşlıq kimi inkişaf etdiririk". -
03-13-2008, 04:51 PMAPAƏsir əsgərin əmisi: "Yaqub Muxtarovun xidmət etdiyi hərbi hissədə valideynlərinə onun martın 8-də məzuniyyətə buraxıldığını deyiblər"
[b]Əsir əsgərin əmisi: "Yaqub Muxtarovun xidmət etdiyi hərbi hissədə valideynlərinə onun martın 8-də məzuniyyətə buraxıldığını deyiblər"[b]
Şəki. Hafiz Heydərov - APA. Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan əsgəri, Şəki şəhər sakini, 1988-ci il təvəllüdlü Yaqub Allahverdi oğlu Muxtarovun valideynləri hazırda onun xidmət etdiyi N saylı hərbi hissədədirlər.
[Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna əsirin əmisi Allahyar Muxtarov məlumat verib. A. Muxtarov bildirib ki, bu il martın 9-da onların evinə Y. Muxtarovun xidmət etdiyi hərbi hissədən bir zabit gəlib və o, əsgərin valideynlərindən övladlarının yerini soruşub. Valideynləri isə Y. Muxtarovun evə gəlmədiyini bildiriblər. Bundan üç gün sonra isə onlara Y. Muxtarovun ermənilər tərəfindən əsir götürüldüyü barədə məlumat verilib: "Bu gün Yaqubun valideynləri onun xidmət etdiyi hərbi hissəyə gediblər. Hərbi hissədə onlara bildirilib ki, əsgərə martın 8-də məzuniyyət verilib və o, evə buraxılıb. Belə güman olunur ki, Yaqub evə gəlmək üçün hərbi hissəni tərk edəndən sonra bizə məlum olmayan bir şəraitdə ermənilər tərəfindən əsir götürülüb". A. Muxtarov bildirib ki, Şəki Rayon Hərbi Komissarlığından əsgərin valideynlərinə bu barədə heç bir məlumat verilməyib. Qeyd edək ki, Y. Muxtarov 2007-ci ilin oktyabrında Şəki şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. .