[b]İslam Konfransı Təşkilatının Sammitində Azərbaycanı Elmar Məmmədyarov təmsil edəcək[b]
Bakı. Laçın Sultanova-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Seneqalın paytaxtı Dakara yola düşüb.
[APA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim martın 11-də keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir martın 13-14-də Dakarda keçiriləcək İslam Konfransı Təşkilatının (İKT) 11-ci Sammitində iştirak edəcək Azərbaycan nümayəndə heyətinə rəhbərlik edir. İKT-nin nazirlər səviyyəsində keçirilən görüşündə Azərbaycanı xarici işlər nazirinin müavini Vaqif Sadıxov təmsil edir. Sammitdə yekunlara dair kommunikenin və bir sıra sənədlərin imzalanması gözlənilir. Qeyd edək ki, bu Sammitdə İKT-in adının dəyişdirilməsi məsələsinə də baxılacaq.
Azərbaycan Xəbərləri
Printable View

03-11-2008, 02:36 PMAPAİslam Konfransı Təşkilatının Sammitində Azərbaycanı Elmar Məmmədyarov təmsil edəcək

03-11-2008, 02:41 PMAPAXələf Xələfov Rumıniyada səfərdədir
[b]Xələf Xələfov Rumıniyada səfərdədir[b]
[Bakı. Laçın Sulytanova-APA. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov martın 10-dan Buxarestdə səfərdədir. APA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib. Səfərdən məqsəd siyasi məsləhətləşmələr aparmaqdır. -
03-11-2008, 02:46 PMAPAVenesiya Komissiyasının Azərbaycanın "Sərbəst toplaşma azadlığı haqqında" qanununa və Seçki Məcəlləsinə dəyişikliklərə dair ilkin rəyi açıql
[b]Venesiya Komissiyasının Azərbaycanın "Sərbəst toplaşma azadlığı haqqında" qanununa və Seçki Məcəlləsinə dəyişikliklərə dair ilkin rəyi açıqlanacaq[b]
Bakı. Ülviyyə Əliyeva-APA. Martın 14-15-də Venesiya Komissiyasının 74-cü plenar sessiyası keçiriləcək. APA-nın Avropa Şurasının saytına istinadən verdiyi məlumata görə, sessiyada Azərbaycanla bağlı iki məsələ müzakirə olunacaq.
[Tədbirdə Silahlı Qüvvələrə demokratik nəzarətin təşkili, Bolqarıstan və Finlandiya Konstitusiyası, Azərbaycanın "Sərbəst toplaşma azadlığı haqqında" qanununa düzəlişlər və Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı ilkin rəylər açıqlanacaq. Toplantıda Prezidentin İcra Aparatının qanunçuluq və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev də iştirak edəcək. Sessiyada Azərbaycan tərəfinin təklifi əsasında Venesiya Komissiyasının "Sərbəst toplaşma azadlığı haqqında" qanuna 2006-cı ildə təklif etdiyi düzəliş ətrafında müzakirələr aparılacaq və Azərbaycanın Seçki Məcəlləsinə dair ilkin rəy veriləcək. Qeyd edək ki, Venesiya Komissiyasının növbəti 75-ci sessiyası iyunun 13-14-də keçiriləcək. -
03-11-2008, 02:51 PMAPAAzadlığa buraxılan Əhməd Özal siyasətə qoşulacağını açıqlayıb
[b]Azadlığa buraxılan Əhməd Özal siyasətə qoşulacağını açıqlayıb[b]
Ankara. Mayis Əlizadə - APA. Türkiyənin Ədirnə şəhər bələdiyyəsindəki korrupsiya qalmaqalı ilə bağlı saxlanılan sabiq prezident Turqut Özalın oğlu Əhməd Özal sərbəst buraxılıb.
[APA-nın Türkiyə bürosunun xəbərinə görə, Ə. Özal Ədirnə Prokurorluğunda dindirildikdən sonra azad edilib. O, prokurorluğun binası qarşısına toplaşan insanların qarşısındakı çıxışında iftiraya məruz qaldığını bildirib: "Türk ədalətinə güvənin. Bu işin arxasında siyasi niyyətlər var. Siyasətə girməyə hazırlaşmağım bəzi insanları narahat edib. Amma buna kimsə əngəl ola bilməyəcək. Siyasətə girəcəyəm və Ana Vətən Partiyasının başqanlığına namizədliyimi irəli sürəcəyəm". Qeyd edək ki, Ana Vətən Partiyası 1983-cü ildə mərhum Turqut Özal tərəfindən qurulub və hazırda dərin böhran içindədir. -
03-11-2008, 02:56 PMAPAKomandan: "Daxili Qoşunlar Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə hazırdır"
[b]Komandan: "Daxili Qoşunlar Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə hazırdır"[b]
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Daxili Qoşunların (DQ) yaranmasının 16-cı ildönümü münasibəti ilə DQ-nin şəxsi heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib. APA-nın məlumatına görə, DQ komandanı, general-leytenant Zakir Həsənov bildirib ki, rəhbərlik etdiyi qurum bu gün ölkə daxilində asayişin qorunmasını təmin etmək üçün ən müasir silah və xüsusi vasitələrlə təmin olunub.
[Z. Həsənovun sözlərinə görə, Qarabağda gedən döyüşlərdə cəmi 3 min nəfər şəxsi heyəti olan Daxili Qoşunların 496 hərbi qulluqçusu həlak olub, 268 nəfər itkin düşüb: "Bu gün Daxili Qoşunlar yüksək döyüş hazırlığına və nizam-intizama malik bir qurumdur, ən müasir silah və texnika ilə təmin olunub. Bunu hətta NATO nümayəndələri də bəyan edirlər. Daxili Qoşunlar Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə hazırdır".Qeyd edək ki, 1995-ci ildən 12 mart Daxili Qoşunların yaranma günü kimi qeyd olunur. -
03-11-2008, 03:01 PMAPAMartın 28-də Toronto Universitetində Azərbaycanla bağlı elmi konfrans keçiriləcək
[b]Martın 28-də Toronto Universitetində Azərbaycanla bağlı elmi konfrans keçiriləcək[b]
Bakı. Ülviyyə Əliyeva-APA. Martın 28-də Kanadanın ən böyük təhsil ocağı olan Toronto Universitetində Azərbaycanla bağlı elmi konfrans keçiriləcək.
[Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, konfransda Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyevin "Təhlükəsizlik və enerji sahəsində Azərbaycan-ABŞ münasibətləri", Xarici İşlər Nazirliyinin idarə rəisi Tofiq Musayevin "Azərbaycanın xarici siyasət prioritetləri" məruzələri və Toronto Universitetinin bir sıra professor və tələbələrinin çıxışları dinləniləcək. Tədbirdə "Azerbaijan Dairy" kitabının müəllifi Thomas Qolts "On yeddi il Odlar yurdu ilə birlikdə; müstəqilliyin ilk illərindən bu günə kimi olan dəyişikliklər" mövzusunda məruzə ilə çıxış edəcək. Qeyd edək ki, konfrans Azərbaycanın ABŞ-dakı səfirliyinin və Toronto Universitetinin Avropa, Rusiya və Avrasiya tədqiqatları mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. -
03-11-2008, 03:06 PMAPAAzərbaycan Daxili Qoşunlarında beynəlxalq sülhyaratma əməliyyatlarında polisə dəstək bölüyünün yaradılması başa çatdırılıb
[b]Azərbaycan Daxili Qoşunlarında beynəlxalq sülhyaratma əməliyyatlarında polisə dəstək bölüyünün yaradılması başa çatdırılıb[b]
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Daxili Qoşunlarının beynəlxalq sülhyaratma əməliyyatlarında polisə dəstək bölüyü artıq hazırdır. APA-nın məlumatına görə, bu barədə Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov bildirib.
[Z. Həsənovun sözlərinə görə, NATO ilə imzalanmış Fərdi Tərəfdaşlığın Əməliyyat Planına (İPAP) uyğun olaraq bölüyün 2008-ci ildə hazır olması planlaşdırılsa da, artıq bütün işlər 2007-ci ildə başa çatdırılıb: "Ötən il bölük NATO-nun nümayəndələrinə təqdim olundu. Müxtəlif ölkələrin jandarma qüvvələrinin ekspertlərindən ibarət nümayəndə heyəti bölüyün hazırlığını yüksək qiymətləndirdilər".Qeyd edək ki, 2010-cu ilədək Daxili Qoşunlarda sülhməramlı əməliyyatlarda polisə dəstək məqsədi ilə iştirak etmək üçün taborun yaradılması başa çatdırılmalıdır. -
03-11-2008, 03:11 PMAPAAzərbaycan Xarici İşlər Nazirliyi Norveç və ABŞ səfirliklərini ikili standart yürütməkdə günahlandırıb
[b]Azərbaycan Xarici İşlər Nazirliyi Norveç və ABŞ səfirliklərini ikili standart yürütməkdə günahlandırıb[b]
Bakı. Laçın Sultanova-APA. ""Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun məhkəməsi ilə bağlı Norveç və ABŞ-ın Azərbaycandakı səfirliklərinin yaydıqları bəyanat xarici siyasət nöqteyi-nəzərdən birbaşa ikili standartların təzahürüdür".
[APA-nın məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında deyib. O, adı çəkilən səfirliklərin bu kimi bəyanatlardan təəssüf etdiyini bildirib: "Əfsuslar olsun ki, ABŞ və Norveç səfirlikləri bu kimi bəyanatlar verirlər. Qonşu Ermənistanda baş verən hadisələrə baxmayaraq, həmin dövlətlərin və beynəlxalq ictimaiyyətin mövqeyini gördük. Bu, çox yumşaq və qeyri-müvafiq mövqedir. Belə olan halda Azərbaycanda baş verən hadisələrə bu kimi sərt reaksiyanın verilməsini biz başa düşmürük və təəssüflənirik. Ümidvarıq ki, bu kimi hallar təkrarlanmayacaq". -
03-11-2008, 03:16 PMAPAAzərbaycanın xalq şairinin ürəyində əməliyyat aparılıb
[b]Azərbaycanın xalq şairinin ürəyində əməliyyat aparılıb[b]
Münhen. Elbrus Seyfullayev-APA. Almaniyada Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun ürəyində əməliyyat aparılıb. Bu barədə APA-ya açıqlamasında hazırda Münhen Kardioloji Mərkəzində müalicəsini davam etdirən Z. Yaqub özü məlumat verib.
[Xalq şairinin sözlərinə görə, dünən həkimlər onun üzərində üç saatlıq əməliyyat aparıb və ürək damarlarından birini yandırıblar. Əməliyyatın uğurlu keçdiyini bildirən Z. Yaqub martın 16-dək Almaniyada müalicəsini davam etdirəcəyini söyləyib. Xalq şairi səhhəti ilə bağlı narahatlıq keçirən insanlara təşəkkür edib: "Bütün Azərbaycan xalqına şair salamı göndərirəm. Qoy, məni sevənlər narahat olmasın. Tezliklə sağalıb vətənə dönəcəyəm". -
03-11-2008, 03:26 PMAPABolqarıstan prezidenti Şəkiyə gedib
[b]Bolqarıstan prezidenti Şəkiyə gedib[b]
Şəki. Hafiz Heydərov - APA. Bolqarıstan prezidenti Georgi Pırvanov bu gün Azərbaycanın Şəki rayonuna səfər edib.
[Rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, G. Pırvanovun rayona səfəri qeyri-rəsmi xarakter daşıyır və o, hər hansı görüş keçirməyəcək. Bolqarıstan prezidentinin Şəkidə istirahət edəcəyi və rayonun tarixi abidələri ilə tanış olacağı bildirilir. G. Pırvanov Şəki Xan Sarayına və Kiş kəndindəki məbədə baş çəkəcək.