[b]Azərbaycan prezidenti "Mir" televiziya kanalının rəhbəri Radik Batırşini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev "Mir" televiziya kanalının rəhbəri Radik Batırşini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin humanitar sahədə əməkdaşlığının, o cümlədən bu ölkələr arasında informasiya mübadiləsinin əhəmiyyəti vurğulanıb və "Mir" televiziya kanalının bu istiqamətdə fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Xəbərləri
Printable View

03-11-2008, 05:31 PMAPAAzərbaycan prezidenti "Mir" televiziya kanalının rəhbəri Radik Batırşini qəbul edib

03-11-2008, 05:36 PMAPASənətşünas Məryəm Əlizadə: "Azərbaycan teatrı daha çox professional kadr çatışmazlığından əziyyət çəkir"
[b]Sənətşünas Məryəm Əlizadə: "Azərbaycan teatrı daha çox professional kadr çatışmazlığından əziyyət çəkir"[b]
[Bakı. Ülkər Qasımova-APA. "Çağdaş Azərbaycan teatrının vəziyyəti bir o qədər də sevindirici deyil. Azərbaycan teatrının inkişaf etməsi bir çox addımlar atılmalıdır. Teatr bazarının təşkili yollarının axtarılması və ya iqtisadi festivallar təşkil etmək lazımdır". APA-nın məlumatına görə, bu fikirləri sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə deyib. Yerli teatrların texniki baxımdan kasad olduğunu vurğulayan M. Əlizadə, bu problemi Azərbaycan teatrının inkişaf edə bilməməsinin əsas səbəbi kimi diqqətə çatdırıb: "Düzdür, bu gün səviyyəli tamaşalara da rast gəlirik. Ancaq bunlar istisna hallardır. Teatrın texniki avadanlıq baxımından təchiz olunması ancaq inkişafa xidmət edir. Eyni zamanda Azərbaycanda prodüser məktəbinin açılması prosesi çox gecikir". Teatr sahəsində işıq üzrə rəssamların da yetişmədiyini qeyd edən sənətşünas, bütün bu problemlərin həllinin vacibliyini diqqətə çatdırıb: "Bu gün Azərbaycan teatrı daha çox professional kadr çatışmazlığından əziyyət çəkir. Kimin ürəyindən teatrda işləmək keçirsə, gəlib işləyir. Axı aktyor sənəti üçün xüsusi və lazımi istedada malik olmaq lazımdır. Hər ürəyindən keçən aktyor ola bilərmi? Bu, qeyri-mümkündür. Bütün bunlar da Azərbaycan teatrını xaos vəziyyətinə gətirib çıxarıb". -
03-11-2008, 05:41 PMAPAPakistanın Azərbaycana təyin olunmuş yeni səfiri iki ay ərzində Bakıya gələcək
[b]Pakistanın Azərbaycana təyin olunmuş yeni səfiri iki ay ərzində Bakıya gələcək[b]
[Bakı. Laçın Sultanova-APA. Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Əbdul Həmidi növbəti iki ay ərzində Bakıya gələcək. Bu barədə APA-ya Pakistanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Son təyinata kimi, o, ölkəsinin Dubayda baş konsulu vəzifəsində çalışıb. Pakistanın Azərbaycandakı əvvəlki səfiri Cavid Qureyşi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar martın 9-da Bakını tərk edib. Hələlik diplomatik missiyaya səfirliyin 3-cü katibi Sammar Cavid müvəqqəti işlər vəkili kimi rəhbərlik edir. -
03-11-2008, 05:51 PMAPABMT Baş Assambleyasının martın 14-də keçiriləcək plenar sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələ müzakir
[b]BMT Baş Assambleyasının martın 14-də keçiriləcək plenar sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələ müzakirə olunacaq[b]
Bakı. Laçın Sultanova-APA. BMT Baş Assambleyasının 62-ci sessiyasının gündəliyinə salınmış "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət"ə dair qətnamə layihəsi martın 14-də müzakirə olunacaq.
[APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib ki, qətnamənin qəbul olunması üçün Azərbaycanın Nyu-Yorkdakı daimi nümayəndəliyi davamlı iş aparır, BMT-nin bütün üzvləri ilə bu istiqamətdə danışıqlar gedir. Qətnamə layihəsində BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə qəbul olunduğu qeyd edilir, Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı ATƏT-in fakt-araşdırıcı missiyasının məruzə hazırladığı, ATƏT-in Minsk Qrupu həmsədrlərin bununla bağlı ATƏT Daimi Şurasına məktub göndərdiyi xatırlanır. Qətnamədə həmçinin Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərdə silahlı münaqişənin beynəlxalq sülh və sabitliyə və Cənubi Qafqazda humanitar vəziyyətə ciddi xələl göstərdiyi qeyd edilir, Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivədə ərazi bütövlüyü və suverenliyinə mövcud olan hörmət və dəstək yenidən təsdiqlənir, işğal olunmuş ərazilərdən Ermənistan Silahlı Qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilir. Bu və ya digər məsələlərin qeyd olunduğu sənəddə yekun olaraq bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət növbəti 63-cü sessiyada da müzakirə olunacaq və bu məsələ gündəliyə daxil ediləcək. -
03-11-2008, 05:56 PMAPARövşən Mustafayev: "Bu gün xarici ölkələrdə məskunlaşan Azərbaycan vətəndaşlarının sayı dəqiq məlum deyil"
[b]Rövşən Mustafayev: "Bu gün xarici ölkələrdə məskunlaşan Azərbaycan vətəndaşlarının sayı dəqiq məlum deyil"[b]
[Bakı. Laura Cəbrayıllı-APA. "Bu gün xarici ölkələrdə məskunlaşan Azərbaycan vətəndaşlarının və onların arasında olan potensial seçicilərin sayı dəqiq məlum deyil. Moskva şəhər meriyasının rəsmi statistikasına görə, təkcə Rusiyada 400 minə yaxın Azərbaycan vətəndaşı məskunlaşıb. Amma dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan vətəndaşlarının sayı dəqiq bilinmir. Bu gün bu problemlə daha çox Ukrayna, Orta Asiya ölkələri, Azərbaycan və Gürcüstan üzləşib". Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev verib. Bu gün dünyada miqrasiya probleminin xaotik şəkildə inkişaf etdiyini deyən R. Mustafayev ənənəvi olaraq, Azərbaycan vətəndaşlarının daha çox Rusiyaya üz tutduğunu bildirib: "Bəzi Rusiya mətbuat orqanlarının yazdığı kimi, azərbaycanlılar yalnız bazarlarda yox, daha çox neft-qaz emalı müəssisələrində fəaliyyət göstəriblər". -
03-11-2008, 06:01 PMAPAAzərbaycanın Nardaran qəsəbəsində keçirilən mitinqdə Qərb dövlətlərinin bayraqları və ABŞ prezidenti Corc Buşun müqəvvası yandırılıb
[b]Azərbaycanın Nardaran qəsəbəsində keçirilən mitinqdə Qərb dövlətlərinin bayraqları və ABŞ prezidenti Corc Buşun müqəvvası yandırılıb[b]
[APA-nın məlumatına görə, qəsəbə sakini Hacı Əli Hüseynov mitinqdə çıxışı zamanı bildirib ki, müsəlman dünyası bütün vasitələrdən istifadə edib peyğəmbəri təhqir edənləri cəzalandırmalıdır. Onun sözlərinə görə, beynəlxalq sionizm İslamı ləkələmək üçün Qərb dövlətlərində bu cür tendensiyalara start verib. Kənd sakini Hacı Hikmət Vəliyev peyğəmbəri təhqir edənlərə Azərbaycanda da dəstəyin olduğunu söyləyib. O, Azərbaycan müsəlmanlarını İslam düşmənlərinə qarşı mübarizəyə və peyğəmbərin təhqirinə laqeyd qalmamağa çağırıb. Fələstində baş verənlərə münasibət bildirən kənd sakini ərəb dünyasını ABŞ-a satılmaqda ittiham edib. Onun sözlərinə görə, ərəb ölkələrinin əhatəsində olan İsrail 60 ilə yaxındır müsəlmanların qatilinə çevrilib. Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov isə çıxışında İslam dəyərlərinə qarşı məqsədyönlü şəkildə addımlar atıldığını söyləyib: "Dünyada baş verən qanlı hadisələrin əksəriyyəti müsəlman ölkələrində baş verir. Bu, ABŞ və sionizmin planlarına uyğun həyata keçirilir". O, Azərbaycanda milli-mənəvi dəyərlərin təhqir olunduğunu da deyib. Aksiyada ABŞ, İsrail, Danimarka, Böyük Britaniyanın və digər Qərb dövlətlərinin əleyhinə, İranın dini lideri Seyid Əli Xamneyinin isə lehinə şüarlar səsləndirilib. Daha sonra mitinq iştirakçıları ABŞ, İsrail, Danimarka və Böyük Britaniyanın dövlət bayraqlarını, o cümlədən də ABŞ prezidenti Corc Buşun müqəvvasını yandırıblar. -
03-11-2008, 06:11 PMAPAAzərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlüyünə insan hüquqları və demokratiya qrupundan namizədlər müəyyənləşib
[b]Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlüyünə insan hüquqları və demokratiya qrupundan namizədlər müəyyənləşib[b]
[APA-nın məlumatına görə, yığıncağa sədrlik edən Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Tahir Süleymanov Dövlət Dəstəyi Şurasında təmsil olunmaq üçün 8 qrup üzrə 414 QHT-nin qeydə alındığını bildirib. T. Süleymanov bugünkü yığıncaqda birinci qrup üzrə qeydə alınmış 45 təşkilatdan 38-nin iştirak etdiyini deyib: "Bu gün seçiləcək üç QHT nümayəndəsindən biri Azərbaycan prezidenti tərəfindən Şuraya üzv təyin ediləcək". Sonra iclasın katibi və Hesablama Komissiyası seçilib. Gizli səsvermə nəticəsində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov və Demokratik Seçki Mərkəzinin sədri Rauf Zeyni insan hüquqları və demokratiya qrupundan Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizəd seçiliblər. Qeyd edək ki, Şuranın tərkibi 8 QHT və 3 hökumət nümayəndəsindən formalaşdırılacaq. Şuranın sədri, müavini və katibi seçki ilə müəyyənləşəcək. Hər Şura üzvü 4 il müddətinə seçiləcək, qurumun sədri isə 2 ildən bir dəyişdiriləcək. -
03-11-2008, 06:16 PMAPAAzərbaycan Müdafiə Nazirliyi: Kosovodakı Azərbaycan sülhməramlıları yaxın günlərdə Vətənə qayıdacaqlar
[b]Azərbaycan Müdafiə Nazirliyi: Kosovodakı Azərbaycan sülhməramlıları yaxın günlərdə Vətənə qayıdacaqlar[b]
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanın Kosovoda sülhyaratma əməliyyatlarında iştirak edən taqım yaxın günlərdə geri qayıdacaq. Bu barədə APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu məlumat verib.
[E. Sabiroğlunun sözlərinə görə, hazırda Milli Məclisin qərarına uyğun olaraq sülhməramlıların geri çağrılması istiqamətində işlər aparılır: «Yaxın günlərdə parlamentin qərarı icra olunacaq. Kosovodakı 34 sülhməramlı hərbçinin hamısı vətənə dönəcək».Azərbaycan hərbçilərinin nəzarət etdikləri yaşayış məntəqələrinin və mövqelərin hansı ölkənin sülhməramlılarına verilməsinə gəlincə, E.Sabiroğlu bu barədə məlumatı olmadığını vurğulayıb: «Bizim sülhməramlılarımız Türkiyə taborunun tərkibində xidmət edirlər. Bu məsələlər Türkiyə Silahlı Qüvvələrinin səlahiyyətindədir».Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 34 nəfərdən ibarət tağımı Türkiyə taborunun tərkibində 1999-cu ildən Kosovonun Draqaş bölgəsində sülhyaratma missiyasını həyata keçirib. Azərbaycan taqımının xidməti ərazisinə 18 yaşayış məntəqəsi daxil olub. Kosovonun birtərəfli qaydada öz müstəqilliyini elan etməsi ilə əlaqədar Milli Məclis martın 4-də sülhməramlıların Kosovodan geri çağırılması haqqında qərar qəbul edib. -
03-11-2008, 06:21 PMAPARamiz Mehdiyev Polşaya dəvət edilib
[b]Ramiz Mehdiyev Polşaya dəvət edilib[b]
Bakı. Laçın Sultanova-APA. Polşanın dövlət katibi, Polşa Prezident Aparatının rəhbərinin müavini Robert Draba Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevi Polşaya dəvət edib.
[Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski APA-ya bildirib ki, Bakıdakı "Müqəddəs Məryəm" katolik kilsənin rəsmi açılışına Polşa prezidentinin şəxsi nümayəndəsi qismində qatılan R. Draba səfər zamanı R. Mehdiyevlə səmərəli görüş keçirib. Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin Polşaya səfərinin yekunları, iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. -
03-11-2008, 06:26 PMAPAAzərbaycan Mətbuat Şurası Qənimət Zahidin cəzasının yüngülləşdirilməsi xahişi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib
[b]Azərbaycan Mətbuat Şurası Qənimət Zahidin cəzasının yüngülləşdirilməsi xahişi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Mətbuat Şurası Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
[Mətbuat Şurasından APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin Yasamal Rayon Məhkəməsi tərəfindən 4 il müddətinə azadlıqdan məhrum olunması Şurasını narahat edir. Q. Zahidin ölkədə tanınan, müntəzəm yayımlanan bir qəzetin baş redaktoru, həmçinin öhdəsində 4 övladının olduğunu qeyd edən Mətbuat Şurası məhkəmədən onunla bağlı azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəza ilə əvəzlənməsi xahiş edib.