Əsas məzmuna keç
Sayfa 1/6 123 ... SonSon
60 sonuçtan 1 ile 10 arası

Sual ve Cavablar

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Sual ve Cavablar

    Sual: Sizcə boşanmanın səbəbləri nə ola bilər?

    Cavab: Həmd Allaha məxsusdur.

    Boşanmanın səbəbləri çoxdur o cümlədən bura aşağıdakılar daxildir:

    • Cütlər arasında yola getməmək; belə ki, onlardan biri digərini sevmir və ya heç biri digərini sevmir;

    • Qadının pis əxlaq nümayiş etdirməsi, ərinə qarşı pis rəftarı və ya yaxşı və mübah şeylərdə qadının ərinə qulaq asmayaraq itaətsizlik etməsi; və ya kişinin zövcəsinə pis davranması, münasibəti və ona zülm etməsi və ona qarşı adil olmaması;

    • Ər ilə arvadın bir-birinə qarşı şəriətdə buyurulan vəzifə borclarını yerinə yetirməməsi;

    • Bir və yaxud hər iki tərəfin işlədiyi günahlar, nəticədə onlar arasında xoşagəlməz abu-hava yaranır və sonda boşanma ilə nəticələnir; bu günahlar aiddir: spirtli içkilər içmək və siqaret çəkmək;

    • Qadın ilə kişinin valideynlərindən biri və yaxud hər ikisi arasında pis münasibət, abu-həvanın hökm sürməsi;

    • Bir-biri ilə münasibətdə ər və arvadın hikmətsizliyə yol verməsi;

    • Qadının öz təmizliyinin qeydinə qalmaması, pinti olması və qəşəng paltarlar geyərək özünü əri üçün bəzəməməsi, pis qoxular gəlməsi, xoş sözlər danışmaması və əri ilə görüşərkən gülərüzlü olmaması.


    Müsəlman qadınlara dair fətvalar, hissə 2, səh.666
    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Sual ve Cavablar

    Boşanmaya ən böyük səbəb kişilırin gəzəyən olmasıdı.
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Sual ve Cavablar

    çox bele eks cinsin nümayendeleri ferlidi

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Sual ve Cavablar

    kisiler oz noqsanlarini gormek istemir,hemise hadiselere tek terefli baxir, teqsiri qadina yuklemeyi sevir. mence hami ozsehvini gorub duzeltse daha yaxsi olar, bir biirni suclamaqla hecde hecne yaxsiliga dogru getmez cunki.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  5. #5
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Sual ve Cavablar

    Ən cox kişilərdi də.Etiraf etmək lazımdı...
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Sual ve Cavablar

    Sual: Üzərində kafirlərin şüarlarını daşıyan idman paltarları geyinməyin hökmü nədir? Məs; üzərində italiyanın, almaniyanın və amerikanın emblemləri olan və ya üzərində bəzi kafir oyunçuların adlarının yazıldığı idman futbolkaları?



    Cavab: Üzərində kafirlərin şüarlarını daşıyan paltarların aşağıdakı kimi təfsilatı var:

    - Əgər bu paltarlarda xaç və bənzəri rəmzlər kimi kafirlərin dinlərinin şüarlarının rəmzləri varsa, bu zaman bu paltarları idxal etmək, satmaq və geyinmək caiz deyildir.

    - Əgər bu şüarlar şəkil yerləşdirməklə və ya adını yazmaqla və ya bənzəri yollarla kafirlərdən bir kimsəni təzim edirsə, bu da əvvəlki hökmdəki kimi haramdır.

    - Əgər bu şüarlar bir ibadətin rəmzi deyilsə, bir şəxsin təzimi üçün bir rəmz rolu daşımırsa, sadəcə mübah olan ticari əlamətlərdirsə - buna 'markalar' deyirlər - o zaman bu paltarlarda heç bir problem yoxdur.



    Mənbə:

    'Daimi Heyətin Fətvalarından', 24/24-25
    [

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Sual ve Cavablar

    Sual: Ölünü yuyan kəslər cənazə namazını əda etməzdən öncə paltarlarını dəyişib qüsl almalıdırlarmı?


    Cavab: Həmd Allaha məxsusdur.

    Məsələyə dair alimlər arasındakı doğru rəy budur ki, ölünü yuduqdan sonra qüsl almaq müstəhəbdir, fərz deyil.

    Bu rəyin tərəfdarları İbn Abbas, İbn Ömər, Aişə, əl-Həsən əl-Bəsri, İbrahim ən-Nəhai, əl-Şafei, Əhməd, İshaq, Əbu Səvr, İbn əl-Münzir və digərləridir. Eləcə də, İbn Qüdamənin ən doğru hesab etdiyi rəydir.

    Bax. Sünən ət-Tirmizi, 3/318; əl-Muğni, (1/134)

    Şeyx Əlbani, Allah ona rəhmət etsin, demişdir:

    Ölünü yuyan üçün qüsl alması müstəhəbdir. Çünki, Peyğəmbər, Ona Allahın salavatı və salamı olsun demişdir: “Kim ölünü yuyursa qoy qüsl alsın və kim cənazəni daşıyırsa qoy dəstəmaz alsın.”

    Hədisi Əbi Davud, (2/62-63); ət-Tirmizi, (2/132) rəvayət etmişdir. Hədisin isnadlarından bəziləri həsən, bəziləri isə Müslimin şərlətinə əsasən səhihdir. İbn əl-Qeyyim, “Təhzib əl-Sünən” əsərində hədisə dair on bir isnad iqtibas etmiş və sonra demişdir: Bu isnadlar məlum hədisin məhfuz olduğuna dəlalət edir.

    Mən (Şeyx Əlbani) deyirəm: İbn əl-Qəttan və eləcə də İbn Hazm “əl-Muhalla” (1/250; 2/23-25) əsərində; əl-Hafiz “əl-Təxlis” (2/134) əsərində hədisi səhih olaraq təsnif ediblər. Həmçinin deyir: ən azından bu hədis həsəndir.

    Hədisin zahiri mənası dəlalət edir ki, (ölünü yuyana) qüsl almaq vacibdir, lakin biz bunun vacib olduğunu söyləmirik. Çünki mərfu kimi qəbul edilən iki məvquf hədis var. Bunlar aşağıdakılardır:

    1. İbn Abbasdan gələn hədis. Hədisdə deyilir: “Ölülərinizi yuduqda ondan sonra qüsl almaq vacib deyil, çünki ölüləriniz nəcis deyil. Əllərinizi yumanız kifayətdir.” Hədisi əl-Hakim, (1/386); əl-Beyhəqi (3/398) rəvayət edib. Mən bu hədisin daha çox məvquf olduğunu hesab edirəm. Bu barədə əd-Daifa (6304) əsərində danışmışam.

    2. İbn Ömərdən gələn hədis. Hədisdə deyililr: “Biz ölüləri yuyardıq və bizdən bəziləri bundan sonra qüsl alar, digər qism isə qüsl almazdı.” Hədisi Dərəqutni (191); əl-Xatib “Tarix” (5/424) əsərində səhih isnadla rəvayət etmişdirlər, necə ki, bu barədə əl-Hafiz bildirmişdir. Eləcə də İmam Əhməd bu barədə qeyd etmişdir. Əl-Xatib ondan rəvayət edir ki, o oğlundan bu hədisi yazmağı təkidlə istəyirdi.

    Cənazənin Hökmləri, 71.72

    Daimi Heyət (1/318) və Şeyx ibn Üseymin “Şərh ə-Mumti” (1/295) əsərində bu rəyin daha doğru olduğunu söyləmişdirlər.

    Paltarları yumaq məsələsinə gəldikdə Sünnətdə buna dair heç bir əsas yoxdur, bunu etmək nə vacib, nə də müstəhəbdir.

    [

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Sual ve Cavablar

    Sual: Peyğəmbərimizə: Ya Məhəmməd deyə bilərik?

    Cavab: Həmd Allaha məxsusdur.

    Birincisi: Sağlığında peyğəmbərə sallallahu aleyhi və səlləm "Ya Məhəmməd" deyərək müraciət etmək qadağan idi. Çünki Allah təala buyurur: "Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın. Ona "Muhəmməd, nə deyirsən?" yox, "Bəli! Buyur, ey Allahın elçisi, ey Allahın peyğəmbəri!" – deyə cavab verin"/ (ən-Nur 24:63)





    Əd-Dahhak, İbn Abbasdan rəvayət edərək demişdir: "Onlar Ya Məhəmməd, Ya Əbəl Qasım deyərdilər. Lakin Allah təala Öz peyğəmbərinə qarşı hörmət olaraq bu cür çağırmağı onlara qadağan etdi. Beləcə onlar Ya Rəsulullah, Ya Nəbi Allah dedilər. Mücahid və Səid ibn Cübeyr də bənzərini söyləmişdirlər.

    Qatadə demişdir: Allah Onun peyğəmbərinə hörmətlə davranmağı, təzim etməyi, rəhbər kimi şərəfləndirilməyi əmr etmişdir.

    Müqatil ibn Həyyan demişdir: Onu çağıranda Ya Məhəmməd və Ya ibn Abdullah deyərək ad ilə müraciət etməyin. Lakin ona hörmətlə müraciət edin, şərəfləndirin və Ya Nəbi Allah və yaxud Ya Rəsulullah deyə çağırın.

    Malik, Zeyd ibn Əsləmdən nəql edərək demişdir: Allah onlara əmr etmişdir ki, onu sallallahu aleyhi və səlləm şərəfləndirsinlər, hörmət etsinlər.

    Beləliklə, peyğəmbərə sadəcə ad ilə mücərrəd şəkildə müraciət edilməməli, daha doğrusu bu cür demək lazımdır: Ya Rəsulullah, Ya Nəbi Allah.

    İkincisi:

    Vəfat etdikdən sonra dua edərək peyğəmbəri çağırmaq, ondan istəmək qadağandır. Çünki dua ibadətdir. İbadət də yalnız Allaha edilməlidir. Allah buyurur: "Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!" (Cin 72:18)

    "Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!" (əl-Əhqaf 46:5)


    Peyğəmbərimiz sallallahu aleyhi və səlləm İbn Abbasa (radiyallahu anhu-Allah ondan razı olsun) demişdir: "İstəyəndə Allahdan istə, kömək istəyəndə Allahdan kömək dilə".

    Tirmizi (2516) rəvayət etmişdir və Şeyx Albani (Allah ona rəhmət etsin) "Səhih Sünən əl-Tirmizi" əsərində hədisi səhih olaraq təsnif etmişdir.

    Dua-faydanın cəlb olunmasını və zərərin dəf olunmasını, uzaqlaşmasını istəməkdir.

    Dua yalnız "YA" söyləməklə edilmir. Daha doğrusu duada bu cür çağırmaq artıq insanlar arasında adət halını almışdır. Xüsusilə də, çətinlik gələndə və başına fəlakət gəldikdə insanlar "YA ALLAH", yəni EY ALLAH bizi xilas et, bizə kömək bəxş et, bizə dəstək ver deyə çağırırlar.
    Bu iş tövhid əhlinin (Allahı ibadətdə təkləşdirənlərin) əməlidir. O kəslər ki, Allahdan başqasını öz dualarında çağırmırlar. Qəbirlərə və qurbangahlara ibadət edənlərə gəldikdə onlar "övliyaları" çağırırlar və "Ya Bədəvi, Ya Rifai, Ya Ceylani (Ya Mir Mövsüm Ağa, Ya Əli, Ya Hüseyin, Ya Həzrəti Abbas və s) deyə çağırırlar. Bunun mənası odur ki, onlar Ey Bədəvi bizə kömək et, bizim dadımıza çat, bizi xilas et deyirlər.
    Həmçinin onlardan bəziləri: Ya Rəsulullah, Ya Məhəmməd deyirlər. Bu da ondan istəmək, kömək istəmək və ona yalvarmaqdır.

    Məlumdur ki, bu cür çağırmaq Muhəmməd sallallahu aleyhi və səlləm və digər rəsulların gətirdiyi risalətə qarşı ən böyük ziddiyyət, müxalif olmaq, ona qarşı çıxmaqdır. Tövhidə dəvət, yalnız Allaha ibadət etmək, digərlərinə ibadəti tərk etmək-kitablarda nazil olmuşdur.
    Allahın Öz qulları üçün din olaraq seçdiyi islam dinində Allahdan başqasına, göndərilən heç bir peyğəmbərə və yaxud Allaha yaxın olan heç bir mələkə dua etmək qəbul olunmur. Əksinə biz yalnız Allaha dua etməli, Ondan istəməliyik. Belə ki, Allah təala buyurur: "(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir ilah var? Siz nə az düşünüb daşınırsınız?" (ən-Nəml 27:62)

    Nəticə etibarilə məlum olur ki, bir kəs "Ya Məhəmməd və yaxud Ya Rəsul Allah söyləyirsə, bundan qəsdi ondan istəmək və ondan kömək diləmək deyilsə, o zaman bunda bir qəbahət yoxdur. Məsələn, onu yadına salmaq və yaxud xatırlamaq və yaxud hədis oxuyarkən "sallallahu aleykə ya Rəsul Allah (Sənə Allahın salamı olsun ey Allahın rəsulu)" və yaxud sənin sözlərin necə də əzəmətli və gözəldir Ey Allahın elçisi söyləməkdə bir qəbahət yoxdur. Lakin "Ey Məhəmməd" söyləmək əxlaqa ziddir, necə ki bunu yuxarıda zikr etdik.

    Şeyx İbn Bəzdən (Allah ona rəhmət etsin) soruşmuşdurlar: Dünyanın hər hansı bir yerində olan bir kəs Ya Məhəmməd, Ya Rəsul Allah söyləyərsə, onu çağırarsa bu şirkdirmi?

    O cavab vermişdir:

    Allah Sübhənahu və Təala Öz Mübarək Kitabında və Rəsulunun sallallahu aleyhi və səlləm dodaqları ilə bəyan etmişdir ki, ibadət yalnız və yalnız Allah təalanın haqqıdır, heç kəsin ibadətdə payı yoxdur, həmçinin dua da ibadətin bir növüdür. Beləcə, dünyanın hər hansı bir yerində bir kəs Ya Rəsul Allah, Ya Nəbi Allah və yaxud Ya Məhəmməd söyləyirsə, və yaxud məni xilas et, mənə dəstək ol, mənə şəfa ver, ümmətinə dəstək ver, xəstə müsəlmanlara şəfa ver, onlardan doğru yolda olmayanları hidayətinə qovuşdur və s. sözlər söyləyərsə, o zaman həmin insan onu sallallahu aleyhi və səlləm Allaha ibadətdə şərik edir, şərik qoşur. Eyni hökm digər peyğəmbərləri, mələkləri, övliyaları, cinləri, bütləri və yaxud istənilən yaradılmış şeyləri Allaha şərik qoşan kəslərə də aiddir. Çünki Allah təala buyurur: ""Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! (Zariyat 51:56)
    "Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)" (əl-Bəqərə 2:21)

    Sitatın sonu "Məcmu Fətəvə əl-Şeyx ibn Bəzz" (2/453).

    Şeyx ibn Üseymindən (Allah ona rəhmət etsin) soruşmuşdurlar:
    Bəzi insanlar çətinliyə düşdükdə, sıxıntı anlarında Ya Məhəmməd və yaxud Ya Əli, ya Ceylani deyə söyləyirlər. Bunun hökmü nədir?

    O belə cavab vermişdir:

    Əgər bundan məqsədləri, niyyətləri onlara dua edərək bir şey istəmək və kömək diləməkdirsə, o zaman həmin insan müşrik olur, yəni böyük şirk edir, islamdan çıxır, onun tövbə etməsi və duasında yalnız Allahı çağırması fərzdir. Allah təala buyurur: "(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir ilah var? Siz nə az düşünüb daşınırsınız?" (ən-Nəml 27:62)

    Müşrik olmaqla bərabər həmin insan özü-özünü aldadır, səfeh vəziyyətinə qoyur. Allah təala buyurur: "(Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik və Kəbəni təmir etmə üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır". (əl-Bəqərə 2:130)

    "Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!" (əl-Əhqaf 46:5)

    Sitatın sonu, Fətəvə əl-Şeyx ibn Üseymin (2/133)

    Allah daha yaxşı bilir.

    [

  9. #9
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Sual ve Cavablar

    VALENTİN GÜNÜNÜ KEÇİRMƏYİN HÖKMÜ
    Valentin günü haqqında qısaca məlumat
    VALENTİN KİMDİR?
    QƏRB MƏDƏNİYYƏTİNƏ DAİR ÇOX MARAQLI FAKTLAR
    ÖZÜNÜ MÜSƏLMAN HESAB EDƏNİN VALENTİN GÜNÜNƏ MÜNASİBƏTİ

    VALENTİN GÜNÜNÜ KEÇİRMƏYİN HÖKMÜ ?

    Valentin günü haqqında qısaca məlumat

    Müşrikliyin 17 əsrdən çox əvvəl hakim olduğu romalılar arasında ən geniş yaylmış bayramlardan biri sevgi bayramı idi. Bütpərəst romalıların etiqadına görə, bu bayram “mənəvi sevgi”nin ifadəsi idi.

    Romalıların bütpərəst bayramları ilə bağlı olan və xristian varisləri tərəfindən sadicəsinə davam etdirilən bəzi əfsanələr var idi. Bu miflərin içərisində ən məşhuru, romalıların inanclarına görə, Romanın əsasını qoyan, dişi canavar tərəfindən bir gün əmizdirilən və bununla da dişi canavar tərəfindən ona güc və müdriklik verilən “Romulus” haqqında idi. Romalılar bu hadisəni hər il fevralın ortaları böyük bayram şəklində qeyd edərdilər. Bu bayramın ayinlərindən biri də it və keçi qurban vermək idi. Qüvvətli və əzələli iki gənc itin və keçinin qanını bədənlərinə sürtər, sonra isə qanı südlə yuyardılar. Sonra orada öndə bu iki gənc olmaqla, küçələr boyu böyük təntənəli yürüş olardı. Bu gənclər həmin dərinin hissələri ilə yollarına çıxan hər bir kəsi vururdular. Romalı qadınlar bu zərbələri xoşluqla qəbul edirdilər, çünki onlar inanırdılarn ki, bununla onlar sonsuzluğun qarşısını alacaqlar və ya buna çarə olacaqdır.

    Bu günlərdə bir çox əcnəbi, qəribə mədəniyyətlərə dair ənənələrə göz yuman və onları qeyd etməklə bu adət-ənənələrə dalan əksər müsəlmanlar nə etdiklərindən qafildirlər və etdiklərinin fərqində deyirlər. Onlar sadəcə kor-koranə, düşünmədən öz kor, bəsirətdən məhrum qalmış böyüklərinin ardınca addımlayırlar.

    Günahsız bir əyləncə, əslində göz gəzdirdikdə isə bu cür adət-ənənələrin kökünün müşrik adət ənənələrinə gedib çıxdığını çox az dərk edirlər. Onların qucaqlarını açdıqları bu şüarların küfr şüarları ola biləcəyini heç düşünmürlər. Onların mənimsədikləri bu fikirlərin mövhumat olduğunu belə düşünmürlər. Bunun islam dininin gətirdiklərnə müxalif olduqlarnı və islama qarşı olduqlarına əhəmiyyət vermirlər.

    VALENTİN KİMDİR?

    Valentin gününə bir nəzər yetirin! Avropa ölkələrinin əksəriyyətində ölümün dərinliyinə qərq olduqdan və daha sonra Britaniya və Amerikada canlandıqdan sonra, bir də baxırsan ki qəflətən, gözlənilmədən bir çox müsəlman ölkələrində Valentinlər peyda olmağa başlamışdır. Valentin kim olmuşdur? Bu günü nə üçün qeyd edirlər?

    Əfsanələr uydurmaq onların (xristianların) adətləri olduğu kimi bu barədə də əfsanələr çoxdur. Lakin bu qədəri daha aydındır: Valentin günü Romalılar tərəfindən eradan əvvəl 4-cü əsrdə Luperkusa sitayiş, hörmət əlaməti olaraq yerinə yetirilən bir ayin kimi həyata keçirilmişdir. Luperkus “məhsuldarlıq və bir kilsəyə mənsub olan dindarların” ilahı hesab edilirdi. Bunun başlıca cazibədarlığı “əylənmək və ləzzət almaq üçün” cavan, gənc qadınları cavan kişilər arasında bölüşdürmək üçün növbəti ilə kimi keçirilən lotoreya oyunundan ibarət idi.

    Bu gün ilə bağlı eyni dərəcəli alçaq, rəzil adətlərdən biri də bir kiçik keçi dərisinə bürünmüş və əllərində keçi dərisindən kəmərlər ilə cavan qadınların iki cavan kişi tərəfindən “şallaqlarla yüngülcə vuraraq həyəcanlandırılması və ağıllarının əlindən alınması” idi. Onlar qurban kəsilmiş keçi və itlərin qanlarını öz bədənlərinə sürtərdilər. “Müqəddəs kişilərin” “müqəddəs” şallaqlarının təsirindən həmin qadınların doğmasının daha effektiv olduğuna inanırdılar.

    Həmişə olduğu kimi, xristianlar uğursuz şəkildə Luperkalianın pis ənənələrini qeyd etməyi əldən buraxmamışdırlar. Əvvəlcə onlar qadınların adları olan lotoreyaları müqəddəslərin adları ilə dəyişdilər. İdea belə idi ki, növbəti ildə cavan kişilər lotoreyadan adını çəkdikləri müqəddəsin həyatı barəsində yarışacaqdılar. Romada və başqa yerlərdə xristianlar, romalılar kimi bunu etməyə davam etdilər.

    Məşhur fitnənin görünüşünü qorumaqla hələ bunu “savab” məqsədi kimi həyata keçirmək ideyası görünür yaxşı işlənmişdir. Hələ bir nəzər salın, o insanlara ki hələ də aciz şəkildə məşhur televizya əyləncələrinin formatlarından istifadə edərək “xeyiri” reklam etməyə çalışırlar. Ola bilsin ki, onlar tarixdə bu epizoddan nə isə öyrənə bilərdilər. Bu bədbəxt tərzdə uğursuzluq ilə nəticələnmişdir.

    Bu ənənənin yeganə nailiyyəti Luperkalianın müqəddəs Valentin Gününə dəyişdirilməsi olmuşdur. 496-cı ildə Papa Gelasius bunu müqəddəs Valentin adında birinin şərəfinə etmişdir. Bununla belə, xristian əfsanələrində 50-ə qədər müxtəlif valentinlər var. Onlardan ikisi məşhurdur. Baxmayaraq onların həyatı və özəllikləri də sirr olaraq ört-basdır edilmişdir.

    Bu bayramın həqiqi mahiyyətinə daha uyğun olan bir əfsanəyə görə müqəddəs Valentin “sevənlərin müqəddəsi” olmuşdur. Onun özü də dustaq yoldaşının qızına aşiq olmuşdur.

    Bu lotoreyaların keçirilməsi nəticəsində meydana gələn ciddi problemlərdən dolayı Fransız hökuməti 1776-cı ildə Valentin ayininin keçirilməsini qadağan etmişdir. Həmçinin illər ötdükçə İtaliya, Macarıstan və Almaniyada bu mərasim silinib getmişdir. 17-ci əsrin əvvəlində “Pyuritanların” güclü olduğu bir dövrdə bu bayram İngiltərədə qadağan olunmuşdu. Lakin Kral II Çarles 1660-cı ildə bunu yenidən canlandırdı.

    İngiltərədən Valentin ayini Yeni Dünyaya gəlmişdir. Orada işgüzar, mahir Yankilər (Amerikanlar) pul qazanmaq üçün yaxşı vasitə, fürsət hiss etdilər. Esser A Houland, 1840-cı ildə ilk dəfə olaraq Amerikan Valentin Günü adlanan kommersial kartlar buraxdı. Birinci ildə valentinlərin qiyməti 5000 dollara satılmışdı. Belə ki, 5000 dollar az pul deyildi. O vaxtdan bəri Valentin sənayesi çiçəklənmişdir.

    Eyni rəvayət də Halluvin haqqındadır. Belə ki, normal insan məxluqları şeytana ibadəti təcəssüm etdirən qədim müşrik ayinlərini qanuniləşdirmək üçün şeytan və cinlərə bənzəyən paltarlar geyirdilər.

    Həmin əhvalatın müşrik adı “Samhain” (soven-tələffüz edilir) adlanırdı. Valentin günündə olduğu kimi, Xristianlıq da adını dəyişdi, lakin müşrik lövbərləri (kökləri, əsasları) dəyişmədi.

    Müsəlman ölkələrində beş ulduzlu hotellərdə Halloven şənlikləri zənginlərin cahilliyin uzaq dövrlərinin mövhumatını qedy etməkləri üçün icra edilir. Bir dəfə hətta insan qurbanı kimi rəzil bir ayini həyata keçirmişdirlər.

    Kristmas məsələnin başqa bir yönüdür. Bu gün müsəlman dükançlılar və alıcılar İslamabad və yaxud Dubay, Qahirədə Kristmas şüarlarını alırlar. Başqa bir dinin dini mərasimlərinə qoşulmaq kifayət qədər günahdır. Bundan daha pisi olan isə Xristianlar tərəfindən adı dəyişdirilən müşrik mərasimi Saturnaliadır.

    Hətta zahirən zərərsiz görünən mərasimlərin müşrik mərasimləri ilə müəyyən əlaqəsi var. Bir əhvalata görə, müşrik ənənələrində insanlar pis ruhlardan, xüsusilə də öz doğum günlərində qorxurdular. İnanırdılar ki, insanlar öz gündəlik həyat tərzini dəyişdikdə, pis ruhlar insan qocaldıqca onun üçün daha çox təhlükəyə çevrilirdi. Ona görə də ailə üzvləri və dostlar doğum günündə həmin insanı gülüşlər və sevincə əhatə edirdilər ki onu şərrdən qorusunlar.

    Məgər ağlı səlim bir insan necə düşünə bilər ki, islam dini islamın etiqad və prinsiplərinə qarşı dərin kök salmış adət ənənələrə etinasız yanaşacaq? İslam dini gəlmişdir ki, müşrikliyin bütün formalarını darmadağın etsin; islamın ardıcıllarının həyatında bunun heç bir izi olmalı deyil.

    Bundan əlavə, islam dini öz saflığını və möminlərin özünəməxsus şəxsiyyətini qorumaqda çox həssasdır. Islam qanunları və təlimləri bunu təmin etmək üçün təfsilata gedir.

    Məsələn, günəş çıxan vaxt, zenitdə və günəş batarkən namaz qılmaq qadağandır. Bunun qadağan olunmasının hikməti günəşə ibadət edənlərin əməlləri ilə bu ibadət əməlinin qarışması ehtimalıdır. Məhərrəm ayının müstəhəb orucu; o zamanlar Yəhudilər tərəfindən əsasən yerinə yetirilən bir ibadətdən bunu fərqləndirmək üçün müsəlmanlardan tələb olunur ki, daha bir gün əlavə etsinlər (Məhərrəm ayının 9-u, yaxud 11-i). Müsəlmanların kafirlərə oxşaması qadağandır.

    Müsəlman bir kəs daimi bir müsəlmandır. Sevinc və kədərdə, bayramlar və çətinliklərdə müsəlmanlar bir doğru yoldan tutmalıdırlar-çox saylı azdırıcı yollardan deyil. Bu böyük bir faciədir ki, cahiliyyə qüvvələrinin və amansız kütləvi informasiya vasitələrinin kommersiya və mədəni təbliğatının müntəzəm çərçivəsi altında müsəlmanlar Valentinləri, Haloven şeytanlarını və hətta Santa Klausları qucaqlamağa başlamışdırlar. Bu da heç qəribə deyildir!

    Peyğəmbərimizin sallallahu aleyhi və səlləm sözü haqqdır

    Çünki müsəlman ümmətinin rəhbəri Muhəmməd sallallahu aleyhi və səlləm 14 əsr bundan əvvəl bizə xəbər vermişdir ki onun ümmətindən bir zümrə insanlar adət və ənənələrində Allahın düşmənlərinin yoluna tabe olacaqlar. Əbu Səid əl-Xudri radiyallahu anhu rəvayət edir ki, peyğəmbər sallallahu aleyhi və səlləm dedi: "Sizdən əvvəlkilərin yolunu (etdiklərini) qarış-qarış, arşın-arşın davam etdirəcəksiniz. Hətta kərtənkələ dəliyinə girsələr də onların arxasınca gedəcəksiniz. Biz dedik: Ya Rəsulullah, yəhidilər və xristianlarmı? O: Başqa kimlər?!-dedi". (Buxari 8/151; Müslim 4/2054).

    Peyğəmbərin sallallahu aleyhi və səlləm söylədikləri həqiqətən də baş vermişdir və son dövrlərdə bir çox müsəlman ölkələrində bu daha geniş yayılmışdır. Müsəlmanların bir çoxu adət-ənənələri və davranış tərzlərində Allahın düşmənlərinin yolu ilə addımlayır, bəzi ayinlərdə və bayramların keçirilməsində özlərini onlara oxşadırlar. Ona görə də son olaraq bütün müsəlman cavanlara nəsihət edirəm ki, dinlərini yaxşı öyrənsinlər, Allahdan lazımınca qorxsunlar və bilsinlər ki, izzət qeyri-müsəlmanlara oxşamaqda deyil Allahın dinində və ona tabe olmaqdadır.

    Allah təala buyurur: “Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!” (Əl-Münafiqun 63:8)

    Indi isə gəlin Valentin Gününün qeyd edildiyi qərb cəmiyyətlərinin vəziyyətinə göz gəzdirək və özümüzə belə bir sual verək: “Həmin cəmiyyətlərdə nikah əlaqələrinin durumu nə haldadır? Bu cür mərasimlərin kişi (ər) və (arvad) qadınlar arasında qarşılıqlı əlaqələrdə hər hansı müsbət təsiri varmı?

    Buyurun onların özlərinin tədiqatları və statistik göstəricilərinə baxın:

    BUDUR QƏRB MƏDƏNİYYƏTİNƏ DAİR ÇOX MARAQLI FAKTLAR

    1. 1987-ci ildə həyata keçirilən Amerikan tədqiqatında bildirilir ki, kişilərin 79%-i öz qadınlarını döyürlər. Bu xüsusilə də evli olduqları zaman daha çox özünü büruzə verir...! (Əl-qabas qəzeti, 15/2/1988

    2. Ruhi Sağlamlıq üzrə Milli Amerikan İdarəsi tərəfindən aparılmış tədqiqatda deyilir:
    -təcili yardım mərkəzlərinə gedən qadınların 17 %-i öz həyat yoldaşları və “oğlan dostları” tərəfindən döyülməyə məruz qalan qurbanlardır.
    -Əvvəllər ən azından bir dəfə xəsarət alaraq müalicə almaq üçün xəstəxanaya köçürülənlərin 83%-nin döyülməyə məruz qalaraq xəstəxanaya alınmışdırlar.
    Tədqiqatda əlavə olunur ki, bəzi qadınlar müalicə üçün xəstəxanalara getməmişdirlər, sadəcə öz zədələrini evdə müalicə etdirirlər.

    3. Müayinə üzrə Mərkəzi Amerikan Agentliyinin hesabatında deyilir ki, Amerikada hər 18 saniyədən bir öz əri tərəfindən döyülən qadınlar var.

    4. Amerikan Time jurnalında deyilir ki, təxminən 6 miliyon döyülən qadından 4000-i həmin zərbələr nəticəsində dünyasını dəyişirlər.

    5. Almanlar tərəfindən aparılan tədqiqatda bildirilir ki, 100 000-dən heç də az olmayan qadın öz həyat yoldaşları və yaxud yaşadıqları kişilər tərəfindən illik fiziki və yaxud psixoloji zərbələrə məruz qalırlar. Həqiqi göstərici ola bilsin ki, milyonu aşır.

    6. Fransada təxminən 2 milion qadın döyülmək ilə üzləşirlər.

    7. Britaniyada 7000 qadının iştirak etdiyi rəy sorğusunda onlardan 28%-i bildirmişdir ki, onlar öz ərləri və “oğlan dostları” tərəfindən hücumlara, zorakılığa məruz qalmışdırlar.

    Elə isə axı necə inanmaq olar ki, Valentin Günü evlənənlər üçün müəyyən fayda ifadə edir: Həqiqət budur ki, bu (Valentin Günü) əxlaqsızlıq və qadağan olunmuş əlaqələrə səsləyən bir çağırışdır.

    Öz həyat yoldaşını səmimi qəlbdən sevən kişinin ona öz sevgisini bildirməsi üçün bu bayramı keçirməyə ehtiyacı yoxdur. O öz sevgisini ona hər zaman və bütün hallarda nümayiş etdirməlidir.

    ÖZÜNÜ MÜSƏLMAN HESAB EDƏNİN VALENTİN GÜNÜNƏ MÜNASİBƏTİ

    Müsəlmanın bu bayrama qarşı münasibəti açıq aydın olmalıdır:

    1. O bu bayramı keçirməməlidir və yaxud onları keçirən “cahil müsəlmanlara” qoşulmamalıdır. Çünki Quran və hədislərdə keçən dəlillər göstərir ki, kafirlərin bayramlarını keçirmək qadağandır.

    Əl-Hafiz əl-Zəhəbi Allah ona rəhmət etsin demişdir: “Bir halda ki, xristianların və yəhudilərin onlara xas, məxsus öz bayramları var, ellə isə müsəlmanlar o bayramların keçirilməsində onlara qoşulmamalıdır, necə ki (müsəlman) bir kəs onların dininə qoşulmur (qəbul etmir) və yaxud onların qibləsinə dönmür”. (Təşəbbuh əl-Xəsis bi əhl Əl-Xəmis, Hikmət jurnalı, 4/193)

    Həmçinin sələfi salehlərimizin (saleh əcdadlarımız) başlıca prinsiplərindən biri Əl-Vələ vəl Bəra (Dost və Düşmən-Allahın dostlarını dost, düşmənlərini düşmən tutmaq) prinsipidir. Ona görə də Lə iləhə illəllah Muhəmmədən Rəsulullah söyləyən hər bir kəsə vacibdir ki bu prinsipə tabe olsun. Müsəlman yalnız müsəlmanları, möminləri sevməli və kafirlərə isə nifrət etməlidir, onlara müxalif olmalı və onlardan fərqlənməlidi. O bilməlidir ki, kafirlərə oxşamaq böyük fəsadlara səbəb olduğu kimi, möminləri dost tutmaq da böyük, saysız-hesabsız faydalar gətirir. Həmçinin bilmək lazımdır ki, müsəlmanlar kafirlərə bənzəyəndə bu onları xoşbəxt edir və qəlblərini sevinclə doldurur, müsəlmanların qəlblərində kafirləri sevməsi ilə nəticələnir. Əgər müsəlman bir qız Marqaret və yaxud Hilarinin bu bayramı qeyd etdiklərinə görə o da bunu qeyd edirsə, bu şübhəsiz göstərir ki, o (cahilliyindən) onlara tabe olur və onların bu davranışını təsdiq etmiş olur.

    Lakin Allah təala buyurur: “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!” (Əl-Maidə 5:51)

    NƏTİCƏ

    Kafirlərə bənzəməyin ən pis təsirlərindən biri budur ki, bu bayramları keçirdikdə elə görünür ki, guya onların ardıcılları çoxdur.

    FATİHƏ surəsinin hər iki rəkətində:
    6- “Bizi doğru (düz) yola yönəlt!
    7 - Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların (yəhudilər) və (haqdan) azmışların (xristianların) (yoluna) yox!”

    oxuyaraq, möminləri doğru yola hidayət etmək üçün və Allahın qəzəbini qazanan və yolunu azanların yolunda uzaqaşdırmaq üçün bu ayələri oxuyan, sonra da öz seçimi və arzusu ilə onların yoluna tabe olan bir müsəlmana belə etmək heç də yaraşmaz!!!

    Bir də məgər kafirlərin bu bayramını keçirən və yaxud keçirmək üçün müxtəlif bəhanələr, üzrlər irəli sürən və sonra da “Mən Allahı və Məhəmməd Peyğəmbəri sallallahu aleyhi və səlləm” sevirəm söyləyən müsəlmanların peyğəmbərimiz Muhəmmədin sallallahu aleyhi və səlləm “karikaturasını” çəkən və ələ salan xristianlara hədiyyəsi budur mu!!! Allah bütün cahil müsəlmanlara hidayət versin. Elə isə bilin ki, həqiqi sevgi Allahın Rəsuluna tabe olmaqdır. Allah təala buyurur: “De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir".
    [

  10. #10
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Sual ve Cavablar

    Hə belə....Onda yeni ili hec kecirməməliyik! Amma qeyd edirek.... "starıy noviy qod" deye hələ 13 yanvarida qeyd edenlərimiz var..Niye edirik onda??????
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

Sayfa 1/6 123 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.