[b]Macarıstanın baş naziri: "Dağlıq Qarabağ probleminin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmalıdır"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Dağlıq Qarabağ probleminin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmalıdır". APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Macarıstanın baş naziri Ferenç Dyurçan deyib. O, son iki ildə Azərbaycanla Macarıstan arasında qarşılıqlı əlaqələrin inkişaf etdiyini və iki ölkənin strateji tərəfdaşa çevrildiyini bildirib. Qonaq enerji, elektrik stansiyalarının tikintisi və rekonstruksiyası, kommunikasiyalar, ətraf mühitin mühafizəsi, yeyinti sənayesi və digər sahələrdə əməkdaşlığın mümkün olduğunu söyləyib. F. Dyurçan Azərbaycan ali məktəblərinin birində macar, Macarıstan ali məktəblərinin birində isə Azərbaycan dilinin tədris edilməsini istədiklərini vurğulayıb. Sonra çıxış edən Azərbaycanın baş naziri Artur Rəsizadə Azərbaycanın və Xəzər bölgəsinin son vaxtlar enerji məsələsində vacib faktora çevrildiyinə diqqət çəkib: "Hazırda Azərbaycan 3 neft və 3 qaz layihəsi həyata keçirir. Bu layihələr müxtəlif mərhələlərdən ibarətdir. Həmin mərhələlərin reallaşdırılması ilə ixrac olunan neft və qazın miqdarı artacaq". A. Rəsizadə Dağlıq Qarabağ məsələsinə də toxunaraq Azərbaycan torpaqlarının 20%-nin işğal altında olduğunu, bu məsələnin ölkənin ən böyük problemi olaraq qaldığını deyib. O, Macarıstanda Xocalı faciəsinin qurbanlarının xatirəsinə abidə qoyulacağını, Bakıda isə Macarıstanda 1956-cı ildə baş vermiş hadisələr zamanı ölənlərin xatirəsinə abidə ucaldılacağını açıqlayıb.
Azərbaycan Xəbərləri
Printable View

07-07-2008, 07:11 PMAPAMacarıstanın baş naziri: "Dağlıq Qarabağ probleminin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmalıdır"

07-07-2008, 07:21 PMAPARusiya xarici işlər nazirinin müavini: "Gürcüstan Cənubi Osetiyaya qarşı aqressiv hərəkətlərinə son qoymalıdır"
[b]Rusiya xarici işlər nazirinin müavini: "Gürcüstan Cənubi Osetiyaya qarşı aqressiv hərəkətlərinə son qoymalıdır"[b]
[Bakı. Laçın Sultanova-APA. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Helki Talvitiyeni qəbul edib. APA-nın məlumatına görə, görüşdə ATƏT-in iştirakı ilə nizamlanan münaqişələr müzakirə olunub, Gürcüstan-Osetiya münaqişəsi ətrafında yaranmış vəziyyətə xüsusi diqqət yetirilib. Aleksandr Qruşko bəyan edib ki, Gürcüstan Cənubi Osetiyaya qarşı aqressiv hərəkətlərinə son qoymalıdır: "Ümidvaram ki, ATƏT-ə sədrlik edən Finlandiya Gürcüstan-Osetiya münaqişəsi zonasında gərginliyin azalmasına lazımi yardım edəcək". -
07-07-2008, 07:31 PMAPAAleksandr Lukaşenko Minskdə baş vermiş partlayışa görə məsuliyyəti dövlət katibinin boynuna qoyub
[b]Aleksandr Lukaşenko Minskdə baş vermiş partlayışa görə məsuliyyəti dövlət katibinin boynuna qoyub[b]
[Minsk - APA. Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Müstəqillik Günü münasibətilə keçirilən tədbir zamanı baş vermiş partlayışda Təhlükəsizlik Şurasının dövlət katibi Viktor Şeymanı günahlandırıb. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, güc strukturlarının rəhbərləri hadisə ilə bağlı aparılan təhqiqat haqqında dövlət başçısına məruzə etdikdən sonra A. Lukaşenko üzünü V. Şeymana çevirərək deyib: "Viktor Vladimiroviç, düşünmürəm ki, siz bu insidentdən sonra vəzifənizdə qalmalısınız. Hamıdan əvvəl siz günahkarsınız". A. Lukaşenkonun fikrincə, V. Şeyman bayram tədbirləri zamanı təhlükəsizliyin təmin olunmasına daha diqqətli yanaşmalıydı. Xatırladaq ki, iyulun 3-də Minskdə baş verən partlayış zamanı 50-yə yaxın adam yaralanıb. -
07-07-2008, 07:41 PMAPAİran hərbi təyyarəsi qəzaya uğrayıb
[b]İran hərbi təyyarəsi qəzaya uğrayıb[b]
[Tehran - APA. İran Hərbi Hava Qüvvələrinə məxsus, ABŞ istehsalı olan F-5 təyyarəsi qəzaya uğrayıb. APA-nın AFP-yə istinadən yaydığı məlumata görə, hadisə bu gün yerli vaxtla saat 10.00-da Xuzistan əyalətində yerləşən Omide hərbi-hava bazasında baş verib. Qəzanın səbəbi, eləcə də ölən və yaralananları haqqında informasiya verilmir. Qeyd edək ki, İran ABŞ təyyarələrini inqilabdan əvvəl - Rza şah Pəhləvinin dövründə alıb. Hazırda isə Qərb ölkələri İrana embarqo tətbiq etdiyindən bu təyyarələrin müasirləşdirilməsi, ehtiyat hissələri ilə təmin olunması mümkün olmur. -
07-07-2008, 07:51 PMAPAAzərbaycan prezidenti: "Diplomatlarımızın əsas fəaliyyət istiqamətlərdən biri dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırmaq olma
[b]Azərbaycan prezidenti: "Diplomatlarımızın əsas fəaliyyət istiqamətlərdən biri dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırmaq olmalıdır"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Diplomatlarımızın fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırmaq olmalıdır". APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti ölkənin diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin III müşavirəsində çıxışı zamanı deyib.
[Prezident bildirib ki, ölkənin xarici siyasət kursunun uğurla həyata keçirilməsində diplomatların üzərinə böyük məsuliyyət düşür. O, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinin əməkdaşlarını işlədikləri ölkənin dövlət strukturları ilə sıx əməkdaşlıq etməyə, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmağa, ölkənin siyasi və iqtisadi maraqlarının müdafiəsinə yönəlik səyləri artırmağa çağırıb. Dövlət başçısı diplomatların öz fəaliyyətində əsas diqqəti Dağlıq Qarabağ münaqişəsi məsələsinə yönəltməli olduğunu bildirib. Bu istiqamətlərdə böyük uğurlar əldə olunduğunu deyən prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bütün səviyyələrdə qəbul olunur və beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Azərbaycanın regionda həyata keçirilən qlobal enerji layihələrində rolunu dəyərləndirən dövlət başçısı bildirib ki, ölkənin təkcə regionda deyil, bütün dünyada nüfuzu artır. Prezident diplomatlara qarşıda duran vəzifələrin həyata keçirilməsi istiqamətində öz tapşırıqlarını da verib. Keçirilən müşavirənin nəticələrini APA-ya şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri ölkənin xarici siyasət kursunda kəskin dəyişikliklər olmadığını deyib. O, müşavirədə Xarici İşlər Nazirliyinin fəaliyyətinin müzakirə olunaraq dəyərləndirildiyini bildirib. Onun sözlərinə görə, müşavirədə Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, xarici işlər nazirinin müavinləri Araz Əzimov və Hafiz Paşayev çıxış ediblər. Toplantıda ermənilərin təcavüzkar siyasəti, təhlükəsizlik məsələləri, regional və hərbi-siyasi xarakterli məsələlər ətrafında müzakirələr aparılıb. -
07-07-2008, 08:01 PMAPAYaşar Böyükanıt: "Yeri deyil"
[b]Yaşar Böyükanıt: "Yeri deyil"[b]
[Antalya - APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Böyükanıt son günlər ölkədə baş verən hadisələrə münasibət bildirməyib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Balkan ölkələri baş qərargah rəislərinin Antalyanın Bələk rayonunda keçirilən 2-ci toplantısından sonra mətbuat konfransı keçirən Y. Böyükanıt həbslərlə bağlı sual ünvanlayan türk jurnalistə belə cavab verib: "Ehtiyacınızı bilirəm, amma yeri deyil. Doqquz baş qərargah rəisinin yanında Türkiyənin daxili məsələləri ilə bağlı açıqlama vermək doğru olmaz. Daha sonra danışarıq". Qeyd edək ki, konfransa Türkiyə, Yunanıstan, Albaniya, Serbiya, Bolqarıstan, Rumıniya, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina baş qərargah rəisləri, NATO Hərbi Komitəsinin sədri, admiral Qrampolo Di Paola və Avropa Birliyi Hərbi Komitəsinin sədri, ordu generalı Henri Bentegeat qatılıblar. -
07-07-2008, 11:11 PMAPALənkəranda intihar hadisəsi baş verib
[b]Lənkəranda intihar hadisəsi baş verib[b]
[Lənkəran. Ağəddin Babayev-APA. Bu gün Lənkəran rayonunda intihar hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Separadi kənd sakini, 1991-ci il təvəllüdlü Şəhriyar Bəxtiyar oğlu Canıyev bu gün səhər saatlarında qonşusunun evində özünü asıb. Onun meyiti axşamüstü aşkarlanıb. Verilən məlumata görə, mərhumun psixolioji durumunda problemlər olub. Belə ki, o dəfələrlə bir müddətlik evdən gedib, sonra isə tapılaraq geri qaytarılıb. Sonuncu dəfə bir həftə öncə evi özbaşına tərk edən Ş. Canıyev dünən evə dönüb. Bu gün isə intihar edib. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
07-07-2008, 11:51 PMAPANərgiz Paşayeva MDU-nun Bakı filialının rektoru təyin olunub
[b]Nərgiz Paşayeva MDU-nun Bakı filialının rektoru təyin olunub[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanda Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə başlayıb. APA-nın məlumatına görə, filialın rektoru vəzifəsinə filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva təyin olunub. Qeyd edək ki, bu ali məktəbin Azərbaycanda fəaliyyət göstərməsi üçün prezident İlham Əliyev bu ilin yanvar ayında sərəncam imzalayıb. Filial M.V.Lomonosov adına Moskva Dövlət Universiteti rəhbərliyinin təklifi əsasında təşkil olunub.Onu da qeyd edək ki, bundan əvvəl N. Paşayeva Bakı Dövlət Universitetinin prorektoru vəzifəsində çalışıb. -
07-08-2008, 10:41 AMAPAABŞ gürcü-abxaz münaqişəsi zonasına beynəlxalq polis qüvvələrinin yeridilməsini istəyib
[b]ABŞ gürcü-abxaz münaqişəsi zonasına beynəlxalq polis qüvvələrinin yeridilməsini istəyib[b]
Vaşinqton - APA. ABŞ administrasiyası gürcü-abxaz münaqişəsi zonasına beynəlxalq polis qüvvələrinin yeridilməsini istəyib. APA-nın məlumatına görə, ABŞ Dövlət Departamenti bəyanatla çıxış edərək son günlər Abxaziyada partlayışların baş verdiyi zonalara təcili şəkildə beynəlxalq polis qüvvələrinin yeridilməsinin zəruri olduğunu bildirib:
["ABŞ Gürcüstanın ərazi bütövlüyünü qəti surətdə dəstəkləyir və son vaxtlar günahsız insanların ölümünə səbəb olan bomba partlayışlarına son qoymağa çağırır". Dövlət Departamenti Gürcüstanı və Abxaziyanın faktiki hakimiyyətini birbaşa dialoqa başlamağa, gərginliyin azaldılması üçün sülh planlarını müzakirəyə çıxarmağa, qaçqınların və məcburi köçkünlərin öz yerlərinə qayıtmasını təmin etməyə, iqtisadi əməkdaşlığı möhkəmləndirməyə və münaqişənin sülh yolu ilə həllinə nail olmağa səsləyib. Xatırladaq ki, iyulun 6-da Qali rayonundakı kafelərin birində baş verən partlayış nəticəsində 4 nəfər ölüb. -
07-08-2008, 10:51 AMAPABöyük Britaniya kəşfiyyatındakı mənbə Aleksandr Litvinenkonu Rusiya hakimiyyətinin öldürdüyünü açıqlayıb
[b]Böyük Britaniya kəşfiyyatındakı mənbə Aleksandr Litvinenkonu Rusiya hakimiyyətinin öldürdüyünü açıqlayıb[b]
London - APA. Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Aleksandr Litvinenko Rusiya hakimiyyətinin dəstəyi ilə öldürülüb. APA-nın məlumatına görə, bunu BBC-yə Böyük Britaniya hökumətindəki mənbə bildirib. Britaniya kəşfiyyatının yüksək rütbəli nümayəndəsi sui-qəsdin dövlət tərəfindən həyata keçirilən akt olduğunu söyləməyə kifayət qədər əsaslar olduğunu deyib.
[Xatırladaq ki, Rusiyanın keçmiş prezidenti Vladimir Putinin barışmaz düşməni olan A. Litvinenko 2006-cı ildə Londonda zəhərlənib. Britaniyalı müstəntiqlər onu SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sabiq əməkdaşı Aleksandr Luqovoyun zəhərlədiyini güman edirlər. BBC-yə məlumat verən mənbə onu da əlavə edib ki, V. Putinin prezidentliyi dövründə Federal Təhlükəsizlik Xidməti xaricdə əməliyyatlar aparmaq üçün tam sərbəstlik əldə edib. Hətta Britaniya kəşfiyyat orqanı - Mİ 5 ötən ilin yayında V. Putinin daha bir düşməni - rusiyalı biznesmen Boris Berezovskiyə sui-qəsdin qarşısını alıb. 2007-ci ilin noyabrında Mİ 5-in rəhbəri Conatan Evans "soyuq müharibə"nin bitməsinə baxmayaraq, Britaniyada fəaliyyət göstərən rus kəşfiyyatçılarının sayının azalmadığına diqqət çəkərək bundan ciddi şəkildə narahatlıq duyduğunu açıqlamışdı. Əks-kəşfiyyatın məlumatına əsasən Britaniyadakı Rusiya diplomatik nümayəndəliklərinin tərkibində 30-a yaxın kəşfiyyatçı var.