[b]"Azadlıq" qəzetinin əməkdaşına fiziki güc tətbiq edilən ərazinin sahibi həbs edilib[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Zeytun Bağları" Kəndli Fermer Təsərrüfatı Birliyinin rəhbəri Natiq İsa oğlu Allahverdiyev həbs olunub. Bu barədə APA-ya Respublika Prokurorluğundan məlumat verilib.
[Məlumata görə, saxlanan şəxslə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə (sənədlərin saxtalaşdırılması) cinayət işi başlanıb. Həbs olunan şəxsin əməllərində torpaqlara zərər vurma cinayətinin olub-olmadığının araşdırıldığı da bildirib. Hazırda Respublika Prokurorluğu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bu faktı araşdırır. Qeyd edək ki, "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin "Zeytun bağları" ərazisində üzləşdiyi insidentdə ona fiziki güc tətbiq etmiş adamlardan biri kimi N. Allahverdiyevin qardaşı Dağbəyi Allahverdiyevin adı çəkilib. Respublika Prokurorluğundan onu da bildiriblər ki, "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə qarşı törədilən cinayət faktını Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə təhqiqat qrupu araşdırır.
Azərbaycan Xəbərləri
Printable View

04-01-2008, 01:31 PMAPA"Azadlıq" qəzetinin əməkdaşına fiziki güc tətbiq edilən ərazinin sahibi həbs edilib

04-01-2008, 01:36 PMAPAQənimət Zahid də aclığa başlayıb
[b]Qənimət Zahid də aclığa başlayıb[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Bayıl İstintaq Təcridxanasında müddətsiz aclıq aksiyasına başlayıb. Bu barədə APA-ya "Azadlıq" qəzetinin baş direktoru Azər Əhmədov məlumat verib. A. Əhmədov deyib ki, qəzetin həbsdəki əməkdaşı Mirzə Sakitin də aclıq aksiyasına başlaması gözlənilir. Bir qrup jurnalistin aclıq aksiyası isə davam edir. Bu gün hüquq müdafiəçisi Arzu Abdullayeva və onun köməkçisi Aynur Elgünəş aclıq aksiyasını dayandırıblar. "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru və təsisçisi olmuş Eynulla Fətullayevin də aclıq aksiyası davam edir. Bunu onun vəkili İsaxan Aşurov bildirib. Qeyd edək ki, aksiyanı martın 26-da E. Fətullayev başlayıb. Digər jurnalistlər də ona dəstək olaraq aksiyaya qoşulublar. -
04-01-2008, 01:41 PMAPABruno Pueza: "Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə ilə bağlı düzgün yoldadır"
[b]Bruno Pueza: "Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə ilə bağlı düzgün yoldadır"[b]
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycan hökuməti korrupsiya ilə mübarizə istiqamətində uğurlu addımlar atmaqdadır. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə BMT-nin Azərbaycanda daimi nümayəndəliyinin rəhbəri Bruno Pueza verib.
[Onun sözlərinə görə, bununla belə, bu sahədə həllini gözləyən problemlər çoxdur: "Əlbəttə ki, korrupsiyaya qarşı mübarizə sahəsindəki durumu ideal saymaq olmaz. Bəzi problemlər mövcuddur və onların həlli üçün illərlə vaxt lazımdır. Azərbaycan bununlas bağlı düzgün yoldadır - ölkə buna dair qanunvericilik bazasını təkmilləşdirir, dövlət idarəetmə sistemini, ictimai nəzarət mexanizmlərini, iqtisadiyyatın liberallaşması sistemini mükəmməlləşdirir". -
04-01-2008, 01:46 PMAPASamuxda iki fahişəlik yuvası aşkarlanıb
[b]Samuxda iki fahişəlik yuvası aşkarlanıb[b]
[Samux. Ayxan Hüseynov - APA. Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi reyd nəticəsində rayon ərazisində fəaliyyət göstərən iki restoranda əxlaqsızlıq yuvası aşkarlanıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, reyd zamanı rayon mərkəzində yerləşən "Qafqaz" restoranında 18, Qarayeri qəsəbəsində yerləşən "Alaqapı" restoranında isə 8 nəfər saxlanılıb. "Qafqaz" restoranında saxlananlardan 8 nəfəri, "Alaqapı" restoranında saxlananlardan isə 4 nəfəri fahişəliklə məşğul olan qadınlardır. Samux RPŞ-nin rəis müavini Bahadur Şükürov jurnalistlərə açıqlamasında hər iki restoranın sahibinin saxlandığını deyib. Onun sözlərinə görə, "Qafqaz" restoranın sahibi Aytəkin Ələsgərov və "Alaqapı" restoranının sahibi Eldəniz Məmmədov barədə Cinayət Məcəlləsinin 244-cü maddəsi (əxlaqsızlıq yuvası saxlama) ilə cinayət işi başlanıb.Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə isə, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qadınları fahişəliyə cəlb etdiyi üçün Ellada Osmanova adlı qadın saxlanılıb. -
04-01-2008, 01:51 PMAPAYaap de Hoop Sxeffer: "Rusiya Ukrayna və Gürcüstanın NATO-ya qəbuluna mane ola bilməz"
[b]Yaap de Hoop Sxeffer: "Rusiya Ukrayna və Gürcüstanın NATO-ya qəbuluna mane ola bilməz"[b]
Brüssel - APA. "Rusiya Ukrayna və Gürcüstanın NATO-ya qəbuluna mane ola bilməz, amma bu qəbulu gecikdirməsi mümkündür". APA-nın "Associated Press"ə istinadən verdiyi məlumata görə, bu sözləri Brüsseldə jurnalistlərə açıqlamasında NATO-nun baş katibi Yaap de Hoop Sxeffer deyib.
[Rusiyanın NATO-da qərarların qəbulu prosesində iştirak etmədiyini vurğulayan baş katib keçmiş sovet respublikalarının alyansa inteqrasiyasına qarşı çıxan Moskvanın mövqeyinin bu məsələdə müəyyən rol oynadığını da etiraf edib: "Mənim fikrimcə, söhbət təşkilata qəbulun baş tutub-tutmayacağından yox, nə vaxt baş tutacağından gedir". Yaap de Hoop Sxeffer bildirib ki, Rusiyanın mövqeyi nəzərə alınaraq Ukrayna və Gürcüstana NATO üzvlüyünə namizəd statusu verilməsi təxirə salına bilər. Onun sözlərinə görə, hətta bu iki ölkənin hərbi-siyasi bloka üzvlüyü prosesi "dondurulsa" belə, Ukrayna və Gürcüstana üzvlüyə mümkün namizəd kimi baxılacaq. Qeyd edək ki, Kiyev və Tiflis aprelin 2-də başlayacaq Buxarest sammitində NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına dəvət alacaqlarına ümid bəsləyirlər. ABŞ buna tərəfdar olsa da, bəzi ölkələr, xüsusən Almaniya və Fransa belə addımın Rusiya ilə münasibətlərin pisləşməsinə səbəb olacağından ehtiyatlanırlar. -
04-01-2008, 01:56 PMAPAATƏT-in Minsk Qrupunun həmsədrləri arasında növbəti görüş Buxarestdə keçiriləcək
[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında növbəti görüş Buxarestdə keçiriləcək[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) arasında növbəti görüş NATO sammiti çərçivəsində Buxarestdə keçiriləcək.
[Bu barədə APA-ya Bernar Fasienin ofisindən məlumat verilib. Artıq həmsədrlər bu gün Buxarestə gediblər. Onların Azərbaycan və Ermənistanın xarici işlər nazirlər ilə də görüşü gözlənilir. -
04-01-2008, 02:01 PMAPAAzərbaycan prezidenti ATƏT-in Bakı ofisinin rəhbərini qəbul edib
[b]Azərbaycan prezidenti ATƏT-in Bakı ofisinin rəhbərini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansolanı qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılıb. -
04-01-2008, 02:31 PMAPAATƏT sədri dəyişilə bilər
[b]ATƏT sədri dəyişilə bilər[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanerva striptiz klubunda çalışan rəqqasə ilə münasibətlərinə görə öz postundan uzaqlaşdırıla bilər. APA-nın Finlandiya mətbuatına istinadən yaydığı məlumata görə, Finlandiyanın hakim partiyası 29 yaşlı rəqqasəyə 200-dən artıq intim xarakterli SMS göndərən iki qız atası İlkka Kanervanı dəstəkləmədiyini bəyan edib.
[Hakim partiyanın lideri Yurki Kataynen bildirib ki, onlar İlkka Kanervanın xarici işlər naziri postunda qalmasını məqbul saymırlar və o, artıq partiyanın etimadını tamamilə itirib. Partiya lideri İlkka Kanervanın istefaya göndərilməsi barədə qərarın asanlıqla qəbul olunmadığını vurğulayıb. Finlandiya mətbuatının yazdığına görə, yeni xarici işlər nazirinin adı yaxın iki gün ərzində açıqlana bilər. Bununla belə, Finlandiya Xarici İşlər Nazirliyi İlkka Kanervanın xəstə olduğu və xəstəliyi ilə bağlı şərh vermədiyi barədə məlumat yayıb. O, xəstəliyi ilə əlaqədar NATO-nun Buxarest sammitində də iştirak edə bilməyəcək. Yeri gəlmişkən, bu, İlkka Kanervanın intim xarakterli ilk qalmaqalı deyil. 2005-ci ildə Finlandiya parlamentinə sədrlik edən İlkka Kanervanın o zaman iki fotomodelə intim xarakterli SMS göndərdiyi məlum olmuşdu. -
04-01-2008, 02:41 PMAPAMüasir Müsavat Partiyası Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirəcək
[b]Müasir Müsavat Partiyası Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirəcək[b]
[Bakı. Ramil Məmmədli-APA. Müasir Müsavat Partiyası (MMP) aprelin 3-də Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirəcək. MMP-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiyada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunan ərazilərində vəziyyətə dair" qətnamənin əleyhinə səs verməsinə etiraz ediləcək. Piketdə "Fransa, antitürk siyasətindən əl çək!", "ATƏT-in həmsədrləri, ermənipərəstlikdən əl çək!", "Fransalı həmsədr tutduğu vəzifədən uşaqlaşdırılsın!" şüarları səsləndiriləcək. -
04-01-2008, 02:51 PMAPAAzərbaycan parlamentinin I vitse-spikeri: "Beynəlxalq hüquq müəyyən dövlətlərin güc vasitəsinə çevrilib"
[b]Azərbaycan parlamentinin I vitse-spikeri: "Beynəlxalq hüquq müəyyən dövlətlərin güc vasitəsinə çevrilib"[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında millət vəkilləri BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyəti haqqında qəbul etdiyi qətnamənin lehinə və əleyhinə səs verən dövlətlərlə bağlı münasibətlərini açıqlayıblar. APA-nın məlumatına görə, deputat Əli Məsimli bildirib ki, parlament BMT-nin qətnaməsinə münasibət bildirməli, lehinə səs verənlərə müsbət, əleyhinə səs verənlərə mənfi reaksiya göstərilməlidir. Millət vəkili Qüdrət Həsənquliyev də məsələyə münasibət bildirilməsinin vacibliyini qeyd edib: "İndiyədək Azərbaycan Ermənistanla danışıqlar aparıb. Bu danışıqlar ATƏT-in Minsk Qrupu və digər qurumların iştirakı ilə keçirilib. Azərbaycanın ordunun gücləndirilməsi vacib idi və bu artıq baş verib. Parlamentdə Qarabağla bağlı müzakirələr aparılmalıdır". Azərbaycan torpaqlarının işğal altında olduğunu xatırladan deputat bildirib ki, bu məsələyə parlament münasibət bildirməlidir. O, 1998-ci ildə Heydər Əliyev tərəfindən belə müzakirələrin keçirildiyini söyləyib: "Mən təklif edirəm ki, prezidenti Milli Məclisə dəvət edərək, belə müzakirələr keçirək. Qətnamənin əleyhinə səs verənlərə parlament etiraz etməlidir". Digər deputatlar da çıxışlarında məsələyə münasibət bildirilməsinin vacib olduğunu bildiriblər. Millət vəkili Qənirə Paşayeva deyib ki, parlament qətnamə ilə bağlı Minsk Qrupunun üzvü olan dövlətlərə müraciət göndərməlidir. Millət vəkili Siyavuş Novruzov Azərbaycanın mövqeyini müdafiə edən Pakistan və Özbəkistana təşəkkür mətbunun göndərilməsinin vacib olduğunu söyləyib. Parlamentin I vitse-spikeri Ziyafət Əsgərov səslənən fikirlərlə razı olduğunu deyib: "Bu düzgün mövqedir. Bəzən beynəlxalq hüquqda nə hüquq qalır, nə də məntiq. Beynəlxalq hüquq müəyyən dövlətlərin güc vasitəsinə çevrilib".