[b]Ermənistanın bir sıra KİV rəhbərləri ölkədə senzura tətbiq olunduğunu və informasiya terroru həyata keçirildiyini bildiriblər[b]
İrəvan - APA. "Fövqəladə vəziyyət elan olunan günün səhəri Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları qəzet redaksiyalarını bir-bir gəzib imzasız, möhürsüz kağız göstərərək xəbərdarlıq etdilər ki, rəsmi mövqedən fərqlənən xəbərlər yayan qəzetlərin fəaliyyəti dayandırılacaq.
[MTX əməkdaşları həmin gün mətbəəyə göndərilmiş qəzetlərdə dərc olunan materialları oxuyaraq şifahi əmrlə çapı dayandırdılar". APA-nın "Arminfo"ya istinadən verdiyi məlumata görə, bu sözlər Ermənistanda nəşr olunan bir sıra qəzetlərin baş redaktorlarının və bəzi jurnalist təşkilatlarının birgə bəyanatında əksini tapıb. Bəyanatda bildirilir ki, rəsmi informasiyaların birtərəfli olduğunu, həqiqəti əks etdirmədiyini və telekanallar vasitəsilə fasiləsiz yayıldığını nəzərə alan ayrı-ayrı qəzetlər fəaliyyətlərini dayandırıblar. Bu isə onu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti özü üçün arzuolunmaz olan mətbuat orqanlarının fəaliyyətini faktiki yasaqlayıb: "İnformasiya terrorunu tam reallaşdırmaq məqsədilə bəzi internet səhifələrinə də blok qoyulub. Bundan başqa, CNN və "Euronews"da Ermənistan haqqında reportajlar yayımlanarkən bu kanalların yayımı kəsilir, yerinə reklam rolikləri verilir. "Azadlıq" radiosunun yayımı isə ümumiyyətlə, dayandırılıb. Bütün bunlar cəmiyyətdəki gərginliyin nəinki azaldılmasına, əksinə, nifrət və düşmənçilik atmosferinin dərinləşməsinə xidmət edir. Rəsmi məlumatları yaymaqla məşğul olan kütləvi informasiya vasitələrinin əksəriyyəti, xüsusən bu KİV-lərin şərhçiləri öz aqressiv mövqeləri ilə qeyri-sağlam əhval-ruhiyyəni qızışdırır və dövlətə olan inamsızlığı artırırlar. Hazırda bizim informasiyanın alınması və yayılmasına dair konstitusion hüququmuz, söz və mətbuat azadlığı prinsipləri pozulub, KİV maddi itkilərə məruz qalır, Ermənistanda senzura tətbiq edilir və ölkəmiz informasiya blokadasındadır". Bəyanatı "Jamanak Yerevan", "Lragir", "Aykakan Jamanak", "Aravot", "Ayk", "168 çasov", "Sled", "Çetvyortaya vlast" qəzetlərinin baş redaktorları, eləcə də "İnternyus" təşkilatı, İrəvan Mətbuat Klubu və digər media qurumlarının rəhbərləri imzalayıblar.
Azərbaycan Xəbərləri
Printable View

03-13-2008, 02:01 PMAPAErmənistanın bir sıra KİV rəhbərləri ölkədə senzura tətbiq olunduğunu və informasiya terroru həyata keçirildiyini bildiriblər

03-13-2008, 02:06 PMAPAAzərbaycanın Dəvəçi rayonunda vəhhabiliyi təbliğ etməkdə təqsirləndirilən beş nəfər tutulub
[b]Azərbaycanın Dəvəçi rayonunda vəhhabiliyi təbliğ etməkdə təqsirləndirilən beş nəfər tutulub[b]
Dəvəçi. Solmaz Mehdiyeva-APA. Dəvəçinin Liman kəndində vəhhabilik təriqətini təbliğ etməkdə təqsirləndirilən beş nəfər - Mirzə və Nemət Əlibəyov qardaşları, onların qardaşı uşaqları Mətləb Əlibəyov, İntiqam Əlibəyov və Murad Seyidbabayev tutulub.
[Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna bildirilib ki, polisə vəhhabi təriqətinə mənsub bir qrup şəxsin Liman kəndində toplaşdığı barədə məlumat daxil olub. Kəndə gedən polis əməkdaşları pasport rejimi qaydasında yoxlama aparıb. Adıçəkilən şəxslər polisə müqavimət göstərməyə cəhd ediblər. Mirzə və Nemət Əlibəyov qardaşları, Mətləb Əlibəyov, İntiqam Əlibəyov, Murad Seyidbabayev saxlanılıblar. Onlardan dini ədəbiyyat, dini ayinlər olan audio-video kasetlər, ov tüfəngi, 28 giliz, 1 qutu barıt, 0,5 kiloqram qırma aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır. -
03-13-2008, 02:11 PMAPAErmənistanda daha bir deputat həbs edilib
[b]Ermənistanda daha bir deputat həbs edilib[b]
İrəvan - APA. Ermənistan parlamentinin daha bir deputatı 1-2 mart hadisələrinin təşkilində günahlandırılaraq həbs edilib.
[APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, deputat Sasun Mikaelyan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarını apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Baş Prokurorluğun mətbuat katibi Sona Truzyan bildirib ki, millət vəkili dövlət hakimiyyətinin ələ keçirilməsinə yönəlmiş, qətllərlə müşayiət olunan kütləvi iğtişaşların təşkilində ittiham olunur: "Mikaeylan öz vəkilinin iştirakı ilə dindiriləcək". Xatırladaq ki, daha əvvəl də iki deputat analoji ittihamla həbs edilib. Ümumilikdə 1-2 mart hadisələrinə görə 90-dan çox adam həbsdədir. -
03-13-2008, 02:16 PMAPATürkiyənin bir neçə şəhərində zəlzələ olub
[b]Türkiyənin bir neçə şəhərində zəlzələ olub[b]
[İstanbul. Mayis Əlizadə-APA. Martın 12-də yerli vaxtla saat 20.53-də (Bakı vaxtı ilə saat 22.53) Türkiyənin Yalova şəhərində 4,8 bal gücündə zəlzələ qeydə alınıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, sarsıntı Türkiyənin İstanbul, İzmit, Sakarya, Bolu və Bursa şəhərlərində də hiss edilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb, dağıntı qeydə alınmayıb. Təşvişə düşərək pəncərə və eyvanlardan tullanan bir neçə nəfər yüngül zədələnib. -
03-13-2008, 02:21 PMAPAAzərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti BMT-nin İnsan Haqları Şurasında müzakirə olunub
[b]Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti BMT-nin İnsan Haqları Şurasında müzakirə olunub[b]
Bakı. Tamara Qriqoryeva-APA. BMT-nin söz və fikir azadlığı üzrə xüsusi məruzəçisi Ambei Liqabo BMT-nin İnsan Haqları Şurasında Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinə dair çıxış edib.
[APA-nın BMT İnsan Haqları Şurasının rəsmi saytına istinadən verdiyi məlumata görə, A. Liqabo qeyd edib ki, ötən il Azərbaycana səfəri zamanı ölkənin media sektorunun bir sıra problemlərlə üzləşdiyi faktını aşkarlayıb. BMT təmsilçisi Azərbaycanın Cinayət Məcəlləsində böhtana görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını, bir neçə jurnalistin həbsini narahatedici fakt adlandırıb. A. Liqabo bu məsələlərlə bağlı Azərbaycan rəsmiləri ilə müzakirələr apardığını, rəsmi Bakıya qeyd olunan maddəni Cinayət Məcəlləsindən çıxarmağı və jurnalistlərin təhlükəsizliyinə təminat vermək üçün tədbirlər görməyi tövsiyə etdiyini deyib. O, bu kimi narahatedici faktlarla yanaşı, Azərbaycan mediasında müsbət məqamların olduğunu bildirib, geniş mətbuat şəbəkəsinin varlığını, mətbuatda fərqli fikirlər söylənməsinin mümkünlüyünü buna misal çəkib. Toplantıda çıxış edən BMT-nin Cenevrədəki ofisində Azərbaycanın daimi nümayəndəsi, səfir Elçin Əmirbəyov A. Liqabonun toxunduğu məsələlərə aydınlıq gətirib. Səfir bildirib ki, Azərbaycan hökuməti söz və fikir azadlığına, müstəqil mətbuatın inkişafına xüsusi diqqət yetirir. O, ölkədə senzuranın mövcud olmadığını, əksər siyasi partiyaların mətbu orqanlarının fəaliyyət göstərdiyini qeyd edib. E. Əmirbəyov vurğulayıb ki, jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olması bəzən müəyyən problemlərin yaranmasına səbəb olur. O, həbs olunan jurnalistlərin əksəriyyətinin həbsxanada peşəkar fəaliyyətinə görə yatmadığını bildirib. Səfir, həmçinin böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan maddənin Cinayət Məcəlləsindən çıxarılması ilə bağlı danışıqlar getdiyini xatırladıb. -
03-13-2008, 02:26 PMAPAAzərbaycanda teatrlara "akademik" və "milli" statusunun verilməsi qaydaları müəyyən olunub
[b]Azərbaycanda teatrlara "akademik" və "milli" statusunun verilməsi qaydaları müəyyən olunub[b]
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Nazirlər Kabineti "Teatrlara "akademik" və "milli" statusunun verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
[Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, teatrlara "akademik" və "milli" statusu kollektivin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı əsasında Nazirlər Kabineti tərəfindən veriləcək. Yüksək peşəkarlıq nümayiş etdirən, bədii cəhətdən kamil monumental tamaşalar hazırlayan, yaradıcılığında zəngin tarixi ənənələr və ümumbəşəri dəyərlər nümayiş etdirən, fəaliyyəti ilə beynəlxalq miqyasa çıxan, uzunömürlü səhnə əsərləri yaradan, görkəmli rejissor, dirijor və xoreoqrafların çalışdığı, mütəmadi olaraq beynəlxalq səviyyəli müsabiqə və festivallarda iştirak edən və digər qabaqcıl tələblərə cavab verən teatrlara "Akademik" statusu verilə bilər. "Milli" statusunun isə Azərbaycan milli mədəniyyətinin qorunması, zənginləşdirilməsi və inkişafında xidmətlər göstərən, regional və ölkə səviyyəsində böyük nüfuz qazanan, ümumi heyətinin əsas hissəsini yüksək dərəcəli sənətçilər təşkil edən, istedadlı gənc kadrların, bakalavr və magistr pilləsində təhsil alan gənc rejissorların, dirijorların, baletmeyster və xormeysterlərin eksperimental yaradıcılıq axtarışlarını tənzimləyən teatrlara verilməsi nəzərdə tutulur. "Akademik" və "milli" statusu verilmiş teatrların yaradıcılıq fəaliyyətlərində geriləmə müşahidə edilərsə və bu, tamaşaların bədii səviyyəsinin aşağı düşməsinə səbəb olarsa, Mədəniyyət və Turizm Nazirliyinin vəsatətinə əsasən teatr həmin statusdan məhrum edilə bilər. Onu da qeyd edək ki, "Akademik" və "milli" statusuna təqdim olunan teatrın yaradıcılıq, istehsalat sahəsində son 10 il ərzində stabil fəaliyyəti və səmərəli istehsalat göstəricilərinə malik olması rəsmi sənədlərlə təsdiq olunmalıdır. -
03-13-2008, 02:31 PMAPAABŞ əsgərləri İraqda 10 yaşlı qız uşağını güllələyiblər
[b]ABŞ əsgərləri İraqda 10 yaşlı qız uşağını güllələyiblər[b]
[Bağdad - APA. ABŞ əsgərləri İraqın Diyala vilayətində on yaşlı qız uşağını güllələyiblər. APA-nın məlumatına görə, patrul bölmələri yolu keçən az yaşlı qızı iraqlı mücahidlərin göstərişi ilə ərazidə kəşfiyyat apardığını güman edərək, qıza tərəf atəş açıblar. ABŞ-ın İraqdakı hərbi komandanlığının təmsilçiləri əsgərlərin qıza tərəf xəbərdarlıq atəşi açdığını, lakin təsadüfən güllələrdən birinin qıza dəydiyini bildiriblər. Onlar qızın hadisə yerindəcə keçindiyini qeyd ediblər. Xatırladaq ki, bu, son iki həftə ərzində İraqdakı ABŞ əsgərlərinin azyaşlı uşaqları güllələməsinə dair ikinci faktdır. Fevralın 24-də Samarra şəhəri üzərində patrul nəzarəti həyata keçirən "Apaçi" vertolyotu iraqlı azyaşlı uşaqlara havadan atəş açıb. Atəş nəticəsində bir uşaq həlak olub. Vertolyotun pilotu uşaqlara atəş açmasını onların şübhəli hərəkətləri ilə izah edib. Pilot bildirib ki, uşaqlar yer qazdıqlarına görə, onların mina basdırdığını düşünüb və atəş açıb. Şahidlər isə ölən uşağın qum təpəsində oynadığını və havadan açılan atəş nəticəsində həlak olduğunu bildiriblər. -
03-13-2008, 02:36 PMAPATehranın polis rəisi əxlaqsızlıq üstündə vəzifədən çıxarılıb
[b]Tehranın polis rəisi əxlaqsızlıq üstündə vəzifədən çıxarılıb[b]
Tehran - APA. İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin polis rəisi vəzifəsindən uzaqlaşdırılıb. APA-nın məlumatına görə, polis rəisi Rza Zare əxlaq polisi tərəfindən 6 fahişə ilə birlikdə yaxalanıb.
[Rəsmi KİV qalmaqalı gizlətməyə çalışsa da, islahatçılara yaxın olan "Fərda" xəbər agentliyi olay barədə məlumat yayıb. Agentlik bildirir ki, hadisə ötən həftənin cümə günü baş verib. Tehran prokurorunun göstərişi ilə əxlaq polisi paytaxtda fahişəxana kimi istifadə olunan bir evdə əməliyyat keçirib. Evdəki otaqlarda axtarış aparan polislər otaqların birində inanılmaz mənzərə ilə qarşılaşıblar. Onlar polis rəisi R. Zareni yataqda 6 qadınla birlikdə görüblər. Əvvəlcə polis idarəsinə aparılan rəis bir qədər sonra azadlığa buraxılıb və dərhal vəzifədən uzaqlaşdırılıb. Ona hansı cəza verildiyi açıqlanmayıb. Qeyd edək ki, R. Zare vəzifəyə gəldikdən sonra "islam adətlərinə uyğun geyməyən" qadınlara qarşı ciddi mübarizə aparıb. Onun vəzifədə olduğu 6 ay ərzində minlərlə gənc qız baş örtüklərinin altından saçları göründüyü üçün rəsmi xəbərdarlıq alıb. İran inqilab qanunlarına görə, fahişəliklə məşğul olan qadın edama məhkum edilir. Ötən ilin iyul ayında Tehranda bir fahişəxanada yaxalanan milli futbol komandasının iki oyunçusu 275 şallaq zərbəsi ilə cəzalandırılmışdı. -
03-13-2008, 02:41 PMAPAABŞ İrana qarşı sanksiyaların müddətini uzadıb
[b]ABŞ İrana qarşı sanksiyaların müddətini uzadıb[b]
[Vaşinqton-APA. ABŞ prezidenti İrana qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il müddətinə uzadıb. APA-nın məlumatına görə, prezident Corc Buş öz qərarını "İran hökumətinin siyasət və fəaliyyətinin əvvəllər olduğu kimi yenə də Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə törətməsi" ilə əsaslandırıb. O, İrana qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı ABŞ Konqresinə xəbərdarlıq məktubu göndərdiyini qeyd edib. Məktubda qeyd edilir ki, İran əvvəllər olduğu kimi, yenə də terrorçu təşkilatları maliyyələşdirməkdə davam edir. Xatırladaq ki, ABŞ İrana qarşı 1995-ci ildən sanksiyalar tətbiq edir. İki ölkə arasında diplomatik münasibətlər 29 ildir dondurulub. -
03-13-2008, 04:01 PMAPADünya Bankı və Azərbaycan hökuməti arasında təhsil islahatlarına dair növbəti saziş imzalanacaq
[b]Dünya Bankı və Azərbaycan hökuməti arasında təhsil islahatlarına dair növbəti saziş imzalanacaq[b]
[Bakı. İlhamə İsabalayeva- APA. Respublikada təhsil islahatlarının ikinci mərhələsini davam etdirmək üçün Dünya Bankı və Azərbaycan hökuməti arasında növbəti sazişin bu ilin aprelin sonunda imzalanması gözlənilir. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, hazırda bununla bağlı müzakirələr aparılır. M. Mərdanov orta məktəblərdə şagirdlərdən Novruz Bayramı pulu yığılması məsələsinə də münasibət bildirib: "Konkret məlumatlar olsa, araşdırıb tədbirlər görə bilərik. Ancaq mütləq məktəb və müəllimin adı göstərilməlidir, məlumatı verənin anonimliyi isə qorunacaq".