Sayfa 2/6 İlkİlk 1234 ... SonSon
60 sonuçtan 11 ile 20 arası

Sual ve Cavablar

  1. #11
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Sual ve Cavablar

    Evlilikləri gecikən qadınlara verəcəyim nəsihət bundan ibarətdir ki, bu qadınlar dua etməklə və itaətlə Allaha tərəf dönsünlər ki, Allah onlara dinindən və əxlaqından razı qalan birini onlara bəxş etsin. Əgər bir insan ixlasla, səmimi qəlbdən və əzmlə, qətiyyətlə Allaha tərəf dönərsə, üz tutarsa, Ondan yardım diləyərsə, duanın qaydalarına riayət edərsə və duanın qəbul olunmasına mane olacaq hər hansı bir şeydən uzaq durarsa, baxın görün Allah Təala bu halda nə buyurur: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” [Əl-Bəqərə 2:186]






    Digər bir ayədə Allah Təala buyurur: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” [Ğafir 40:60]

    Allah təala bildirir ki, qulun duasının cavabı qul Allahın əmrlərinə icab edib Ona iman gətirdikdən sonra verilir. (Çarə kimi) Allaha üz tutmaq, Onun qarşısında özünü zəlil hiss edərək Ona yalvarıb-yaxarmaqdan sonra da duanın cavabını gözləməkdən daha güclü bir silah görmürəm. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyi rəvayət olunur: “Bilin ki, qələbə səbir etməklə gəlir, rahatlıq sıxıntıdan sonra, asanlıq isə çətinlikdən sonra gəlir.” 1. Əhməd və digərləri rəvayət etmişdirlər. Əlbani hədisi səhih olaraq təsnif edib. Əlbani, Səhih əl-Cami, cild. 2, səh. 1151.

    Allahdan diləyim budur ki, bu qadınlar və onlar kimi digər qadınların işlərini asanlaşdırsın və onlara əməlisaleh həyat yoldaşları qismət eləsin, dinlərində və dünyəvi işlərinin yaxşılaşmasında onlara kömək olsunlar.

    [

  2. #12
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Sual ve Cavablar

    Salavatın faydaları

    1. Allahın əmrini yerinə yetirmiş olursan.
    2. Bir salavat dedikdə on salavat sənə deyilir.

    3. Qiyamət günü Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) şəfaətinə nail olursan.

    4. İnsanın daimi olaraq, Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) sevməsinə səbəbdir.

    Salavat deməyin yerləri


    1. Namazın axırıncı təşəhhüdündən sonra.

    2. Cənazə namazında, ikinci təkbirdən sonra.

    3. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) adı zikr olunduqda.

    4. Məscidə girib, çıxdıqda.

    5. Azanı eşitdikdən sonra.

    6. Dua etdikdə.

    7. Cümə günü.

    8. Xütbə verdikdə.

    9. Məclisdən qalxdıqda.

    10. Nikah kəsdikdə.


    Qeyd: Bu günkü günümüzdə çox kitablarda Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) adı gəldikdə (s.a.s), (s.ə.v), (ə.s) və yaxud salavatın başqa növlərinin tək baş həriflərini yazmaqla kifayətlənirlər. Bu cür yazılış alimlər tərəfindən şiddətlə inkar edilərək bunun sünnəyə müxalif olduğunu qeyd etmişlər. Həmçinin bu cür yazılış oxuyan və ya eşidəni böyük savabdan məhrum etməsinə səbəbdir. İmam Suyuti “Tədribu ər-Ravi” kitabında qeyd edir ki, ilk dəfə belə hərifləri yazan şəxsin əlini kəsmişlər. Çünki ilk dəfə bu pis adəti o qoymuşdur. Məhz buna görə müsəlmanlar bu adətdən əl çəkməli və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) adı gəldikdə salavatı tam şəkildə yazmalıdırlar.

    [

  3. #13
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Sual ve Cavablar

    Elmə yiyələnmək, eləcə də saleh və xeyirxah əməl etmək üçün ağıl ilkin şərtdir. Cuşa gəlmək və yaxud məst olmaq kimi ağılı örtən mistik hallar ağılın naqis, qeyri-kamil durumlarıdır. Ağıl ilə ziddiyyət təşkil edən ideyalar yanlışdır. Bununla belə, ağıl özü-özlüyündə kifayət etmir; vəhy olmadan ağıl özü-özlüyündə ötüşə, davam edə bilməz. Belə ki, ağılın hüdudlarını keçən, aciz qoyan həqiqətlər barədə bilgi və elmi yalnız vəhy yolu ilə əldə olunabilər.

    Teoloqlardan (ilahiyyatçı, ruhanilər) bir çoxu öz fikir və düşüncələrində sadəcə ağıla söykənir və ona xüsusi bir şəkildə etimad edirlər. Onlar ağıllarını iman və Quran ilə qarşı-qarşıya qoyurlar.

    Elm, bilik ağılın ümumi prinsiplərinə əsaslanmaqla əldə olunur.

    Sufilərin bir çoxu, digər tərəfdən, ağılı məzəmmət, ittiham edir və bunda qüsur tapmağa çalışırlar. Onlar iddia edirlər ki, ali, uca vəziyyət və hallar, daha yüksək mənəvi durumlara
    yalnız ağılı inkar etməklə nail olmaq mümkündür, əks halda buna nail olmaq heç bir zaman mümkün deyil. Onlar ağıl ilə ziddiyyət təşkil edən və özündən getmək, coşğunluq, cuşa gəlmək və məst olmaq ilə nəticələnəcək fikir və düşüncələri irəli sürürlər. Onlar, özlərinin də iddia etdiyi kimi, yalnız ağıl tamamilə örtüldüyü zaman hasil olacaq, gerçəkləşəcək həqiqət və hissiyyat, təcrübələrə inanırlar; eləcə də ağılın açıq-aşkar şəkildə inkar, təkzib etdiyi və ağılın buna şahidlik, bunu təsdiq etmədiyi məsələlərə inanırlar.

    Bu mənbələrin hər ikisi yanlışdır. Sözsüz ki, ağıl fayda və gözəl həyat üçün ilkin şərt olduğu kimi eynilə bütün elmlər üçün də ilkin şərtdir. Ağıl sayəsində insan elm və üstün dərəcə, fəzilət əldə edir, lakin ağıl heç də özü-özlüyündə kifayət etmir. Ağıl sadəcə ruhun əzası, üzvüdür, gözün görmə qabiliyyətində mövcud olan güc kimi bir gücdür, ağıl yalnız iman və Qurandan nur aldığı zaman işləyir, necə ki, göz o zaman görür ki, günəş və yaxud oddan işıq qəbul etmiş olsun.

    Təkbaşına tərk edildikdə, ağıl əvvəlcədən bunları bilmək ilə təchiz olunmadığı məsələləri bilməyə qadir deyil. Digər tərəfdən, ağıl tamamilə örtüldükdə, insanın qəbul etdiyi fikir və düşüncələr və yerinə yetirdiyi əməllər heyvanlarda olduğu kimi eyni olur. İnsanda sevgi və cuşa gəlmək və digər hissiyyatlar ola bilər, lakin onlar heyvanlarda olduğundan fərqli olmayacaqdır. Bu üzdən ağılı inkar etməklə əldə olunan durum və hallar qüsurludur və ağıla zidd olaraq qəbul olunan fikir və düşüncələr isə yanlışdır.

    Peyğəmbərlər elə bir elm ilə gəlmişdilər ki, ağıl bu bilgi və elmə özü-özlüyündə nail ola bilməzdi; heç bir zaman peyğəmbərlər ağılın qeyri-mümkün hesab etdiyi məsələlər ilə gəlməmişdirlər. Ağıla əsaslandırılmamış şəkildə bel bağlayan insanlar dərhal, tələsik sırf ağılı əsas götürərək məsələlərin zəruriliyi, mümkün və yaxud qeyri-mümkünlüyü barədə rəylər ilə çıxış edirlər; onlar hər zaman öz fikir və görüşlərinin doğru olduğu təəssüratı ilə çalışırlar. Onlar hətta peyğəmbərlərin öyrətdikləri biliklərə müxalif olmaq qədər özlərini bu qədər məğrur, cəsarətli və təkəbbürlü aparırlar. Digər tərəfdən, ağılın əhəmiyyətini kiçildərək batil şeyləri təsdiq edənlər, şeytani durumlar, hallar, münkər, şərli əməl və işlərdən zövq alır, məst olur və Allah təalanın insana bəxş etdyi və onu bununla digər məxluqlardan üstün tutaraq, ucaldaraq bəxş etdiyi (yaxşı ilə pisi) bir-birindən ayırma qabiliyyətində cızıqları keçir, həddi aşırlar.

    Hədis əhli arasında da həmçinin bu iki zümrədən bu və ya digərinə meyl edən kəslər var. Bəzən onlar ağılı öz məqamından, mövqeyindən aşağı salır, bəzən isə ağılı peyğəmbərin sünnəsinə qarşı qoyurlar.

    Fətvalar, 3:338-9
    [

  4. #14
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Sual ve Cavablar

    İnsanın ölümündən əvvəl özünə qəbir qazması bəyənilmir. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm bu cür etməmişdir; nə o sallallahu aleyhi və səlləm, nə də onun səhabələri belə etməmişdir. Çünki qul harada öləcəyini bilmir.

    Əgər həmin insanın niyyəti ölümü hazırlaşmaqdırsa, o zaman buna hazırlıq saleh (xeyir) əməllər etməklə olur.


    İxtiyarat əl-Fiqhiyyə min Fətəvə Şeyx ul İslam ibn Teymiyyə, səh 89-90

    [

  5. #15
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Sual ve Cavablar

    Şeyx ibn Üseymin, Allah ona rəhmət etsin, demişdir:

    Atanın qazancı haramdırsa bu halda ona nəsihət etmək vacibdir. Əgər bacarırsınızsa özünüz ona nəsihət edin, yaxud da onu bundan çəkinməyə inandıra biləcək elm əhli və yaxud dostlarının köməyi üçün onlara müraciət edə bilərsiniz. Lakin bunu etmək mümkün olmazsa, bu halda siz onun qazancından ehtiyac duyulan qədər (zərurət çərçivəsində) faydalana bilərsiniz və bu halda sizə günah yoxdur. Lakin, ehtiyacınız olduğundan çox götürməyin, belə ki, qazancı haram olan bir kəsdən faydalanmaq şübhəli bir məsələdir.
    [

  6. #16
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Sual ve Cavablar

    Maraqlidi tsk
    [

  7. #17
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Sual ve Cavablar

    Sual: Yalan ve iftiranın dindeki yeri nedir?
    CEVAP
    İmam-ı Rabbani hazretleri buyuruyor ki:
    Yalan söylemek ve iftira etmek haramdır, sakınmak lazımdır. Bu iki fenalık, her dinde de haram idi. Cezaları çok ağırdır. (C.3, m.34)

    İftira büyük günahtır ve çok fenadır. Bunda yalan söylemek de vardır ki, yalan, her dinde haramdır. İftirada bir mümini incitmek de vardır ki, bu da, başkaca haramdır. Bunlardan başka, iftira etmek, yeryüzünde fesat çıkarmaya, ortalığı karıştırmaya sebep olur ki, bu da haramdır. (C.3, m.41)

    Müslümanlara suizan, zulüm etmek, mallarını gasp etmek gibi ve haset, iftira ve yalan söylemek ve gıybet etmek gibi haramdır. (Hadika)

    Hadis-i şeriflerde buyuruldu ki:
    (Bir kimse, bir mümin hakkında olmayan bir şey söylerse, iftiraya uğrayan kimse, onu affedinceye kadar, Allahü teâlâ onu Cehenneme sokar.) [Ebu Davud]
    HaKKım heLaL,Sewqim haRam oLsun

  8. #18
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Sual ve Cavablar

    Sual: Lə iləhə illəllah və Muhəmmədən Rəsulullah şəhadətinin mənası nədir?

    Cavab: Həmd Allaha məxsusdur.

    Lə iləhə illəllah şəhadəti-Allah Təaladan başqaları üçün ibadət hüququnu inkar edib, bu haqqın yalnız ibadətdə heç bir şəriki olmayan Allah Azzə və Cəllə məxsus olduğunu təsdiq etmək mənasını ifadə edir.

    Allah Təala buyurur:

    ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِنْ دُونِهِ هُوَ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ

    Bu belədir. Çünki Allah haqq, (müşriklərin) Ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, böyükdür! (Allahın allahlığı öz-özlüyündə mövcud olduğu üçün O haqq, bütlərin tanrılığı öz-özlüyündə mövcud olmadığı üçün onlar batildir. Buna görə də yalnız Allaha ibadət edilməlidir!) [əl-Həcc 22:62]

    LƏ İLƏHƏ-Allahdan başqalarına həsr olunan hər cür ibadət hüququnu və ibadət olunanları inkar etmək mənasını daşıyır;

    İLLƏ ALLAH-İbadətin bütün növlərini yalnız Allaha həsr etmək, məxsus etmək mənasını daşıyır. Deməli bunların ikisinin birlikdə mənası budur ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur.

    Allah Təalanın Mülkündə heç bir şəriki olmadığı kimi Allah Sübhənahu və Təalanın ibadətdə də heç bir şəriki yoxdur.

    Muhəmmədən Rəsulullah-şəhadətinin mənasını aşağıdakı kimi xülasə edə bilərik:
    İnsan qəlbinin dərinliyindən qəti bir yəqinlik ilə və bu şəhadəti dili ilə ifadə edərək Muhəmmədin bütün məxluqata, cini və insanı ilə birlikdə göndərilmiş Allahın qulu və elçisi olduğuna şahidlik verir.

    Bunu söyləyən şəxsin üzərinə düşən vəzifə: Peyğəmbərin keçmişdə baş verdiyi və gələcəkdə baş verəcəyini bidirdiyi xəbərlərə iman gətirməli, onun halal olduğunu söylədiklərini halal görməli, haram olduğunu söylədiklərini haram hesab etməli; onun əmrlərinə tabe olaraq riayət etməli və qadağan etdiklərindən isə əl çəkərək, çəkinməli;

    Allah Təalanın onunla göndərdiyi şəriətə tabe olmalı, gizlində və açıqda onun Sünnətinə sadiq qalmalı, onun hökmlərinə boyun əyərək təslim olmalı, bilməlidir ki, Peyğəmbərə itaət etmək elə Allaha itaət etmək, Peyğəmbərə asi olmaq elə Allaha asi olmaqdır.

    Çünki Peyğəmbər yalnız Allahdan ona buyurulanları təbliğ etmişdir və Allah Təala onun ruhunu yalnız bu din kamil olduqdan və Peyğəmbər bu dini açıq-aydın şəkildə insanlara çatdırdıqdan sonra götürmüşdür.

    Allaha dua edirik ki, Peyğəmbərimizi öz xalqının adından indiyə kimi hər hansı Peyğəmbərə verilən və öz qövmünün adından istənilən Rəsula verilən ən yaxşı mükafat ilə ümmətimizin adından mükafatlandırsın.

    Qul islama yalnız bu iki şəhadəti söyləmək surətilə daxil olur. Bu iki şəhadət biri digərindən ayrılmazdır, biri-digərindən ayrı təsəvvür edilməz. Bu şəhadətin qəbul olunması üçün şərtləri vardır ki, bunları mütləq öyrənmək və əməl etmək lazımdır.

    Ən doğrusunu Allah bilir.
    [

  9. #19
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Sual ve Cavablar

    cox sag ol
    [

  10. #20
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Sual ve Cavablar

    Sual: Əgər qeyri-müsəlman bir qəssab satdığı ət və toyuğun halal olduğunu iddia edirsə ondan ət almaq olar? Əgər dostlarımızdan kimsə o dükandan ət alırsa bundan yemək olar? Nəzərə alın ki, bizim yaşadığımız bölgədə müsəlman qardaşların işlətdiyi iki halal ət dükanı var.


    Cavab: Allaha məxsusdur.

    Əvvəla: Ehtiyac duyduğunuz ət məhsullarını müsəlmanlardan almaq sizin üçün daha yaxşıdır. Çünki, bu cür etmək daha salamat (şübhədən uzaqdır) və ət ilə bağlı şübhələr daha az olur. Bu cür etməklə siz həmçinin Qərb ölkələrində müsəlmanların ehtiyac duyduğu iş fəaliyyətini davam etdirməkdə müsəlmanlara yardım etmiş olursunuz. Bundan əlavə, sözsüz ki, müsəlmanlar bu işi öz üzərinə götürməyə digərlərinə nisbətən daha layiqdirlər. Hər dəfə yaşadığı yerə daha yaxın olan və yaxud məhsulların daha ucuz satıldığı kafirlərin sahib olduğu dükanları tərk edərək (Allah rzası üçün) iman, din qardaşından ət almaq üçün gedərək müsəlman qardaşları ilə iman bağlılığını təzələməsini bir daha hiss etməsi bir müsəlman üçün kifayətdir.
    İkinci: Əgər qeyri-müsəlman biri Əhli Kitabdan deyilsə bu halda onun kəsdiyi ət halal deyil. Əgər Əhli Kitabdan olub yəhudi və xaçpərəst isə onun kəsdiyi ət halaldır.

    İbn Qüdamə demişdir: “Alimlər yekdilliklə ittifaq ediblər ki, Əhli Kitabın kəsdiklərini yemək icazəlidir. Çünki, Allah Təala buyurur: “Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır.” [əl-Maidə 5:5] Buxari demişdir: “İbn Abbas demişdir ki, “Onların yeməkləri” kəliməsinin mənası onların kəsdikləri ətlərdir. əl-Muğni, 13/293

    Bundan sonra onlardan heyvanın kəsilmə tərzi barədə soruşmamalıyıq. Çünki, başlıca qayda budur ki, onların kəsdikləri səhihdir, çünki Əhli Kitab tərəfindən kəsilib.

    Şeyx ibn Üseymin, Allah ona rəhmət etsin, demişdir:

    Çünki Səhih Buxaridə (5507) Aişədən (Allah ondan razı olsun) rəvayət var. Rəvayətdə belə deyilir: Bir dəstə camaat Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına gəlib soruşdular: Ey Allahın Elçisi, bizə bəzi camaatlardan ət gəlir və biz bilmirik ki, ət kəsilərkən üstünə Allahın adı zikr olunub yoxsa yox. Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) bunun cavabında : “Özünüz Allahın adını zikr edin və yeyin” deyə söylədi.

    Şeyx ibn Üseymin, Allah ona rəhmət etsin, deyir: “Onlar islamda təzə idilər və heyvanı kəsərkən Allahın adını söyləyib söyləmədikləri yadlarında deyildi, odur ki. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Özünüz Allahın adını zikr edin və yeyin.” Deməli, hətta əti kəsənin Allahın adını söyləyib-söyləməsini bilməsək belə bunu yemək icazəlidir. Eynilə, ətin şəriətdə buyurulan qaydada kəsilib-kəsilmədiyini bilməsək belə yenə də bunu yemək icazəlidir. Çünki, əgər bu əməl “bunu yerinə yetirəcək layiqli (şərtləri özündə cəm edəcək) şəxs” tərəfindən icra edilibsə, əksini iddia edəcək sübut-dəlil olmadıqca bu halda başlıca qayda budur ki, bu etibarlıdır. Odur ki, əgər bizə bir müsəlman, yəhudi və yaxud xaçpərəst tərəfindən ət gəlirsə biz bu barədə və yaxud ətin kəsilmə şəkli barədə və ya üstünə Allahın adının zikr olunub-olunmaması barədə soruşmamalıyıq. Haram olduğuna dair açıq-aydın dəlil olmadıqca bu halal sayılır. Göründüyü kimi Allah təala dində məsələləri bizim üçün asanlaşdırmışdır.
    Liaq bab əl-məftuh, 1/77

    Burada aydın olur ki, bu dükandan ət alsanız və aldığınız bu əti yesəniz, bunda bir xəta yoxdur və ətin kəsilmə şəkli barədə ondan soruşmaq lazım deyil. Əgər şəriətdə buyurulmayan şəkildə əti kəsdiyindən əmin olsanız, məsələn ölənə qədər heyvanı elektrikə tutmaq və s. bu halda haramdır. Lakin, yuxarıda qeyd etdiyimiz kimi əti müsəlmandan almaq daha əfzəldir.

    Güc və Qüdrət Allaha məxsusdur.
    [

Sayfa 2/6 İlkİlk 1234 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.