[b]Azərbaycan parlamentində "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb[b]
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin bugünkü iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
[APA-nın xəbərinə görə, sənəd barədə parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova məlumat verib. Hazırda layihə ilə bağlı müzakirələr aparılır.
Azərbaycan Xəbərləri
Printable View

05-30-2008, 12:21 PMAPAAzərbaycan parlamentində "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarıl&

05-30-2008, 12:31 PMAPAArarat vilayətinin qubernatoru Ermənistanın daxili işlər naziri təyin olunub
[b]Ararat vilayətinin qubernatoru Ermənistanın daxili işlər naziri təyin olunub[b]
İrəvan - APA. Ermənistan prezidenti Serj Sarkisyan daxili işlər naziri Ayk Arutyunyanı istefaya göndərib.
[APA-nın Ermənistan KİV-lərinə istinadən xəbərinə görə, prezidentin digər sərəncamı ilə bu vəzifəyə Ararat vilayətinin qubernatoru Alik Sarkisyan təyin olunub və ona general-mayor rütbəsi verilib.Alik Sergeyeviç Sarkisyan 1 iyun 1957-ci ildə Ararat vilayətinin Kanaçut kədində anadan olub. Xaçatur Abovyan adına İrəvan Pedaqoji İnstitutunu və Ermənistan DİN-in Ali Milis Məktəbini bitirib. 1982-2000-ci illərdə daxili işlər orqanlarında çalışıb. 2000-ci ildən Ararat vilayətinin qubernatoru idi. Evlidir, iki qızı və iki nəvəsi var. -
05-30-2008, 03:51 PMAPAİyunda Akademik Milli Dram Teatrı və Rus Dram Teatrında tamaşa nümayiş etdirilməyəcək
[b]İyunda Akademik Milli Dram Teatrı və Rus Dram Teatrında tamaşa nümayiş etdirilməyəcək[b]
[Bakı. Ülkər Qasımova - APA. İyun ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında tamaşa nümayiş etdirilməyəcək. Bunun səbəbi Dövlət Akademik Milli Dram Teatrında iyunun 1-dən etibarən əsaslı təmir işlərinin başlanması, Rus Dram Teatrının isə bu ay ərzində əsaslı təmir olunmuş binaya köçməsidir. Dövlət Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyatov APA-ya deyib ki, artıq teatrın bütün kollektivi Dənizçilər Evinə köçüb. İyunun 1-dən 135 yaşı olan Dram Teatrında əsaslı təmir işlərinə başlanılacaq. Onun sözlərinə görə, əsaslı təmir müddətində teatrın kollektivi, əsasən səfərlərdə olacaq və paytaxtda tamaşa göstərməyəcək. Rus Dram Teatrından isə APA-ya bildirilib ki, teatrın kollektivi qarşıdakı üç ay müddətində tamaşa hazırlamayacaq. Teatr tamaşalarını yeni binanın sentyabrın ortalarında keçiriləcək açılışında tamaşalarına təqdim edəcək. -
05-30-2008, 04:01 PMAPAÇitada azərbaycanlıların ev və maşınlarını yandıran 32 nəfərə hökm oxunub
[b]Çitada azərbaycanlıların ev və maşınlarını yandıran 32 nəfərə hökm oxunub[b]
Çita-APA. Zabaykalye vilayətinin Xilok rayon məhkəməsində 2006-cı ildə Xaraqun kəndində azərbaycanlı ailələrinə basqınlarda iştirak edən 32 şəxsə hökm oxunub.
[APA-nın məlumatına görə, həmin faciəli hadisələr zamanı bir azərbaycanlı öldürülüb, 11 nəfər yaralanıb. Məhkəmə basqın və qarətlərin iştirakçılarından 8 nəfəri cəzalarını ağır rejimli koloniyada çəkməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Digər basqınçılar 2 ildən 3 il 6 ay müddətə həbs cəzası alıblar. Qeyd edək ki, istintaq Xaraqunda 19 azərbaycanlı ailəsinin evinə basqınların təşkilində 40 nəfəri günahkar bilib. Bu hadisələr zamanı azərbaycanlılara məxsus onlarla ev və maşın yandırılıb, soydaşlarımıza ümumilikdə 2 milyon rubldan artıq ziyan dəyib. -
05-30-2008, 04:11 PMAPAMir Cəlal Paşayevə həsr olunmuş kitabların və onların elektron versiyasının təqdimatı keçirilib
[b]Mir Cəlal Paşayevə həsr olunmuş kitabların və onların elektron versiyasının təqdimatı keçirilib[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Rəhilə Gülgünün Mir Cəlal Paşayevə həsr etdiyi "Göylər adamı" kitabının, "Mir Cəlal. Biblioqrafiya", "Mir Cəlal irsi" kitablarının isə elektron versiyalarının təqdimatı keçirilib. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Göylər adamı" kitabının nazirliyin hazırladığı "Silinməz izlər" seriyasından ilk nəşr olduğunu bildirib: "Kitabda yazıçı, pedaqoq, ədəbiyyatşünas Mir Cəlal Paşayevin həyat və yaradıcılığı yeni yozumda əks olunub. Nəşrdə yazıçının bioqrafiyası ilə yanaşı, yaradıcılığından nümunələr, onunla bağlı xatirələr, müasirləri, ailə üzvləri ilə çəkdirdiyi fotoşəkillər yer alıb. Bu materialların çoxu oxuculara ilk dəfə təqdim edilir". Professor Təhsin Mütəllibov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, yazıçı Vidadi Babanlı və başqaları çıxış edərək Mir Cəlal Paşayevlə bağlı xatirələrini danışıblar. Tədbirdə yazıçının ailə üzvləri, dostları, tələbələri, elm və ədəbiyyat xadimləri iştirak ediblər. -
05-30-2008, 04:21 PMAPAAzərbaycanın xarici işlər naziri Polşaya rəsmi səfər edəcək
[b]Azərbaycanın xarici işlər naziri Polşaya rəsmi səfər edəcək[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 12-13-də Polşada rəsmi səfərdə olacaq. Azərbaycanın Polşadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarov polşalı həmkarı Radoslav Sikorski ilə görüş keçirəcək, ikitərəfli münasibətlərin perspektivlərini və digər aktual məsələləri müzakirə edəcək. Hazırda səfərin proqramı dəqiqləşdirilir.Qeyd edək ki, bu səfər Polşa xarici işlər nazirinin ötən il Bakıya səfərinə cavab olaraq həyata keçiriləcək. -
05-30-2008, 04:31 PMAPAİlk Azərbaycan vətəndaşı ABŞ Hərbi Akademiyasına qəbul olunub
[b]İlk Azərbaycan vətəndaşı ABŞ Hərbi Akademiyasına qəbul olunub[b]
Bakı. Laçın Sultanova - APA. Azərbaycan vətəndaşı Hüseyn Pənahov Amerikanın ən nüfuzlu hərbi akademiyalarından biri olan ABŞ-ın Vest Point Hərbi Akademiyasına qəbul olunub.
[Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. H. Panahov bu ilin iyun ayından 2012-ci ilin iyununa qədər orada iqtisadiyyat elmini öyrənəcək. Səfirlikdən onu da bildiriblər ki, bu Hərbi Akademiyanın təməli iki əsir öncə qoyulub. Hərbi Akademiya çalışır ki, "Vest Point Təcrübəsi" prosesi çərçivəsində hərbi kursantlar dörd vacib sahədə inkişafa nail olsunlar. Bunlar intellektual, fiziki hazırlıq, hərbi və mənəvi-etik qaydaların öyrənilməsidir. Hərbi kursantlar Vest Pointdə təhsil almağa başladıqları ilk gündən liderlik təcrübəsi də daxil olmaqla, hərbi biliklərə yiyələnirlər. -
05-30-2008, 04:41 PMAPAAzərbaycan paytaxtında polisin öldürülməsi il bağlı başlanmış cinayət işini Bakı Şəhər Prokurorluğu araşdıracaq
[b]Azərbaycan paytaxtında polisin öldürülməsi il bağlı başlanmış cinayət işini Bakı Şəhər Prokurorluğu araşdıracaq[b]
Bakı. Hacı Zeynalov - APA. Binəqədi rayon 28 may qəsəbəsində baş verən silahlı qarşıdurma zamanı qətlə yetirilən polis zabiti Ramil Əli oğlu Zamanovun meyiti məhkəmə tibbi ekspertizasında müayinə edilib.
[Bu barədə APA-ya Binəqədi Rayon Prokurorluğundan bildirilib. Məlumata görə, müayinə zamanı onun bədənində bir güllə yarası aşkarlanıb. Rayon prokurorluğunda hadisənin şahidləri və polisi qətlə yetirməkdə təqsirləndirilən Seymur Bahadur oğlu Əliyev ilkin ifadə veriblər. O, törətdiyi cinayəti etiraf edib. Binəqədi rayon prokurorunun köməkçisi Bəsti Sultanrəşidqızı APA-ya bildirib ki, S. Əliyevin barəsində Binəqədi Rayon Prokurorluğunda başlanmış cinayət işini Bakı Şəhər Prokurorluğu araşdıracaq. Onun sözlərinə görə, S. Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirilməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Qeyd edək ki, avtomobil oğurluğunda və qanunsuz silah gəzdirməkdə təqsirli bilinən S. Əliyev Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşları tərəfindən yaxalanarkən beşaçılan tüfənglə əməliyyatçıları atəşə tutub. Nəticədə polis zabiti Ramil Zamanov qətlə yetirilib. -
05-30-2008, 08:01 PMAPAAzərbaycan Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
[b]Azərbaycan Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Daxili İşlər Nazirliyində (DİN) "Yol hərəkəti təhlükəsizliyinin təmini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və açılması sahəsində görülən işlər"ə, "Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işinin vəziyyəti"nə həsr olunan geniş Kollegiya iclası keçirilib. DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən nazir Ramil Usubov Baş Dövlət Yol Polisi İdarəsinin, ərazi polis orqanlarının və aidiyyəti qurumların rəislərindən üzərilərinə düşən vəzifələrin məsuliyyətini dərk etməyi, müzakirələrdən ciddi nəticə çıxarmağı, neqativ halların qarşısının alınması üçün kəsərli təbirlərin görülməsini tələb edib. R. Usubov bildirib ki, təxminən 4 aydan sonra ölkədə prezident seçkisi keçiriləcək: "Seçkilərə hazırlıq dövründə daxili işlər orqanlarının qarşısında duran əsas vəzifələrdən biri də əhalinin şəxsiyyəti təsdiq edən sənədlərlə tam təmin edilməsidir. Seçki hüququ olan vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının sürətləndirilməsi üçün bu işə qeydiyyat və şəxsiyyət vəsiqəsi strukturları ilə bərabər digər xidmət sahələrinin əməkdaşları da cəlb olunmalıdır. Seçki gününədək 18 yaşı tamam olacaq gənclərin şəxsiyyəti təsdiq edən sənədlərlə təmini işi gündəlik nəzarətdə saxlanılmalıdır". Yerli polis orqanlarının rəhbərlərindən tələb edilib ki, səsvermə hüququna mailik, habelə ölkədə qeydiyyatda olmaqla respublikanın hüquqlarından kənarda yaşayan vətəndaşların, eləcə də son vaxtlar qeydiyyatdan çıxaraq müvəqqəti yaşamaq və işləmək üçün digər ölkələrə gedən şəxslərin siyahıları hazırlanaraq DİN-in Baş Pasport , Qeydiyyat və Miqrasiya İdarəsinə təqdim olunsun. Daxili işlər naziri ərazi polis orqanlarının rəhbərlərindən xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqların dərindən təhlil edilməsini, onların tezliklə aradan qaldırılması üçün əlavə tədbirləri müəyyən edilib həyata keçirilməsini tələb edib. -
05-30-2008, 08:11 PMAPAMirzağa Əliyev küçəsi, 251 ünvanında yerləşən tarixi binanın özülünün qazılması sakinlərin narahatlığına səbəb olub
[b]Mirzağa Əliyev küçəsi, 251 ünvanında yerləşən tarixi binanın özülünün qazılması sakinlərin narahatlığına səbəb olub[b]
[Bakı. Hacı Zeynalov - APA. "Dünən 15 saylı Mənzil İstismar İdarəsinin əməkdaşları yaşadığımız Nəsimi rayonu Mirzağa Əliyev küçəsi, 251 ünvanında yerləşən iki mərtəbəli tarixi binanın özülündə quyu qazıblar". Bu sözləri APA-ya həmin ünvanda yaşayan sakinlərdən biri Rəhiməxanım Əhmədova deyib. Şikayətçi qeyd edib ki, Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları binanın özülünü yoxlamaq məqsədilə qazıntı apardıqlarını deyiblər. Onun sözlərinə görə, binanın özülündə quyu qazan MİS əməkdaşları həmin yeri bağlamayıblar: "Özülü qazılan binada 31 ailə yaşayır. MİS əməkdaşlarından binanın özülündə qazılmış quyunun bağlanmasını tələb etsək də, tələbimizə əhəmiyyət verən yoxdur. Binanın hər an çökmək təhlükəsi var. Bu gecə qorxumuzdan yatmamışıq". Şikayətçi qeyd edib ki, problem tezliklə aradan qaldırılmasa, bina çökə bilər. R. Əhmədovanın sözlərinə görə, binanın özülü 2 metr dərinliyində və 2 metr enində qazılıb. Şikayətçi binanın özülünün açılması göstərişini 15 saylı MİS-in müdiri Mirkazım Əliyevin verdiyini də vurğulayıb. 15 saylı MİS-dən isə APA-ya bildirilib ki, Nəsimi Rayon İcra Hakimiyyətinin Layihə İnstitutunun müraciəti əsasında həmin ünvanda yerləşən binanın özülündə quyu qazılıb. Məqsəd isə binanın qəzalı vəziyyətdə olub-olmamasını yoxlamaqdır.